Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4161/2025 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Bayramova İradə Zahid qızının cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: məxsusluq arayışının verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı Bayramova İradə Zahid qızının və iddiaçının nümayəndəsi-vəkili Vəkil/Nümayəndə iştirakları ilə, İddiaçı Bayramova İradə Zahid qızının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X6 İcraiyyə Komitəsinin */*** nömrəli, ##.##.1988-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında sahəsi 0,12 ha olan ***A nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının mərhum atası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib).
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin */*** nömrəli, ##.##.1988-ci il tarixli qərarına əsasən iddiaçının mərhum atası X1 ünvan 1 ünvanında sahəsi 0,12 ha olan ***A nömrəli bağ sahəsi ayrılmışdır. Həmin bağa dair iddiaçının mərhum atasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən arayışın verilməsi üçün cavabdehə müraciət olunmuş, idarə tərəfindən imtina olunmuşdur. İmtina əsasında Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, eyni bağ sahəsinə 3-cü şəxs X5 atası X4 adına, ondan sonra isə X5 adına saxta sənədlərlə order verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən Bayramova İradə Zahid qızı Bakı şəhər İcra hakimiyyətinə qarşı iddia qaldıraraq X4 adına olan ** saylı orderin, həmin order əsasında üçüncü şəxsin adına verilmiş ** saylı orderin etibarsız hesab olunmasını Bakı İnzibati Məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)- **/**** saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti və 3-cü şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı qərarı ilə şikayətlər təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli *-*(***)-**/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 3-cü şəxs Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- ****/**** saylı qərarından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1 (***)-****/**** saylı ##.##.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Mərhum atasının vərəsəsi kimi iddiaçı bağın atasının adına mülkiyyət hüququ ilə tanınmaqla arayışın verilməsi üçün ərizə ilə müraciət etmiş, lakin imtina məktubu ilə bildirilmişdir ki, həmin bağ sahəsinə dair X5 adına ##.##.2008-ci il tarixli “Torpaq sahəsinin planı və ölçü” Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərək, qeydiyyata alınmışdır. Daha sonra cavabdeh orqana həmin plan və ölçünün ləğv edilməsi barədə müraciət olunmuş, lakin ərizəyə cavab verilməmişdir. Həmin plan və ölçünün verilməsinə əsasən olmuş hüquqmüəyyənedici sənədlər yuxarıda sadalanmış məhkəmə qərarları əsasında ləğv edilmişdir.
3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “...** saylı Bağ Tikinti Kooperativinə dair İdarənin arxiv əsaslarında saxlanılan sənədlər qovluğunda X1 torpaq sahəsi ayrılması, həmçinin təqdim edilmiş order barədə məlumat aşkar olunmamışdır.”
4. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
5. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil/Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mübahisələndirilən torpaq sahəsinin 1096,0 kv.m olaraq qeyd olunmasını və məhkəmədən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı İ.Bayramova iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. 10.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs X5) * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı şəhər sakinlərinə bağ sahələrinin ayrılmasına dair Bakı şəhər XDS-nin İK-nın ##.##.1988-ci il tarixli, */*** nömrəli qərarına əlavə edilmiş siyahıda ** saylı X12 üzvləri sırasında X4 adına Vişnyovka-2 bağ massivindən torpaq sahəsinin ayrılması barədə qeydin etibarsız hesab edilməsi, X4 adına olan ** saylı orderin, həmin order əsasında üçüncü şəxsin adına verilmiş ** saylı orderin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 adına verilmiş ** saylı orderin, həmin order əsasında verilmiş ##.##.2004-cü il tarixli, ** saylı orderin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *-*(***)-**/**** saylı qərarı ilə iddia tələbinin təmin edilməsi və X4 adına verilmiş * nömrəli orderin, həmin order əsasında üçüncü şəxs X5 adına verilmiş ##.##.2004-cü il tarixli, * nömrəli orderin etibarsız sayılması qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva-sədrlik edən, S.Bektaşi və A.Hüseyn) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
14. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, # ###### 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- ****/**** nömrəli, ##.##.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ### 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ### 2022-ci il tarixli qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən X4 adına verilmiş ** nömrəli order, həm də həmin order əsasında üçüncü şəxs X5 adına verilmiş ## ###### 2004-cü il tarixli ** nömrəli orderin mötəbər hesab edilməsi iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir.
17. Üçüncü şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ### 2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir.
18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, 0# ###### 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2022-ci il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Bakı şəhər X6 İcraiyyə Komitəsinin */*** nömrəli, ##.##.1988-ci il tarixli qərarı əsasında ** saylı kooperativ tərəfindən verilmiş ##.##.1988- ci il tarixli orderə əsasən, Vişnyovka-2 bağ massivində ***A nömrəli bağ sahəsi X1 verilmişdir.
20. İddiaçı ünvan 1 ünvanında sahəsi 0,12 ha olan ***A nömrəli bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
21. Cavabdeh ## ###### 2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməyərək bildirmişdir ki, “...idarənin arxivində saxlanılan ** nömrəli X13 (BTK) üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamışdır. Həmçinin tərəfinizdən göstərilən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. Bundan əlavə, torpaq sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş “Torpaq sahəsinin planölçüsü” sənədinin baza məlumatı ilə üst-üstə düşür. Həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd olunsa da; faktiki 1096 kv.m təşkil edir.”.
22. Bakı şəhər X6 İcraiyyə Komitəsinin */*** nömrəli, ##.##.1988-ci il tarixli qərarına əsasən iddiaçının mərhum atası X1 ünvan 1 ünvanında sahəsi 0,12 ha olan ***A nömrəli bağ sahəsi ayrılmışdır.
23. ##.##.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha, faktiki sənəd üzrə isə 0.1096 ha təşkil edir.
24. ## #### 2026-cı il tarixli AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən sorğunun icrası ilə əlaqədar olaraq ** saylı BTKnın arxiv qovluğunda saxlanılan üzvlərinin siyahısında qeyd olunan şəxslərin adlarına İdarənin arxivində aşkar olunan orderlərin və dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivi, *** saylı bağ sahəsinə dair arxiv qovluğunda aşkar olunan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
25. *-**-*-**/*-*****/**** nömrəli ## ### 2026 -cı il tarixli AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş bağ sahələrinə dair müvafiq sənəd surətinin verilməsi barədə sorğuya cavab məktubuna əsasən ** saylı BTK-nın qovluğunda mövcud olan siyahının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
26. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
27. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
29. Hazırki iddia tələbində iddiaçı Bakı şəhər X6 İcraiyyə Komitəsinin */*** nömrəli, ##.##.1988-ci il tarixli qərarına və X2 adına tərtib edilmiş nömrəsiz orderə əsasən ünvan 1 ünvanında yerləşən ***A saylı bağ sahəsinə hüququnun mərhum atasına məxsus olmasına dair arayışın verilməsini tələb edir.
30. Cavabdeh isə aşağıdakı dəlillərə istinad edərək iddiaya etiraz edir: 1) idarənin arxivində saxlanılan ** nömrəli X13 (BTK) üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar olunmamışdır. 2) göstərilən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. 3) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin baza məlumatı ilə üst-üstə düşür. 4) Torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki 1096 kv.m təşkil edir. 5) ** saylı Bağ Tikinti Kooperativinə dair İdarənin arxiv əsaslarında saxlanılan sənədlər qovluğunda X1 torpaq sahəsi ayrılması, həmçinin təqdim edilmiş order barədə məlumat aşkar olunmamışdır.
31. İddiaçı torpaq sahəsinə dair mərhum atasının adına olan iki sənəd təqdim edir: 1) Bakı şəhər X6 İcraiyyə Komitəsinin */*** nömrəli, ##.##.1988-ci il tarixli qərarı; 2) X1 adına tərtib edilmiş order.
32. 1-ci sənədlə bağlı iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir.
33. Həmin normalara görə, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
34. Siyahının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur.
35. 2-ci sənədlə bağlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139- 1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir.
36. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
37. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, tərəflərin izahatlarını və işdə olan sübutları Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına və tətbiq edilməli olan maddi hüquq normalarına uyğun olmadığından ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənəd təqdim etməmiş, buna görə də cavabdehin hüququn dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur.
39. Kollegiya bu nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, iddiaçının tələbləri yalnız onun təqdim etdiyi orderə deyil, həm də həmin orderin hüquqi mənşəyini və həqiqiliyini təsdiq edən digər yazılı sübutlara, o cümlədən Milli Arxiv Fondundan əldə edilmiş sənədlərə, bağların sxematik planına, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin ## ######## 1988-ci il tarixli */*** nömrəli qərarı əsasında tərtib edilmiş siyahıya, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsaslanır.
40. İş materialları ilə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə X4 adına verilmiş ** saylı order və həmin order əsasında X5 adına verilmiş ** saylı order etibarsız hesab edilmişdir. Həmin məhkəmə aktlarında araşdırılmış və müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır və eyni faktların yenidən araşdırılmasını tələb etmir. Milli Arxiv tərəfindən təqdim edilmiş arxiv sənədlərindən görünür ki, ## ######## 1988-ci il tarixli */*** nömrəli qərar əsasında 27 bağ sahəsinin ayrılması barədə siyahı tərtib edilmişdir. Həmin siyahı ilə bağların sxematik planı bir-birini tamamlayır və 27 bağ sahəsinin mövcud olduğunu təsdiq edir.
41. Kollegiya xüsusi olaraq qeyd edir ki, sonradan etibarsız hesab edilmiş ** saylı order hüquqi dövriyyədən çıxarıldıqdan sonra həmin orderin hüquqi nəticələri də aradan qalxmışdır. Bu halda birinci instansiya məhkəməsi siyahıda yaranmış hüquqi vəziyyəti, iddiaçının təqdim etdiyi orderi və digər arxiv sənədlərini qarşılıqlı əlaqədə qiymətləndirməli olduğu halda, bunu etməmişdir.
42. İddiaçının təqdim etdiyi order forma, rekvizitləri, tərtib edilmə üsulu və məzmunu etibarilə 1988-ci ildə bağ sahəsi ayrılmış digər şəxslərə verilmiş orderlərlə eynilik təşkil edir. İş materiallarında həmin orderin saxta olması, səlahiyyətsiz orqan tərəfindən verilməsi və ya sonradan ləğv olunması barədə hər hansı sübut mövcud deyildir. Cavabdeh də belə halların mövcudluğunu təsdiq edən sübut təqdim etməmişdir.
43. Birinci instansiya məhkəməsi isə iddiaçının təqdim etdiyi orderin hüquqi qüvvəsini digər sübutlarla birlikdə qiymətləndirmək əvəzinə, yalnız ayrıca hüquqmüəyyənedici sənədin mövcud olmamasına istinad etməklə iddianı rədd etmişdir. Belə yanaşma sübutların ayrıayrılıqda deyil, onların məcmusu əsasında qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinin mənasına görə isə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq edilmiş faktlara əsaslanmalı, qərarda məhkəmənin gəldiyi nəticənin hüquqi və faktiki əsasları aydın şəkildə göstərilməlidir. 44.Birinci instansiya məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir. Məhkəmə işdə olan sübutların bir hissəsini ümumiyyətlə qiymətləndirməmiş, digər hissəsinə isə formal yanaşmışdır. Xüsusilə, Milli Arxivin məlumatına, sxematik plana, orderlərin qarşılıqlı müqayisəsinə və əvvəlki məhkəmə aktlarının hüquqi nəticələrinə lazımi hüquqi qiymət verilməmişdir. Kollegiya hesab edir ki, hüquqların dövlət qeydiyyatı zamanı inzibati orqan təqdim edilmiş bütün sənədləri və onların qarşılıqlı əlaqəsini qiymətləndirməli, yalnız formal əsaslarla qeydiyyatdan imtina etməməlidir. Hüquqmüəyyənedici sənədin mövcud olubolmaması məsələsi digər sübutlardan təcrid olunmuş şəkildə deyil, bütün sübutların məcmusu nəzərə alınmaqla müəyyən edilməlidir.
45. Hazırkı işdə iş materiallarında olan order, arxiv sənədləri, bağların sxematik planı və qanuni qüvvəyə minmiş məhkəmə aktları birlikdə qiymətləndirildikdə iddiaçının hüququnun yaranmasını təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Cavabdeh həmin sübutların həqiqiliyini və ya hüquqi əhəmiyyətini təkzib edən mötəbər sübut təqdim etməmişdir. Belə olan halda kollegiya belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, sübutları tam və obyektiv qiymətləndirməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
46. Məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinin Zahid Həsənovun adının ## ######## 1988-ci il tarixli siyahıda olmaması barədə dəlilini əsaslı hesab etmir. İş materiallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinə dair order ## ###### 1988-ci il tarixdə səlahiyyətli dövlət orqanı tərəfindən verilmişdir. Cavabdehin apellyasiya instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim etdiyi arayışdan görünür ki, ## ######## 1988-ci il tarixindən sonra yeni siyahı tərtib edilməmişdir. Belə olan halda, orderin həmin tarixdən sonra verilməsi onun qanunsuz verildiyini təsdiq etmir. Əksinə, yeni siyahının tərtib edilməməsi onu göstərir ki, səlahiyyətli orqan mövcud səlahiyyətləri çərçivəsində torpaq sahəsinin ayrılması barədə qərarı sonradan qəbul etmiş və bunun əsasında order rəsmiləşdirmişdir. Qanunvericilikdə torpaq sahəsinin ayrılması barədə qəbul edilmiş inzibati aktın yalnız əvvəlki siyahıda şəxsin adının olmamasına görə etibarsız hesab edilməsini nəzərdə tutan norma mövcud deyildir. Cavabdeh orderin qanunsuz verildiyini, səlahiyyətsiz orqan tərəfindən rəsmiləşdirildiyini, ləğv edildiyini və ya etibarsız sayıldığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, istinad edilən halların sübut edilməsi vəzifəsi həmin hallara istinad edən tərəfin üzərinə düşür. Cavabdeh bu vəzifəni yerinə yetirmədiyindən, onun göstərdiyi arqument ehtimal xarakterli olmaqla orderin hüquqi qüvvəsini şübhə altına almaq üçün kifayət etmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, səlahiyyətli dövlət orqanı tərəfindən ## ###### 1988-ci il tarixdə verilmiş torpaq sahəsinə dair order qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilmədiyindən hüquqi qüvvəsini saxlayır və işə baxılarkən mötəbər sübut kimi qiymətləndirilməlidir. Şəxsin adının ## ######## 1988-ci il tarixli siyahıda göstərilməməsi isə, sonradan yeni siyahının tərtib edilmədiyi şəraitdə, orderin etibarsızlığı barədə nəticəyə gəlmək üçün kifayət etmir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.1-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ####### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir.
48. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 49.Avropa İnsan Haqları Konvensiyasının * saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Əks yanaşma iddiaçının Avropa İnsan Haqları Konvensiyasının * saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər. 50.Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə arayışın verilməsindən imtinaya əsas verə biləcək hallara rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin publik hüquqi şəxsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. 51.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası iddiaçının legitim gözləntilərinə, hüquqi müəyyənlik prinsipinə, dövlətə etimad hüququna, Konstitusiyanın 25ci maddəsində təsbit olunmuş bərabərlik hüququna və Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququna uyğun olmadığından qanunsuz hesab edilməli, iddia təmin edilməlidir.
52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında sahəsi 0,1096 ha olan ***A nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə iddiaçının mərhum atası X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulmalıdır. 53.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında sahəsi 0,1096 ha olan ***A nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın iddiaçı Bayramova İradə Zahid qızına verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov