Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4168/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9915/2023 saylı 28 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayış sahəsi 87,5 kv.metr olan 2 otaqlı yaşayış sahəsinə dair onunla daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, əsl olmayan cavabdeh Qaradağ Rayon İcra Hakimiyyətinin əsl Cavabdeh ilə əvəz edilərək, Bakı şəhər, ünvan 4 ünvanda yaşayış sahəsi 87,5 kv.metr olan, 2 otaqlı yaşayış sahəsinə dair onunla daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə əsl olmayan cavabdeh Qaradağ Rayon İcra Hakimiyyəti, əsl Cavabdeh ilə əvəz edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9915/2023 saylı 28 iyul 2023-cü il il tarixli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Ruslan Göyüşov küçəsi, ev 2, Vİİİ mərtəbə, 78 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin üzürlü hesab edilərək bərpa edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9915/2023 saylı 28 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə bildirişi və bildirişə əlavə edilmiş iddia ərizəsində İddiaçı cavabdeh qismində Qaradağ Rayon İcra Hakimiyyətini qoymuş və iddia tələbinin xahiş edilməsi hissəsində qeyd edilən mənzilə dair sərəncam vermə öhdəliyinin Yasamal Rayon İcra Hakimiyyətinə həvalə olunmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh qismində Sabunçu RİH olmadığından iddiaya dair etiraz məhkəməyə ünvanlanmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin əsl cavabehlə əvəzlənməsi barədə qərardad qəbul edilmiş və məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Lakin məhkəmə iclası təxirə salınmadan artıq cavabdeh kimi Sabunçu RİH-nin iddiaya dair etirazının olub-olmaması araşdırılmadan məhkəmə tərəfindən tələsik olaraq qərar qəbul edilmiş və məhkəmə qərarı poçt vasitəsi ilə məlumat üçün Sabunçu RİH-nə göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onun iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştrakçısının izahatını dinləyib, iş materiallarını və prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizəni araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9915/2023 saylı 28 iyul 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı qəbul edildikdən sonra onun cavabdeh inzibati orqana göndərilməsi və sonuncu tərəfindən alınması barədə hər hansı sübut işdə yoxdur. Lakin sonradan həmin məhkəmə qərarında yol verilmiş yanlışlıqların düzəldilməsinə dair xx.xx.2023-cü il tarixli qərardad çıxarılmış və həmin qərardad elə həmin tarixdə də- xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqanın elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra həmin məhkəmə qərarının qanuni qüvvəsini aldığından onun icra edilməsi üçün tərəflərə xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir. Qeyd olunan məktub, yəni qərarın qanuni qüvvəsini alması barədə məktub cavabdeh tərəfindən poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Bundan sonra cavabdeh məhkəmə qərarının surətini xx.xx.2023-cü il tarixdə ərizə ilə tələb etmiş və xx.xx.2023-cü il tarixdə də həmin qərardan apellyasiya şikayəti vermişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, cavabdeh inzibati orqan 2-1(112)-9915/2023 saylı 28 iyul 2023-cü il tarixli məhkəmə qərarı barədə onda yol verilmiş yanlışlığın düzəldilməsi barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadın onun elektron kabinetinə yerləşdirildiyi tarixdən məlumatlı olmuş, lakin həmin qərarı qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət çərçivəsində mübahisələndirməmiş və yalnız xx.xx.2023-cü il tarixdə həmin qərardan apellyasiya şikayəti vermişdir. Qeyd olunan apellyasiya şikayətini verərkən cavabdeh orqan onun tərəfindən prosessual müddətin ötürüldüyünü də bildirərək onun bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmçinin həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Belə olan halda 28 iyul 2023-cü il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün cavabdehə münasibətdə son müddət xx.xx.2023-cü il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur ki (poçta isə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur), bununla da cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə cavabdehin nümayəndəsi “apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi” barədə ərizəsində və məhkəmə iclasında məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini məhkəmə qərarının poçt vasitəsi ilə məlumat üçün Sabunçu RİH-nə göndərilmədiyi ilə izah etmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi, məhkəmə qərarı barədə məlumatı cavabdeh orqan həmin qərarda yol verilən yanlışlıqların düzəldilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadın onun elektron kabinetinə xx.xx.2023cü il tarixdə yerləşdirilməsi ilə məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: 9-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə aktlarının, ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 9-1.4-ci maddəsinə əsasən Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Beləliklə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı barədə məlumatı cavabdeh orqan xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş xx.xx.2023-cü il tarixli qərardad vasitəsilə aldığı halda ondan xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verməklə qanunla müəyyən edilmiş 30 günlük apellyasiya şikayəti vermə müddətini ötürmüş və bu müddətin də üzrlü səbəbdən buraxılması ilə bağlı “müddətin bərpası barədə” ərizəsində hər hansı əsaslı dəlil irəli sürə bilməmiş, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda “prosessual müddətin bərpası” barədə cavabdeh inzibati orqanın ərizəsi təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə rədd edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9915/2023 saylı 28 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-4168/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4168/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver