Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-417/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İsfəndiyar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2932/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İsfəndiyar oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə ona güzəştli şərtlərlə 57 yaşından pensiya təyin olunması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 24.06.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü ildə doğulmuşdur. Güzəştli şərtlərlə pensiya almaq üçün qanunvericiliyə uyğun olaraq işlədiyi müəssisədən arxiv arayışı almışdır. Arayışdan da görünür ki, 04.03.1984-cü il tarixdən “Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsinə 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə qəbul edilmişdir; 09.07.1984-cü il tarixdən 3-cü dərəcə ilə səyyar kompressor qurğusunun maşinisti peşəsinə keçirilmişdir; 01.12.1985-ci il tarixdən 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə keçirilmişdir; 01.03.1987-ci il tarixdən 4-cü dərəcə verilmişdir; 08.10.1987-ci il tarixdən 4-cü dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmişdir; 01.04.1988-ci il tarixindən 5-ci dərəcə verilmişdir; 16.09.1988-ci il tarixindən 4-cü dərəcə ilə motovoz maşinistinin köməkçisi (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmişdir; 05.10.1989-cu il tarixindən 5-ci dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə; 10.04.1990-cu il tarixindən 5-ci dərəcə ilə qaldırıcı kran maşinisti peşəsinə keçirilmişdir; 17.07.1991-ci il tarixindən 5-ci dərəcə ilə avtodrezin maşinisti peşəsinə keçirilmişdir; 18.12.1991-ci il tarixindən sürücü peşəsinə keçirilmişdir; 18.03.1992-ci il tarixindən 5-ci dərəcə ilə avtokran maşinisti peşəsinə keçirilmişdir; 07.01.1993-cü il tarixindən 6-cı dərəcə verilmişdir; 26.11.2012-ci il tarixindən 6-cı dərəcə ilə avtorkan maşinisti (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmişdir; 01.10.2016-cı il tarixindən 7-ci dərəcə verilmişdir. Hal-hazırda Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kolonunun mexanizmlərin istismar sahəsində 7-ci dərəcə ilə avtokran maşinisti peşəsində işləyir. Güzəştli şərtlərlə pensiya təyinatı haqqında müraciətinə Filialdan 26.10.2020-ci il tarixdə **********4 nömrəli məktubla imtina verilmişdir. Məktubda göstərilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyi 15 mart 1984cü il tarixli, HT-İ ******* nömrəli əmək kitabçasında 09.07.1984-01.12.1985-ci il tarixləri arasındakı dövr ərzində “Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsində işlədiyi səyyar kompressor qurğusunun maşinisti, 08.10.1987-01.04.1988-ci il və 05.10.1989- 10.04.1990-cı il tarixləri arasındakı dövr ərzində yol tikinti maşın və traktorların təmiri üzrə çilingər, 18.03.1993-ci il tarixindən bugünədək avtokran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. O, artıq 01.01.2016-cı ilə qədər güzəştli şərtlərlə 13 il 7 ay staj toplamışdır. Belə ki, onun çalışdığı avtomobil kranlarının maşinisti vəzifəsi hər iki qərarda nəzərdə tutulmuşdur. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X2 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 mart 1984-cü il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında 09.07.1984- 01.12.1985-ci il tarixləri arasındakı dövr ərzində “Bakıtuneltikinti”nin Mexanikləşdirmə idarəsində işlədiyi səyyar kompressor qurğusunun maşinisti, 08.10.1987-01.04.1988-ci il və 05.10.1989-10.04.1990cı il tarixləri arasındakı dövr ərzində yol tikiniti maşın və traktorların təmiri üzrə çilingər, 18.03.1992-ci il tarixindən bugünədək avtokran maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı“nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2932/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı İsfəndiyar oğluna 57 yaşı tamam olduğu tarixdən, yəni 24.06.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuş, 16.11.1981ci ildən 27.12.1983-cü ilə qədər (2 il 1 ay 12 gün) hərbi xidmətdə olmuşdur. O, 14.03.1984cü il tarixindən 09.07.1984-cü ilə qədər UM “Bakıtuneltikinti”-də İİİ dərəcəli ekslavator maşinistinin köməkçisi (3 ay, 26 gün), 09.07.1984-cü ildən 01.12.1995-ci ilə qədər İİİ hərəkətli kompressorun maşinisti (11 il, 4 ay, 23 gün), 01.12.1985-ci ildən 01.03.1987-ci ilə qədər İİİ dərəcəli ekskavator maşinistinin köməkçisi (1 il 3 ay,1 gün), 08.10.1987-ci ildən 01.04.1988-ci ilə qədər yol inşa maşınlarının və traktorlarının təmiri üzrə İV çilingər (5 ay 24 gün), 01.04.1988-ci ildən 16.09.1988-ci ilə qədər yeraltı şəraitdə işlərin aparılması üçün İV maşinist köməkçisi (5 ay, 16 gün), 16.09.1988-ci ildən 05.10.1989-cu ilə qədər yol təmiri maşınlarının və traktorlarının təmiri üzrə V dərəcəli çilingər (1 il, 0 ay, 20 gün), 05.10.1989cu ildən 10.04.1990-cu ilə qədər V dərəcəli kran maşinisti köməkçisi (6 ay 6 gün), 10.04.1990-cu ildən 26.11.2012-ci ilə qədər Vİ dərəcə ilə avtokran maşinisti (22 il, 7 ay, 17 gün), 26.11.2012-ci ildən 31.07.2014-cü ilə qədər Vİ dərəcə ilə avtokran maşinisti (1 il 8 ay 6 gün), 01.08.2014-cü ildən 01.09.2016-cı ilə qədər "xxxx" QSC-də Vİ dərəcə ilə avtokran maşinisti (2 il 1 ay 1 gün), 01.10.2016-cı ildən hal hazıradək Vİİ dərəcə avtokran maşinisti işləyir. Oğuz rayon Dövlət Arxivinin 43 №-li, 04.06.2021-ci il tarixli arxiv arayışından görünür ki, Oğuz rayon Mollalı kəndi “Kalinin” adına kolxozun staj kitablarına əsasən İddiaçı kolxozda 1980-cı ildə kolxozçu işləmiş, minumum norma 210, iş günü 152, əmək haqqı 437-50, 1981-ci ildə minumum norma 250, iş günü 240, əmək haqqı 897-40 təşkil etmişdir. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş A/170 №-li, 15.07.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 04.03.1984-cü il tarixindən “Bakıtuneltikinti”nin Mexanikləşdirmə İdarəsinə 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə qəbul edilmişdir (Əmr № 26/J1C, 11.03.1984-cü il); 09.07.1984-cü il tarixindən 3-cü dərəcə ilə səyyar kompressor qurğusunun maşinisti peşəsinə keçirilmişdir (Əmr №89/JlC, 20.07.1984-cü il); 01.12.1985-ci il tarixindən 3-cü dərəcə ilə ekskavator maşinistinin köməkçisi peşəsinə keçirilmişdir (Əmr №168/JlC, 28.11.1985-ci il); 01.03.1987-ci il tarixindən 4-cü dərəcə verilmişdir (Əmr №25/JlC, 17.02.1987-ci il); 08.10.1987-ci il tarixindən 4-cü dərəcə ilə yoltikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmişdir (Əmr №160/JlC, 21.10.1987-ci il); 01.04.1988-ci il tarixindən 5-ci dərəcə verilmişdir (Əmr №38/JlC, 30.03.1988-ci il); 16.09.1988-ci il tarixindən 4-cü dərəcə ilə motovoz maşinistinin köməkçisi (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmişdir (Əmr №129/JlC, 21.09.1988-ci il); 05.10.1989-cu il tarixindən 5-ci dərəcə ilə yol-tikinti maşın və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmişdir (Əmr №61/OK, 26.05.1989-cu il); 10.04.1990-cı il tarixindən 5-ci dərəcə ilə qaldırıcı kran maşinisti peşəsinə keçirilmişdir (Əmr №45/OK, 07.04.1990-cı il); 17.07.1991-ci il tarixindən 5-ci dərəcə ilə avtodrezin maşinisti peşəsinə keçirilmişdir (Əmr №104/KLU, 17.07.1991-ci il); 18.12.1991 -ci il tarixindən sürücü peşəsinə keçirilmişdir (Əmr №195/KLU, 18.12.1991-ci il); 18.03.1992-ci il tarixindən 5-ci dərəcə ilə avtokran maşinisti peşəsinə keçirilmişdir (Əmr №38/KŞ, 18.03.1992-ci il); 07.01.1993-cü il tarixindən 6-cı dərəcə verilmişdir (Əmr №3/KŞ, 07.01.1993-cü il); 26.11.2012-ci il tarixindən 6-cı dərəcə ilə avtokran maşinisti (yeraltı şəraiti üzrə) peşəsinə keçirilmişdir (Əmr №98/KŞ, 24.11.2012-ci il); 01.10.2016-cı il tarixindən 7-ci dərəcə verilmişdir (Əmr №Ş-8401, 27.09.2016-ci il). Hal-hazırda Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə kolonunun mexanizmlərin istismar sahəsində 7-ci dərəcə ilə avtokran maşinisti peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahının təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərara müvafiq olaraq həmin siyahının 1. Dağmədən işləri maddəsinin 1.2.1 bölməsinin “a” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun zərərli əmək şəraitində işlədiyi əmək stajı 30 il 11 ay 12 gün (otuz il on bir ay on iki gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.01.1992-ci il tarixli, 2 №-li Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsinin bazası əsasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.1993-cü il tarixli, 77 saylı Sərəncamına əsasən "xxxx" İstehsalat Birliyi "xxxx" Dövlət şirkəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il tarixli, 857 saylı Sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti "xxxx" SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli, 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Mexanikləşdirmə İdarəsi - Mexanikləşdirmə kolonu adlandırılmışdır. Avtonəqliyyat və Mexanikləşdirmə kolonunun yenidən təşkili yolu ilə Nəqliyyat və Xüsusi Texnika Departamenti yaradılmış, Mexanikləşdirmə kolonu - Avtomexanikləşdirmə kolonu adlandırılmışdır. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 40N-10/3- 693 №-li, 09.06.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 04.03.1984-cü il tarixindən 09.07.1984-cü il tarixinədək “Bakıtuneltikinti” İdarəsinin Mexanikləşdirmə İdarəsində ekskavator maşinistinin köməkçisi, 09.07.1984-cü il tarixindən 01.12.1985-ci il tarixinədək kompressor maşinisti, 01.12.1985-ci il tarixindən 10.04.1990-cı il tarixinədək yol tikinti maşın və traktorların təmiri üzrə çilingər, 10.04.1990-cı il tarixindən 17.07.1991-cı il tarixinədək kran maşinisti, 17.07.1991-cı il tarixindən 18.12.1991-ci il tarixinədək avtodrezin maşinisti, 18.12.1991-cı il tarixindən 18.03.1992-ci il tarixinədək sürücü, 18.03.1992-ci il tarixindən 31.07.2014-cü il tarixinədək "xxxx" SC-nin Mexanikləşdirmə idarəsində avtokran maşinisti peşəsində çalışmışdır. 01.08.2014-cü il tarixindən 01.09.2016-cı il tarixinədək "xxxx" QSC-nin Tikinti Departamentinin Mexanikləşdirmə kolonunun İstismar sahəsində avtokran maşinisti, 01.09.2016-cı il tarixindən bu günədək "xxxx" QSC-nin Nəqliyyat və Xüsusi Texnika Departamentinin Avtomexanikləşdirmə Kolonunun istismar sahəsində avtokran maşinisti peşəsində işləyir. İddiaçı ağır əmək şəraitində çalışdığı peşələr üzrə əmək stajı 34 il 10 ay 11 gün (otuz dörd il on ay on bir gün) (08.06.2021-ci il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın İ. Dağ-mədən işləri maddəsinin 1.2.1 Acıqda dağmədən işləri və yer səthində işlər bölməsinin “a” bəndinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.01.1992-ci il tarixli, 2 №-li Sərəncamına əsasən “Bakıtuneltikinti” İdarəsinin bazası əsasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.11.1993-cü il tarixli 77 saylı Sərəncamına əsasən "xxxx" İstehsalat Birliyi "xxxx" Dövlət şirkəti adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il tarixli, 857 saylı Sərəncamına əsasən "xxxx" Dövlət şirkəti "xxxx" SC adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 289 saylı sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Mexanikləşdirmə İdarəsi - Mexanikləşdirmə kolonu adlandırılmışdır. Avtonəqliyyat və Mexanikləşdirmə kolonunun yenidən təşkili yolu ilə Nəqliyyat və Xüsusi Texnika Departamenti yaradılmış, Mexanikləşdirmə kolonu - Avtomexanikləşdirmə kolonu adlandırılmışdır. İddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1. İddaçının 57 yaşının tamam olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Beləliklə, iş materiallarında olan hərbi biletin, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərindən, arxiv arayışından göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli şərtlərlə iş stajı ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının güzəştli şərtlərlə pensiya hüquqi verən işdə çalışmasına dair iş yerinin mötəbər arayışı mövcuddur. İddiaçı 10.04.1990-cı ildən 17.07.1991-ci il tarixə kimi, 18.03.1992-ci ildən 01.01.2006-cı il tarixə kimi "xxxx" QSC-də işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında “Dağ-mədən işləri” adlı 1 saylı bölmənin a) yarımbəndində nəzərdə tutulmuş “avtomobil kranlarının maşinistləri” və “kran maşinistləri (krançılar)” vəzifələrinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 15 il 22 gün təşkil edir. İddiaçının işlədiyi “avtokran maşinisti” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “İ. Dağ-mədən işləri 1. Açıqda dağ-mədən işləri və yer səthində işlər. a) Fəhlələr. Kod 2010100a—13788- “avtomobil kranlarının maşinistləri”, kod 2010100a—13790 -“kran maşinistləri” peşələrinə uyğundur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (24.06.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 24.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2-1(112)-2932/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi İlham Kərimli