Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4171/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4679/2023 saylı, 09 avqust 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, qərarın ləğv edilməsi və ona ikinci dərəcə hərbi xidmət əlili kimi pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, qərarın ləğv edilməsi və ona ikinci dərəcə hərbi xidmət əlili kimi pensiya təyin edilməsi barədə qərar qəbul edilməsi iddia tələbinə dair iş üzrə onun İddiaçı hüquqi varisi kimi tanınmağı, işə cəlb edilməyi və iş üzrə məhkəmə icraatının təzələnməsi barədə yeni qərar qəbul edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə ərinin iddiasına Bakı İnzibati Məhkəməsində baxılarkən əri İddiaçı 18 dekabr 2022-ci il tarixdə ölmüşdür və əri İddiaçı ölümü xx.xx.2022-ci il tarixdə 1590 №-li akt qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Əri İddiaçı 18 dekabr 2022-ci il tarixdə vəfat etdiyinə görə Bakı İnzibati Məhkəməsi tərəfindən ərinin iddiası əsasında iş üzrə məhkəmə icraatı dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 58.1ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. İddiaçı ilə xx.xx.1986- cı il tarixdə nikaha daxil olmuşlar. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022- ci il tarixdə tərtib edilmiş “Ölüm haqqında şəhadətnamə”dən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 44 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, ərinin vəfatından sonra ondan qalan miras əmlaka onun və övladlarının qanun üzrə vərəsəlik hüququ tanınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. İV-ЖГ seriyalı 263891 saylı xx.xx.1986-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X6 nikaha daxil olmuşlar. AZ-İİ seriyalı 323109 saylı xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş İddiaçı vərəsələri X13, X5 və X8r. Onlardan hər biri miras əmlakdan 1/3 irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə hər birinin nominal dəyəri 2.00 (iki) manat olan 112 (bir yüz on iki) ədəd adi adlı səhmdən ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X3 ünvanlanmış 3-17-1/2-Ə-115313/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən Mərkəzi Filial tərəfindən mərhum həyat yoldaşı İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə müvafiq təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilərək 31 dekabr 2021-ci il tarixədək ödənilmişdir. İddiaçı əlilliyinin etibarlılıq müddəti 14 dekabr 2021-ci il tarixdən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 yanvar 2022-ci il tarixdən dayandırılmışdır. “Əlillik” altsistemində qeyd edilən məlumatlara əsasən 24 may 2022-ci il tarixdə İddiaçı müayinəsi barədə “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qebul edilərək ona əlillik dərəcəsi təyin edilməkdən imtina olunmuşdur. Qeyd olunanlara əsasən İddiaçı vəfat etdiyi tarixdə əlilliyi olmadığı üçün müraciətdə qeyd etdiyi məsələyə baxılması mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4679/2023 saylı, 09 avqust 2024 saylı qərardadı ilə X1nın məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadının ləğv olunması, İddiaçı hüquqi varisi kimi tanınması, işə cəlb edilməyi və iş üzrə məhkəmə icraatının təzələnməsi barədə yeni qərar qəbul edilməsi barədə ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4679/2023 saylı, 09 avqust 2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisələndirilən qərardad (Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı öldüyündən və mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən iş üzrə icraata xitam verilmişdir.) xx.xx.2023-cü il tarixli məktubla göndərilmiş və məhkəmə qərardadı ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edilərək götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, iş materiallarından göründüyü kimi, iş üzrə mübahisə edilən məhkəmə qərardadı xx.xx.2023-cü il qanuni qüvvəyə minmişdir.Ərizəçi məhkəmənin iş üzrə icraata xitam verilməsi barədə qərardadını xx.xx.2023-cü il tarixdə əldə etmiş, qərardaddan qanunvericilklə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verməmişdir. Bundan başqa məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının hüquqi varisinin ərizəsinə əsasən məhkəmənin iddiaçının vəfatı ilə əlaqədar icraata xitam verilməsi barədə qərardadının ləğv edilərək icraatın təzələnməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.Başqa sözlə, ərizəçinin hazırki tələblə müraciət etmək üçün subyektiv hüququ (hüquqi marağı) və tələbinin hüquqi müdafiə mexanizmi qanunvericiliklə müəyyən edilmir “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 83.1. Şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, ərizəçinin ərizəsinin dəlilləri işin faktiki halları baxımından apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunlu olmaqla, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas təşkil etmir. Belə ki, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni mümkün saymamaqla işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gələrək maddi və prosessual hüquqa uyğun olmaqla mübahisələndirilən qərardadı qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4679/2023 saylı, 09 avqust 2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4679/2023 saylı, 09 avqust 2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4171/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4171/2024
17.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver