Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-418/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-6695/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 1998-2001-ci illərdə "xxxx" MMM-də əmək fəaliyyətini icra etmiş, həmin dövrlərdə əmək fəaliyyətini icra etməsi barədə qeydlər əmək kitabçasında mövcud olmuşdur. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən həmin illər sığorta stajına daxil edilməmişdir. İddiaçı həmin illərin sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması ilə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazda göstərmişdir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, xx.xx.2021-ci il tarixdən İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı təqdim etdiyi sənədlər əsasında onun xx.xx.1974-xx.xx.1978-ci illər əyani təhsil aldığı və hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15593,86 manat pensiya kapitalına uyğun olara İddiaçı pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən 257,13 manata çatdırılmışdır. Şəxsin əmək kitabçasında qeyd edilmiş xx.xx.2001-ci il tarixədək işlədiyi “Klassik-A” şirkəti faktiki olaraq fəaliyyətini dayandırdığı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi illəri nəzərə alaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-6695/2022 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi illəri nəzərə alaraq əmək pensiyasının yenidən hesablanmasının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023cü il tarixdə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edildiyini, odur ki, artıq mübahisənin mövcud olmadığını bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı qərarın cavabdeh tərəfindən tam icra edildiyini, hazırda mübahisənin mövcud olmadığını və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Göründüyü kimi, hazırkı iddianın verilməsinin əsasını təşkil edən xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi illəri nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması cavabdeh tərəfindən təmin edildiyindən tərəflər arasında mübahisə mövcud deyildir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı pensiya yenidən hesablanaraq təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan, yəni xx.xx.1998-ci il tarixdən xx.xx.2001ci il tarixədək işlədiyi illəri nəzərə alaraq əmək pensiyası yenidən hesablandığından, bununla əlaqədar tərəflər arasında mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-418/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-418/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver