Məhkəmə qərarları › İş №2-1(103)-418/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-418/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-418/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi, İddiaçı və onun vəkili, nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-6238/2023 saylı 18 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş və qeyd olunmuşdur ki, X1raq: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 - Sümük-əzələ sisteminin tibbi pros., Diaqnozun mətni: L4-L5.LS-S1 disk yırtığına görə “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət. L3-L4 diskin sinir kökcüyünün sıxılması ilə L4-L5.L5-S1 disklərin residiv gedişli yırtıqları. Davamlı ağrı sindromu ilə. İddiaçı barəsində verilmiş xx.xx.2017-ci il tarixli göndərişə əsasən (Əsas: Əlilliyin təkrar müayinə edilmə müddətinin qurtarması) ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Səbəbi: hərbi xidmət dövrü ilə əlaqədar, X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G5O-G59 - Ayrı-ayn sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.8 - Sinir köklərin... Diaqnozun mətni: L4- L5, L5-S1 disk yırtığına görə "Hemilanminektomiya" əməliyyatından sonrakı vəziyyət.L3- L4 diskin yırtığı.Dural kisənin və sol sinir kökcüyünün sıxılması İlə L4-LS, L5-S1 disklərin residiv gedişll yırtıqları. Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: L4-L5, L5-S1 disk yırtığına görə "Hemilanminektomiya" əməliyyatından sonrakı vəziyyət LS- L4 diskin yırtığı. Bakı X9 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən iddiaçıya əlillik təyin olunmasından imtina olunmuşdur. Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M96 • Sümük-əzələ sisteminin tibbi pros.. Diaqnozun mətni: Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, Bel fəqərələrin osteoxondrozu. Polidiskoz. L4-L5,L5-S1 f/diskinin sol tərəfli yırtığı. Sol tərəfli kəskin ağrılı bel-oma radikulyar sindromu ilə. cərrahi əməliyyatdan sonrakı vəziyyət. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və daimi kəskin kökcük ağrıları. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5.L5-S1 f/diskinin sol tərəfli yırtığı. (03.04.15; 30.04.15) Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir. Bakı X9 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur. Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Diskogen bel-oma radikulopatiya. L4-L5.L5-S1 hemilaminoektomiya Diaqnozun mətni: əməl.sonrakı vəziyyət. L4-L5, L5-S1 f/a disklərin residivləşən yırtıqları. Sol sinir kökünün L5-S1 sıxılması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5,L5-S1 hemilamlnoektomiya (xx.xx.2015, xx.xx.2015) Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının **********1 nömrəli 01 dekabr 2022-ci il tarixli qərarından müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1129 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə *Z.4-L5, L5-S1 disk yırtığına görə xx.xx.2015 və xx.xx.2015 tarixlərdə "Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət. L3-L4 diskin yırtığı. Dural kisənin və sol sinir Kökcüyünün sıxılması ilə L4-L5, L5-S1 disklərin residiv gedişli yırtıcıları. L4-L5, L5-S1 dıskogen L5-S1 radikulopatıya, davamlı ağrı sindromu ilə, hərəki, hissi və trofiki pozulmalarla, funksiyaların mülayim dərəcədə pozulması" diaqnozlu xəstəliyin səbəb əlaqəsi Xəstəlikdir Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yeriyə bilmədiyindən, sol ayağda hissiyatsızlıqdan şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda atrofiya, trofik pozuntu, parez izlənilməmiş, diz reflekslər canlı çağrılmış, pəncələrini gərgin saxladığı üçün axil refleksləri çağrılmamış. əzələ gücü və tonusu bərabər və normal olmuş, kionus izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. X9 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 4103/865 nömrəli Çıxarışında diaqnoz "Diskoaen bel-oma radikuiooatiya L4-L5. L5-S1 hemilanminektomiya əməliyyatından sonrakı nəticələri L4-L5, L5-Si disklərin yırtıcıları. Sol aşağı ətrafın süst oarezi. Hıssi-hərəki funksiya pozulması" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X17 18.04.22-ci il tarixli Bel fəqərələrinin MRT müayinəsinin nəticəsi "Fizioloji lumbal lordoz düzləşib. Lumbal spondilyozun və faset oynaqlarında artrozun MRT əlamətiən mövcuddur. L5. S1 fəqərələrdə keçirilmiş sol tərəfli hemilaminektomlya əməliyyatına post op dəyişikliklər qeyd edilir. L4-L5, L5-S1 səviyyələrində sol lateral resessi daraldan post OD fibroz dəyişikliklər qeyd edilir. L3-L4 intervertebral diskdə 6mm öiçüiü geniş əsaslı sentral protruziya təyin edilir. L4-L5 intervertebral diskdə sirkutyar protruziya fonunda sol lateral resessi daraldan və sol L5- sinir kökcüyünü kompressiya edən 8 mm ölçülü sol subartikulyar yırtıq aşkar edilir. L5-S1 intervertebral diskdə ön epidural sahəni daraldan kalsifikasiya olunmuş sentral orotruzya fonunda sol lateral resessi daralda və sol sinir kökcüyünü kompressiya edən 7 mm ölçülü minimal kaudal miqrasiyalı sekvestrasiya olunmuş sol subartikulyar yırtıq qeyd edilir” kimi qeyd olunmuşdur. Təqdim etdiyi, 28 04.2022-ci il tarixli EMQ müayinəsinin nəticəsi "Bu müayinə zamanı əldə olunan elektrofizıoioji göstəricilər sol ayaqda L5 daha ifadəli olmaqla L4 L5. S1 sağda S1 innervasıyalı əzələlərdə xroniki dövr radikuiopatiyaya işarət edir” kimi qeyd olunmuşdur. Anamnestık məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq оİaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona xəstəliyinə və əlilliyinə görə pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilmısi barədə ərizə icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 oktyabr 2007-ci il tarixindən etibarən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdır, 30 oktyabr 2008-ci il tarixli 1425 ş/h nömrəli əmrlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə keçirilmişdir. Nümunəvi xidməti ilə əlaqədar dəfələrlə orden və medallarla təltif edilmiş və ona mənzil də verilmişdir. 2015-ci ilin əvvəllərində 2021 saylı “Zəfər hərəkət dəstəsi”ndə təlim-döyüş tapşırıqlarının icrası zamanı bədəninin onurğa-bel nahiyyəsindən zədə almış və Dövlət Sərhəd Xidmətinin Mərkəzi hospitalında müayinə və müalicə olunmuşdur. Aparılmış konservativ müalicələr effekt verməmiş və hospital 31 mart 2015-ci ildə “Bel fəqərələrinin osteoxondrozu, polidiskoz L.4-L.5, L5-S1 fəqərəarası disklərinsol tərəfli yırtıqları, Sol tərtəfli kəskin ağrılı bel-oma radikulyar sindromu” diaqnozu ilə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə xəstəxanasına göndəriş vermişdir. Neyrocərrahiyyə xəstəxanasında 03 aprel 2015-ci il tarixdə üzərində cərrahi əməliyyat aparılmış, cərrahi müdaxilə nəticəsində L4-L5 fəqərələrinin soldan hissəvi hemilaminektomiyası, L4-L5 fəqərəarası disk yırtığının çıxarılması icra olunmuşdur. Lakin əməliyyatdan sonrakı reablitasiya dövründə bel nahiyyəsində ağrılar davamlı olaraq narahat etməyə başladı. MRT müayinəsində səviyyədə əməliyyat sahəsində ödem yaranması, L5-S1 səviyyədə sol paramedian disk ekstruziyası aşkar olundu. Neyrocərrahiyyə xəstəxanasında ağrılarının keçməməsi nəzərə alınaraq 30 aprel 2015-ci il tarixdə təkrar cərrahi əməliyyata məruz qaldı. Əməliyyat zamanı cərrahi yaranan təftiş, L5 fəqərəsinin soldan hemilaminektomiyası, meninqoradikuloliz, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması, sol L5-S1 kökcüklərinin dekompressiyası icra edilmişdir. Bir ay ərzində aparılmış hər iki əməliyyat uğursuz olmuş, nəticədə əlavə olaraq sol pəncədə parez və hipesteziya kimi fəsadlar yaranmışdır. Ağrılar nəticədə bel sütunumun əyilməsinə gətirib çıxardı. 24 avqust 2015-ci il tarixdə yenidən MRT müayinəsinə göndərildi, xidmət dövründə sağlamlığında yaranan xəstəlik səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəlinin 66 “b” və 26 “b” maddələrinin İİİ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlı” olmağı barədə qərar qəbul olundu. Sonrakı dövrdə ağrılar səbəbindən hərbi xidmətini davam etdirməyi mümkün olmadığından DSX-nin Kadrlar İdarəsinin 22 sentyabr 2015-ci il tarixli 4/14-228 nömrəli göndərişinə əsasən DSXnin Mərkəzi Hərbi-Həkim komissiyasında müayinədən keçirildi. 07 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidməti (indi Agentliyi) tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar ona 2-ci dərəcəli ilkin, 07 yanvar 2017-ci il tarixdə isə 5 il müddətinə təkrar əlillik qrupu təyin edildi. Lakin həmin tarixdən indiyə qədər mütəmadi olaraq müayinə və müalicələrini davam etdirməyinə baxmayaraq, sağlamlığında əsaslı irəliləyiş baş verməmiş, əksinə davamlı olaraq qəbul etdiyi ağrıkəsici dərmanlar sağlamlığında əlavə fəsadlar yaratmış, onda mədə qanaxması ilə müşaiyət olunan mədə xorası xəstəliyi əmələ gəlmişdir. O, növbəti hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupunun təyin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müraciət etmişdir. 26 may 2022-ci il tarixli **********3 №-li məktubla bildirilmişdir ki, onun əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəyək. Lakin 14 iyun 2022-ci il tarixdə ona SMS vasitəsi ilə bildirildi ki, 17 may 2022-ci il tarixli göndərişə (Forma 088) Diaqnoz əlillik dərəcəsi təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. 31 may 2022-ci il tarixində Agentliyə dəvət edilsə də heç bir müayinə aparılmadan, sağlamlığımın mövcud vəziyyəti obyektiv araşdırılmadan, vizual baxış keçirildi və ona bildirildi ki, hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupu təyin edilmir. Agentlikdən verilmiş 22 iyul 2022-ci il tarixli **********5 nömrəli elektron sənədin çıxarışında qeyd edilmişdir ki, Agentlikdə nəzarət qaydasında əyani müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq “Diaqnoz və ağırlaşması əlilliyin təyinatına əsas vermədiyi” barədə əsaslı və düzgün qərar verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonragöndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6238/2023 saylı 18 iyul 2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 19 oktyabr 2007-ci il tarixdən etibarən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamışdır, 30 oktyabr 2008-ci il tarixli 1425 ş/h nömrəli əmrlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə keçirilmişdir. Nümunəvi xidmətiylə əlaqədar dəfələrlə orden və medallarla təltif edilmiş və ona mənzil də verilmişdir. 2015-ci ilin əvvəllərində 2021 saylı “Zəfər hərəkət dəstəsi”ndə təlim-döyüş tapşırıqlarının icrası zamanı bədəninin onurğa-bel nahiyəsində zədə almış və Dövlət Sərhəd Xidmətinin Mərkəzi hospitalında müayinə və müalicə olmuşdur. İddiaçı xəstəliyinin ciddiliyi elə işdəki sənədlər ilə sübut olunur. Belə ki, ona ilk dəfə 2-ci dərəcəli ilkin, 07 yanvar 2017-ci il tarixdə isə 5 il müddətinə təkrar əlillik qrupu təyin edilmişdir. Məhkəmə iclasında hakimə iş üzrə keçirilmiş 04 may 20223-cü il tarixli ekspertizanın həm bir MRT və ya başqa yoxlanış olmadan keçirildiyini, ekspert rəyinini əyani baxış nəticəsində verildiyi bildirilmiş və komisyon ekspertiza keçirilməsi məhkəmədən xahiş edilmişdir, lakin hakim heç bir əsaslı səbəb göstərmədən vəsatəti təmin etməmiş və işi yenidən ekspertizaya göndərməmişdir. İş materiallarına əlavə edilmiş və sübut kimi istinad edilmiş tibbi müayinə sənədlərindən görünür ki, iddiaçı ciddi xəstədir və illərdir xəstəliyi ağır fəsadlar vermişdir. Belə ki, iddiaçının artıq dərəcədə dərman qəbulundan mədə və onikibarmaq bağırsaq xəstəlikləri yaranmış, bundan başqa hər iki ayağın mülayim paraperezi - çanaq orqanlarının (sidik kisəsi və düz bağırsaq) funksiyalarının mülayim pozuntusu ilə onurğa sütununun döş, bel və ya büzdüm səviyyəsində hissəvi zədələnmələri, boyun və gövdənin travmalarının nəticələri ilə müşayiət olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilmiş (M51: 13.5.1, 13.5.1.1); T91: 6.6.3.2; 6.6.3) orqanizmin funksiyalarının pozulmasına gətirib çıxarmışdır. Məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunmuş heç bir halı nəzərə almamış, nəticədə qeyri-obyektiv yanaşması hazırkı yanlış qərarın çıxmasına səbəb olmuşdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən mütəxəssis-həkim X13 bildirdi ki, iddiaçını Dövlət Sərhəd Xidmətinin göndərişi əsasında ilk dəfə 2015-ci il tarixdə o müayinə və daha sonra əməliyyat etmiş, bu günədək vaxtaşırı iddiaçı onun qəbulunda olmuş və onun müalicəsində iştirak etmişdir. İddiaçıda müşahidə olunan xəstəliyin tam sağalması mümkün deyil. Lakin iddiaçının diaqnozunun ağırlaşdırıcı halları hazırki vəziyyətdə onda mövcud deyildir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixdə imtina etmiş və iddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “xx.xx.2022-ci il tarixindən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyasının faiz göstəricisinin) təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyinə əsaslanaraq bildirmişdir ki, X10 tərtib olunmuş A00034975XCU saylı göndərişdə qeyd edilən iddiaçının səhhətini əks etdirən diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişiklikləri əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin və xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların hər hansı birinə aid etmək mümkün deyil. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. İşdə olan TSEK müayinələri qiymətləndirmə nəticələrindən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixli göndərişinə əsasən 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. (Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: L4-L5, L5-S1 disk yırtığına görə "Hemilanminektomiya" əməliyyatından sonrakı vəziyyətLS- L4 diskin yırtığı.) Bakı X9 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən iddiaçıya əlillik təyin olunmasından imtina olunmuşdur. Bakı X9 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişinə əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və cavabdehin Tibbi-sosial ekspert komissiyasının **********1 nömrəli 01 dekabr 2022-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tanxli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq оİaraq “Diaqnoz əlillik əlaməti təyin etmir”” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X19 xx.xx.2023-cü il tarixli T301/2023 saylı ekspert rəyində qeyd olunmuşdur ki, İddiaçı tibbi sənədlərinə əsasən onun hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Fəqərə arası diskin digər dəqiqləşdirilməmiş yerdəyişməsi, Diskogen bel-oma radikulopatiya. Keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət. L4-L5; L5-S1 hemilaminoektomiyadan sonrakı vəziyyət. L4-L5; L5-S1 f\a disklərin residivləşən yırtıqları. Sol sinir kökünün L5-S1 sıxılması. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L4-L5; L5-S1 hemilaminoektomiya (xx.xx.2015; xx.xx.2015).” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “Əlavə”də müəyyən olunan maddələrin hər hansı birinə aid etmək mümkün olmadı. İşin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətinə münasibətdə onu əyani müayinə etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəaları nəzərə alınmaqla (iddiaçı barəsində növbəti dəfə göndəriş artıq bu Meyarların qüvvədə olduğu dövrdə verilmişdir) müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin olunmuşdur. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş “Vətəndaşın əyani müayinə olunması haqqında” məktubdan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə X9 A00034975XCU nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin məktuba əlavə edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 19 dekabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsin 2709003AADXH nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin A00034975XCU nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESC AS **********7). Vətəndaş məhkəmə qərardadı əsasında 3-17-4/1- 41793/2023 nömıəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1129 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L4-L5, L5-S1 disk yırtığına görə 03.04.15 və 30.04.15 tarixlərində “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət L3-L4 diskin yırtığı. Dural kisənin və sol sinir kökcüyünün sıxılması ilə L4-L5, L5-S1 disklərin residiv gedişli yırt glari L4-L5, L5-S1 diskogen L5-S1 radikulopatiya, davamlı ağrı sindromu ilə hərəki, hissi və trofiki pozulmalarla, funksiyaların mülayim dərəcədə pozulması." diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1398 nömrəli Çıxarışında diaqnoz “L4-L5 fəgərəarası diskin soltərəfli residiv yırtığı. Soltərəf beloma radikuliyar ağrı sindromu ilə. Sol pəncənin açıcı parezi ilə" kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 12611/23 nömrəli çıxarışında diaqnoz "Orta dərəcəli depressiv epizod" kimi qeyd olunsa da, əyani müayinə zamanı depressiv daxilolmalar izlənilməmişdir. Binəqədi Tibb mərkəzinin xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Hər iki tərəfdə alın, gicgah və təpə paylarında subaraxnoidal məsafə qədər artmışdır. Kəsiklər daxilində hər iki əng cibində zəif mukozal qalınlaşma qeyd olunur.” kimi müəyyən edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda hərəkət məhdudluğu, mədə qanaxması, qababasmalardan şikayətlənmişdir. Anamnestik məlumatlarında paraşütdən yıxılaraq xəsarət aldığını, onurğa sütununda cərrahi əməliyyat keçirdiyini, qarabasmaları olduğunu, gözünə görünən məxluqların onu müxtəlif yerlərə çağırdıqlarını, evdən qaçıb getdiyini ifadə etmişdir. Müayinə zamanı onurğanın bel hissəsində təxminən 3-4 sm ölçülü əməliyyat çapığı izlənilmişdir. Nevroloji statusda aşağı ətrafında hipotrofiya və parez əlamətləri izlənilməmiş, refleksləri özünü gərgin saxladığı üçün alınmamış, əzələ gücünün müayinəsi zamanı aqrovasiya xarakterli davranış nümayiş etdirmişdir. Vətəndaşın bildirdiyi şikayətlərdə həmçinin təqdim etdiyi epikrizlərdə də sol aşağı ətrafında parez olduğu qeyd edilsə də, hərəkət zamanı sağtərəfli “parez” göstərməyə çalışmışdır. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”na müvafiq olaraq “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olub-olmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğunun müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli qərardadla İddiaçı əyani müayinəsinin yenidən keçirilməklə, onun təqdim etdiyi tibbi sənədlərdəki rəy və göstərişlər, o cümlədən diskdəki məlumatlar da nəzərə alınmaqla, bu zaman tibbi texnikadan da istifadə edilməklə, şəxsin aşkar olunan diaqnozunun təqdim etdiyi sənədlərdəki rəy və məlumatlara uyğun gəlib-gəlmədiyini müəyyən etmək və iddiaçının müraciətinə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarla təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəaları nəzərə alınmaqla müvafiq inzibati aktı qəbul etmək üçün cavabdeh inzibati orqana təkrar 1 (bir) ay müddət təyin olunmuşdur. Həmin qərardadın icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3-1733/2024 saylı 12 mart 2024-cü il tarixli qərarından görünür ki, məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 1129 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L4-L5, L5-S1 disk yırtığına görə 03.04.15 və 30.04.15 tarixlərdə «Hemilanminektomiva» əməliyyatından sonrakı vəziyyət. L3-L4 diskin yırtığı. Dural kisənin və sol sinir kökcüyünün sıxılması ilə L4-L5, L5-S1 disklərin residiv Qedisli yırtıqları.(M51.2) L4-L5, L5-S1 diskogen L5-S1 radikulopatiya, davamlı ağrı sindromu ilə, hərəki, hissi və trofiki pozulmalarla, funksiyaların mülayim dərəcədə pozulması diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda hərəkət məhdudluğu, mədə qanaxması, qarabasmalardan şikayətlənmişdir. Anamnestik məlumatlarında paraşütdən yıxılaraq xəsarət aldığını, onurğa sütununda cərrahi əməliyyat keçirildiyini, qarabasmaları olduğunu, gözünə görünən məxluqların onu müxtəlif yerlərə çağırdıqlarını, evdən qaçıb getdiyini ifadə etmişdir. Müayinə zamanı onurğanın bel hissəsində təxminən 3-4 sm ölçülü əməliyyat çapığı izlənilmişdir. Nevroloji statusda aşağı ətraflarda hipotrofiva və parez əlamətləri izlənilməmiş, reflekslər, gərgin saxladığı üçün alınmamış, əzələ gücünün müayinəsi zamanı aqrovasiya davranış nümayiş etdirmişdir. Vətəndaşın bildirdiyi şikayətlərdə, həmçinin təqdim etdiyi epikrizlərdə də sol aşağı ətrafında parez olduğu qeyd edilsə də, hərəkət zamanı sağtərəfli “parez” göstərməyə çalışmışdır. Psixi statusda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli olmuş, ünsiyyətə həvəslə daxil olmuş, verilən sualları ətraflı cavablandırmışdır. Qəbul etdiyi medikamentoz preparatların reseptlərini təgdim etsə də, heç birinin adlarını xatırlamamışdır. Emosional labil, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun olmuş, əhval- ruhiyyəsi “normal" kimi dəyərləndirilmişdir. Beləliklə, vətəndaş ekspertizaya təqdim etdiyi müalicə və instrumental müayinə nəticələrinə uyğun şikayətlər bildirməmiş, “Orta dərəcəli depressiv epizoda" uyğun klinik əlamətlər müşahidə edilməmiş, nümayişkar xarakterli davranış sərgiləməyə çalışmışdır. Bütün sadalananları nəzərə alaraq hal-hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv pozuntular aşkar edilməmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinədə omuş “xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yeriyə bilmədiyindən sol ayaqda hissiyatsızlıqdan şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda atrofiya, trofik pozuntu, parez izlənilməmiş, diz reflekslər canlı şağırılmış, pəncələrini gərgin saxladığı üçün axil refleksləri şağırılmamış, əzələ gücü və tonusu bərabər və normal olmuş, klonus izlənilməmiş. Hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafa irradiasiya edən bel nahiyəsində ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2 dəfə fəqərəarası disk yırtığının xaric edilməsi əməliyyatı keçirdiyini, bəzi hallarda evi özbaşına tərk etdiyini, həmin vaxt anlaqsız vəziyyətdə olduğunu, həmçinin qarabasmaları olduğunu, kimlərinsə onu müxtəlif yerlərə çağırdıqlarını ifadə etmişdir. Müayinə zamanı onurğanın bel hissəsində boylama istiqamətdə təxmini olaraq 3-4 sm ölçüdə, boylama istiqamətdə 2 paralel çapıq izlənilmişdir. Nevroloji statusda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, refleksləri canlı çağrılmış D=S, sol Axil refleksi abs, sağ Axil refleksi zəif alınmış, əzələ gücü və tonus norma daxilində olmuş, atrofiya, parez, iflic aşkar edilməmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuşdur. İntellektual mnestik funksiyaları yaşam tərzinə uyğun, emosional labil kimi dəyərləndirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12611/23 nömrəli Çıxarışında diaqnoz “Orta dərəcəli depressiv epizod" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1172 nömrəli Çıxarışında diaqnoz “L4- L5 və L5-S1 fəqərəarası diskin yırtığının çıxarılması əməliyyatlarından sonrakı vəziyyət. Soltərəfli koxlear ağrı sindromu, sol pəncənin parezi. L3-L4, L4-L5 və L5-S1 fəqərəarası diskin yırtıqları (residiv)” kimi qeyd edilsə də, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “L3, S1-fəqərə cisimlərində subxondral sklerotik dəyişiklik mövcuddur. L1-S1-səviyyəsində fəqərə arası disklərin degenerativ dəyişikliyi nəticəsində İntensivlikləri T2-ağırlıglı sekanslarda zəifləmişdir. L3- L4-fəqərəarası diskin arxa median sola meyilli yırtığı (5.5x11.0), dural kisənin və sol sinir kökcüyünün sıxılması (7.0x16.0 mm), dural kisənin və sol sinir kökcüyünün sıxılması, bu səviyyədə sol tərəfli əməliyyatdan sonrakı vəziyyət, L5-S1-fəgərəarası diskin arxa median geniş əsaslı yırtığı (4.0 mm), dural kisənin və hər iki lateral sinir kökcüyünün sıxılması, bu səviyyədə əməliyyatdan sonrakı vəziyyət diqqəti cəlb etmişdir" kimi qeyd edilsə də, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Kompyuter EMQ müayinəsinin nəticəsi “Sol peroneal sinirin aksonal zədələnməsi leyhinədir” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş: - Appro Hospitalın xx.xx.2024-cü il tarixli Lomber MRT-nin cavabından görünür ki, Lomber lordozda düzləşmə və minimal S-vari skolioz. Spondilozis. Üçsəviyyəli diskoaptiyalar. L4-L5 fəqəraarası diskdə diffuz qabarma (bulging) zəminində “7.5” mm ölçüsündə sol paramedian flbroz toxuma yırtıq Sol L5 sinir kökünə kompressiya mövcuddur. L5-S1 fəqərəarası diskdə diffuz qabarma (bulging) zəminində 6.5 mm ölçüsündə sol paramedian fibroz toxuma? yırtıq?. Sol S1 sinir kökünə kompressiya mövcuddur. Respublika Neyrocərahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli iddiaçının Komputer EMQ-nin cavabından görünür ki, bu incələmədə sağ aşağı ətraf peroneal hərəki, tibial hərəki və sural hissi sinir analizləri ilə yanaşı F-cavabı analizləri olunmuşdur. Sağ tərəfi peroneal hərəki sinir analizi ilə birlikdə F-cavabı analizi norma daxilindədir. Sağ tibial hərəki sinir analizləri ilə birlikdə F-cavabı analizləri norma daxilindədir. Sağ sural hissi sinir analizi normaldır. Bu incələmədə sol aşağı ətraf peroneal hərəki, tibial hərəki və sural hissi sinir analizləri ilə yanaşı F-cavabı analizləri olunmuşdur. Sol tərəfli peroneal hərəki sinir analizi norma daxilindədir. F cavabı analizi alınmamışdır. Sol tibial hərəki sinir analizləri ilə birlikdə F-cavabı analizləri norma daxilindədir. Sol sural hissi sinir analizi normaldır. Nəticədə bu incələmədə əldə edilən nəticə soltərəfli L4-L5 sinir kökcüklərinin radikulopatiyası ilə uyğundur. İşin faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixli göndərişinə əsasən ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəaları qüvvədə olmuşdur. Buna görə də həmin dövrdə əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına müvafiq olaraq aparılmışdır. Lakin əlilliyin 5 il müddəti bitdikdən sonra iddiaçının ona növbəti dəfə əlillik təyin olunması ilə bağlı müraciətinə əsasən baxılarkən və xx.xx.2022-ci il tarixdə müayinə olunarkən artıq xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olmuşdur və cavabdehin Tibbi-sosial ekspert komissiyasının **********1 nömrəli 01 dekabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq оİaraq “Diaqnoz əlillik əlaməti təyin etmir”” barədə qərar qəbul edilmişdir. Belə ki, həmin qərarın qəbul edilməsinə əsas kimi iddiaçıda mövcud olan xəstəliklərlə bağlı qoyulmuş diaqnoz və ağırlaşmaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda mövcud olmadığı göstərilmişdir. Bu barədə apellyasiya instansiyası məhkəməsində aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, iddiaçıda bundan öncə ona 2-ci dərəcə əlilliyin verilməsi üçün əsas olan diaqnoz – “Xİİİ Sinif- Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri- M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozgunluqları- M96- sümük-əzələ sisteminin pros... Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, Bel fəqərələrin osteoxondrozu. Polidiskoz. L4-L5, L5-S1, F\diskinin sol tərəfli yırtığı. Sol tərəfli kəskin ağrılı bel-oma radikulyar sindromu ilə. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və daimi kəskin kökcük ağrıları. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5,L5-S1 f/diskinin sol tərəfli yırtığı” olmuşdur. Hazırki vəziyyətdə onda müşahidə olunan diaqnoz – “sinir sistemi xəstəlikləri- G50-G59- Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi- G54 – sinir köklərinin və kələflərinin zədələnməsi- G54.8- sinir köklərin L4-L5, L5-S1 disk yırtığına görə "Hemilanminektomiya" əməliyyatından sonrakı vəziyyət LS- L4 diskin yırtığı.” Diaqnozu həm ekspert rəyinə əsasən, həm də cavabdeh qurumun məhkəmə qərardadına əsasən apardığı müayinəsinə əsasən təsdiqlənmiş, lakin həmin diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən ağırlaşmalarının mövcudluğu öz təsdiqini tapmamışdır. Halbuki iddiaçıya əlilliyin təyin olunması üçün onda təkcə müvafiq diaqnozun mövcudluğu deyil, həm də onun ağırlaşmasının da mövcud olması şərtdir. Belə olan halda iddiaçının tələbinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6238/2023 saylı 18 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6238/2023 saylı 18 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X14 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar