Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4181/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” barədə iddiasına dair inzibati iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə barədə Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 5043/2017 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə, 3-17-1/2-36509/2024 nömrəli ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsini və ərizəçi Fondun Suraxanı rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2008-ci il tarixindən (52 yaş) güzəştli şərtlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir.2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1 (82)-5043/2017 nömrəli qərarı ilə iddia təmin edilmişdir.Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (103)- 551 /2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)- 1122/2018 nömrəli qərarı ilə qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (103)-551/2018 nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2- 1(103)-1927/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarına əsasən xx.xx.1956-cı il təvəllüdlü E.X9 rayon şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli 581 nömrəli qərarla xx.xx.2008-ci il tarixindən 52 yaşından 01.01,2006-cı il tarixinədək 25 il 7 ay ümumi sığorta stajı və ümumi stajın 12 ili xüsusilə zərərli iş stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə hesablanaraq vətəndaşa 265,39 manat aylıq pensiya təyin olunmuş, sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2018ci il tarixindən aylıq 488,75 manat olmaqla ödənişinə başlanmışdır.İş üzrə icraatın təzələnməsi üçün əsaslar, İddiaçı barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən məlum olmuşdur ki, 2018-ci ilin may ayınadək ünvan 3 ünvanında qeydiyyatda olmuş, həmin tarixdən sonrakı müddətdə ona bu işdə maraqlı olan şəxslərin köməyi və istiqaməti ilə vətəndaşın qeydiyyat ünvanı dəyişdirilərək pensiya təyin olunması məqsədi ilə xx.xx.2018-ci il tarixində qeydiyyat ünvanı ünvan 4 pensiya təyinatının aparılmasından sonra xx.xx.2018-ci il tarixində qeydiyyat ünvanı ünvan 5işdirilmiş və hazıradək həmin ünvanda qeydiyyatdadır.Pensiya işində olan məhkəmə qərarlarına əsasən aşkar edilmişdir ki, İddiaçı əmək pensiyasının təyin olunması üçün ilk olaraq Fondun Bakı şəhəri Nizami rayon şöbəsinə deyil, Fondun Suraxanı rayon şöbəsinə müraciət etmişdir. Belə ki, vətəndaş Fondun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona xx.xx.2008-ci il tarixindən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005- ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, E.X8 rayon şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, lakin ona pensiya təyin edilməsindən imtina olunmuş, bu səbəbdən vətəndaş məhkəməyə müraciət etmişdir.Araşdırma zamanı Fondun Nizami rayon şöbəsi tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə Fondun Suraxanı rayon şöbəsinə əmək pensiyası təyinatı ilə bağlı yazdığı ərizəsi, müraciət sənədləri, şöbənin pensiya təyin edən komissiyasının vətəndaşın müraciəti ilə əlaqədar verdiyi qərar, pensiya işi, imtina barədə vətəndaşa ünvanlanmış şöbənin məktubu, məhkəmələrin şöbə ilə yazışmaları, şöbənin məhkəmələrə göndərdiyi müvafiq şikayət sənədləri, ümumiyyətlə İddiaçıla bağlı Fondun Suraxanı rayon şöbəsinə aid heç bir sənəd aşkar edilməmişdir. Həmçinin, Fondun Nizami rayon şöbəsində təyin olunmuş pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə nə şöbə tərəfindən Fondun Suraxanı rayon şöbəsinə yazılmalı olan vətəndaşın pensiya sənədlərinin tələbi ilə bağlı məktubu, nə də sözügedən şöbənin vətəndaşa məxsus sənədlərin Fondun Nizami rayon şöbəsinə göndərilməsi məktubu aşkar olunmamışdır. Bunlardan əlavə, məhkəmə qərarlarının üzərində Fondun Nizami rayon şöbəsinə və ya Fondun Suraxanı rayon şöbəsinə daxilolması barədə kargüzarlığın qeydiyyatı üzrə məlumatlar və ya dərkənarlar da aşkar edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Fondun Suraxanı rayon şöbəsinə qarşı vətəndaşın xeyrinə verdiyi qərar xx.xx.2017-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin qərarı isə xx.xx.2018-ci il tarixlidir.Beləliklə, pensiya işində olan məhkəmə qərarlarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı Fondun Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək ona xx.xx.2008-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Qeyd edilməlidir ki, İddiaçı iddia ərizəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 52 yaşdan və 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi tələbi qoyulmuşdur. Halbuki, məhkəmə baxışı keçirilərkən vətəndaşa yaşa görə əmək pensiyası təyin olunmadığı və ödənişi aparılmadığı nəzərə alınmamışdır. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi deyil, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur.Pensiya işinə tikilmiş əmək kitabçasının “Azneft” İstehsalat Birliyi “Neft Daşlan” Neft və Qazçıxarma İdarəsi kadrlar şöbəsinin möhürü ilə təsdiq olunmuş surətinə və “Bakı Sərnişin və X5” MMC-nin nəzdində olan "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli 338 №-li arayışına əsasən İddiaçı xx.xx.1974- xx.xx.1974-cü və xx.xx.1977-xx.xx.1979-cu il dövr ərzində 2704 №-li Avtodəstədə qalayçı vəzifəsində işləmiş, Azərbaycan Dövlət Neft Şirkəti SOCAR Baş ofisin Mərkəzi Arxivin SOCAR **********60020100X00099 №-li xx.xx.2016- cı il tarixli arxiv arayışına əsasən xx.xx.1984cü ildə “Xəzərdənizneftqazsənye” ÜİB-nin “Serebrovski” adına NQÇİ-nin X10 texnoloji qurğuların 4-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul olunmuş, xx.xx.1985-ci il tarixində İTAKS-a bilavasitə neft və qaz hasilatı obyektlərində avadanlıqların quraşdırılması, təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmiş, xx.xx.1985ci il tarixində işdən azad olunmuşdur. xx.xx.1985-ci il tarixində yenidən obyektlərin təmiri və xidməti ilə məşğul olan 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.1986-cı il tarixində dənizdə qazın ötürülməsi üzrə böyük mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixində NQÇİ-yə köçürülmə səbəbi ilə avadanlıqların xidməti və təmiri üzrə böyük mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixində işdən azad olunmuşdur. xx.xx.1989-cu il tarixində “Spektr” kooperativinə avadanlıqların təmiri üzrə mexanik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1990-cı ildə köçürmə yolu ilə “Ulduz” kooperativinə işə göndərilmiş, (hansı vəzifəyə qeyd olunmayıb) xx.xx.1991 -ci il tarixində köçürmə yolu ilə “Tosol” kiçik müəssisəsinə böyük aparatçı vəzifəsinə keçirilmiş və 01,04.1992-ci il tarixində işdən azad edilmişdir. xx.xx.1992- ci il tarixində Azərbaycan Respublikası Dövlət Ekologiya və X3 Komitəsi Xüsusiləşdirilmiş təbiəti mühafizə norma və qaydalarının pozulmasına qarşı mübarizə müfəttişliyinin ətraf mühiti üzrə qrupun müfəttişi vəzifəsinə təyin edilmiş, 11,08.1993-cü il tarixində aparıcı müfəttiş vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində “Merkuri” firmasında direktor müavini, xx.xx.1997-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına “Neft və qazçıxarma” İdarəsi 1 Nə-li neft mədəninə 10- cu dərəcəli neft və qaz hasilatı üzrə mühəndis vəzifəsinə, xx.xx.1997-ci ildən 3 №-li neft mədəninə 10-cu dərəcəli neft və qaz hasilatı üzrə mühəndis vəzifəsinə, 01,05.2000-ci il tarixindən İstismar və avadanlıqlarının təmiri sexinə rəis müavini vəzifəsinə keçirilmiş, 01,04.2003-cü ildə idarə aparatına ətraf mühitin mühafizəsi üzrə 12-ci dərəcəli mühəndis keçirilmiş, xx.xx.2005-ci il tarixində işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixində “28 May” NQÇİ-nin Neft-Qazçıxarma İdarəsi üzrə 15 saylı dərin dəniz özülünə 5-ci dərəcəli neftqazçıxarma operatoru qəbul edilmiş, xx.xx.2006- cı ildə Ekologiya və X4 İstifadə şöbəsinə rəis müavini təyin edilmiş, xx.xx.2006-cı ildə həmin şöbəyə 14-cü dərəcəli rəis təyin edilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmişdir. xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində “Azneft” X2 aparatının Ekologiya şöbəsinin rəis müavini vəzifəsində işləmiş, xx.xx.2012-ci il tarixində Mənzil-kommunal təsərrüfatının su şirinləşdirici və bioloji təmizləmə sahəsinə sahə rəisinin müavini vəzifəsinə qəbul edilmiş, əmək kitabçasına edilmiş sonuncu qeydlə xx.xx.2014-cü il tarixində İdarəetmə aparatı Ətraf mühitin mühafizəsi şöbəsinə ətraf mühitin mühafizəsi üzrə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixində kadrlar şöbəsinin rəis müavini R.Çərkəzovun imzası ilə hal-hazırda işlədiyi qeyd edilmişdir.Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş VÇ seriyalı 056057 №-li hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1974-cü il tarixindən 09.11. 1976-cı il tarixinədək hərbi xidmətdə olmuş, həmçinin notarial qaydada təsdiq olunmuş MV seriyalı 013154 №-li diplomun surətinə əsasən xx.xx.1979-cu il tarixində Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, xx.xx.1984-cü il tarixində neft və qaz yataqlarının işlənilməsinin texnologiya və kompleks mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir və ona dağ mühəndisi ixtisası verilmişdir. Məhkəmə qərarlarından göründüyü kimi, xx.xx.1984-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək, xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövr üzrə iş stajının zərərli əmək stajı kimi nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə pensiya təyinatı barədə qərar qəbul edilmişdir. Lakin hər 2 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerlərindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, idarələrdə işlədiyi dövrün zərərli əmək stajı barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Birinci instansiyanın qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, habelə Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 N-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr əsasında qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsində isə iddiaçının işlədiyi vəzifələr Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993- cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 №-li siyahısına əsasən əmək şəraiti zərərli olan peşə hesab olunmuş, lakin siyahıda hansı bölmə və ya kodla müəyyən olunduğu qeyd edilməmiş və yaxud araşdırılmamış, neft sənayesində işlədiyi dövrün iş stajı əsas göstərilməklə şöbənin apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli (İş № 2-1(82)- 5043/2017) qəbul etdiyi qərar əsas götürülərək şöbənin apellyasiya şikayəti təmin edilməmişdir.Eyni zamanda, şöbələr tərəfindən də vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışın alınması təmin və tələb edilməmişdir. Belə ki, vətəndaşa pensiya təyin olunarkən pensiya işinə tikilmiş SOCAR Baş ofisin Mərkəzi Arxivinin **********60020100X00099 №-li xx.xx.2016-cı il tarixli arxiv arayışında, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin 01,08.2017-ci il tarixli SƏ- 01ink/1385 №- li arxiv arayışında, 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC-nin xx.xx.2016-cı il 338 №-li arxiv arayışında İddiaçı işlədiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı üzrə güzəştli şərtlərlə pensiya çıxmaq hüququna malik olduğu qeyd olunmamışdır. 28 May NQÇİ-nin xx.xx.2017-ci il tarixli 01-01İNK/89 №-li imzalanmış, lakin möhürlə təsdiq olunmamış arxiv arayışında İddiaçı xx.xx.2005-xx.xx.2006-cı il dövr ərzində idarənin X12 neftqazçıxarma operatoru peşəsində işlədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2a bəndi üzrə iş stajının 1 il 14 gün təşkil etdiyi qeyd edilmişdir.Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2018-ci il tarixinədək İddiaçı 10 il əvvəl, yəni 2008-ci ildən güzəştli şərtlərlə pensiya hüququ olan vəzifələrin bir saylı siyahısına uyğun yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar.Bakı Apellyasiya Məhkəməsinin qərarında proses vətəndaşın xeyrinə başa çatdıqdan sonra Fondun Bakı şəhəri Nizami rayon şöbəsinə daxil olması barədə dərkənar qeydləri olmadan pensiya işinə tikilmiş məhkəmə qərarları və vətəndaşa aid ərizəsi həmin şöbədə qeydiyyatdan keçirilərək digər sənədlər, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azneft İstehsalat Birliyi 28 may NQÇİ-nin təsdiq etdiyi 2005-2009-cu illər üzrə xx.xx.2017-ci il tarixli 01-01 ink/67 №-li və H.Z.Tağıyev adına “Neft və qazçıxarma” İdarəsinin xx.xx.2017-ci il tarixli SƏ-01ink/844 №-li 2000-2005-ci illərə aid əməkhaqqı arayışlarında 2004-2005-ci illər üzrə hesablanmış əməkhaqqı əsas götürülməklə xx.xx.2008-ci il tarixindən 52 yaşının tamam olduğu gündən Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”na istinad etməklə əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış ümumi 25 il 7 ay sosial sığorta stajı və qeyd olunan ümumi stajın 12 ili güzəştli iş stajı kimi nəzərə alınmaqla İddiaçı xx.xx.2008-ci il tarixindən 52 yaşının tamam olduğu gündən 265,39 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2008-ci il tarixindən hesablanmış əmək pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə xx.xx.2018-ci il tarixindən 485,78 manat məbləğlə ödənişinə başlanılmışdır.İddiaçı əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən Fondun keçmiş İri Sığortaedənlərlə İş İdarəsinin 99/08904-13048 №-li xx.xx.2018- ci il tarixli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə şöbəyə daxil olmuş arayışına əsasən xx.xx.2018-ci il tarixindən pensiyasının məbləği yenidən hesablanmaqla 488,75 manatdan 871,23 manata çatdırılaraq ödənişə göndərilmişdir. Qeyd olunmalıdır ki, vətəndaşın Qanunun tələblərinə əsasən pensiyasının yenidən hesablanması barədə şöbəyə müraciət etdiyi ərizəsi pensiya işində və uçot vərəqində aşkar edilməmişdir.xx.xx.2008-cı ildən xx.xx.2018-ci ilədək olan dövr üzrə 44718,53 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən ayda 485,78 manat olmaqla 2018-ci ilin may-iyun, 864,77 manat omaqla həmin ilin iyulsentyabr aylarında, bundan əlavə xx.xx.2018-xx.xx.2019-cu il aralığı üzrə 15 ay ərzində 12997,69 manat (cəmi 16563,56 manat) aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, xx.xx.2019-cu il tarixində isə ötən dövrlər üçün hesablanmış fərq məbləğinin 28154,97 manat qalıq hissəsi birdəfəlik vətəndaşın plastik kart hesabına köçürülmüşdür.xx.xx.2019-cu il tarixindən vətəndaşın aylıq pensiyası indeksləşdirmə nəticəsində 897,41 manata çatdırılmış və 01,02.2020-ci il tarixinədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. xx.xx.2018-01,02.2020-ci il tarixləri arasındakı dövr üzrə təyin edilmiş və hesablanaraq ödənilmiş aylıq pensiyanın cəmi məbləği isə 17845,39 manat təşkil etmişdir.Qeyd olunduğu kimi, məhkəmə qərarları nəzərə alınmadan pensiya təyin edilməsi zamanı İddiaçı əmək kitabçasının surətindəki qeydlər və iş haqqında arayışlar nəzərə alındıqda vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, habelə Nazirlər Kabinetinin 320 nömrəli 21,06.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) uyğun olmadığı müəyyən edilmişdir.Habelə, Fondun Bakı şəhəri Suraxanı rayon şöbəsinin apellyasiya şikayətində İddiaçı xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi vəzifələrin nə Nazirlər Kabinetinin təsdiq etdiyi 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə, nə də ki, 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) uyğun olmadığı qeyd edilmişdir. Beləliklə, İddiaçı əmək pensiyası almaq hüququ Qanunun 9-cu deyil, 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən 65 yaşından yarandığı müəyyən olunur.Nəticədə, məhkəmə qərarlarına əsaslanaraq hesablanmış və İddiaçı əsassız ödənilmiş pensiya məbləği 62563,92 manat (44718,53+17845,39) təşkil etmişdir.Beləliklə, Fondun Nizami rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyanın təyin edilməsi, hesablanması və 01,02.2020-ci il tarixinədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 62563,92 manat təşkil etmişdir.Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 dekabr 2020-ci il tarixli **********3 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 22 fevral 2021-ci il tarixli 02/2-347mat-20/704 nömrəli məktubda cinayət işi başlanmaqla ibtidai istintaqın aparılmasının Baş İdarənin İstintaq İdarəsinə həvalə edildiyi qeyd olunub, (surəti əlavə olunur). Həmçinin, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5043/2017 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı (hakim A.Əhədova) ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və “yeni açılmış hallarla” bağlı ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Fondun Nizami rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyanın təyin edilməsi, hesablanması və xx.xx.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 62563,92 manat təşkil etmişdir. Eyni zamanda araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 8 dekabr 2020-ci il tarixli **********3 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 22 fevral 2021 -ci il tarixli 02/2-347mat-20/704 nömrəli məktubda cinayət işi başlanmaqla ibtidai istintaqın aparılmasının Baş İdarənin İstintaq İdarəsinə həvalə edildiyi qeyd olunub. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-cı il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı ilə iddia təmin edilmiş və İddiaçı əmək kitabçasına əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-cı ıl tarixdən xx.xx.1989-cu il tarixədək, 16 06 1997- cı il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Neft sənayesində işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-551/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)-1122/2018 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)- 551/2018 nömrəli nömrəli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(103)-1927/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5043/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 500 (beş yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2- 1(103)-1076/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1371/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(103)-1076/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-5043/2017 nömrəli qərarı icra olunması üçün cavabdeh inzibati orqana göndərilmiş, cavabdeh özü yeni açılmış hallarla bağlı ərizəsində iddiaçıya xx.xx.2018-ci il tarixdən etibarən pensiya ödənişinə başladığını və araşdırma ilə əlaqədar xx.xx.2020-ci il tarixdən pensiya ödənişinin dayandırıldığını bildirmişdir. Nəzərə alınmalıdır ki, formalaşmış inzibati praktikaya görə ərizəçi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı müvafiq inzibati mübahisə üzrə cavabdeh DSMF Bakı şəhəri Suraxanı rayon şöbəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəsi məhkəməyə 20 fevral 2024-cü il tarixdə – ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 5 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5043/2017 nömrəli, 12 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-4181/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4181/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver