Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-419/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X13 və X5 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, İddiaçılarİddiaçı1, İddiaçı2 və X2 cavabdehlər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil kommunal Birliyi 13 saylı Mənzil-Kommunal İstismar Sahəsinə, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə və AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı icarə müqaviləsinin, alqı-satqı müqaviləsinin, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3779/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadındanX8 və X7 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 cavabdehlər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə, Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 13 saylı Mənzil Kommunal istismar sahəsinə, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Komitəsinə (AR ƏMDK) və AR ƏMDK yanında DƏDRX-nın 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə AR 1 saylı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 4-cü Naqonıy (hazırki Mirqasımov) küçəsi 22 saylı şəxsi mülkiyyətlərində olan bələdiyyələşdirilməmiş evin zirzəmisin 77,3 kv.m sahəsinə dair cavabdeh AR ƏMDK-si ilə X9 arasında xx xxxx 2013-cu il tarixli 5491 N°-li başlanmış icarə müqaviləsinin, xx xxxx 2013-cü il tarixdə bağlanmış 4968 N-li icarəyə verilmiş obyektin alqı-satqı müqaviləsi AP ƏMDK yanında DƏDRX-nin tərəfindən verilmiş dövlət qeydiyyatı haqqında DƏDR-dən xx xxxx 2013-cü il tarixli ******* nömrəli çıxarışın və AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Bakı şəhəri Nəsimi rayonu AK.Mirəli Qaşqay küçəsi 66, qapı 1,2 saylı qeyri-yaşayış sahəsinə dair xx xxxxxxx 2013-cü il tarixli reyestr nömrəsi **********9-05101 olan texniki pasportun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1 81)- 3779/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. X8 və X7 apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3779/2019 saylı qərardadının ləğv edilməsini, inzibati məhkəmə icraatına cəlb edilməli, inzibati orqan kimi cavabdehlərin hərəkətlərində vəzifə saxtakarlığı cinayətin əlamətləri aşkara çıxdığına görə iddiaçıların iddiasını mümkün sayılmasına və aidiyyəti üzrə prokurora xəbər verilməsinə dair xüsusi qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələrini, birinci instansiya məhkəməsinin qərardadından verilmiş apelyasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etdilər. İddiacılar ərizəcilərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, birinci instansiya məhkəməsinin qərardadından verilmiş apelyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul edilməsini xahiş etdilər .Cavabdehlər apelyasiya şikayətinin mümkünlüyü məsələsini Kollegiyanın mülahizəsinə verdiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiacı X4 və cavabdehlər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil kommunal Birliyinin 13 saylı Mənzil-Kommunal İstismar Sahəsi, Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya ərizəçinin izahatını dinləyib, qeyd olunan` apelyasiya şikayətini iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə təqdim olunan üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə ərizə təmin olunmamalı, apelyasiya şikayəti mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitsuiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. İşin hallarından görünür ki, X8 və X7 hazırki inzibati iş üzrə iddiaçıların iddiasının mümkün sayılmamasına dair qərardadın onların hüquq və vəzifələrinə toxunduğuna görə ləğv edilərək, onların işə cəlb edilməsini xahiş edirlər. Kollegiyanın qənaətinə görə üçüncü şəxs qismində (adi və ya zəruri cəlbetmə) cəlbetmənin tətbiq edilməsi üçün üçüncü şəxslə mübahisəli hüquq münasibəti arasında əlaqənin olması mövcud olmalıdır. İş materiallarından belə bir əlaqənin olması (tərəflərdən biri və ya hər ikisi ilə, yaxud mübahisə predmeti arasında əlaqə olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin; və yaxud hüquqi mübahisə ilə bağlı tərəflər və üçüncü şəxslər barəsində yalnız vahid qərar qəbul edilsin) müəyyən olunmur, ərizəcilər tərəfindən də təqdim olunmamışdır.. Kollegiya işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, hazırki iddia tələbi üzrə ərizəçilər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilə bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 83 və 87-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 və X3 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə ərizəsi təmin edilməsin. X8 və X3 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1 81)3779/2019 saylı qərardadından verdikləri apellyasiya şikayəti mümkün hesab edilməsin və apelyasiya şikayəti apellyasiya icraatına qəbul edilməkdən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-419/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-419/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver