Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-419/2024 09.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ikinci dərəcə əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1992-ci ildə Lerik rayon hərbi komissarlıgı tərəfindən hərbi xidmətə çağırılmışdır. İddiaçı hərbi xidmət keçərkən 1994-cü ildə aldığı xəsarətə görə xx.xx.1994cü ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə müayinə almış və ona “alın nahiyyəsinin yumuşaq toxumalarını dəlib keçən güllə yaralanması” diaqnozu qoyulmuşdur. Bundan sobra aparılmış uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 932 nömrəli qərarına əsasən iddiaçının aldığı travmanın hərbi travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı iddiaçıya “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, alın nahiyəsində yumuşaq toxumaların dəlib keçmiş qüllə yarasının uzaq fəsadları. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və yaddaş enməsi” diaqnozu qoyulmuş və xx.xx.2011-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya təkrarən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə 7 saylı Birləşmiş Xəstəxananın xx.xx.2014-ci il tarixli göndərişi əsasında baxılmış və Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.9 - Başın dəqiqləş..., Diaqnozun mətni: Alın nahiyyəsində yumşaq toxumaları dəlib keçən güllə yaralanması. Kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və yaddaşın enməsi, Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Alın nahiyyəsində yumşaq toxumaları dəlib keçən güllə yaralanması.” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli..., Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, alin nahiyəsinde yumşaq toxumların dəlib keçmiş qüllə yarasının uzaq fəsadları. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və yaddaş enmesi., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, alın nahiyəsində yumşaq toxumların dəlib keçmiş qull...” səbəbi ilə bir il müddətinə əlillik verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə sözügedən xəstəxananın göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => zədələnməsi və disfunksiyası və ya somatik xəstəli..., Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, alın nahiyəsində yumşaq toxumaların dəlib keçmiş qüllə yarasının uzaq fəsadları. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və yaddaş enməsi., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntuar, alın nahiyəsində yumşaq toxumaların dəlib keçmiş qull...” səbəbi ilə beş il müddətinə əlillik verilmişdir. Bakı 29 nömrəli Birləşmiş Xəstəxananın xx.xx.2021-ci ildə göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi. Ağırlaşma F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kobud davranış pozuntusu və yaddaşın enməsi. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya İ dərəcə Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Xəstə İ Qarabağ döyüşlırində iştirak etmiş alın nahiyyəsindən güllə yarası almışdır. Hərbi Hospitalda 1 ay müalicə almış sonra döyüş bölgəsinə qayıdıb. Psixi vəziyyəti ilə əlaqədar 1998-ci ildə təxris edilib., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var.” səbəbi ilə imtina verilmişdir. Həmin Xəstəxananın xx.xx.2021-ci ildə göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb. İxtisaslaşmış müalicə və müayinəni davam etdirmək məsləhətdir.” səbəbi ilə imtina verilmişdir. Daha sonra bu göndəriş əsasında əyani müayinəsi həyata keçirilmiş və Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə Qərar qəbul edilmişdir. Onun əsasında Əlillik atsisteminə X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs..., Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kobud davranış pozuntusu və yaddaşın enməsi., Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” məlumatları işlənmişdir. Daha sonra Bakı 2 nömrəli X2 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Həmçinin sonuncu göndəriş əsasında vətəndaş əyani müayinəyə dəvət olunmuş və barəsində Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul olunmuşdur. Beləliklə, həm elektron qiymətləndirmənin, həm əyani müayinənin nəticəsində vətəndaşa əlillik təyinatının aparılması mümkün olmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq iddiaçı X4 tərəfindən onun üzərində hər hansı müayinə aparılmadığını, sadəcə olaraq xəstəliyi ilə bağlı suallar verildiyini bildirdi. Cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2021-ci il tarixinədək müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçıya təkrarən əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır, hesab edir ki, hazırki işin faktiki halları baxımından iddianın təmin edilməsi ilə düzgün nəticəyə gəlinmişdir. Belə ki, Hüquq münasibətinin yarandıgı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.1-ci bənd. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bənd. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İş materiallarında olan: - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2022-ci il tarixli qiymətləndirmə nəticəsində iddiaçıda olan “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular...” diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli 932 nömrəli qərarından görünür ki, Lerik RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994- cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Alın nahiyyəsinin yumşaq toxumalarının dəlib keçən güllə yaralanması” (Lerik RHK-nın xx.xx.2010-сi il tarixli 403 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 261 nörnrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.2010-cu il tarixli 101 nömrəli arayışı, MN MHHKnın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. - 9 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 130201 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - 9 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 018139 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cu il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - 9 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 411165 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ikinci qrup əlil hesab edilmişdir. - 9 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli xxxxxxx0003 nömrəli məlumatdan görünür ki, iddiaçı xx.xx.2016-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər ikinci dərəcəli əlil hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 T 350/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı iş materiallarında ona tibbi sənədlərinə əsasən müvafiq tibb müəssisələrində tərtib edilmiş forma 88 göndərişləri tam doldurulmuş və göndərişlərdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beyinin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi, Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Kobud davranış pozuntusu və yaddaşın enməsi.” Diaqnoz onun stasionarlarda müalicəsi zamanı anamnestik, klinik və laborator- instrumental müayinələr əsasında müəyyən edilmişdir. İddiaçı qeyd edilən xəstəliklərlə əlaqədar hazırda əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərkən ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb oluna bilər. - 2 saylı Bakı Dost Mərkəzinin xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubundan görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 2- ci dərəcə əlilliyə görə 259.78 manat məbləğində əmək pensiyası ödənilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- sosial ekspert komissiyasının xx.xx.2023-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, İddiaçı diaqnozunun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 19652/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, iddiaçı əyani müayinə olunmuş və əyani müayinədən sonra “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beyinin üzvi xəstəliyi nəticəsində (travma mənşəli) kəskin şəxsiyyət dəyişikliyi, Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Kobud davranış pozuntusu və yaddaşın enməsi.” Diaqnozları iddiaçının stasionarlarda müalicəsi zamanı anamnestik, klinik və laboratorinstrumental müayinələr əsasında müəyyən edilmişdir. Belə olan halda cavabdeh tərəfində əvvəllər də iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olan xəstəliklərin mövcud olmasına baxmayaraq yenidən əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanunsuz və əsassız olmuşdur. İş materiallarından göründüyü kimi xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qoyulmuş “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular, alin nahiyəsində yumşaq toxumların dəlib keçmiş güllə yarasının uzaq fəsadları. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi və yaddaş enməsi” diaqnozları ilə iddiaçı ikinci qrup əlil hesab edilmişdir. xx.xx.2011-ci il tarixdən fasiləsiz olaraq xx.xx.2021-ci tarixədək eyni xəstəliklə əlaqədar ona ikinci dərəcə əlillik təyin edilmişdir. Qeyd olunanlardan aydın olur ki, iddiaçı fasiləsiz olaraq 10 ildən artıq müddət 2-ci qrup əlil olmuşdur. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir ki, birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin. Fərmanın 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88”-in tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır ki, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, ümumiyyətlə, cavabdeh tərəfindən ona sonuncu əlillik müddətinin başa çatdığı xx.xx.2021ci il tarixdən əlillik təyin edilməli idi. Bundan əlavə qeyd olunmalıdır ki, iddiaçıda mövcud olan xəstəlik dianozları hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə əsasən “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” F06 xəstəlik təsnifatı kodu ilə də göstərilmişdir.” İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinə əməl edilərək, maddi hüquq normaları işin hallarına düzgün tətbiq edildiyindən, cavabdehin apelyasiya şikayəti isə hər hansı mötəbər dəlillə əsaslandırılmadığından məhkəmənin mübahisələndirilən qərarının ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6685/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-419/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-419/2024
09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver