Məhkəmə qərarları › İş №2-1(103)-419/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-419/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-419/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X9 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4452/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının X3 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, YPK/0099-23 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 40-da yerləşən “Tüstü Pub” restoranına insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olduğu üçün xx.xx.2023-xx.xx.2023-cü tarixlərdə plandankənar yoxlama aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının X3 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, YPK/0750-23 nömrəli “Yoxlamanın aparılması haqqında” Qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev.28P, m.0-da yerləşən fiziki şəxs İddiaçı Elmar oğluna insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə fiziki şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olduğu üçün xx.xx.2023-xx.xx.2023-cü tarixlərdə plandankənar yoxlama aparılmışdır. xx.xx.2023-cü il tarixli, KY232058619 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlayıcı orqan Azərbaycan Respublikasının X3, yoxlanılan sahibkarın adı İddiaçı Elman oğlu, yoxlama obyekti: “Tüstü Pub” kafesi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev.28P, m.0, yoxlamanın tipi növbədənkənar, yoxlamanın təyin edilməsi üçün əsas: İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi, bir və ya bir neçə insanın ölümü təhlükəsi, fiziki şəxs tərəfindən müraciət (məlumat), yoxlama müddəti: xx.xx.2023-xx.xx.2023-cü il. Azərbaycan Respublikasının X3 Bakı Regional Bölməsinin “Yoxlayıcının texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxaran və skanerdən) istifadəsi ilə bağlı yoxlanılan sahibkar və ya onun nümayəndəsinə məlumatın verilməsi faktını öz imzası ilə təsdiqləməsi və ya imtina etməsi barədə” aktda qeyd olunmuşdur, biz- “böyük məsləhətçi X6, məsləhətçi X7”, sahibkar İddiaçı Elmar oğlu, Balabəyov E.Ş-in iştirakı ilə bu aktı tərtib etdik ondan ötrü ki, Azərbaycan Respublikasının X1 yoxlamanın aparılması haqqında xx.xx.2023-cü il tarixli, YPK/0750-23 nömrəli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli nömrəli çıxarışına əsasən aparılan yoxlama zamanı S901820 seriya nömrəli yaxa kamerasından istifadə edilməsinə heç bir etiraz sahibkar və səlahiyyətli nümayəndəsi tərəfindən yoxdur. Azərbaycan Respublikasının X3 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, YPK/0750/2023 nömrəli “Yoxlamanın nəticələri üzrə” Qərardan görünür ki, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli olan tədbirlər fiziki şəxs İddiaçı Elmar oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev.28P, m.0 ünvanda fəaliyyət göstərən obyekt yalnız müvafiq qanunvericiliyə uyğun olaraq tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş keyfiyyət və təhlükəsizliyi təsdiq edən sənədləri olan Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olan qida məhsullarının satışı həyata keçirilməsidir. Pozuntuların aradan qaldırılması müddəti 30 gündür. Qeyd edilmişdir ki, aşkar olunmuş pozuntular xx.xx.2023cü il tarixinədək aradan qaldırılsın və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilsin, inzibati xəta əlamətləri aşkar olunduğundan inzibati xəta haqgında işə dair zəruri tədbirlərin görülməsi təmin edilsin, qərar tərəfə rəsmi qaydada təgdim olunduğu gündən güvvəyə minir. Azərbaycan Respublikasının X3 Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli, MN1314074 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən İddiaçı Elmar oğlu İXM-in 447.0.6-cı maddəsi ilə təqsirli bilinmiş və 2000 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Bakı Regional Bölməsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P, m.0. ünvanında fəaliyyət göstərən “Tüstü Pub” ictimai iaşə müəssisəsində aparılmış plandankənar yoxlama nəticəsində qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” xx.xx.2023-cü il tarixli Qərarın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, noyabr 2023-cü il tarixli YPK/0750-23 nömrəli “Yoxlamanın nəticələri üzrə” Qərarından məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P, m.0. ünvanında fiziki şəxs və sahibkar kimi iddiaçının nəzarətində fəaliyyət göstərən “Tüstü Pub” ictimai iaşə müəssisəsində 02 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən alınmış Çıxarışına və Azərbaycan Respublikasının X1 “Yoxlamanın aparılması haqqında” Qərarına əsasən daxil olmuş vətəndaş müraciəti əsasında regional bölmənin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilmişdir. Regional Bölmə yoxlamanın nəticəsi üzrə belə qərara gəlmişdir ki, “ictimai iaşə müəssisəsində plandankənar şəkildə aparılmış yoxlama zamanı 79 ədəd olmaqla müxtəlif adda və həcmdə olan alkoqollu içkilər aşakarlanmışdır. Belə ki, yoxlama zamanı alkoqollu içkilərin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinalından kəskin fərqləndiyi əməkdaşlarımız tərəfindən müşahidə edilmişdir. Həmçinin sözügedən içkilərə dair müşaiyət edici sənədlər yoxlamaya təqdim edilməmişdir. Polisin müdaxiləsi ilə birgə baxış nəticəsində sözügedən məhsulların yoxlama üçün zəruri dəlil olması heçə sayılaraq həmin spirtli içkilərin müəssisənin səlahiyyətli şəxsləri tərəfindən gizlədilməsi faktı üzə çıxmışdır. DİN-nin əməkdaşları tərəfindən bu fakt müşahidə olunaraq təsdiq edilmişdir. Yoxlama zamanı aşkarlanmış spirtli içkilərin ictimai iaşə müəsisəsinin səlahiyyətliləri tərəfindən gizlədilməsi halları müəyyən edildikdən sonra, regional bölmənin əməkdaşları oradan uzaqlaşdırılmışdır”. Fəaliyyət müddəti ərzində dövlət tərəfindən müəyyən olunmuş vergiləri və kommunal xərcləri problemsiz qaydada ödənilmişdir, həmçinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qida məhsullarının satışını həyata keçirilmişdir. Buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin Bakı Regional bölməsi (vəzifəli şəxsi) “Tüstü Pub” ictimai iaşə müəssisəsinin vəzifəli şəxsi kimi barəsində 15 noyabr 2023-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31 və 447.0.6-cı maddələrinə istinad edərək 2000 (iki min ) manat məbləğində cərimələmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” xx.xx.2023-cü il tarixli qərarın surəti X1 Bakı Regional Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə fəaliyyət göstərilən ünvanda mənə təqdim edilmişdir. Qəbul edilmiş qərardan məlum olur ki, Qərardan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə və Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununa uyğun olaraq, qərar təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Cavabdehin əməkdaşları özlərini təqdim etmədən, birbaşa ictimai iaşə müəssisəsinə girmiş, guya ki, vətəndaşların şikayəti daxil olduğundan plandankənar yoxlama aparılacağı bildirilmişdir, lakin daxil olmuş müraciət təqdim edilmədiyi səbəbindən, regional bölmənin əməkdaşları oradan uzaqlaşdırılmışdır. Sonrakı gün isə özlərini təqdim etdikdən sonra, yoxlama aparılmış və müvafiq qərarlar qəbul edilmişdir ki, həmin qərarları əsassızdır. Səlahiyyətli orqanın “məhsullar müəssisənin səlahiyyətli şəxsləri tərəfindən gizlədilmişdir, əməkdaşlar müəssisədən uzaqlaşdırılmışdır” kimi irəli sürdüyü arqumentlərin əsası yoxdur. Belə bir hal müşahidə olunmamışdır. Əksinə, Regional İdarənin əməkdaşları yoxlama apardıqları zaman, məhsulların saxlandığı şəraiti, qablaşdırmanı və s. nəzərdə tutulan halların çəkilişini aparmışdır. Əşyaların və sənədlərin götürülməsi, müvafiq protokolun tərtib edilməsi, vəzifəli şəxs kimi təqdim edilməsi, inzibati xətanın mahiyyəti barədə məlumat verməsi qanunauyğun şəkildə həyata keçirilməmişdir. Tərəfimdən qida məhsullarının satışı müxtəlif çeşidlərdə olmaqla qanunauyğun şəkildə həyata keçirilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, 2023-cü il 2 noyabr tarixində vətəndaş X2 “1003 - Çağrı Mərkəzi”nə edilən müraciəti əsasında həmin tarixli YPK/0099-23 saylı “Yoxlamanın aparılması haqqında Qərar”a əsasən, fərdi sahibkar İddiaçı məxsus “Tüstü Pub” ictimai iaşə müəssisəsində 2 noyabr - 4 noyabr tarixləri arasında yoxlamanın aparılması nəzərdə tutulmuşdur. 2023-cü il 2 noyabr tarixində yoxlama zamanı şikayətdə qeyd edildiyi kimi, kustar üsullarla hazırlanmış içkilərin və digər saxtakarlıq əlamətləri aşkar olunmuş 79 ədəd müxtəlif çeşiddə və həcmdə spirtli içkilər müəyyən edilmişdir. Dərhal sonra Agentliyin nümayəndələri həmin məhsulları seçərək aktlaşdırdığı zaman ictimai iaşə obyektinin səlahiyyətli şəxsləri tərəfindən məcburi şəkildə müəssisədən kənarlaşdırılmışlar. Bu zaman Agentliyin əməkdaşları tərəfindən DİN-nin əməkdaşları yoxlamanın aparılmasının və şəffaflığın təmin olunması məqsədilə yoxlamaya cəlb edilmiş və ictimai iaşə obyektində təkrar baxış aparılmışdır. Bu zaman əvvəldə qeyd edilən kustar üsullarla hazırlanmış saxta spirtli içkilərin müəssisə tərəfindən gizlədilməsi, saxlanc sahəsindən çıxarılması və yoxlamaya təqdim edilməməsi faktı ilə üzləşilmişdir. Buna görə də məsələ ilə bağlı fərdi sahibkar İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə (nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsi) əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Nəticədə İddiaçı barəsində Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin 2023-cü il 15 noyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. İddiaçı həmin qərardan məhkəməyə şikayət vermiş və bununla bağlı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli 3(004)-6074 saylı qərarı qəbul edilmişdir. Həmin qərara əsasən, İddiaçı Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin 2023-cü il 15 noyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməmiş, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin 2024-cü il 29 yanvar tarixli 3(103)-150/2024 saylı qərarına əsasən, İddiaçı şikayəti təmin edilməmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli 3(004)-6074 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yoxlama zamanı obyektdəki mallardan nümunə götürülməsinə mane olmuş, daha sonra həmin obyektdə polis əməkdaşları ilə birlikdə daxil olarkən isə həmin mallar obyektdə aşkar edilməmişdir. Spirtli içkilərin kustar üsulla hazırlanması onların qablaşdırılmasının da vizual olaraq görünmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində inzibati xətalara dair işlər üzrə apellyasiya instansiyasının qərarından əlavə şikayət verilməsi və ya kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 29 yanvar tarixli 3(103)-150/2024 saylı qərarı qətidir və ondan şikayət verilə bilməz. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin əməkdaşlarının müəssisədən məcburən kənarlaşdırılması, saxta məhsulların aşkar edilməsi və yoxlayıcılardan gizlədilməsi faktları məhkəmələr tərəfindən də təsdiqini tapmış və əsaslı faktlardır. Bu məsələnin əlavə mübahisə predmetinə çevrilməsi hazırkı qanunvericiliyin tələblərinə əsasən mümkün deyil və İddiaçı əməli inzibati xətalar haqqında qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş və müvafiq qaydada məsuliyyətə cəlb edilmişdir. Bundan başqa, İddiaçı iddia ərizəsində “Yoxlamanın nəticələri üzrə” qərarı mübahisələndirərkən hər hansı əsaslı sübut irəli sürmür və ya qərarın hansı səbəbdən əsassız olduğu faktını qeyd etmir. Yuxarıda göstərilənlərə əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizliyinin Bakı regional bölməsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4452/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsinin məzmununa uyğun apelyasiya şikayəti verərək bildirmişdir ki, cavabdehin əməkdaşları özlərini təqdim etmədən, birbaşa ictimai iaşə müəssisəsinə girmiş, guya ki, vətəndaşların şikayəti daxil olduğundan plandankənar yoxlama aparılacağı bildirilmişdir, lakin daxil olmuş müraciət ona təqdim edilmədiyi səbəbindən, regional bölmənin əməkdaşları oradan uzaqlaşdırılmışdır. Sonrakı gün isə özlərini təqdim etdikdən sonra, yoxlama aparılmış və müvafiq qərarlar qəbul edilmişdir ki, həmin qərarları əsassız hesab edir. Hesab edir ki, səlahiyyətli orqanın “məhsullar müəssisənin səlahiyyətli şəxsləri tərəfindən gizlədilmişdir, əməkdaşlar müəssisədən uzaqlaşdırılmışdır” kimi irəli sürdüyü arqumentlərin əsası yoxdur. Belə bir hal müşahidə olunmamışdır. X11 əməkdaşları yoxlama apardıqları zaman, məhsulların saxlandığı şəraiti, qablaşdırma və s. nəzərdə tutulan halların çəkilişini aparmışdır. Əşyaların və sənədlərin götürülməsi, müvafiq protokolun tərtib edilməsi, vəzifəli şəxs kimi ona təqdim edilməsi, inzibati xətanın mahiyyəti barədə məlumat verməsi qanunauyğun şəkildə həyata keçirilməmişdir. İddia ərizəsi icraata qəbul edilmiş, iddia mümkün sayılmış, subyektiv hüquqa malik olmağı məhkəmə tərəfindən qəbul edilmişdir(İPM-nin 45.4, 2.1, 3.1 və 8.1-ciu maddələri). Məhkəmə Bakı Apellyasiya məhkəməsinin 29 yanvar 2024-cü il tarixli qərarında əks olunmuş fikirlərə istinad edərək belə nəticəyə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yoxlama zamanı obyektdəki mallardan nümunə götürülməsinə mane olmuş, daha sonra həmin obyektdə polis əməkdaşları ilə birlikdə daxil olarkən isə həmin mallar obyektdə aşkar edilməmişdir. Spirtli içkilərin kustar üsulla hazırlanması onların qablaşdırmasının da vizual olaraq görünmüşdür. Məhkəmə gəldiyi qənaəti Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 2.1, 2.2.1, 3.1, 8.1,38.1,45.4, 457, 49, 68.1, 68.2-ci maddələri, “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi haqqında Əsasnamə’nin 3.0.9-cu bəndi, 'Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1,4.1,4-1.1.1-4.1.1.4, 4.2.1, 13.1-13.3, 14.1, 16.1.3, 16.7, 16.8, 33-cü maddələri ilə əsaslandırmışdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin olduğu zərf üzərində “ünvan tam deyil” qeydi ilə geri qayıtmışdır. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya ilk öncə onu qeyd edir ki, apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev. 28P, m.0. ünvanında fəaliyyət göstərən “Tüstü Pub” ictimai iaşə müəssisəsində aparılmış plandankənar yoxlama nəticəsində qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” xx.xx.2023cü il tarixli qərarın ləğvi ilə bağlı İddiaçı tərəfindən verilmiş iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli vətəndaş müraciəti əsasında Agentliyin yoxlamanın aparılması haqqında qərarı əsasında İddiaçı Elmar oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov ev.28P, m.0 ünvanda fəaliyyət göstərən obyektdə plandankənar yoxlama keçirilmiş və yoxlama ilə kustar üsullarla hazırlanmış içkilərin və digər saxtakarlıq əlamətləri aşkar olunmuş 79 ədəd müxtəlif çeşiddə və həcmdə spirtli içkilər müəyyən edilmiş, Agentliyin nümayəndələri həmin məhsulları seçərək aktlaşdırdığı zaman ictimai iaşə obyektinin səlahiyyətli şəxsləri tərəfindən məcburi şəkildə müəssisədən kənarlaşdırılmış, cavabdehin vahid məlumatdan reyestrdən çıxarışına əsasən ictimai iaşə obyektində təkrar baxış aparılmışdır. Bu zaman əvvəldə qeyd edilən kustar üsullarla hazırlanmış saxta spirtli içkilərin müəssisə tərəfindən gizlədilməsi, saxlanc sahəsindən çıxarılması və yoxlamaya təqdim edilməməsi faktı ilə aşkar olunduğundan cavabdehin mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı ilə yoxlamanın nəticələri rəsmiləşdirilmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 33.6-cı maddəsinə əsasən aşkar edlmiş pozuntuların aradan qaldırılması, müvafiq qanunvericiliyə uyğun olaraq tanınmış və ya müvafiq icra hakimiyyəti tərəfindən verilmiş keyfiyyət və təhlükəsizliyi təsdiq edən sənədləri olan qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olan qida məhsullarının satışının həyata keçirilməsi kimi görülməli olan tədbirlər sadalanmışdır. Eyni zamanda iddiaçı barəsində inzibati xəta haqqında iş üzrə zəruri tədbirlərin görülməsi qərara alınmışdır. Nəticədə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə (nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsi) əsasən, barəsində Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin 2023-cü il 15 noyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2023-cü tarixli qərarının ləğvini tələb edir. İddiaçının iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən onun qanunla müəyyən edilmiş qaydada qəbul edildiyi müəyyən edilir. Bu hal işin mübahisəsiz halıdır. Lakin həmin inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1-ci maddəsinə əsasən Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 4.1-ci maddəsinə əsasən yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. 4-1.1-ci maddəsinə əsasən yoxlama zamanı yoxlayıcının aşağıdakı hüquqları vardır: 4-1.1.1. yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq; 4-1.1.2. yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək; 4-1.1.3. yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq; 4-1.1.4. yoxlama obyektinə bilavasitə aid olduğu halda foto, audio və video çəkiliş aparmaq. 4-2.1-ci maddəsinə əsasən yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır: 4-2.1.4. yoxlamanı tam, vaxtında, obyektiv və qərəzsiz həyata keçirmək, sahibkarın müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə mane olmamaq; 4-2.1.5. bu Qanunun 6-cı fəslində müəyyən edilən hallar istisna olmaqla, sahibkara məxsus əşyaların və sənədlərin bütövlüyünü təmin etmək; 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 14.1. Yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. 16.1.3. İnsanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aparılır. 16.7. Bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır:

1. əvvəlki müraciətlərin doğruluğu;

2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması;

3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi;

4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1 -ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. 33.1. Yoxlama nəticəsində sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması aşkar olunduqda, yoxlayıcı orqan tərəfindən aşkar olunmuş pozuntuların aradan qaldırılması, həmçinin pozuntuya yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunla müəyyən edilmiş tədbirlər görülür. Yoxlamanın nəticələri üzrə tətbiq olunan hüquqi tədbirlər qanunla nəzərdə tutulmalı və yoxlayıcı orqanın səlahiyyətlərinə uyğun olmalıdır. 33.2.2. Yoxlayıcı orqan tərəfindən inzibati xətanın əlamətləri aşkar olunduqda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş müddətlərdə və qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında 33.2.4. məsuliyyətə səbəb olan digər qanun pozuntuları aşkar edildikdə qanunla müəyyən edilən məsuliyyət tədbirləri və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilir. 33.6. Yoxlamanın nəticələri üzrə qərar qəbul olunduğu tarixdən beş iş günü müddətində aşağıdakı məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir: 33.6.1. yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi; 33.6.2. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementlərinə istinadla aşkar edilmiş qanun pozuntuları; 33.6.3. yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərar (pozuntu aşkar olunduqda, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər, görülmüş məsuliyyət tədbirləri, materialların aidiyyəti üzrə göndərildiyi dövlət orqanları, materialların göndərilməsinə dair məktubların tarix və nömrələri). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X3 haqqında Əsasnamə”nin 3.0.9-cu yarımbəndinə əsasən, qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək) Agentliyin səlahiyyətlərinə aiddir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli 3(004)-6074 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası X3 Bakı regional bölməsinin 2023-cü il 15 noyabr tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 3(103)-150/2024 saylı qərarına əsasən İddiaçı şikayəti təmin edilməmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2023-cü il 21 dekabr tarixli 3(004)-6074 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İnzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 3(103)-150/2024 saylı qərarında qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yoxlama zamanı obyektdəki mallardan nümunə götürülməsinə mane olmuş, daha sonra həmin obyektdə polis əməkdaşları ilə birlikdə daxil olarkən isə həmin mallar obyektdə aşkar edilməmişdir. Spirtli içkilərin kustar üsulla hazırlanması onların qablaşdırılmasının da vizual olaraq görünmüşdür. Qeyd olunanlarla bağlı aparılan məhkəmə araşdırmaları onu deməyə əsas verir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə araşdırmaları zamanı tam təsdiqini tapmamış, cavabdeh tərəfindən təqdim edilmiş yoxlama materialları ilə təkzib edilmişdir. Belə olan halda cavabdehin “Yoxlamanın nəticələri üzrə” xx.xx.2023-cü il tarixli qərarı qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh qurum mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassız olduğu üçün qəbul edilmir və həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib iddianın təmin edilməsi üçün hər hansı əsas da yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4452/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4452/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən Xəyalə Cəmilova X15 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar