Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4195/2025 15.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı anadangəlmə nitq və eşitmə qüsurludur. xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək sağlamlıq imkanları mədud uşaq hesab edilmiş, əlilliyə görə sosial müavinət də almışdır. İddiaçı xx.xx.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında müayiənədən keçmişdir. Qiymətləndirmə nəticəsində ona "eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli koxlear nevrit. Sol tərəfli İİİ-İV dərəcə, sağ tərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması" diaqnozu qoyulmuşdur. Bu diaqnoz əsasında əlillik təyinatından imtina edilmişdir. Əlillik müddətinin bitdiyi tarixdən sonrakı dövrdə İddiaçı əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin D00039361AJP ve A00140005NQN nömrəli göndərişləri əsasında xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilmiş və hər iki halda natamam doldurulması səbəbindən göndərişlər tibb müəssisəsinə geri qaytarılmışdır. Müraciət əsasında İddiaçı, xx.xx.2023-cü il tarixdə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası tərəfindən qəbul edilmişdir. Keçirilən qəbulda, aparılmış obyektiv müayinənin nəticəsi, həmçinin A00140005NQN nömrəli göndərişdə qeyd olunmuş diaqnoz (ikitərəfli koxlear nevrit) əlillik təyinatına əsas vermədiyindən əlilliyin müəyyən edilməsi mümkün olmamışdır”. İddiaçının (uşağın) 2022-ci ildə müayinəsi aparılmışdır. Aparılmış medikamentoz yuxuda BERA testi nəticəsində hər iki qulaqda 70 db n HL intensivlikdə V dalğa forması əldə edilmiş və nəticə olaraq ikitərəfli orta ağır (İİİİV) dərəcəli sensonevral tip eşitmə azlığı müəyyən edilmişdir. Təkrar olaraq 2024-cü ildə analoji test aparılmış və nəticəsində sağ qulaqda 90 db, sol qulaqda 70 db n HL intensivlikdə V dalğa forması əldə edilmiş və nəticə olaraq sağ tərəfli ağır (İV), sol tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı müəyyən edilmişdir. II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
4. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, “Hazırda sol qulaqda 60 dBnHL intensivlikdə V dalğa əldə edilməsi, iddiaçının həmin qulağında İİİ dərəcə eşitmə zəifliyinin olduğunu göstərir. Sağ qulaqda isə 70 dBnHL intensivlikdə V dalğa əldə edilmişdir. Məhkəmə qeyd edir ki, 70 db İİİ dərəcə eşitmənin son həddi, İV dərəcə eşitmənin başlanğıcıdır, buna görə də ekspert iddiaçının sağ qulağında İİİ-İV dərəcə eşitmə zəifliyi olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, 70 db intensivlikdə əldə olunan dalğa funksional olaraq İV dərəcə eşitmə zəifliyinə bərabər tutulmalıdır. Çünki işdən görünür ki, iddiaçıda eşitmə protezləşdirilmiş, yəni sağ qulağa eşitmə cihazı qoyulmuşdur, həmçinin nitqi nisbətən qüsurludur.”
5. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
III. Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçıya ilkin əlillik təyinatı Bakı 19 nömrəli Uşaq Poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında 3 il müddətinə təyin edilib. İddiaçının əlillik müddəti bitməsi ilə əlaqədar müraciəti Bakı Baş Səhiyyə Mərkəzinin xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli göndərişləri əsasında yoxlanmış və göndərişlərin natamam doldurulması səbəbilə tibb müəssisəsinə geri göndərilmişdir. İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə Mərkəzinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında əyani müayinəsi həyata keçirilməklə baxılmış və diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İkitərəfli koxlear nevrit.Sol tərəfli lll-İV dərəcə,sağ tərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması.. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları” qüvvəyə mindikdən sonra əlillik təyin edilməsi barədə qərar qəbul olunmayıb. Belə ki, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişində iddiaçıya “H90.3- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli koxlear nevrit. Sol tərəfli lll-İV dərəcə, sağ tərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması” diaqnozu qoyulmuşdur. Əsasnamənin 9.1-ci bəndinə əsasən Qulağın və məməyəbənzər çıxıntının funksiyalarının xəstəlik, zədə və çatışmazlıqlara görə davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən ən yaxşı eşidən (yeganə) qulağın eşitmə funksiyasının pozulması dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: xəstəliyin gedişatının forması və mərhələsi, eşitmə çatışmazlığının əmələgəlməsi vaxtı, ona qarşı adaptasiya dərəcəsi, fəsadlaşmaların növləri və xüsusiyyətləri, nitq və psixi funksiya çatışmazlıqları ilə yanaşı olması və daha dərin müayinələrə ehtiyac olduğu halda elektrofizioloji və digər morfofunksional müayinə üsullarından istifadə olunur (audiometriya, otoakustik emissiya, törədilmiş eşitmə potensialları) Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. IV. Tərəflərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
V. Tədqiq olunan sənədlər:
9. - 19 nömrəli Uşaq Poliklinikasının xx.xx.2019- cu il tarixdə verdiyi əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (bundan sonra – göndəriş) əsasında xx.xx.2019-cu il tarixdə iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, ona ilkin olaraq 3 il müddətinə “İki tərəfli xroniki çox ağır İV dərəcəli sesonevral ağır eşitmə, eşitmə protezləşdirilib, nitq qüsursuzdur” diaqnozu üzrə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir - Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişindən görünür ki, iddiaçıya “H90.3- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli koxlear nevrit. Sol tərəfli lll-İV dərəcə, sağ tərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması” diaqnozu qoyulmuşdur. Göndərişdə qeyd edilmişdir ki, “xx.xx.2024-cü il tarixdə medikamentoz yuxuda Bera testi aparılmış, sağ qulaq 90 db, sol qulaqda 70 db n HL intensivlikdə V dalğa forması əldə edilmiş, “Sağ tərəfli ağır (İV), sol tərəfli orta ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” müəyyən edilmişdir. - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı dair dövlət tibb müəssisəsi tərəfindən A00203932AXK nömrəli göndəriş rəsmiləşdirilmiş və şəxsin əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə yaşadığı ərazi üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zərurəti yaranmışdır. Bu səbəbdən vətəndaş xx.xx.2024-cü il tarixində 3 nömrəli Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X6-sosial ekspertiza komissiyasına göndərilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
Əsaslandırıcı hissə
VI.Tətbiq olunan hüquq
10. “İnzibati icraat haqqında” Qanun 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;
11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2 Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası": 1.1. bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
VII. Məhkəmənin mövqeyi
13. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2024-cü il tarixli göndəriş ilə H90.3- Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, ikitərəfli koxlear nevrit, Sol tərəfli lll-İV dərəcə, sağ tərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması diaqnozu qoyulmuşdur.
14. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”ndan müəyyən edilir ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir.
15. Birsözlə şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır.
16. Meyarların 9.1.3-cü bəndinə əsasən “eşitmə zəifliyi bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İV dərəcə” diaqnozu üzrə şəxsin əlilliyinin müəyyən edilməsi üçün əsasdır.
17. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır.
18. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmətibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin T 383/2025 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: H90.3- Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. İkitərəfli koxlear nevrit. Soltərəfli İİİ-İV dərəcə, sağtərəfli İV neyrosensor ağır eşitmə və anadangəlmə nitqin pozulması” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı audiometriyada sağ qulaq-35 DB, sol qulaq-40 DB müəyyən edilmiş və əlillik səviyyəsində olmamışdır. Vətəndaş İddiaçı məhkəmətibbi müayinə zamanı Azərbaycan Tibb Universietinin X4 göndərilmiş və xx.xx.2025-ci il tarixində aparılan medikamentoz yuxu altında BERA testi zamanı onda sağ qulaqda 3-4-cü dərəcə, sol qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunmuşdur.
19. Rəydə qeyd edilmişdir ki, müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Sağ qulağında eşitmə cihazı var. İddiaçı müayinə üçün mütəxəssisə göndərildi. Azərbaycan Tibb Universietinin X3 xx.xx.2025-ci il tarixində medikamentoz yuxu altında BERA testi aparıldı. 33.1 rate 2000 sweep click şiddətində aparılan BERA testi zamanı sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edildi, sol qulaqda 60 dBnHL intensivlikdə V dalğa əldə edildi. Nəticə: Sağ qulaqda 3- 4-cü dərəcə, sol qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə qeyd olunur.
20. Göründüyü kimi, iddiaçının qulağında bir tərəf üzrə İİİ dərəcə, digər tərəf üzrə İİİ-İV dərəcə eşitmə zəifliyi aşkar edilmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, ağıreşitmənin ümumdünya təsnifatına əsasən:
1. İ dərəcə - 26-40 db – danışıq məsafəsi – 4-6 m;
2. İİ dərəcə -41-55 db - danışıq məsafəsi – 1-4 m;
3. İİİ dərəcə - 56-70 db - danışıq məsafəsi – 0,25-1 m;
4. İV dərəcə 71-90 db- 0 metr;
5. eşitmənin ikitərəfli tam itirilməsi (karlıq) - > 91 db – 0 m.
22. Hal-hazırda sol qulaqda 60 dBnHL intensivlikdə V dalğa əldə edilməsi, iddiaçının həmin qulağında İİİ dərəcə eşitmə zəifliyinin olmaqla, sağ qulaqda 70 dBnHL intensivlikdə V dalğa əldə edilmişdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, 70 db İİİ dərəcə eşitmənin son həddi, İV dərəcə eşitmənin başlanğıcıdır, buna görə də ekspert iddiaçının sağ qulağında İİİ-İV dərəcə eşitmə zəifliyi olduğu qənaətinə gəlmişdir.
24. Məhkəmə kollegiyası hesab edir ki, 70 db intensivlikdə əldə olunan dalğa funksional olaraq İV dərəcə eşitmə zəifliyinə bərabər tutulmalıdır.
25. Belə ki, işdən görünür ki, iddiaçıda eşitmə protezləşdirilmiş, yəni sağ qulağa eşitmə cihazı qoyulmuşdur, həmçinin nitqi nisbətən qüsurludur
26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
27. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticə hissəsi
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3354/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193- cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.