Məhkəmə qərarları › İş №2-1(103)-4196/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4196/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4196/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə və digərlərinə qarşı “kompensasiya və digər” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 12755/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə 06 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun millət vəkilliyinə namizədliyinə və seçicilərin şəxsən səsi ilə seçilərsə, millət vəkili olarsa qadağa qoyulmamaq şərt və tələbi ilə mədəniyyət naziri təyin edilməsini, bu tələb qoyula da bilməz çünki mədəniyyət və turizm nazirliyi artıq ayrı-ayrı qurumlardır, biznes qurum deyil. Müqəddəs tarixi abidənin, yəni sədd barəsində dünya xalqlarına hələ də çatdırılmadığı siyasiləşdirilməsi hələ də davam etdirilidiyi üçün yəni necə olur ki, Kəhf surəsində adı keçən Naxçıvanda yerləşən Əshabu-Kəhf abidəsi müqəddəs tarixi abidəyə çevrilə bilir, amma əsas daha öncə tarixə aid olan Quranın eyni surəsində adı keçən ən üstün müqəddəs mədəni abidə hələ də siyasiləşdirilir və ən azı şikayətindən sonra da dəqiqləşdirilmədiyi üçün 100 ********* (yüz milyard) əsas hissəsi Quba rayonunun və Azərbaycanın Yol Mədəniyyətini və tarixi abidələr mədəniyyətin və s. bərpa olunması üçün nə vəziyyət olmasından asılı olmayaraq silah və s. alınmamaq şərt və tələb qoyulmaqla Mərkəzi Seçki dairələrində namizədliyi qeydə alınmış, aktiv seçki hesabı olan namizədlərə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun Mədəniyyət Naziri təyin olunmağı və elan edilməsi barəsində və başqa iş taparsa və ya Millət Vəkili olarsa bu işinə qadağa qoyulmadan müddətsiz təyin olunmağı (bu tələb qoyula da bilməz, çünki illərlə Mədəniyyət və Turizim Nazirliyi birgə qurum olsa da artıq ayrı-ayrı qurumlardır və ya biznes qurumu deyil) barəsində və müqəddəs tarixi abidənin, yəni Sədd barəsində Dünya Xalqlarına hələ də məlumat çatdırılmadığı, siyasiləşdirilməsi hələ də davam etdirildiyi üçün yəni necə olur ki, Quranı Kərimin KƏHF sürəsində adı keçən Naxçıvanda yerləşən Əshabu Kəhf abidəsi Müqəddəs tarixi abidəyə çevrilə bilir, amma əsas ondan daha öncə tarixə aid olan, Quranın eyni sürəsində adı keçən ən üstün Müqəddəs Mədəni abidə hələ də siyasiləşdirilir və ən azından şikayətindən sonra da, elan edilmədiyi üçün 100.000.000.000 (yüz milyard) əsas hisssəsi Quba rayonunun və əsas hissəsi Azərbaycan Yol Mədəniyyətinin və tarixi abidələr Mədəniyyətinin və s. bərpa olunması, hər nə vəziyyət olmasından asılı olmayaraq silah sürsat alınmamaq şərt və tələbi qoyulmaqla Mərkəzi Seçki Komissiyasında aktiv seçki hesabı olan əsl seçilmək istəyən Namizədlərə ödənilməsi barəsində qanunvericiliyin tələblərinə riayət olunmaqla və cavabdehlərin hələ də heç bir etiraz və şikayətləri olmadığı üçün və cavabdehlərə ilk öncə şikayət və tələblərinə əsasən ədalətli tam aydın, ağlabatan və cavabdehlərin üzərinə öhdəlik qoyulması barəsində qərar çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12755/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, onun Mədəniyyət Naziri təyin olunmağı və elan edilməyi barəsində Məhkəmənin üzərinə və ya Mədəniyyət Nazirliyinin və birgə Ölkə Prezindentinin üzərinə öhdəlik qovulması barəsində, başqa iş taparsa və ya Millət Vəkili olarsa bu işinə qadağa qoyulmadan müddətsiz təyin olunmağı barəsində (bu tələb qoyulada bilməz,çünki illərlə Mədəniyyət və Turizim Nazirliyi birgə qurum olsada artıq ayrı-ayrı qurumlardır və ya biznes qurumu deyil) barəsində və müqəddəs tarixi abidənin,yəni sədd barəsində dünya xalqlarına hələ də məlumat çatdırılmadığı, siyasiləşdirilməsi hələ də davam etdirildiyi üçün yəni necə olur ki, Quranı Kərimin KƏHF sürəsində adı keçən Naxçıvanda yerləşən Əshabu Kəhf abidəsi Müqəddəs tarixi abidəyə çevrilə bilir,amma əsas ondan daha öncəyə tarixə aid olan, Quranın eyni sürəsində adı keçən ən üstün Müqəddəs Mədəni abidə hələ də siyasiləşdirilir və ən azından şikayətimdən sonrada, elan edilmədiyi üçün 100.000.000.000 (yüz milyard) əsas hisssəsi Quba rayonunun və əsas hissəsi Azərbaycan Yol Mədədəniyyətinin və tarixi abidələr Mədəniyyətinin və s. bərpa olunması, hər nə vəziyyət olmasından asılı olmayaraq silah sürsat alınmamağı şərt və tələbi qoyulmaqla Mərkəzi Seçki Komissiyasında aktiv seçki hesabı olan Namizədlərə ödənilməsi barəsində qanunvericiliyin tələblərinə riyayət olunmaqla və cavabdehlərin hələdə heç bir etiraz və şikayətləri olmadığı üçün və cavabdehlərə ilk öncə şikayət və tələblərinə əsasən ədalətli tam aydın, ağla batan və cavabdehlərin hər birinin üzərinə öhdəlik qoyulması barəsində qərar çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi, apellyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Hazırki işdə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olundu ki, ərizəçi tərəfindən verilən apellyasiya şikayəti əsaslandırılmamış, həmçinin apellyasiya şikayəti formal tələblərə uyğun verilməmişdir. Belə ki, apellyasiya şikayətinin “xahiş etdi” hissəsi tam və aydın göstərilməmiş, apellyantın tələbinin nədən ibarət olduğu dəqiq qeyd olunmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmçinin həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Bununla bağlı apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün 06 noyabr 2024-cü il tarixə iclas təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında apelyant iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPMnin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-12755/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərardaddan verilmiş apellyasiya şikayətinin qanunvericiliyə uyğun olaraq formal tələblərə riayət etməklə tərtib edilərək 06 noyabr 2024-cü il tarixədək məhkəməyə təqdim etməyi təklif etmişdir. Bu barədə məhkəmə bildirişi elektron məhkəmə sistemi üzərindən iddiaçının elektron kabinetinə də yüklənmişdir. Lakin həmin tarixə qədər iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti nəinki məhkəmə kollegiyasına təqdim edilməmiş, hətta iddiaçı prosesdə iştirakını belə təmin etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12755/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərardadından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.2, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12755/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar