Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4198/2025 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və Ismayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayədəsi və vəkili nümayəndə2 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması barədə” qərarının ləğv edilməsi, iddiaçıya pensiya ödənişinin qərardan əvvəlki tarixə uyğun ödənilməsinin (sonrakı artımlar-indeksasiya nəzərə alınmaqla) bərpa edilməsi, qərara əsasən yaranmış fərqin hesablanaraq tutulmuş pul vəsaitinin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “əmək pensiyasının yenidən hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** saylı qərarının ləğv edilməsi, iddiaçıya pensiya ödənişinin qərardan əvvəlki tarixə uyğun ödənilməsinin (sonrakı artımlar-indeksasiya nəzərə alınmaqla) bərpa edilməsi, qərara əsasən yaranmış fərqin hesablanaraq tutulmuş pul vəsaitinin geri ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya məbləği cavabdehin əsassız qərarına əsasən aşağı salınmışdır. Belə ki, iddiaçının əmək kitabçasında olan qeydlərə və faktiki vəziyyətə uyğun olaraq ##.##.2015-ci il tarixdə “Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə, ləğv edilib” qeydi ilə iddiaçı tutduğu vəzifədən azad edilmiş və eyni təşkilat daxilində şənbə və bazar günü buraxıldıqdan sonra ##.##.2015-ci il tarixdə digər vəzifəyə işə qəbul edilmişdir. Bunu əsas gətirən cavabdeh iddiaçını “işləməyən əmək pensiyaçısı kateqoriyasına” keçirməklə onun pensiya məbləğini azaltmış, bundan savayı qanunsuz tutulmalar həyata keçirmişdir. Pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilənə kimi (həmin qərar iddiaçıya təqdim edilmədən) iddiaçı əvvəl təyin edilmiş pensiyasını almış və ona irad bildirən olmamışdır. Cavabdeh müddət institutlarına məhəl qoymadan qanunvericiliyin tələblərini pozmaqla iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Cavabdehin ümumiyyətlə pensiyanın yenidən hesablanmasına heç bir əsası olmamışdır. Iddiaçı əmək kitabçasında qeyd edilən tarixlərdə fasiləsiz olaraq əmək fəaliyyətini həyata keçirmişdir. Cavabdehin qeydlərinə əsasən iddiaçını (heç bir halda) işləməyən əmək pensiyaçı kateqoriyasına aid etmək əsaslı və qanuni hesab edilə bilməz. Iddiaçının işdən çıxarıldığı gün həftənin 5-ci günü işə qəbul edildiyi gün isə həftənin 1-ci günü olmuşdur. Həmin aradakı günlər isə qanunvericilk tələbi baxımından qeyri-iş günü hesab edilir. Göründüyü kimi, cavabdehin qərarı əsassız və yanlışdır. Pensiya məbləği əvvəl hansı qaydada hesablanıbsa, həmin qaydada da hesablanmalıdır. Cavabdeh tərəfindən əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən o ləğv edilməlidir. Cavabdeh inzibati orqandır. Onun qəbul etdiyi qərara dair vətəndaşların etimadı olur. Indiki halda isə cavabdeh etimad hüququnun pozulmasına səbəb olan qərar qəbul etmişdir. Cavabdeh tərəfindən dəfələrlə pensiya iş materiallarının araşdırılması imkanı olduğu halda onlar 10 il əvvəlki sənəd barəsində indiki dövrdə monitorinq aparmaları şübhə doğurmaya bilməz. Cavabdeh qanuni əliverişli inzibati aktın qəbul edildiyi vaxtdan 10 il sonra həmin qərarın hüquqi nəticəsini aradan qaldıran-pensiya hesablaması qaydasını dəyişdirməsinə nail olan pensiyanın yenidən hesablaması barədə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. Bakı Inzibati Məhkəməsinin (hakim Səlma Qənbərova) e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** saylı qərarının ləğv edilməsi, iddiaçı İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ##.##.2024-cü il tarixli *- **-*/*-*-*****/**** saylı qərardan əvvəlki məbləğinin bərpa edilməsi (sonrakı artımlar və indeksasiya nəzərə alınmaqla) və yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1957-ci il tarixində doğulmuş, beləliklə də 57 yaşı ##.##.2014-cü il tarixdə tamam olmuş, həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Iddiaçı İddiaçı təqdim edilmiş məktubda qeyd edilən məlumatların hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 və 39.1-ci maddələri təşkil etmişdir. İddiaçı əmək kitabçasındakı qeydlər də nəzərə alınmaqla, iddiaçı ##.##.2015-ci il və ##.##.2020-ci il tarixlərdə işdən çıxdığına görə onun əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi ##.##.2015-ci il tarixindən 322,62 manatdan 330,03 manata (indeksləşdirilərək ##.##.2020-ci il tarixinə 489,79 manat), ##.##.2020-ci il tarixindən isə 489,79 manatdan 1061,35 manata (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 1580,57 manat) artırılmalı idi. Lakin iddiaçının müraciəti araşdırılarkən vaxtilə əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiyası səhvən ##.##.2020-ci il tarixindən 478,76 manatdan 1135,29 manata (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 1689,19 manata) artırılaraq ona artıq əmək pensiyası ödənilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin olunduqdan sonra Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyası iki dəfə - ##.##.2015-ci il və ##.##.2020-ci il tarixlərdə yenidən hesablanmalı idi. ##.##.2020-ci il tarixindən etibarən iddaçının işləməyən pensiyaçı kateqoriyasına keçməsi müəyyən edilmədiyinə görə qeyd edilən tarixdən hazırkı tarixədək onun fərdi şəxsi hesabında toplanmış pensiya kapitalı əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamışdır. Qanunun 39.1-ci maddəsinin ##.##.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı son üç il üzrə 3498,96 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının yazılı razılığını qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarının iddiaçının 2015-ci ildə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçirilərək əmək pensiyasının yenidən hesablanması hissəsində ləğv edilməsi, həmin yenidən hesablama aparılmamışdan əvvəlki pensiya məbləğinin bərpa edilməsi (sonrakı artımlar və indeksasiya nəzərə alınmaqla), yaranmış fərq məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayədəsi və vəkili nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda qeyd edilir: Sizə ##.##.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 37.3.1-ci maddəsinin # #### 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış baza və sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qzanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasında keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesqablanır. Araşdırma zamanı, vaxtilə əmək pensiyanızın yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, əmək pensiyanız yenidən hesablanarkən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz ##.##.2015-ci il tarixindən 322,62 manatdan 330,03 manata (indeksləşdirilərək ##.##.2020-ci il tarixinə 489, 79 manat), ##.##.2020-ci il tarixindən isə 489,79 manatdan 1061,35 manata (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 1580,57 manat) artırılmalı olduğu halda, ##.##.2020-ci il tarixindən 478,76 manatdan 1135,29 manata (indeksləşdirilərək ##.##.2024-cü il tarixinə 1689,19 manata) artırılaraq Sizə artıq əmək pensiyası ödənilib. Qanunun 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, Sizə son üç il üzrə 3498,96 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin vəsaitin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi məqsədi ilə yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ## ##### 2026-cı il tarixli məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin ## #### 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Bununla əlaqədar, İddiaçı əmək pensiyası ## ###### 2015-ci il və # ###### 2020-ci il tarixlərində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar # ###### 2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarla yenidən hesablanıb. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd olunan qərarın qəbul edilməsi ilə ## ####### 2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərar etibarsız olub. Iş materiallarında olan cavabdeh tərəfindən qəbul edilmiş *-**-*/*-*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardan görünür ki, İddiaçı ##.##.2014-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 1708 manat 59 qəpik olmuş, “Yenidən hesablama- 0-dan-işdən çıxma-yeni qaydaya əsasən, 3-17-1/3-3-61710/2023 və *-**-*/*-*-*****/**** nömrəli qərarlar ləğv edilsin” səbəbi ilə pensiyası yenidən hesablanaraq yenidən hesablanmış pensiya məbləği 2106 manat 26 qəpik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Iş materiallarından görünür ki, iddiaçı ##.##.1957-ci il təvəllüdlüdür. Iddiaçıya ##.##.2014-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda iddiaçının mübahisələndirdiyi cavabdehin *-**-*/*-*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, iddiaçıya pensiya təyin edildikdən sonra işləməyə davam etmiş, cavabdeh iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyini əsas gətirərək ##.##.2015-ci il tarixindən və ##.##.2020-ci il tarixindən əmək pensiyasını yenidən hesablamışdır. Lakin iddiaçı onun ##.##.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi əsası ilə əlaqədar əmək pensiyasının yenidən hesablşanması ilə razılaşmır. Iş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətindən və SOCAR-ın əmrlərinin arxiv surətlərindən görünür ki, iddiaçı ona əmək pensiyası təyin edildikdən sonra işləməyə davam etmiş, ##.##.2015-ci ildə Heydər Əliyev adına Bakı neft emalı zavodu direktorunun əməyin mühafizəsi üzrə müavini vəzifəsində başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmiş, ##.##.2015-ci ildə həmin Zavodun Təhlükəsizlik, ekologiya və keyfiyyət xidmətinin 17-ci dərəcəli rəisi vəzifəsinə təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, təqvimə əsasən ##.##.2015-ci il tarix həftənin cümə günü, ##.##.2015-ci il tarix isə həftənin bazar ertəsi günüdür. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra o, həmin iş yerində növbəti iş günü başqa vəzifəyə təyin edilmişdir. Iddiaçının əmək müqaviləsinə xitam verilməsi və onun yeni vəzifəyə təyin edilməsi günləri arasında fasilə olmadığı üçün həmin tarixin (##.##.2015-ci il) pensiyaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi tarixi kimi qəbul edilməsi əsassız olmuşdur. Iddiaçı fasilə olmadan digər vəzifəyə təyin edilmiş, əmək fəaliyyətini fasiləsiz olaraq davam etdirmiş və həmin tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına aid olan pensiyaçı statusunda olmamışdır. Bu səbəbdən də cavabdeh tərəfindən ##.##.2015-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına aid olan pensiyaçı hesab edilərək iddiaçının əmək pensiyasının yenidən hesablanması əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı iddiaçının 2015-ci ildə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçirilərək əmək pensiyasının yenidən hesablanması hissəsində əsassızdır və ləğv edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin “Əmək pensiyanın yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** saylı qərarı ləğv edilsə də, apellyasiya baxışı zamanı məlum olmuşdur ki, həmin qərar cavabdeh tərəfindən “Əmək pensiyasının yenidən hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarıla artıq ləğv edilmişdir və iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarı göstərilən hissədə dəyişdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı iddiaçının 2015-ci ildə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçirilərək əmək pensiyasının yenidən hesablanması hissəsində ləğv edilsin, həmin yenidən hesablama aparılmamışdan əvvəlki pensiya məbləğinin bərpa edilməsi (sonrakı artımlar və indeksasiya nəzərə alınmaqla), yaranmış fərq məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4198/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4198/2025
22.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver