Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-42/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi ilə, Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisinin nümayəndəsi X4, X1 nümayəndəsiX6nun, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 iştirakları ilə, Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin kreditoru İran İslam Respublikasının “xxxxxxxxxxxxx” Bankının nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş pulun ödənilməsinə dair ərizəyə baxılması Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin kreditoru İran İslam Respublikasının “xxxxxxxxxxxxx” Bankının nümayəndəsi və vəkili X7 ərizə ilə məhkəməyə müraciət edərək, X1 məhkəməyə təqdim etdiyi hesabata əsasən daxil olmuş tranşlardan “xxxxxxxxxxxxx”-a ödənilməli olan 196596,71 manatıntəxirə salmadan ödənilməsinin təmin edilməsi üçün X2 göstəriş verməyini və hazırkı məktubda qeyd edilən X3 tərəfindən yol verilən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsinə məlumat verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx xxxx 2019-cu il tarixli 2-1(103)-1576/2019 saylı qərardadı ilə Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 tələbləri təsdiq edilmiş, bankın mühasibat uçotu və hesab sənədlərində əks olunmuş və bölgü cədvəlinə daxil edilmiş, əvvəlki 7 tranşlardan yığılan, cəmi ödənilməmiş 196596,71 manat pul vəsaitinin ödənişinin kreditor “xxxxxxxxxxxxx” ASC-nə həyata keçirilməsi üçün Ləğvetmə prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 15 gün müddət müəyyən edilərək, nəticəsi barədə məhkəməyə məlumat verilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında izahat verən Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisinin nümayəndəsi X8, X1 nümayəndəsi X6 izahatlarında bildirdilər ki, müəyyən səbəblərə görə qərardadın icrası mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında izahat verən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X10 izahatında bildirdi, “xxxxxxxxxxxxx” ASC-nin kreditor tələbinin icra edilməsi müəyyən vaxta kimi məqsədəuyğun hesab edilmir. İran İslam Respublikasının “xxxxxxxxxxxxx” Bankının nümayəndəsi və vəkili X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi hakimin məruzəsini, işdə iştirak edən iştirakçılarının izahatları dinləyib, aşağıdakıları qeyd edir. İPM-nin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarlarının icraya yönəldilməsi üçün qanuna əsasən icra sənədi tələb olunur. İcra sənədi qismində qanuni qüvvəyə minmiş məhkəmə qərarları da çıxış edir. Məhkəmə qərarı qəbul edilmiş və qüvvəyə minmişdirsə, onda o, barəsində qəbul edildiyi şəxslər üçün məcburi xarakter daşıdığı üçün könüllü icra edilməlidir. İşdən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iqt(81)-2410/2012 nömrəli iş üzrə xx.xx.2013-cü il tarixli qərardadı ilə kreditor İran İslam Respublikasının “xxxxxxxxxxxxx” ASC-nin şikayəti qismən təmin edilmiş, İran İslam Respublikasının “xxxxxxxxxxxxx” ASC-nin ləğvetmədə olan “xxxxxxxxx” ASC-də olan bank hesabındakı 1105276,79 avro məbləğdə vəsaitin etiraz edilmiş tələblər siyahısından çıxarılması və qəbul edilmiş tələblər siyahısına daxil edilməsi qərara alınmışdır. Məhkəmə qərardadları ilə ləğv prosesində olan "xxxxxxxxx" ASC-nin tələbləri təsdiq edilmiş, bankın mühasibat uçotu və hesab sənədlərində əks olunmuş və bölgü cədvəlinə daxil edilimiş kreditorlarına ödənişlərin aparılması 7 tranş üzrə qrafiklər təsdiq edilmişdir. Həmin ödəniş qrafiklərinə "xxxxxxxxxxxx" ASC daxil edilmişdir. İşdə olan qərardadlardan görünür ki, əvvəlki tranşlardan “xxxxxxxxxxxxx”a ödənilməli olan cəmi 196596,71 manat təşkil edir. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərardadları Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X3 tərəfindən icra edilməmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1576/2019 saylı qərardadı ilə Ləğvetmə prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X2 münasibətdə könüllü qaydada icra edilməsi üçün müddət təyin edilmişdir. Lakin məhkəmə qərardadı könüllü icra olunmamışdır. Azərbaycan Respublikası Milli Bankın xx.xx.2020-ci il tarixli, 16-03993-2020 saylı məktubunda bildirilmişdir ki, sözügedən qəraradadı icrası ilə bağlı “xxxxxxxxxxxxx” ASCnin kreditor tələbinin icra edilməsi məqsədəuyğun hesab edilmir. Məhkəmə qərarının məcburi qaydada icra olunmasının isə qanunvericiliklə aşağıda müəyyən edilən qaydaları mövcuddur. Belə ki, “İcra haqqında” Qanunun 43-cü maddəsində icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri göstərilmişdir. Həmin Qanunun 44.1.-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1 bu Qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Ərizəçinin hazırkı ərizəsi üzrə müvafiq tələb və əsaslandırma mövcud olmadığından həmin ərizəsi üzrə məhkəmə icraatı mümkün hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsində də nəzərdə tutulur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci, 80 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin kreditoru İran İslam Respublikasının “xxxxxxxxxxxxx” Bankının nümayəndəsi və vəkili X7 tərəfindən verilmiş pulun ödənilməsinə dair ərizə mümkün sayılmasın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-42/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-42/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver