Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-42/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin səbəbinin dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2007-ci il tarixli 762 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçının xəstəliyinin səbəbi “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi təsdiq olunmuşdur.
2. Həmin Qərarın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 nömrəli Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir: “Bakı ş. Xətai RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən, xidməti ezamiyyətdən qayıdan zaman xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Naxçıvan Muxtar Respublikası xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Kəllə-beyin travması. Təpə nahiyyəsinin əzilmiş yaraları. Beyin silkələnməsi» (Naxçıvan Muxtar Respublikası xəstəxanasından verilmiş xx.xx.1995-ci il tarixli çıxarış epikrizi və xx.xx.2008-ci il tarixli 222 nömrəli tibbi arayış ilə təsdiq edilir), və xx.xx.2007-.ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profilli HHK-sı tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: «Xroniki ab- sesləşən piodermiya. Seboreya formalı psoriaz, stasionar mərhələdə. Düz bağırsaq fıstulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksiyası və anus sfınktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı» (xx.xx.2007-ci il tarixli 762 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». ƏSAS: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin c), ç) bəndləri.”
4. Bundan sonra müvafiq Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli qərarları ilə iddiaçıya “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Lakin, xx.xx.2021-ci il tarixdə İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2709003AACRR nömrəli göndərişi əsasında qiymətləndirilmiş və ona “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.
6. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmin 2.2.5 bəndinə müvafiq olaraq “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Reabilatisiya Agentliyinin iddiaçıya üçüncü dərəcəli əlillik təyin olunması barədə xx.xx.2021-ci il raixli məlumatı əsassız hesab edilməsi və ona təyin olunmuş ikinci qpur əllilik dərəcəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı— xəsarətin hərbi travma olması və həmin xəsarətin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması qeyd olunub. Hərbi xidmətdə olarkən aldığı digər xəsarətə dair şəhadətnamədə isə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" yazılıb. Alınmış xəsarətlər nəticəsində ona 2007-ci ildə 2-ci qrup əlilik dərəcəsi təyin olunub. 2021-ci ildə növbəti əlillik müayinədən sonra heç bir səbəb olmadan əlilliyə səbəb kimi diaqnozlar eyni ilə saxlanılsada xəsarətə səbəb dəyişdirilərək "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır" sözləri hərbi xidmət dövrü ilə əlaqədar olması sözləri ilə əvəz olunmuşdur. 26 ildən sonra hansı haqla əliliyin səbəbinin dəyişdirilməsi anlaşılan deyil. Əlillik dərəcəsinin dəyişdirilməsi HMK-sı tərəfindən iddiaçıya verilmiş 88 saylı göndərişdə qeyd olunmuş məlumatlarla uyğunsuzluq təşkil edir. Nəticədə ikinci əlillik dərəcəsini üçüncü əlillik dərəcəsi ilə əvəz edilib. Təkrar müayinə nəticəsində hüquqlarını qəsdən pozulub və əlillik dərəcəsi azaldılıb. xx.xx.2021- ci ildə Nərimanov rayonu 8 saylı poliklinikasının HMK-nın 88 saylı göndərişi Sizə göndərildiyi halda xx.xx.2021-ci ildə Hərbi Həkim Komissiyasında müayinədən keçmişdir. Lakin MTSEKda müayinə olunduqdan sonra ona xx.xx.2021-ci ildə 3-cü qrup əlillik dərəcəsi təyin olunub. May ayı daxil olmaqla 5 ay pensiyası əsassız olaraq dayandırılıb. Əlillik dərəcənin azaldılması nəticəsində pensiyanın məbləği 905 manat azaldılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 826 saylı qərarında aldığı xəsarət "hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır" göstərilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nairliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonunsu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatda heç bir səbəb olmadan göstərilməyib. Hansı ki, 14 ildən sonra əlilliyə səbəb olmuş məlumatın dəyişdirilməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, 10 il ərzində əlillik dərəcəsi dəyişdirilməyən şəxslərə əlillik ömürlük təyin olunur. xx.xx.2021-ci ildə verilən 88 saylı forma arayışda da TSEK-ə göndərilməsi üçün əsas kimi " hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır" göstərilib. Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır sözləri ilə "xəstəlikdir, hərbi xidmət dövründə almışdır sözləri arasında fərq ondan ibarətdir ki, xəstəlikdir, hərxbi xidmət dövründə almışdır sözləri əhəmiyyətli dərəcədə fərqlidir. 14 ildən sonra əlilliyə səbəbin dəyişdirilməsi prezident təqaüdünün kəsilməsi və əlillik dərəcəsinin aşağı salınması ilə nəticələnmişdirki, nəticədə pensiya məbləği 905 manat azalmışdır. xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Reabilatisiya Agentliyinə yol verilən qanunsuzluqların yaranma səbəbləri barədə və həmin qanunsuzluqların aradan qaldırması barədə məlumat verilməsini xahiş etsə də müraciətinə cavab verilməyib.
9. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
10. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim etməmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4741/2022 saylı, xx.xx.2022-ci il il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi qeyd olunması öhdəliy cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı aldığı travmanın «HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR» kimi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin əvvəllər təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsinə heç bir əsas olmadığından hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir.
13. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4741/2022 saylı, xx.xx.2022-ci il il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə 8 saylı Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K60 - Anus nahiyəsinin və düz bağırsağın çatı və fistulu => K60.4 - Düz bağırsağın fistulu; Diaqnozun mətni: Düz bağırsaq fistularının kəsilməsindən sonrakı anusun çapıq distruksiyası və anus sfinktorunun İİ dərəcə çatışmamazlığı; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişii ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.8 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S00 - Başın səthi travması => SOO.O - Başın tüklü hissəsinin səthi travması; Diaqnozun mətni: Keçirilmiş KBT - nın beyin silkələnməsinin davamlı qalıq əlamətləri. Təpə nahiyyəsinin əzilmiş yaralarından sonrakı çapıqlar. Düz bağırsaq fistulasının kəsilməsi əm-dan sonrakı anusun çapıq mənşəli distruksiyası və anus sfinkterinin İİ dərəcə çatmamazlığı; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma. infeksiya, xroniki intoksikasıya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Bakı X3 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S00 - Başın səthi travması => SOO.O - Başın tüklü hissəsinin səthi travması; Diaqnozun mətni: KEçirilmiş KBT - nın beyin silkələnməsinin davamlı qalıq əlamətləri təpə nahiyyəsinin əzilmiş yaralarından sonrakı çapıqlar Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı anusun çapıq mənşəli distruksiyası; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: KBT ” səbəbi iiə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Elektron təyinatla xx.xx.2016-cı il tarixində “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => SOO-S09 - Başın travmaları => S00 - Başın səthi travması => SOO.O - Başın tüklü hissəsinin səthi travması, Diaqnozun mətni: Keçirilmiş KBT - nın beyin silkələnməsinin davamlı qalıq əlamətləri təpə nahiyyəsinin əzilmiş yaralarından sonrakı çapıqlar. Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı anusun çapıq mənşəli distruksiyası; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: KBT" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.Bakı X3 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri -> K55-K63 - Bağırsağın digər xəstəlikləri => K62 - Anusun və düz bağırsağın digər xəstəlikləri => K62.7 - Radiasiya proktiti; Diaqnozun mətni: Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksiyası və anus sfinktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəiikləri(ümumi səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.Bundan əlavə, İddiaçı əyanidə müayinədə olmuş və Agentlik tərəfindən 04 noyabr 2021-ci il tarixli, **********6 nömrəli qərar qəbul edilmişdir.Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2709003AACRR nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən tərəfindən xx.xx.2008-ci il tarixli 826 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki absesləşən piodermiya. Seboreya formalı psoriaz. stasionar mərhələdə. Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksıyası və anus sfinktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı. “ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı “Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksiyası və anus sfinktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı'' diaqnozu öz təsdiqini tapmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.Qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.Nəzərinə çatdırmaq istəyirlər ki, iddiaçının vəziyyəti ilə əlaqədar 04 noyabr 2021 -ci ildə keçirilmiş iddiaçının hazırkı vəziyyətinin əyani müayinəsi zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən tərəfindən xx.xx.2008-ci il tarixli 826 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki absesləşən piodermiya. Seboreya formalı psoriaz, stasionar mərhələdə. Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksiyası və anus sfinktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı.” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi qeyd olunmuşdur. Bu səbəbdən də qeyd olunan diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” müvafiq olaraq ümumi səbəblərdən əlillik təyinatına əsas verdiyindən həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən sözügedən səbəblə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir.Bununla əlaqədar bildirmək istəyirik ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
e) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclasınının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən, şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bəndinə görə, göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iiddianın qismən təmin olunması ilə bağlı yeni qərar qəbul edilməlidir.
28. İşin faktiki hallarından görünür ki, İddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən: -2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 8 saylı Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında baxılmış İkinci dərəcə əlillik bir il müddətinə; -Bakı X3 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında bir il müddətinə əlillik dərəcəsi; -Elektron təyinatla xx.xx.2016-cı il tarixində “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => SOO-S09 - Başın travmaları => S00 - Başın səthi travması => SOO.O - Başın tüklü hissəsinin səthi travması, Diaqnozun mətni: Keçirilmiş KBT - nın beyin silkələnməsinin davamlı qalıq əlamətləri təpə nahiyyəsinin əzilmiş yaralarından sonrakı çapıqlar. Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı anusun çapıq mənşəli distruksiyası; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: KBT" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi; -Bakı X3 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri -> K55-K63 - Bağırsağın digər xəstəlikləri => K62 - Anusun və düz bağırsağın digər xəstəlikləri => K62.7 - Radiasiya proktiti; Diaqnozun mətni: Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksiyası və anus sfinktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəiikləri(ümumi səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
29. Bundan əlavə, İddiaçı əyanidə müayinədə olmuş və Agentlik tərəfindən 04 noyabr 2021-ci il tarixli, **********6 nömrəli qərar qəbul edilmişdir.Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2709003AACRR nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir.Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən tərəfindən xx.xx.2008-ci il tarixli 826 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Xroniki absesləşən piodermiya. Seboreya formalı psoriaz. stasionar mərhələdə. Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksıyası və anus sfinktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı. “ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı “Düz bağırsaq fistulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksiyası və anus sfinktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı'' diaqnozu öz təsdiqini tapmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5 bəndinə müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.
30. Hazırda iddiaçı iddia edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 826 saylı qərarında aldığı xəsarət "hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır" göstərilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nairliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonunsu müayinəyə dair xx.xx.2021-ci il tarixli qərarda heç bir səbəb olmadan bu göstərilməyib. Hansı ki, 14 ildən sonra əlilliyə səbəb olmuş məlumatın dəyişdirilməsi yolverilməzdir.
31. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir: “Bakı ş. Xətai RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən, xidməti ezamiyyətdən qayıdan zaman xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Naxçıvan Muxtar Respublikası xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Kəllə-beyin travması. Təpə nahiyyəsinin əzilmiş yaraları. Beyin silkələnməsi» (Naxçıvan Muxtar Respublikası xəstəxanasından verilmiş xx.xx.1995-ci il tarixli çıxarış epikrizi və xx.xx.2008-ci il tarixli 222 nömrəli tibbi arayış ilə təsdiq edilir), və xx.xx.2007-.ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profilli HHK-sı tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: «Xroniki ab- sesləşən piodermiya. Seboreya formalı psoriaz, stasionar mərhələdə. Düz bağırsaq fıstulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksiyası və anus sfınktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı» (xx.xx.2007-ci il tarixli 762 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». ƏSAS: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin c), ç) bəndləri.” Bundan sonra müvafiq Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli qərarları ilə iddiaçıya “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.
32. Məhkəmə Kollegiyası əvvəla qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.
33. Cavabdeh iddianı qəbul etmir ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” mövcud olmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir.
34. Apellyasiya baxışı zamanı Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarında göstərilmiş: “Bakı ş. Xətai RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən, xidməti ezamiyyətdən qayıdan zaman xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Naxçıvan Muxtar Respublikası xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Kəllə-beyin travması. Təpə nahiyyəsinin əzilmiş yaraları. Beyin silkələnməsi» travması diaqnozu üzrə ətraflı tibbi araşdırma olmamışdır.
35. Belə ki, tibbi ekspertiza zamanı iddiaçının vəkili Vəkil xx.xx.2023-cü il tarixli ərizəsi əsasında məhkəməyə, məhkəmə vasitəsilə isə ekspertizaya təqdim olunmuş 5 saylı şəhər Kliniki Xəstəxanasının və X3 1 ədəd müayinə diskinə və 12 vərəqli müayinə sənədlərinə tibbi qiymət verilməmişdir.
36. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal tam olaraq öz təsdiqini tapmır. Beləliklə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarında göstərilmiş: “Bakı ş. Xətai RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən, xidməti ezamiyyətdən qayıdan zaman xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Naxçıvan Muxtar Respublikası xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Kəllə-beyin travması. Təpə nahiyyəsinin əzilmiş yaraları. Beyin silkələnməsi» travması diaqnozu üzrə iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması qəti şəkildə müəyyən edilməmişdir.
37. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən:1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.
38. Beləliklə, hazırkı iş üzrə aparılan məhkəmə araşdırması nəticəsində iddiaçı barəsində bu qərarda tətbiq edilən qanunvericilik normalarının tələblərinə uyğun müayinənin aparılmadığı və bununla da müvafiq qərarın qəbul edilmədiyi müəyyən edildiyindən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2.-ci maddəsinə (İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.) əsasən məhkəmə tərəfindən cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçının müraciətinə “İnzibati icraat haqqında” Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələblərinə uyğun olaraq yenidən baxılması ilə bağlı öhdəlik qoyulmalıdır.
39. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlməmişdir.
40. Beləliklə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddianın qismən təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 73.2.-ci, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4741/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçının tələbi əsasında iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.