Məhkəmə qərarları › İş №2-1(103)-420/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-420/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-420/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X4 və X3 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1969-cu il tarixdə Əli-Bayramlı rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı xx.xx.2019-cu il tarixdə məhkəmədə iddia qaldıraraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən, eləcə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən onun pensiya artımından sonrakı təminat xərcliyinin xidmət müddətinə görə 72,34 faiz hesabı ilə hesablanıb ona ödənilməsi haqqında cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinə əlavə olaraq 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artımdan sonrakı təminat xərcliyi 3 faizi miqdarında əlavə olunmaqla təminat xərcliyinin xidmət müddətinə görə 72,34 faiz hesabı ilə hesablanıb ona ödənilməsi haqqında cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci il tarixdən həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətinin ilk illərini, yəni xx.xx.1992-ci il tarixədək X6, xx.xx.1993-cü il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Ordusunda, yəni Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1122 ş/h saylı xx.xx.2011-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. Bununla əlaqədar ona əmək pensiyası təyin edilmişdir. xx.xx.2018-ci il tarixədək sonuncu vəzifəsinə uyğun olaraq ona təminat xərcliyinin (1132,50 manat) 27 il 08 ay 01 gün xidmət müddətinə görə 71 faiz, yəni 804,08 manat məbləğində pensiya hesablanaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 3766 saylı Sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən sonuncu vəzifəsinə uyğun olaraq vəzifə maaşı 585 manat artırılması ilə əlaqədar, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faiz miqdarında əlavə - 179,75 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 204,75 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 58,50 manat, ərzaq payı əvəzinə kompensasiya – 64 manat olmaqla cəmi 1226,00 manat təşkil edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5ci maddəsinə uyğun olaraq hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan hərbi qulluqçuların əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, 20 ildən artıq hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tamam olmadıqda isə natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyində xidmət edən şəxslər üzrə isə 3 faiz) miqdarında əlavə olunmaqla hesablanır. Cavabdeh hesab edir ki, həmin maddəyə uyğun olaraq onun pensiyası aşağıdakı qaydada hesablanıb ödənilməlidir. Belə ki, 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin 7 ilin hər ili üçün 2 faiz tətbiq edilməklə təminat xərcliyinin 7.2=14 faizi; natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi; Cavabdeh həmçinin hesab etmişdir ki, onun əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinə tətbiq olunan cəmi faiz dərəcəsi 65,34 faiz olmalıdır. Cavabdeh qeyd olunanları nəzərə alaraq xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1132,50 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (1226,00 manat) arasındakı fərq məbləğinin (93,50 manat) 65,34 faizi – 61,09 manat, pensiyasının (804,08 manat) üzərinə əlavə olunmaqla 865,17 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq onun pensiyasına artımdan sonrakı təminat xərcliyi düzgün hesablanmamışdır. Belə ki, təminat xərcliyinin fərq məbləğinin 93,50 manatın, 65,34 faizi (61,09 manat) yox, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə edilmiş əlavə, yəni hərbi xidmətin ili tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmalı idi. Yəni, onun 27 ildən sonrakı xidmət müddətinin 8 ay 01 günü mütənasib olaraq təminat xərcliyinin 71+1,34=72,34 faiz hesabı ilə hesablanmalıdır.Onun pensiyasının sonrakı artımlarının yenidən hesablanması ilə əlaqədar ərizə ilə cavabdehə müraciət etmişdir. Ancaq həmin idarə xx.xx.2019-cu il tarixli məktubla ona imtina cavabı vermişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil3 izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkili olmuş Vəkil2 (Bakı şəhəri 6 saylı Vəkil Bürosu) məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı özünü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan hərbi biletin surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 92 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Ordusunda, yəni Dövlət Sərhəd Xidmətinin tabeçiliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 1122 ş/h saylı xx.xx.2011-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 18-ci maddəsinin «j» bəndinə (öz arzusu ilə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının adına təminat xərcliyi 979, 50 manat göstərilməklə xx.xx.2011-ci il tarixli məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Həmin məlumat vərəqi əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli 11/2635 №-li qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2011-ci il tarixdən 695,44 manat (979x71%=695,44) məbləğində ömürlük pensiya təyin edilmişdir (pensiya işinin materialları). Sonradan iddiaçının xidmət keçdiyi vəzifə üzrə xx.xx.2018-ci il tarixədək iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının artırılması ilə əlaqədar təminat xərcliyinin artım məbləğinin hesablanması aparılmış və iddiaçının pensiyası aşağıdakı qaydada hesablanmışdır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (7 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (7x2) təminat xərcliyinin 14 faizi; - natamam ildəki iş stajı aylarının sayına (8 ay) mütənasib olaraq təminat xərcliyinin 1,34 faizi; Beləliklə, iddiaçının xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1132,50 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (1226,00 manat) arasındakı fərq məbləğinin (93,50 manat) 65,34 faizi – 61,09 manat pensiyasının (804,08 manat) üzərinə əlavə olunmaqla 865,17 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı müvafiq təminat xərcliyinin artımdan sonrakı təminat xərcliyi 3 faizi miqdarında əlavə olunmaqla təminat xərcliyinin xidmət müddətinə görə 72,34 faiz hesabı ilə hesablanıb ona ödənilməsini istəyir. İddiaçı bünunla bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı ona pensiyanın düzgün hesablanması ilə əsaslandırmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının barəsində tərtib edilmiş yuxarıda qeyd olunan məlumat vərəqindən müəyyən olunur ki, iddiaçının xidmət müddəti təqvim ili 23 il 06 ay 14 gün, güzəştli xidmət ili 04 il 01 ay 17 gün, cəmi xidmət ili 27 il 08 ay 01 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qeyd edildiyi kimi, Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının adına məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından,xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.5-ci maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (x xxxx 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı ehtiyata buraxıldıqdan sonra DSMF-nun müvafiq şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin qərardandan göründüyü kimi, iddiaçıya həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 20 ildən yuxarı xidmətinin hər ili üçün 3 % məbləğində əlavə müəyyən edildiyndən onun pensiyası təminat xərcliyinin 71 faizi məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018- ci il tarixli 3766 saylı Sərəncamına əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşının artırılması ilə əlaqədar təminat xərcliyinin artım məbləğinin hesablanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydasına əsasən hesablanmışdır: İddiaçının xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1132,50 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (1226,00 manat) arasındakı fərq məbləğinin (93,50 manat) 65,34 faizi – 61,09 manat pensiyasının (804,08 manat) üzərinə əlavə olunmaqla 865,17 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh tərəfindən Dövlət Sərhəd Xidməti tərəfindən daxil olmuş məlumat vərəqəsinə əsasən iddiaçıya pensiya düzgün olaraq təyin olunmuş və ödənilməkdədir. Bu səbəbdən də iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3681/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar