Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-420/2022 25.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin ümumi sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2-1(112)-2799/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 22-25 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında və "xxxx" kiçik müəssisəsində işlədiyi 11 il 8 aylıq müddətin əmək stajına hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun 01.01.2006-cı il tarixinə ümumi əmək stajının 32 il 3 ay və iyun 2020-ci il tarixinə fərdi şəxsi hesab kapitalının isə 16,859.10 AZN təşkil etdiyi halda, ona 22.06.2020-ci il tarixində, yaşa görə cəmi 242 manat əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən aparılmış sadə hesablama ilə, təqribən ( 32 il 3 ay x 5.16 manat ) + (16.859.10 azn : 144ay) = 165.12 + 117.07 = 282.19 manat təşkil edir. Pensiyanı yenidən hesablanılması məqsədilə, 2020-ci ilin iyul ayında 6 dəfə Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına onlayn halda, elektron poçtundan (Elektron ünvan ) göndərdiyi müraciətlərinə aşağıdakı kimi cavab göndərilmişdir: “Hörmətli Vətəndaş! Sizin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə ünvanlanmış müraciətlərinizə baxılmışdır. Müraciətinizin icraatına ölüm haqqında arayışın əsli 3 Saylı DOST mərkəzinə daxil olduqdan sonra baxılacaqdır. Hörmətlə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi. İcraçı: Z.Ağayev”. Bu cavabdan sonra, iddiaçı məcbur qalaraq 04.08.2020-ci il tarixində, 3 saylı DOST1 Mərkəzinə şəxsən, notarial təsdiq edilmiş sənədlərini - şəxsiyyət vəsiqənin, sosial sığorta şəhadətnaməsinin, əmək kitabçasının, hərbi biletinin surətlərini təqdim etdikdən sonra, 13.08.2020-ci il tarixli, **********20 saylı məktubla belə bir cavab vermişlər: “01.01.2020-ci il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16373.64 manat pensiya kapitalı nəzərə alınaraq 242.40 manat məbləğində pensiya hesablanmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən bildiririk ki, 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixinədək işlədiyiniz "xxxx" müəssisəsinin və 12.08.1993-cü il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyiniz "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması imkan xaricindədir”. Əmək kitabçasında qeyd edilən "xxxx" kiçik müəssisəsində 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixədək işlədiyi 1 il 10 ay və Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında 12.08.1993-cü il tarixindən 15.06.1995-ci il tarixinədək və 05.09.1996-cı il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyi 9 il 10 ay ümumi 11 il 8 ay olan iş stajının mövcudluğunu şübhə altına alaraq, heç-bir araşdırma aparmadan, hesablamadan rəsmən imtina etdiklərini nəzərə alıb, məcburiyyət qarşısında qalaraq tərəfindən aparılan araşdırma ilə müəyyən olunmuşdur ki, 2008-ci ilə qədər, bütün hüquqi şəxslər yalnız Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi strukturlarında dövlət qeydiyyatına alınırdılar. 1990-cı illərin əvvəllərində Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firması, həmçinin, "xxxx" kiçik müəssisəsi də, Ədliyyə Nazirliyi sistemində dövlət qeydiyyatına alınmışlar. 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin Fərmanına uyğun olaraq, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notarial Baş İdarəsi tərəfindən, hüquqi X5 və digər aidiyyəti arxiv sənədləri Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinə təhvil verilmişdir. İddiaçı tərəfindən Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinə, Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının və "xxxx" kiçik müəssisəsinin dövlət qeydiyyatına alınması məlumatın verilməsi barədə 25.09.2020-ci il tarixli sorğu məktubu ilə müraciətinə, **********573600 saylı cavab məktubu ilə reyestr məlumatına əsasən Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının 12.12.1994-cü il tarixdə 19727 saylı nömrə ilə dövlət qeydiyyatına alındığı və "xxxx" kiçik müəssisəsinin bir neçə fərdi hüquqi şəxs kimi aşkar olunduğunu bildirmişlər. Hazırki vaxtda pensiyaya çıxmaq üçün müraciət edən yüzlərlə şəxslərin özəl müəssisələrdə işlədiyi mövcuddur. Ona görə, Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialının işçilərinin, elə rəhbərlərinin də, hüquqi şəxslərin arxiv sənədlərinin saxlandığı - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsində olan arxivdən mütləq xəbərləri vardı. Bu səbəbdən, imtina etmədən öncə, sadə sorğu ilə, mütləq onlara lazım olan təsdiqedici sənədləri həmin arxivdən əldə edə bilərdilər. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinin arxivindən dövlət qeydiyyatına alınmasına dair verilmiş həmin cavab məktubu Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına təqdim edərək, səbəb kimi irad tutduqlarının tərəfindən araşdırılaraq icra edildiyi üçün qüvvədən düşmüş olduğunu və özəl müəssisələrdə işlədiyi 11 il 8 ay əmək stajının pensiyaya hesablanmasını xahiş etsə də, 13 avqust 2020-ci il tarixli, **********2 saylı cavab məktubu ilə təkrarən imtina etmiş olmuşlar. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2-1(112)-2799/2021 saylı qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı 12.12.1994-cü il tarixdən 16.06.1995-ci il tarixədək və 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək "xxxx" Firmasında (Xəzər X3 Firması) məsləhətçi-hüquqşünas vəzifəsində işlədiyi dövrün (8 il 06 ay 23 gün) ümumi iş stajına nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X9 Şəxsinin Sosial Ödənişləri Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında aparılan qeydlərin dövlət orqanlarına ünvanlanan sorğuların cavabları ilə uyğunsuzluğu əmək kitabçanın əmək stajı kimi sübutedici roluna sübhə doğurur. Bununla bağlı aşağıdakı halları diqqətə çatdırılır: əmək kitabçasında İddiaçı "xxxx" Kommersiya firmasında işə daxil olma tarixi 12.08.1993-cü il kimi qeyd olunsa da, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinin 30.10.2020-ci il tarixli məktubunda həmin idarənin 12.12.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilmişdir. Eyni zamanda "xxxx" Kommersiya firmasına dair sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivində də aşkar edilməməsi sığorta stajını nəzərə alaraq əmək kitabçası üzrə iddiaçıya pensiyanın yenidən hesablanmasını mümkünsüz edir. Mübahisələndirilən digər "xxxx" müəssisəsinə gəldikdə isə həmin idarəyə məxsus sənədlər də Azərbaycan Respublikası Dövlət Arxivində aşkar edilməmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi X5 İdarəsinin 30.10.2020-ci il tarixli məktubunda həmin müəssisənin dəqiqləşdirilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Bununla belə Qanunun 22-1.1-ci maddəsinə əsasən vətəndaşın 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğuna görə onun 2006-cı il yanvarın 1-dək 25 il sığorta stajı hesablanmışdır. X1 X10 Sisteminə Vətəndaşın 01.01.2006-cı ilə qədər hesablanmış sığorta stajı Qanunun 27-ci maddəsinə əsasən pensiya kapitalına çevrilməklə (18532,69 manat) fərdi hesabının sığorta hissəsində nəzərə alınmışdır. Eyni zamanda həmin maddəyə əsasən 01.01.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16778.45 manat məbləğində hesablanmışdır. Beləliklə İddiaçı 01.01.2006-ci ilə qədər 25 il ümumi iş stajı olmaqla 18532,69 manat pensiya kapitalı və 01.01.2006-cı ildən sonra 13 il 6 ay sığorta stajı olmaqla 16778.45 manat pensiya kapitalı (SH=245.21 manat) nəzərə alınaraq 22.06.2020ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bildirilir ki, Qanunun 29.1 və 29.1- 1-ci maddələrinə uyğun olaraq Əmək pensiyasının sığorta hissəsi və Sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilir. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmadan, düzgün əsəslandırma aparmadan qərar çıxarmış və iddianı əsassız olaraq təmin etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı şəhəri Nizami rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 01.07.2001-ci il tarixli “Soyadın, adın, ata adının dəyişməsi haqqında” şəhadətnamədən görünür ki, iddiaçının adı “12.07.2001-ci il tarixdə “Join”dən “Elbəy”ə dəyişdirilmişdir. İş materiallarında olan iddiaçıya məxsus 05.08.1973-cü il tarixli əmək kitabçasından görünür ki, iddiaçı 12.10.1991-ci il tarixdən 10.08.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində direktor müavini və Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında 12.08.1993-cü il tarixdən 15.06.1995-ci il tarixədək, 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək məsləhətçi - hüquqşunas vəzifələrində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinin 30.10.2020-ci il tarixli **********973600 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, reyestr məlumatlarına əsasən "xxxx" Firması (Xəzər X3 Firması) 12.12.1994-cü il tarixdə 19727 nömrə ilə dövlət qeydiyyatına alınmış, idarədə olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adlı bir neçə fərqli hüquqi şəxs aşkar edilmişdir. Bu səbəbdən müvafiq hüquqi şəxsə dair daha dəqiq və dolğun məlumat (dövlət qeydiyyat nömrəsi və ya VÖEN) verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 13.08.2020-ci il tarixli **********2 saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq sizə 22.06.2020-ci il tarixindən əmək pensiyasının avtomat qaydada təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16373,64 manat pensiya kapitalı nəzərə alınaraq 242,40 manat məbləğində pensiya hesablanmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən bildiririk ki, 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixinədək işlədiyiniz "xxxx" müəssisənin və 12.08.1993-cü il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyiniz "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması imkan xaricindədir. Nəzərinizə çatdırırıq ki, əmək pensiyanızın məbləği düzgün hesablanmışdır”. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 25.01.2021-ci il tarixli 4/76 saylı cavabdehə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “sizin Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə göndərdiyiniz 24.12.2020-ci il tarixli, **********9 №-li (daxilolma 19.01.2021-ci il, № 23) vətəndaş İddiaçı barəsində olan sorğunuza cavab olaraq bildiririk ki, sorğuda qeyd olunan "xxxx" müəssisəsinin və "xxxx" X3 Firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının 26.11.2020-ci il tarixli **********7 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1-ci maddəsinə uyğun olaraq sizə 22.06.2020-cu il tarixindən əmək pensiyasının avtomat qaydada təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın % sığorta hissəsində qeydə alınmış 16373,64 manat pensiya kapitalı nəzərə alınaraq 242,40 manat məbləğində pensiya hesablanmışdır. Təqdim etdiyiniz sənədlərə əsasən bildiririk ki, 05.08.1973-cü il tarixli əmək kitabçanızda qeyd olunmuş 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixinədək işlədiyiniz "xxxx" müəssisənin və 12.08.1993-cü il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyiniz "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması imkan xaricindədir. Bu səbəbdən həmin dövrlərin sığorta stajınıza əlavə olunması mümkün hesab olunmur. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış 29.01.2021-ci il tarixli **********4 saylı xidməti məktubu ilə bildirilmişdir ki, “Sizin 22.01.2021-ci il tarixli, **********8 nömrəli məktubunuza Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 7ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci il 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Vətəndaş İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi bilet, 05.08.1973-cü il tarixli əmək kitabçasına əsasən, onun 01.01.2006-cı ilədək 18 il 5 ay 12 gün əmək stajı hesablanmışdır. Vətəndaşın əmək kitabçasında qeyd olunmuş 12.10.1991-ci il tarixdən 10.08.1993-cü il tarixədək "xxxx" kiçik müəssisəsində və 12,.08.1993-cü il tarixdən 22.09.2004-cü il tarixədək "xxxx" firmasında işlədiyi dövrlər faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanlar məlum olmadığı üçün araşdırılmamış və həmin dövrlər əmək stajına daxil edilməmişdir. Bununla belə, Qanunun 22-1.1-ci maddəsinə əsasən vətəndaşın 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğuna görə onun 2006-cı il yanvarın 1-dək 25 il sığorta stajı hesablanmışdır. X1 X10 Sisteminə əsasən vətəndaşın 01.01.2006-cı ilə qədər hesablanmış sığorta stajı Qanunun 27- ci maddəsinə əsasən pensiya kapitalına çevrilməklə (18532,69 manat) fərdi hesabının sığorta hissəsində nəzərə alınmışdır. Eyni zamanda həmin maddəyə əsasən 01.01.2006-cı il tarixindən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16778.45 manat məbləğində hesablanmışdır. Beləliklə, İddiaçı 01.01.2006ci ilə qədər 25 il ümumi iş stajı olmaqla 18532,69 manat pensiya kapitalı və 01.01.2006-cı ildən sonra 13 il 6 ay sığorta stajı olmaqla 16778.45 manat pensiya kapitalı nəzərə alınaraq 22.06.2020-ci il tarixindən yaşa görə əmək pensiyası (sığorta hissəsi- 245.21 manat) təyin edilmişdir. Qanunun 29.1 və 29.1-1-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi və sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilir. Bildiririk ki, vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən araşdırılması mümkün olmayan dövrlər məhkəmənin qərarına əsasən nəzərə alınarsa 01.01.2006-cı il tarixinədək faktiki əmək stajı 30 il 2 ay təşkil edəcəkdir. Bu səbəbdən, 01.01.2006-cı ilə qədər faktiki əmək stajı 30 il 2 ay olmaqla (avtomatlaşdırılmış qaydada təyin olunmuş 25 il sığorta stajına münasibətdə) vətəndaşın yaşa görə əmək pensiyası Qanunun 22.1-3-cü maddəsinə əsasən yenidən hesablanacaqdır”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinin 01.04.2021-ci il tarixli **********473200 saylı məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 idarəsinə "xxxx" Kiçik Müəssisəsi barədə məlumatın verilməsinə dair daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildiririk ki, İdarədə olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmişdir. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə uyğun olaraq 22.06.2020-ci il tarixindən əmək pensiyasının avtomat qaydada təyinatı aparılarkən 01.01.2006-cı il tarixinədək 25 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16373,64 manat pensiya kapitalı nəzərə alınaraq 242,40 manat məbləğində pensiya hesablanmışdır. İddiaçı Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında və "xxxx" kiçik müəssisəsində işlədiyi müddətin əmək stajına hesablanaraq əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh orqana müraciət etsə də müraciətinin təmin olunmasından imtina olunmuşdur. İmtinanın əsası kimi iddiaçının 12.10.1991-ci il tarixindən 10.08.1993-cü il tarixinədək işlədiyi "xxxx" müəssisənin və 12.08.1993-cü il tarixindən 22.09.2004-cü il tarixinədək işlədiyi "xxxx" firmasının faktiki ünvanı və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrün araşdırılması imkan xaricində olması göstərilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək onun Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında və "xxxx" kiçik müəssisəsində işlədiyi 11 il 8 aylıq müddətin əmək stajına hesablanmasını istəyir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və iddiaçının "xxxx" müəssisəndə işlədiyi dövrün iş stajına daxil edilməsi ilə bağlı hissədə qeyd etmişdir ki, iş materiallarında olan sənədlərlə iddiaçının 12.10.1991-ci il tarixdən 10.08.1993-cü il tarixədək işlədiyini iddia etdiyi "xxxx" müəssisənin dövlət qeydiyyatına alınması barədə məlumat aşkar edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən həmin müddətin iddiaçının əmək stajına hesablanmaması qanuni və əsaslı olmuşdur. Çünki iddia bu hissədə əsaslandırılmamışdır. İddiaçı 12.10.1991-ci il tarixdən 10.08.1993-cü tarixədək işlədiyini illərin əmək haqqısı barədə və yaxud digər hər-hansı arxiv arayışına istinad etmir, eyni zamanda "xxxx" müəssisənin rekvizitləri barədə hər-hansı məlumat vermir (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsində olan reyestrdə "xxxx" Kiçik Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmişdir). Bununla da, iddiaçı onun pensiya hüququnun pozulduğunu ehtimal edir və bu fərziyyənin sübut olunması arzusu ilə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı hüquqlarının pozulduğunu konkretləşdirmədən, bununla bağlı zəruri sübutetmə və əsaslandırma hərəkətləri etmədən, bu hüquqların pozulmadığının inzibati orqan və məhkəmə tərəfindən sübut olunmasını tələb etmişdir ki, bu vəziyyət də İPM-in 15.1-ci maddəsinə ziddir. İPM-in 12 və 13-cü maddələrində əks olunan işin hallarının araşdırılması və məhkəmənin yardım etmək vəzifəsi prinsipləri məhkəmənin tərəflərin əvəzinə iddianın əsaslandırılması və sübutların təqdim olunması ilə bağlı müvafiq prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi demək deyil, o cümlədən, bu prinsiplər və onlardan irəli gələn obyektiv həqiqət prinsipi də ədalət mühakiməsinin statusuna uyğun olmayan formada mütləq anlamda qəbul edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası DSMF-nun 17 saylı 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (23.11.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş) “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı, və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrünə bölünür. Həmin Qaydaların 4.3.3.1-ci (DSMF-nun Kollegiyasının 29.08.2013-cü il tarixli 11 nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığorta olunan əmək kitabçası üzrə 2006cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinə arayışlar əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materialları ilə müəyyən olunur ki, Səhər” müəssisəsinə məxsus sənədlər Azərbaycan Respublikası Dövlət Arxivində aşkar edilməmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi Hüquqi X5 İdarəsinin 30.10.2020-ci il tarixli məktubunda həmin müəssisənin dəqiqləşdirilməsi mümkün olmamışdır. Həmçinin iddiaçı məhkəmənin "xxxx" kiçik müəssisəsində işlədiyi dövrün sığorta stajına daxil edilməməsi ilə bağlı mövqeyi ilə razılaşaraq apelyasiya şikayəti verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tələb olun dövr iddiaçının əmək kitabçasında qeyd edilsə də, arxiv sənədləri ilə təsdiq olunmadığından qanunvericiliyin tələbinə görə pensiya təyini zamanı həmin dövr nəzərə alına bilməz. Birinci instansiya məhkəməsi iddiaçının "xxxx" Kommersiya Firmasında işlədiyi dövrün sığorta stajına hesablanması ilə bağlı qeyd etmişdir ki, iddiaçının Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında 12.08.1993-cü il tarixdən 15.06.1995-ci il tarixədək və 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək işlədiyi müddət cavabdeh tərəfindən iddiaçının iş stajına qismən hesablanmalıdır. Belə ki, Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasının 12.12.1994-cü il tarixdə 19727 nömrə ilə dövlət qeydiyyatına alınması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləliklə, firmanın 12.12.1994-cü il tarixdən fəaliyyəti qanuni olduğu üçün iddiaçının həmin tarixdən sonrakı dövrdə həmin firmada işləməsi qanuni hesab edilərək, onun iş stajına hesablanmalı idi. Eyni zamanda iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd olunmuş həmin məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Belə olan halda, iddiaçının 12.12.1994-cü il tarixdən 16.06.1995-ci il tarixədək və 05.09.1996-cı il tarixdən 22.09.2004cü il tarixədək Çoxsahəli İstehsalat "xxxx" Kommersiya Firmasında məsləhətçi-hüquqşünas kimi işlədiyi dövrün (8 il 06 ay 23 gün) onun ümumi iş stajına hesablanması hissəsində iddiası əsaslı oldugundan təmin edilməlidir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, əmək kitabçasında İddiaçı "xxxx" Kommersiya firmasında işə daxil olma tarixi 12.08.1993-cü il kimi qeyd olunsa da, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsinin 30.10.2020-ci il tarixli məktubunda həmin idarənin 12.12.1994-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilmişdir. Eyni zamanda "xxxx" Kommersiya firmasına dair sənədlərin Azərbaycan Respublikası Dövlət Arxivində də aşkar edilməməsi sığorta stajını nəzərə alaraq əmək kitabçası üzrə iddiaçıya pensiyanın yenidən hesablanmasını mümkünsüz edir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində qeyd olunan dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X5 İdarəsi tərəfindən məhkəməyə daxil olmuş Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 19727 nömrəli Şəhadətnamədən, həmçinin Nizamnamədən görünür ki, "xxxx" çoxsahəli istehsalkommersiya firması 12.12.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmənin Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin Hüquqi X5 İdarəsinə ünvanladığı 14 dekabr 2021-ci il tarixli sorğusuna cavab olaraq "xxxx" firmasının təsis sənədləri təqdim olunmuş və müəyyən edilmişdir ki, "xxxx" Çoxsahəli İstehsalat - Kommersiya Firması 20 mart 1992-ci ildə Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyəti tərəfindən qeydə alınmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin bu halı araşdırılmamış və "xxxx" çoxsahəli istehsal-kommersiya firmasının 12.12.1994-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması əsas götürülərək İddiaçı tələbi qismən təmin edilmiş, 12.12.1994-cü il tarixdən 16.06.1995-ci il tarixədək və 05.09.1996-cı il tarixdən 22.09.2004-cü il tarixədək "xxxx" Firmasında (Xəzər X3 Firması) məsləhətçi-hüquqşünas vəzifəsində işlədiyi dövrün (8 il 06 ay 23 gün) ümumi iş stajına nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İddiaçı isə bununla razılaşaraq birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməmişdir. Belə olan təqdirdə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində baxdığı üçün məhkəmə kollegiyası hesab edir ki, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2-1(112)-2799/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-420/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-420/2022
25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver