Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-420/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı firmasının cavabdeh Bakı şəhəri Səbail rayon Bələdiyyəsinə (3-cü şəxs X11 məhkəmə icraatına cəlb olunmaqla) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (“bələdiyyə sərəncamının etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, 3-cü şəxs X6 və onun vəkili Vəkil6 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-126/2023 nömrəli qərarından 3-cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya aid sənədlər: 1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqında” xx.xx.2004-cü il tarixli 115 nömrəli sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 632 nömrəli razılıq məktubu və iddiaçının xx.xx.2004-cü il tarixli 25 nömrəli müraciəti nəzərə alınaraq, Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 3 ha torpaq sahəsi icarə əsasında İddiaçı firmasının istifadəsinə verilmişdir.
2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində 3 ha torpaq sahəsinin sərhədləri müəyyən edilməklə 2004-cü il tarixli 04/174 nömrəli ayrıc aktı tərtib edilmişdir.
3. İcarəyə verən Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı firması arasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 115 nömrəli xx.xx.2004-cü il tarixli sərəncamı, xx.xx.2004-cü il tarixli 11655 nömrəli inşaat pasportu əsasında Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, “İcarəyəverən” icarə əsasında sahəsi 30000 kv.m olan torpaq sahəsini icarəçiyə 49 il müddətinə istifadəsinə vermiş, icarəçi isə onu qəbul etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, torpaq sahəsi kotec tipli evlərin tikintisi üçün verilmişdir.
4. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 nömrəli Sərəncamı və xx.xx.2005-ci il tarixli 565 nömrəli icarə müqaviləsi ilə kotec tipli evlərin tikintisi üçün 49 illik müvəqqəti istifadəyə ayrılan 30000 kv.m torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli **********1000020 nömrəli “Torpaq sahəsinin Kadastr planı” tərtib edilmiş, əsas döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmiş, X18 kitabında 2328 nömrə ilə uçota alınmışdır.
5. Üçüncü şəxsə aid sənədlər: 5. Səbail Bələdiyyəsinin 873 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X6 adına sənədləşdirilmiş, bununla əlaqədar Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və 30 dekabr 2004-cü il tarixdə üçüncü şəxs tərəfindən Bələdiyyənin hesabına ödəniş həyata keçirilmişdir.
6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-8/2017 nömrəli qərarı ilə iddiaçı X6 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə tələbi təmin edilmiş, qərar xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2018-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir.
7. 06.11.2018-сi il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı ********** reyestr nömrəli çıxarış verilmişdir.
8. AN-İ ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X11 mülkiyyətində olan Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsini öz mülkiyyətində saxlamaqla, 0,06 hissəsini X1.
9. 1120015248 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X6, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir.
10. işin digər halları: Səbail Bələdiyyəsinin 14 may 2020-ci il tarixli məktubuna əsasən, Salyan şossesində İddiaçı firmasına aid olan torpaq sahəsində bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılmasına dair heç bir rəsmi sənədləşdirmə aparılmamışdır.
11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2021-ci il tarixli, X7 xx.xx.2021-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktublarına əsasən, Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı və həmin sərəncam əsasında X9 1200 kv.m torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddiaçının tələbi və iərizənin əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
12. İddiaçı cavabdehə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Səbail Bələdiyyəsinin sədri Ə.Hüseynovun xx.xx.2004-cü il tarixli 873 nömrəli “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” sərəncamının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 aprel 2004-cü il tarixli 632 nömrəli razılıq məktubu və İddiaçı Firmasının müraciəti nəzərə alınaraq, Səbail rayonu, Salyan şossesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 3 ha torpaq sahəsi icarə əsasında 49 il müddətinə “Malbi" Firmasının istifadəsinə verilmişdir. “Malbi" Firması və Bakı Şəhər İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmış, torpağın ayrıc aktı tərtib edilmiş, tələb olunan rüsumlar, icarə haqqı və vergilər ödənilmiş, lahiyələndirmə işləri dövlət şəhərsalma qurumları ilə razılaşdırılmışdır. 2020-ci ilin avqust ayında X11 İddiaçı Firmasının istifadəsində olan torpaq sahəsini zəbt etməyə çalışmışdır. Hüquq mühafizə orqanlarının araşdırması zamanı məlum olmuşdur ki, Səbail Bələdiyyəsinin sədri Ə.Hüseynovun xx.xx.2004-cü il tarixli 873 nömrəli “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin X6 adına sənədləşdirilməsinə sərəncam vermişdir. Həmin sərəncam əsasında “Torpaqların alqısatqısına dair” akt tərtib edilmişdir. Aktın tarixi yoxdur və yerli orqanın torpaq şöbəsi tərəfindən qeydiyyata alınmamış və təsdiq edilməmişdir. İddiaçıya ayrılan torpaq sahəsi dövlət mülkiyyətinə aid olan torpaq sahəsidir. Səbail Bələdiyyəsi torpaq ayrılarkən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerinin müəyyənləşdirilməsi üçün həmin dövrdəki qaydalara əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini həyata keçirən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməmiş, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyini almamış, nəticədə bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinə sərəncam vermişdir. Mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, sözügedən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Bələdiyyəyə məxsus torpaq sahələrinin ayrılması qərar formasında, bələdiyyə iclasında kollegial şəkildə (bələdiyyə üzvlərinin səs çoxluğu əsasında) qəbul olunur. Sözügedən bələdiyyə aktı kollegial orqan olan bələdiyyə tərəfindən deyil, bələdiyyənin sədri tərəfindən qəbul edilən, eləcə də qanunvericiliyə zidd olaraq bilavasitə cari işlərin həll edilməsi zamanı qəbul olunması nəzərdə tutulan, fərdi şəkildə qəbul edilən aktla sərəncamla X9 və X12 torpaq ayrılmışdır. Göstərilənlərə əsasən Səbail Bələdiyyəsinin cavabdehə ayırdığı torpaq sahəsinə dair sərəncamı ləğv edilməlidir.
14. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir.
15. Üçüncü şəxs X11 iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 873 nömrəli sərəncamı ilə onun adına rəsmiləşdirilmiş 1200 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması əsasları ilə işə digər məhkəmələr tərəfindən baxılmış və iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmuşdur. Belə ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 20 aprel 2017-ci il tarixli 2-1(81)-8/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair onun adına plan və ölçünün verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Tərəfindən həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əldə edilmiş və torpaq sahəsinin 0,06 ha hissəsi 7 fevral 2020-ci il tarixdə özgəninkiləşdirilmişdir. Bakı şəhəri 50 saylı Notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair onun adına yeni plan və ölçü tərtib edilmiş və torpaq sahəsinin kadastr göstəriciləri yenidən müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmədə tələbini X6 adına olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahələrinə aid olması ilə əsaslandıraraq iddianın rədd edilməsini xahiş etsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tələbi təmin edilməmişdir. Hazırkı iş üzrə İddiaçı Firması qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə işdə tərəf olmasa da, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması məsələsinə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə hüquqi qiymət verilmişdir. Eyni zamanda, İddiaçı Firmasına Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş və əsas döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Belə olan halda, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X9 məxsus Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinə dair birinci və alqı-satqı müqaviləsi əsasında ikinci dəfə kadastr göstəriciləri müəyyən edilərkən torpaq sahələrinin kəsişdiyi aşkar edilməli idi. Hansı ki, Bakı şəhər Ərazi İdarəsi tərəfindən belə bir hal müəyyən edilməmişdir. Həmçinin, Səbail Bələdiyyəsinin 30 dekabr 2004cü il tarixli 873 nömrəli Sərəncamı ilə onun adına sənədləşdirilmiş Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi ilə İddiaçı Firması tərəfindən icarəyə götürülmüş, Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimalşərq hissəsində ayrılmış torpaq sahəsinin ünvanlarına diqqət yetirdikdə də, nəinki onların sərhədlərinin kəsişmədiyi, hətta eyni ərazidə yerləşmədiyi aydın şəkildə görünür. Göründüyü kimi, torpaq sahələri ayrı ərazilərdə yerləşdiyindən və sərhədləri kəsişmədiyindən, bununla da, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu aşkar olunmadığından, onun hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ belə mövcud deyil. Bundan başqa, qeyd edilməlidir ki, mübahisəli torpaq sahələrinin sərhədlərinin kəsişdiyi şərti olaraq qəbul edilsə belə, İddiaçı Firması tərəfindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı iddia tələbində istifadəsində olan torpaq sahəsinin 2020-ci ilin avqust ayında X11 tərəfindən zəbt etmək cəhdinin olmasını göstərsə də, Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 873 nömrəli Sərəncamından göründüyü kimi Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi həmin Sərəncamın verilməsindən əvvəl də X6 istifadəsində olmuşdur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı Firması arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən isə görünür ki, Səbail rayonu, Salyan şosesinin “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində ayrılmış torpaq sahəsinə icarə müqaviləsi 26 iyul 2005-ci il tarixdə bağlanmışdır. Belə ki, İddiaçı Firması tərəfindən kotec tipli evlərin tikintisi üçün icarəyə götürülmüş və icarə haqqı kimi hər il hazırkı nominal dəyəri 15575,04 manat icarə haqqının ödənildiyi torpaq sahəsinin X11 tərəfindən guya zəbt edilməsinin onlara 2020-ci ilin avqust ayında, yəni 16 il sonra məlum olması ağlasığmazdır. Göründüyü kimi, mübahisələndirilən bələdiyyə sərəncamının 2004-cü ildə qəbul edildiyinə və mübahisəli torpaq sahəsinin həmin ildən X6 istifadəsində olmasına baxmayaraq, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia 16 ildən sonra qaldırılmış, bununla da həmin növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
16. Üçüncü şəxs tərəfindən təqdim edilmiş X14 və Ekspertiza Mərkəzi MMC tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki: - Kotec tipli evlərin tikintisi üçün İddiaçı Firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X16 kitabında 2328 nömrə ilə uçota alınmış 06 dekabr 2006- cı il tarixdə tərtib edilmiş Kadastr planında torpaq sahəsinin müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatları, həmin torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyun 2004-cü il tarixli Ayrıc aktına uyğun yox, 101- 134 metr kənara işlənmişdir. - Əsas döngə nöqtələrinin koordinatları Ayrıc aktına uyğun olmadığından, sxem tərtib olunmaqla uyğunsuzluq müəyyən edildi. - X6 və X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin planı və ölçüsü sənədlərində göstərilən koordinatlar Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 14 iyun 2004-cü il tarixli Ayrıc aktı ilə İddiaçı firmasına ayrılan torpaq sahəsinin müvafiq olaraq 486 kv.m və 241 kv.m hissəsi ilə üst-üstə düşür. - X6, X2 və X10 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair müvafiq olaraq torpaq sahəsinin planı ölçüsü sənədlərində göstərilər koordinatlar İddiaçı firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 06 dekabr 2006-ci il tarixdə tərtib edilmiş kadastr planında torpaq sahəsinin müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatları ilə bütövlükdə üst-üstə düşür.
17. Birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli **********97 nömrəli mütəxəssis rəylərinə, o cümlədən xx.xx.2022-ci il tarixli 10/6230 nömrəli ekspert rəylərinə əsasən: - Bakı Şəhər İcra Hakimiyyətinin 29 may 2004-cü il tarixli 115 nömrəli Sərəncamı və 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Firmasının 49 illik müvəqqəti istifadəsinə ayrılan, Səbail rayonu, Salyan şosesinin “Şahindağ” yaşayış sahəsinin şimalşərq hissəsində yerləşən 30000 kv.m torpaq sahəsinin Kadastr planının koordinatlarına əsasən, torpaq sahəsi 3,0 ha, mövcud koordinatlara görə isə 3,2 ha təşkil edir. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyul 2004-cü il tarixli Ayrıc aktı koordinatlarla verilməmişdir. Bu səbəbdən də kotec tipli evlərin tikintisi üçün İddiaçı Firmasının istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X18 kitabında 2328 nömrə ilə uçota alınmış və 06 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında torpaq sahəsinin müəyyən edilmiş əsas döngə nöqtələrinin koordinatlarının, həmin torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ayrıc aktlarının qeydiyyatı kitabında 04/174 sayla qeydiyyata alınmış 14 iyul 2004-cü il tarixli Ayrıc aktına uyğun işlənib-işlənməməsini müəyyən etmək mümkün olmamışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin 29 may 2004-cü il tarixli 115 nömrəli Sərəncamı və 26 iyul 2005-ci il tarixli icarə müqaviləsi ilə İddiaçı Firmasının 49 illik müvəqqəti istifadəsinə ayrılan 30000 kv.m torpaq sahəsinin ünvanı kimi qeyd edilmiş “Səbail rayonu, Salyan şosesinin ““Şahindağ” yaşayış sahəsinin şimal-şərq hissəsi” və üçüncü şəxs X9 məxsus olan torpaq sahəsinin ünvanı kimi qeyd edilmiş “Səbail rayonu, Salyan şossesi 32" ünvanlarının adlandırılmasına dair dəqiq xəritə məlumatları mövcud deyil. - X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin kadastr göstəriciləri üzrə həmin torpaq sahəsinin faktiki yeri müəyyən edilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 6 dekabr 2006-cı il tarixdə tərtib edilmiş Kadastr planında qeyd olunan İddiaçı Firmasına icarəyə verilmiş torpaq sahəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 15 fevral 2020-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin kadastr göstəriciləri sənədində qeyd olunan X6 xüsusi mülkiyyətində olan torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir.
18. Mütəxəssis rəyində torpaq sahəsinin mülkiyyət formasına dair hər hansı məlumat qeyd olunmadığından, X6 və X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin plan-ölçü sənədlərində göstərilən koordinatlar əsasında həmin torpaq sahələrinin xüsusi mülkiyyət kimi qeydə alınanadək dövlətə, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi olmasını müəyyən etmək mümkün olmamışdır.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində X6 və X2 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair sahənin plan-ölçü sənədlərində göstərilən koordinatlar əsasında onun xüsusi mülkiyyət kimi qeydə alınadək dövlətə, yoxsa bələdiyyəyə məxsus olması ilə bağlı suala cavab olaraq bildirilmişdir ki, torpağın vahid elektron kadastr baza məlumatlarına əsasən, ümumi ərazinin Dövlət mülkiyyətində olması və sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.
20. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 26 may 2023-cü il tarixli 2- 1(112)- 126/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Bələdiyyə mülkiyyətində olan 1200 kv.m torpaq sahəsinin vətəndaş A.N.Abdullayevin adına sənədləşdirilməsi barədə” Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 873 nömrəli sərəncamı ləğv edilmişdir.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan həm mütəxəssis, həm də ekspert rəylərinə əsasən, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı ilə Arif Abdullayevə ayrılan torpaq sahəsi dövlət mülkiyyətində olmuş, bələdiyyənin həmin torpaq sahəsi barəsində sərəncam vermək səlahiyyəti olmamışdır. İşdə olan "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı ilə X9 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, mübahisəli torpaq sahəsi üçüncü şəxsə ayrılarkən, cavabdehin rayon icra hakimiyyətinin memarlıq xidmətinin rəyini alması iş materialları ilə müəyyən edilmir. Cavabdeh inzibati orqan mübahisəli qərarı qəbul edərkən müvafiq rəy və razılaşdırmaları almamışdır. Həmin rəylər nəticə yaratmaq xüsusiyyətindən məhrum olsa da, hazırkı halda qəbul ediləcək inzibati aktın nəticəsini dəyişmək xüsusiyyətinə malik olmuşdur. Belə ki, iddiaçıya ayrılan torpaq sahəsinə dair 23 iyul 2004- cü ildə artıq Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində 04/174 nömrəli ayrıc aktı mövcud olmuşdur. Əgər cavabdeh üçüncü şəxsə torpaq ayırmaq üçün həmin quruma rəy verilməsi barədə müraciət etmiş olsaydı, mübahisəli sahənin dövlətə məxsus torpaq sahəsinə aid olduğunu və artıq başqa şəxsin istifadəsinə verildiyini müəyyən etmiş olacaq, nəticədə mübahisələndirilən sərəncamı qəbul etməkdən imtina edəcəkdi. Lakin cavabdehin inzibati icraatın gedişində qanunun bu tələbinə əməl etməməsi qanunsuz, iddiaçı üçün isə əlverişsiz inzibati aktın qəbul edilməsinə gətirib çıxarmışdır. Cavabdehin xx.xx.2004-cü il tarixli 873 nömrəli qərarı qəbul edərkən inzibati icraatı pozması şübhəsizdir. Yuxarıda qeyd edilənlərə əsasən, bu pozuntunun yekun qərara təsir etdiyi təsbit edildiyindən, hazırkı halda müvafiq rəylər və razılaşdırmaların alınmaması cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas təşkil edir.
22. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-8/2017 nömrəli iş üzrə proses iştirakçısı olmadığından, həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı onun üçün məcburi xarakter daşımır. Həmin iş üzrə qəbul edilmiş məhkəmə qərarlarından görünür ki, məhkəmə icraatı çərçivəsində mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı nə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, nə də sonradan onun səlahiyyətlərini icra edən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəməyə hər hansı bir məlumat təqdim etməmiş, bu hal işin araşdırma predmetini təşkil etməmişdir, baxmayaraq ki, elektron kadastr bazasında sözügedən torpaq sahəsinə dair İddiaçı Firmasının adına **********0020 nömrəli kadastr planının baza məlumatı mövcud olmuşdur.
23. Üçüncü şəxs X11 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) 9 yanvar 2024-cü il tarixli, 2- 1(103)-466/2024 nömrəli qərarı ilə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli 2-1(112)-126/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, bələdiyyə yalnız onun mülkiyyətində olan torpaq sahəsinə münasibətdə sərəncam vermək səlahiyyətinə malikdir. Lakin iş materialları ilə müəyyən edilir ki, Səbail Bələdiyyəsi tərəfindən üçüncü şəxs A.Abdullayevə xx.xx.2004-cü il tarixdə ayrılmış 0,12 ha torpaq sahəsi bələdiyyəyə deyil, dövlətə məxsus torpaqlara aid olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X6 və X3 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinə dair müvafiq olaraq torpaq sahəsinin plan - ölçü sənədlərində göstərilən koordinatlar əsasında həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ qeydə alınanadək dövlətə, yoxsa bələdiyyəyə məxsus torpaq sahəsi olması barədə suala cavab olaraq bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən, ümumi ərazi Dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 23040 nömrəli ekspert rəyindən görünür ki, X9 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin kadastr və yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi A.Nəbizadə tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********48 nömrəli mütəxəssis rəyində qeyd olunanlara əsasən, dövlət mülkiyyəti torpaqlarına aiddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bələdiyyənin mübahisələndirilən sərəncamı qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsinin əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Odur ki, xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı Səbail Bələdiyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində bələdiyyənin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, ən əsası isə iddiaçının maraqlarına toxunduğuna görə mübahisələndirilən sərəncam etibarsız hesab edilməlidir.
26. Üçüncü şəxs X11 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir.
c) Kassasiya instansiya məhkəməsində icraat
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 yanvar 2023-cü il tarixli, 2-1(103)-466/2024 nömrəli qərarının ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir: “....62. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır...”
ç) Apellyasiya instansiya məhkəməsində ikinci icraat
d) Apellyasiya şikayətinin dəlilləri
29. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti əvvəlki şikayətdə olduğu kimi üçüncü şəxs X6 iddia ərizəsinə yazılı etirazının dəlilləri ilə oxşar əsaslandırılmışdır.
30. Təkrar apellyasiya baxışı zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 3.0 ha olsa da, faktiki olaraq isə 3.213 ha (0.213 ha artıqdır) təşkil edir. Torpaq sahəsinin üzərindən yüksək gərginlikli (110 kVt-lıq) elektirik hava xətti keçir. Sözügedən sahənin perimetrik ölçüləri və yerləşməsi ilə kadastr planında göstərilən ölçü və yerləşmə arasında fərq mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən müraciətdə qeyd olunan Bakı şəhəri, Səbail rayonu, Səlyan şossesi 32 ünvanı rekviziti deyil. Sözügedən ümumi böyük ərazidə əvvəllər vətəndaşlara bilinən məkan göstəricisidir.
31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi “Kadastr və "xxxx" MMC-nin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli tarixli cavab məktubunda bildirmişdir ki, aparılmış araşdırma zamanı X9 1200 kv.m torpaq sahəsinin ayrılmasına əsas olmuş Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli Sərəncamı və həmin Sərəncama aid sənədlər, eləcə də eyni tarixli və eyni mömrəli hər-hansı digər aktın olması barədə məlumat aşkar edilməmişdir.
32. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli tarixli cavab məktubunda bildirmişdir ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
33. X7 məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli tarixli cavab məktubunda bildirmişdir ki, Bakı şəhəri Səbail rayonu Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Həmçinin nəzərinizə çatdırılır ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və müvafiq qurumları bələdiyyələr tərəfindən təqdim olunan bələdiyyə aktlarının yalnız qanunauyğunluğuna nəzarəti həyata keçirirlər. Qeyd olunur ki, xx.xx.2025-ci il tarixli sorğunuz Bələdiyyələrlə iş baş idarəsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur.
34. Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli tarixli cavab məktubunda bildirmişdir ki, arxiv bazası mövcud olmadığı üçün Bakı şəhəri Səbail rayonu Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı və digər sənədlərin təqdim edilməsi mümkün deyildir.
e) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Təkrar apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur.
ə) Prosses iştirakçılarının izahatları
37. Məhkəmə Kollegiyasının sonuncu iclasında 3-cü şəxs X6 və onun vəkili Vəkil6 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
38. Digər tərəflər məhkəmə Kollegiyasının iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
40. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
41. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının: 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya şikayətində 3-cü şəxs tərəfindən qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
43. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarına əsasən Səbail Bələdiyyəsinin 873 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X6 adına sənədləşdirilmiş, bununla əlaqədar Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və 30 dekabr 2004-cü il tarixdə üçüncü şəxs tərəfindən Bələdiyyənin hesabına ödəniş həyata keçirilmişdir.
45. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-8/2017 nömrəli qərarı ilə iddiaçı X6 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə tələbi təmin edilmiş, qərar xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2018-ci il tarixdə iş üzrə icra vərəqəsi verilmişdir.
46. 06.11.2018-сi il tarixdə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinə dair X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı ********** reyestr nömrəli çıxarış verilmişdir.
47. AN-İ ******* nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, X11 mülkiyyətində olan Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin 0,06 ha hissəsini öz mülkiyyətində saxlamaqla, 0,06 hissəsini X1.
48. 1120015248 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi X6, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən isə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir.
49. Həmçinin, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının, X7 məhkəmə sorğusuna yuxarıda qeyd olunan cavab məktublarına əsasən Bakı şəhəri Səbail rayonu Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı (və sərəncama əsas olmuş digər sənədlər) Dövlət Arxivinin Bakı filialına təhvil verilməmiş, Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır.
50. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC-nin məhkəmənin sorğusuna yuxarıda qeyd edilən cavab məktubuna əsasən X9 1200 kv.m torpaq sahəsinin ayrılmasına əsas olmuş Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli Sərəncamı və həmin Sərəncama aid sənədlər, eləcə də eyni tarixli və eyni mömrəli hər-hansı digər aktın olması barədə məlumat aşkar edilməmişdir.
51. Səbail Bələdiyyəsinin məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli tarixli cavab məktubunda isə bildirmişdir ki, arxiv bazası mövcud olmadığı üçün Bakı şəhəri Səbail rayonu Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı və digər sənədlərin təqdim edilməsi mümkün deyildir.
52. Məhkəmə Kollegiyası mövcud məhkəmə təcrübəsində əksəriyyət təşkil edən bələdiyyə qərarlarının Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında, X8, "xxxx" MMCdə aşkar edilməsə də bələdiyyə aktının mövcud olması inkar edilmədiyini, Səbail Bələdiyyəsinin sorğuya cavab məktubuna əsasən məhkəmənin arxiv bazası mövcud olmadığı üçün Bakı şəhəri Səbail rayonu Səbail bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamı və digər sənədlərin təqdim edilməsi mümkün olmamasını bildirməsini, həmçinin işin hallarına əsasən Səbail Bələdiyyəsinin 873 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X6 adına sənədləşdirilməsi ilə əlaqədar Torpaqların alqı-satqısına dair akt tərtib edilməsini və 30 dekabr 2004-cü il tarixdə üçüncü şəxs tərəfindən Bələdiyyənin hesabına ödəniş həyata keçirilməsini və işin sair hallarını (hal -hazıra kimi qəbul edilmiş çoxsaylı məhkəmə aktları ilə bağlı məhkəmə araşdırmalarını) nəzərə almaqla Səbail Bələdiyyəsinin 873 nömrəli 30 dekabr 2004-cü il tarixli sərəncamının mövcud olmadğı qənaətinə gəlmir.
53. Həmçinin, məhkəmə Kollegiyası onu da qeyd edir ki, təkrar apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
54. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul olunmuşdur.
55. Bunla belə məhkəmə Kollegiyası hesab edir ki, Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 873 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə iddia mümkün sayılmamalıdır.
56. Belə ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
57. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı.
58. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”.
59. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı qərar xx.xx.2004-cü il tarixlidir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi.
60. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
61. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21).
62. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunubolunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).
63. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi inzibati aktın etibarsız hesab edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
64. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
65. Göründüyü kimi, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.
66. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1764/2022, xx.xx.2022-ci il tarixli və 2-1(102)- 2136/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-1699/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-403/2025 saylı, xx.xx.2025-ci il tarixli, qərarlarında və qərardadında da əks olunmuşdur.
67. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə 2-1(102)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında da qeyd edilmişdir: “....62. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır...”
68. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunan hüquqi göstərişləri nəzərə alaraq hesab edir ki, 3-cü şəxsin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-126/2023 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(112)-126/2023 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.