Məhkəmə qərarları › İş №2-1(103)-4207/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4207/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4207/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotu Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3976/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı mübahisələndirmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********746200 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir İddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi əsl cavabdeh həmin Xidmətin Bakı şəhəri X4 və Uçotu Təşkili Baş İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı kameral qaydada 10.950,71 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanının bu barədə olan “vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********746200 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarında qeyd edilir ki, “aparılmış araşdırma zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları’na əsasən tərəfinizdən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq tərəfinizdən təqdim edilmiş bəyannamələrdə edilmiş riskli elektron qaimələrin xərc məbləği kimi bəyan edilməsi vergidən yayında halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur”. Vergi orqanının iddiaçı barəsində tərtib etdiyi qərar və həmin qərar əsasında əlavə olaraq hesbladığı vergi məbləğinin hüquqi əsası yoxdur, həmin qərar və əlavə hesablanmış vergi məbləği əsassızdır və ona görə də ləğv olunmalıdır. Hazırkı halda vergi orqanının hesablamasından həmin əlavə verginin iddiaçı barəsində hesablanmasının əsaslandırılması əsası yoxdur və başa düşmək olmur ki, vergi orqanı həmin əlavə vergi məbləğini nəyin əsasında və necə hesablamışdır. İddiaçı tərəfindən aparılmış əməliyyatlar barədə vergi orqanına vaxtlı-vaxtında hesabatlar təqdim olunmuş, tərəfimdən aparılmış əməliyyatların elektron-qaimələri vergi orqanına verilmişdir. Buna baxmayaraq vergi orqanı əlavə vergi hesablamış və bunun əsaslarını və səbəblərini açıqlamamış və əsaslandırmamışdır. Vergi orqanı tərəfindən vergi qanunvericiliyində müəyyən edilmiş hüquqları pozulmuşdur...” Cavabdeh etirazında iddianı qəbul etməmiş və mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindən yuxarıda qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, iddiaçının mübahisələndirdiyi vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********746200 nömrəli Qərar xx.xx.2023-cü il tarixdə saat 19:52-də vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə saat 12:24-də vergi ödəyicisi tərəfindən oxunmuşdur. Göründüyü kimi, iddiaçı qeyd olunan qərarla elektron kabinetinə göndərildiyi tarixdən təqribən 4 ay keçdikdən sonra tanış olmuşdur. Məhkəmənin diqqətinə çatdırılır ki, elektron məhkəmə sistemindən də göründüyü kimi, iddiaçı həmin qərardan xəbərdar olduqdan təqribən 2 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da inzibati prosessual qanunvericiliklə mübahisələndirmə növündə iddialar üzrə müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür...” İddiaçının birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsi müddətin bərpası barədə ərizə ilə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə iddiaçı Bakı şəhəri X5 üzrə Baş İdarəsinə məktubla müraciət edərək onun riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş etmiş və buna görə də tərəfindən müddəti buraxılmışdır. Oa görə də buraxılmış prosessual müddəti üzrülü hesab edərək hesab edərək mahiyyəti üzrə saxlanılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3976/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi inzibati iş üzrə kifayət qədər araşdırma aparmamış və hüquqlarımızın pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. İnzibati hüquqda hüquq münasibəti konkret şəraitdə publik hüquq sahəsinə aid olan hüquq normasına görə subyektlər arasında yaranan qarşılıqlı hüquqla əlaqəlidir, yəni iki tərəfli münasibətdir. Bununla yanaşlı inzibati hüquq münasibətlərinin çoxtərəfli olması da mümkündür. Hüquq münasibətinin konkret münasibət olması üçün tərəflər arasında real münasibət mövcud olmalıdır, təsadüfi hal olmamalıdır. İddiaçının mübahisələndirilən qərardan xəbəri olmuş və xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə qədər nizamlanma dövrünədək, yəni xx.xx.2023-cü ildə iddiaçı tərəfindən cavabdehə məktubla müraciət olunaraq, onun riskli vergi ödəyicisi siyahısından çıxarılması xahiş olunmuş və buna görə də müddət buraxılmışdır. Lakin birinci instansiya məhkəməsi isə bu halları nəzərə almamış, nəticədə isə müddətin bərpası barədə ərizəmizi təmin etməmişdir. Göründüyü kimi, işə baxan məhkəmə İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsindən irəli gələn tələbləri təmin etməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini və yeni məhkəmə praktikasına görə bu kimi işlərdə sənədlərin göndərilməsinin ştrix kodla təsdiq olunmasının nəzərə alındığını bildirərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi isə riskli vergi ödəyicisi hesab olunduqdan sonra, iddiaçıya kameral qaydada vergi hesablandığını, bununla bağlı hətta o, xx.xx.2023-cü il tarixdə idarəyə müraciət etdiyini qeyd edərək, bütün bunların onun qərardan xəbəri olduğunu və iddia müddətini ötürdüyünü təsdiq etdiyini bildirmiş və birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdeh vergi orqanının (hüquq sələfinin) “vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********746200 nömrəli, 02 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İPM-in 32.1-ci maddəsinə asasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, tərəflər arasında 2008-ci ildə “vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq, həm də Vergi Məcəlləsinin 70.1-ci maddəsinin tələblərindən irəli gələrək vergi orqanı tərəfindən kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə” **********746200 nömrəli 02 iyun 2023-cü il tarixli qərar elə həmin tarixdə elektron formada iddiaçıya göndərilmiş, lakin iddiaçı həmin qərarı, təxminən, 3 aydan sonra, yəni, xx.xx.2023-cü il tarixdə oxumuşdur. Ən azından, iddiaçının iddia ərizəsi, buraxılmış müddətin bərpası vəsatəti və apellyasiya şikayəti ilə müəyyən olunan hallarından aydın olur ki, iddiaçının özü tərəfindən də cavabdehin 02 iyun 2023-cü il tarixli mübahisələndirilən qərarından xx.xx.2023-cü il tarixdə məlumatlı olduğu təsdiq olunur. Məhkəməyə isə həmin qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni, elektron göndərildiyi göndərildiyi tarixdən 1 il 5 ay keçdikdən sonra, həmin qərar bardə bildiyi tarixdən isə götürüldükdə , 10 aydan sonra müraciət etmişdir. Hər bir halda, iddiaçının müddətin bərpası barədə vəsatətində və hazırkı apellyasiya şikayətində onun tərəfindən müddətin buraxıldığını etiraf edilərək, müddətin buraxlmasının üzürlü hesab edilməklə bərpa edilməsi və işə mahyyəti üzrə baxılması xahiş olunur. İPM-in 24.1-ci maddəsi isə nəzərdə tutur ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məcəllənin qeyd olunan tələblərindən görünür ki, müddətin buraxılması sübutlarla əsaslandırıldığı halda yalnız, məhkəmə tərəfindən bərpa oluna bilər. İddiaçı tərəfindən isə ötən müddət ərzində, hansı səbəblərdən müddəti buraxılması, yəni qanunvericliklə müəyyən olunan müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran halların mövcudluğu sübutlarla əsaslandırılmamışdır. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İddiaçının nümayəndəsinin hazırkı məhkəmə praktikasına istinadən sənədlərin göndərilməsinin ştrix kodla təsdiq olunmasının nəzərə alındığını bildirən dəlilllərinə münasiətdə məhkəmə kollegiyası onu qeyd edir ki, sözügedən praktika qərardan məlumatı olub, müddətin bərpası barədə əsaslandırılmamış vəsatət verildiyi hallara şamiş edilməsi istisna edilir. Beləliklə də, qeyd olunanlar baxımından, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının müddətin bərpası barədə vəsatətinin rədd edilərək onun apellyasiya şikayətinin mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qərardad qəbul edərkən prosessual qanunvericiiyinin tələblərini nəzərə almadan, əsassız qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3976/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3976/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar