Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-421/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-2633/2020 saylı qərarından cavabdehin nümayəndəsi C.Mirzəliyeva tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-2633/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi C.Mirzəliyeva tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N-cü ilin noyabr ayında Binəqədi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. N994-cii ilin mart ayına qədər Azərbaycanın bütövlüyü uğrunda Qarabağda Binəqədi könüllülər batalyonunun tərkibində döyüşlərdə iştirak etmişdir. O vaxtlar Prezidentin xx.xx.N994-cü il fərmanına əsasən (yəni yaşı 45-i keçmiş və çox uşaqlıları) cəbhədən geri buraxılmasına əsasən onu Binəqədi hərbi komissarlığı tərəfindən özləri gətiriblər, evə buraxılmışlar. Sonra N997-ci ildən 2003-cü ilə qədər Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvü olmuşdur. Uzun müddətdən sonra veteran vəsiqəsinin yenisini almaq üçün Müdafiə Nazirliyinə 20N7ci ildə müraciət etmişdir. Onların o vaxt göndərdiyi arayış ona gəlib çıxmamışdır. O, yenidən 20N9-cu ildə müraciət etmişdir. Arxivdən verilən arayışa görə onun adı Binəqədi batalyonunda var. 704 nömrəli batalyonda adı hallanmır. Ona görə ona veteran vəsiqəsini verilməmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının N.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxxxx 20N9-cu il tarixli 9/2-N2546 nömrəli arayışına əsasən İddiaçı qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu isə qüvvədə olan veteranlar haqqında qanunvericiliyinin tələbinə əsasən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi birbaşa istisna edir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Nümayəndə həmçinin bildirdi ki, Azərbaycan Respublikası Müdafiə nazirinin təqdimatını nəzərə alaraq, N996-cı il martın N-dək 25 yaşı tamam olmuş və daha çox yaşı olan, keçmiş Sovet Ordusunun və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular (çavuşlar və əsgərlər) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılası barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx N996-cı il tarixli 433 nömrəli Fərmanı ilə qanuni əsaslarla ehtiyata buraxılması (Müdafiə nazirinin xx xxxxxx N996-cı il tarixli 26 nömrəli əmr) həyata keçirilirdi. N994-cu ildə isə ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və Azərbaycan Respublikası Müdafiə nazirinin əmri olmamışdır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. XN apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəmsəinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N949-ci ildə Gürcüstan, Dmanisi rayonunda doğulmuşdur. - Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin 0N63N №-li vəsiqəsindən görünür ki, İddiaçı AVMVB-nin həqiqi üzvüdür. - Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin xx.xx.N997-ci il tarixli vəsiqəsindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N- xx.xx.N994-cü il tarixdə gedən döyüşlərdə 704 saylı həərbi hissənin tərkibində iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N2546 №-li arxiv arayışından görünür ki, N №-li hərbi hissənin Binəqədi taburunun siyahısı qovluğunda (əsas: səh-N2) Binəqədi RHK-dan çağırılmış hərbi bilet əvəzi müvəqqəti vəsiqə ilə gəlmiş hərbi mükəlləfiyyətlilərın adlı siyahısında Binəqədi RHK-dan çağırılmış Sıravi İddiaçı Qıyas oğlunun adı qeyd olunmuşdur. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin noyabr N-cü il, may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Müdafiə nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.20N9-cu il tarixli, N/Ə-N5N39 №-li iddaçıya ünvanlanan məktubundan görünür ki, “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin arayışına əsasən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-682N №-li arxiv arayışından görünür ki, N №-li hərbi hissənin Binəqədi taburunun siyahısı qovluğunda (əsas: səh-N2) Binəqədi RHK-dan çağırılmış hərbi bilet əvəzi müvəqqəti vəsiqə ilə gəlmiş hərbi mükəlləfiyyətlılərın adlı siyahısında Binəqədi RHK-dan çağırılmış Sıravi İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N0 №-lı əmrində (əsas: səh.9, §-2, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq Bakı şəhəri Binəqədi RHK-a göndərilməsi barədə məlumat vardır. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin noyabr N-cü il, may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanlanmış 9/2-8976 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N0 №-li əmrinin Arxiv çıxarışından görünür ki, həmin əmrə əsasən hərbi qulluqçu N949-cu il təvəllüdlü İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq Bakı şəhəri Binəqədi RHK-a göndərilmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş HP 0N/268 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. - Azərbaycan Respublikası DİN Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin 089-69N9-220 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.N949-cu ildə Gürcüstan Respublikası, Dumanisi rayonunda anadan olmuş İddiaçı ünvan N ünvanında qeydiyyatda olsa da hazırda həmin ünvanda yaşamadığından onun N-cü ilin oktyabr ayından N994-cü ilin aprel ayınadək cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilib-edilməməsi, götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olub-olmaması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilib-edilməməsi barədə tələbnamənin doldurularaq göndərilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin xx.xx.2020-ci il tarixli, №-li 868 saylı məktubundan görünür ki, N949-cu il təvəllüdlü İddiaçı xx.xx.N-cü il tarixdə keçmiş Binəqədi rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Milli Ordu sıralarına göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, hazırda Bakı şəhəri Nizami rayonunda qeydiyyatda olan İddiaçı ordu sıralarından tərxis olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsində heç bir məlumat aşkar edilməmişdir. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünü dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Birinci instansiya məhkəməsinin qənaətinə görə N №-li hərbi hissənin Binəqədi taburunun siyahısı qovluğunda (əsas: səh-N2) Binəqədi RHK-dan çağırılmış hərbi bilet əvəzi müvəqqəti vəsiqə ilə gəlmiş hərbi mükəlləfiyyətlilərın adlı siyahısında Binəqədi RHKdan çağırılmış sıravi İddiaçı Qıyas oğlunun adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli, N0 №-li əmrində (əsas: səh.9, §-2, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq Bakı şəhəri Binəqədi RHK-a göndərilməsi barədə məlumat vardır. Ona görə də birinci instansiya məhkəməsi aşağıdakı maddi hüquq normalara əsaslanaraq hesab etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam aparılmamış, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş hallara qiymət verilməmişdir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 22.N-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 28.N.N-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.N.N-ci və 28.N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.N-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.N-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.N-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin arxiv arayışları ilə N949-cu il təvəllüdlü İddiaçı xx.xx.N-cü il tarixdə keçmiş Binəqədi rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar Milli Ordu sıralarına göndərildiyi, N №-li hərbi hissənin Binəqədi taborunun siyahısı qovluğunda (əsas: səh-N2) Binəqədi RHK-dan çağırılmış hərbi bilet əvəzi müvəqqəti vəsiqə ilə gəlmiş hərbi mükəlləfiyyətlilərın adlı siyahısında Binəqədi RHK-dan çağırılmış Sıravi İddiaçı Qıyas oğlunun adı qeyd olunduğu müəyyən edilir. Həmçinin, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N0 №-li əmrində (əsas: səh.9, §-2, sıra-4, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı şəxsi heyətin siyahısından çıxarılaraq Bakı şəhəri Binəqədi RHK-a göndərilməsi barədə məlumat olsa da, İddiaçı məxsus NZ ******* №-li hərbi biletin 7-ci səhifəsində Binəqədi rayon hərbi komissarı tərəfindən aparılmış qeydə görə İddiaçı xx.xx.N-xx.xx.N994-cü il tarixlərdə gedən hərbi döyüşlərdə iştirak etmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya məxsus hərbi biletində onun hərbi hissəyə daxil olması və ehtiyata buraxılması barədə qeydlər yoxdur. Yuxarıda qeyd edildiyi kimi arxiv arayışlarında N №-li hərbi hissə komandirinin noyabr N-cü il, may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının xidməti barədə, qanuni əsaslarla ehtyata buraxılmasına dair məlumat aşkar olunmadığı halda birinci instansiya məhkəməsinin qərarı ilə cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulması əsassızdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 09-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Həmçinin təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi C.Mirzəliyeva tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-N(NN2)-2633/2020 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-421/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-421/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver