Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-421/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X6 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 16 iyun 2020-ci il tarixli, **********342900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********080100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 16 iyun 2020-ci il tarixli, **********342900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral vergi yoxlaması nəticəsində 4-cü rüb 2017ci il hesabat dövrü üzrə müəssisəyə əlavə vergi (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərarla razılaşmırlar və hesab etmişlər ki, aşağıda qeyd etdiklərinə əsasən qərar ləğv olunmalıdır. Belə ki, tərəflərindən xx.xx.2020ci il tarixində dəqiqləşdirilmiş 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən qeyd edilən bəyannamə üzrə kameral vergi yoxlaması keçirilmiş və vergi yoxlamasının nəticəsi üzrə 16 iyun 2020-ci il tarixli, **********342900 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar çıxarılmışdır. Lakin vergi orqanına etdikləri müraciətlərin heç biri araşdırılmadan kameral vergi yoxlaması həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixində Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə dəvət edilmişlər. İclas zamanı müəssisənin işçi layihəsi üzrə inşa ediləcək binasında 2 mərtəbəyə icazə verilməməsi onlara bildirilmişdir. Vergi orqanı tərəfindən müəssisənin nümayəndəsinin dəvət ediləcəyi və tikinti sahəsinin azaldılması ilə əlaqədar müvafiq olaraq 2017-ci ilin 4-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsində dəqiqləşmə aparılmasına köməklik ediləcəyi müəssisəyə bildirilmişdir. Lakin vergi orqanından heç bir cavab ala bilməmişlər. Bu səbəbdən də xx.xx.2020-ci il tarixli, **********37740 nömrəli məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafıq tədbirlər görülməsini, müvafiq dövr üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə dəqiqləşmə təqdim edilə bilməsi üçün tikinti sahəsinin azalmasına dair müşahidə aparılmasını xahiş etmişlər. Vergi orqanı müəssisənin xx.xx.2020-ci il tarixli müraciətinə **********751000 nömrəli məktubla cavab verərək, müraciətinə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxıldığını, eyni məzmunlu müraciətə xx.xx.2019-cu il tarixli, **********012900 nömrəli məktubla cavab verildiyini, tərəflərindən aparılmış tikintinin layihədən fərqli olaraq aparılması ilə bağlı məsələlərə yalnız həmin tikinti üzrə müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş yeni işçi layihə təqdim edildikdən sonra baxılacağını bildirmişdir. Ona görə də xx.xx.2020-ci il tarixində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, idarə tərəfindən daha əvvəl tələb edilən işçi layihə və digər əlaqəli sənədləri vergi orqanına təqdim etmişlər. Müvafiq sənədlərə baxıldıqdan sonra vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********009300 AVİS nömrəli cavab məktubunda onlara bildirilmişdir ki, tikinti sahəsinin ölçülməsi ilə bağlı müvafiq vəzifəli şəxs ayrılmış və tezliklə məsələ həll olunacaqdır. Lakin vergi orqanı tərəfindən müəssisəyə zəng edilərək, müvafiq tikinti sahəsinə yerində baxış keçiriləcəyinin bildirilməsinə baxmayaraq, bu işlər öz həllini tapmamışdır. Həmin müddətdə isə müəssisənin vergilər üzrə şəxsi hesab vərəqəsində müəssisəyə borc və faizlər hesablanmış, müəssisənin bank hesabına sərəncam qoyulmuşdur. Bununla əlaqədar xx.xx.2020-ci il tarixində **********006600 nömrəli və **********655500 nömrəli şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, müəssisənin tikinti sahəsinə baxış keçirəcək şəxslərin müəssisəyə göndərilməsini, sahənin yenidən hesablanmasının başa çatdırılmasını və müəssisənin mükəlləf olduğu bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə (BTFSV) dəqiqləşmə verilməsi üçün şərait yaradılmasına göstəriş verilməsini xahiş etmişlər. Lakin bu müraciətləri də nəticəsiz qalmışdır. xx.xx.2020-ci il tarixli müraciətinə cavab olaraq, vergi orqanı bildirdirmişdir ki, tikinti layihəsi üzrə nəzərdə tutulmuş mərtəbələrin inşasının azaldılması ilə əlaqədar olaraq dəqiqləşdirilmiş “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi’nin təqdim edilməsi zamanı yaranan çətinliklə bağlı müraciəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış, müraciətlərində qeyd edilən hallar araşdırılaraq, müvafiq bəyannamənin təqdim edilməsinə texniki imkan yaradılmışdır. xx.xx.2020-ci il tarixində **********344800 nömrəli və **********473800 nömrəli şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yenidən müraciət etmişlər. Bildirmişdir ki, məktub və digər tələb edilən müvafiq sənədləri vergi orqanına təqdim etmişlər. Vergi orqanı tərəfindən təyin edilmiş iclaslarda iştirak etmişlər. Həmin iclaslarda sahənin yenidən ölçülməsi məsələsi qaldırılmışdır. İclas rəhbərinin və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi rəhbərliyinin məktubunda qeyd olunmuşdur ki, tezliklə sadələşmiş vergiyə cəlb edilmiş sahənin ölçülməsi üçün onlarla əlaqə saxlanılacaq. Hətta bir neçə dəfə rəsmi şikayət ərizəsi ilə müraciət etmişlər. Şəxsi hesab vərəqəsində faiz hesablaması davam edir. Borc bildirişi göndərilmişdir. Göstərilənlərlə əlaqədar müvafiq vəzifəli şəxsin tikinti sahəsinə və sənədlərə baxış keçirərək, vergiyə cəlb olunan sahənin dəqiqləşdirilməsinə köməklik edilməsini xahiş etmişlər. Bu dəfə isə vergi orqanı əvvəlki cavab məktubunun əksinə olaraq, xx.xx.2020-ci il tarixli müraciətə **********996500 nömrəli cavab məktubu göndərərək, İddiaçı MMC tərəfindən aparılan tikinti sahəsi ilə əlaqədar vergi orqanı tərəfindən müşahidə aparılması barədə müraciətlərinə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxıldığını, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə 31 mart 2020-ci il tarixdən etibarən ölkədə xüsusi karantin rejimi olduğunu nəzərə alaraq, müəssisənin apardığı tikinti sahəsinə və sənədlərə baxış keçirilməsinin imkan xaricində olduğunu, xüsusi karantin rejimi aradan qaldırıldıqdan sonra isə müəssisənin apardığı tikinti sahəsinə və sənədlərə baxış keçirilməsinin təmin ediləcəyini bildirdi. Demək olar ki, eyni məzmunlu iki müraciətlərinə vergi orqanı fərqli cavab məktubları göndərmişdir. Yəni xx.xx.2020-ci il tarixli müraciətlərinə cavab olaraq, vergi orqanı bildirmişdir ki, bəyannamənin təqdim edilməsi zamanı yaranan çətinliklə bağlı müraciətlərə baxılmış, qeyd edilən hallar araşdırılmış və bəyannamənin təqdim edilməsinə texniki imkan yaradılmışdır. xx.xx.2020-ci il tarixli digər cavab məktubunda isə vergi orqanı bildirmişdir ki, xüsusi karantin rejimi olduğunu nəzərə alaraq, tikinti sahəsinə və sənədlərə baxış keçirilməsinin imkan xaricində olduğunu, xüsusi karantin rejimi aradan qaldırıldıqdan sonra isə müəssisənin apardığı tikinti sahəsinə və sənədlərə baxış keçirilməsi təmin ediləcəkdir. Ona görə də bir daha dəqiqləşdirmək məqsədilə xx.xx.2020-ci il tarixində və xx.xx.2020- ci il tarixində **********742600 nömrəli və **********265400 nömrəli şikayət məktubları ilə Vergilər Nazirliyinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yenidən müraciət edərək bildirmişdir ki, dəfələrlə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və müvafiq İcra Hakimiyyəti orqanına məktub və digər tələb edilən sənədləri təqdim etmişlər. Müəssisənin vergilər üzrə şəxsi hesab vərəqəsində müəssisəyə borc və faizlər hesablanır, müəssisənin bank hesabına sərəncam qoyulmuşdur. Bununla əlaqədar müəssisənin tikinti sahəsinə baxış keçirəcək şəxslərin müəssisəyə göndərilməsinə, sahənin yenidən hesablanmasının başa çatdırılmasına və müəssisənin mükəlləf olduğu bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinə (BTFSV) dəqiqləşmə verilməsi üçün şərait yaradılmasına göstəriş verilməsini xahiş etmişlər. Vergi orqanı 2017-ci il 4-cü rüb vergi dövrü üzrə təqdim olunmuş sonuncu bəyannaməyə kameral vergi yoxlaması nəticəsində xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarı ilə əlavə vergi məbləği hesablamışdır. Həmin qərar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmiş və əsassız hesablamalar aparılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı barəsində Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərarın 57.840,75 manat məbləğində hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənbəyi bəlli olan məlumatlara əsasən iddiaçı Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,70 kvadrat metr olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanmasına baxmayaraq, Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2017-ci ilin 4-cü rübü üçün 3208263,30 manat hesablama aparılmışdır. “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli **********662200 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci il tarixdə 2017-ci ilin 4-cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməklə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğini (992646,75 manat) azaltmışdır. Lakin, qeyd edilən bəyannamə nəzərə alınmayaraq, yenidən 3208263,30 manat (əlavə hesablama 992646,75 manat) vergi hesablanmış və “Vergilərin hesablanması barədə” xx.xx.2018-cı il tarixli **********417400 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra iddiaçı xx.xx.2018-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə 2017-ci ilin 4-cü rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləği qismən azaldılmışdır. Lakin, azalmaya əsas verə biləcək təsdiqedici sənədləri vergi orqanına təqdim edilmədiyindən iddiaçının bəyannaməsi nəzərə alınmamış və xx.xx.2020-ci il tarixli həmin bəyannamə üzrə xx.xx.2020-ci il tarixli **********080100 nömrəli qərar ilə hesablanmış vergi məbləği bərpa edilmişdir. Bununla yanaşı, iddiaçı xx.xx.2018-ci il tarixdə Vergilər Nazirliyinə müraciət edərək kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını bildirərək hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Aparılmış araşdırmalar nəticəsində cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində bina tikintisi ilə əlaqədar yeni təməl qoyma işlərinin aparılıb-aparılmamasına baxiş keçirildiyi və nəticədə Nəsimi rayonu, Azadlıq prospekti, İ.Həmidov və Tağızadə küçələrinin kəsişməsində İddiaçı MMC-yə məxsus ümumi sahəsi 31147,74 kvadrat metr olan binanın təməl qoyma işlərinə 2017-ci ilin 4-cü rübündə başlanıldığı fotoşəkillər ilə aşkar olunmuşdur. Bundan başqa, araşdırmalar nəticəsində yaşayış və qeyri-yaşayış sahələri sökülmüş 77 sakinə ümumilikdə 4659,95 kvadrat metr yaşayış sahəsinin, 2707,21 kvadrat metr isə qeyriyaşayış sahəsinin verildiyi müəyyən edilmiş, müvafiq qərar qəbul edilmiş və həmin qərardan cavabdeh tərəf şikayət etməmiş qərarla razı qalmışdır. Beləliklə iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Potnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsində inşa edilən bina üzrə vergiyə cəlb olunan yaşayış sahəsi 22709,75 kvadrat metr, qeyri-yaşayış sahəsi 1070,79 kvadrat metr olmaqla ümumilikdə 23780,54 kvadrat metr təşkil etdiyi müəyyən edilmiş və (yaşayış üzrə:22709,75 x 2,2 x 45 = 2248265,25 manat, qeyr-yaşayış üzrə: 1070,79 x 2,2 x 45 x 1,5 =159012,33 manat) 2407277,58 manat məbləğində bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi hesablanmışdır. Həmçinin apellyasiya şikayətində iddiaçı tərəfindən ekspertə layihə sənədi təqdim edildiyi və ekspert tərəfindən sadəcə ən üst mərtəbədə bir mənzil və 1-ci mərtəbədə tikinti sahə müəyyənləşdirmə işlərinin aparıldığı cavabdehin nümayəndəsi tərəfindən müşayət edilmişdir. Həmçinin ekspert tərəfindən qeyri- yaşayış və zirzəmi sahələrinin ölçüm işlərinin aparılmadığı bildirilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın iddiaçının tələbinin təmin olunduğu hissədə ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : - Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC xx.xx.2010-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdı (VÖEN: **********). - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı MMC xx.xx.2010-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2010-cu il tarixdən qanuni təmsilçisi X8r. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 14 №-li “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli, 86 №-li Qərarını təhbər tutaraq və İddiaçınə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2016-cı il tarixli, xx/xx- 1936 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC-lə bağlanmış 24 yanvar 2017-ci il tarixli müqavilənin 2.4-cü bəndinə dəyişikliy”in lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası və məqsədinə nail olunması üçün Şirkətin təklifini qəbul etməsini nəzərə alaraq 24 yanvar 2017-ci il tarixdə aralarında bağlanmış müqavilədə 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin: “2.4. Binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yerin tikilən binalarda sökülən mənzilin sahəsindən minimum 15% əlavə sahəsi olan, orta təmirli və razılaşdırılmış mərtəbələrdə mənzil sahəsi ilə təmin etmək”. - Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 146 №li “Nəsimi rayonu, Azadlıq prospekti, V.Plotnikov, E.Tağızadə və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında” sərəncamının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarını rəhbər tutaraq İddiaçı MMC-nin müraciətini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1 , 75.1, 75.6-cı maddələrini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1936 saylı, 28 dekabr 2016-cı il tarixli razılaşma məktubna (təqdim olunmuş layihəyə əsasən) Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 14 saylı, 24 yanvar 2017-ci il tarixli və 92 saylı, 14 aprel 2017-ci il tarixli sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X1 Ekspertiza Baş İdarəsinin 24827 saylı, xx.xx.2018-ci il tarixli və 24974 saylı, xx.xx.2018-ci il tarixli ekspertiza rəylərini nəzərə alaraq Azadlıq prospekti, V.Plotnikov, E.Tağızadə və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə mövcud qəzalı vəziyyətdə olan yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini tərəfindən Bakı Şəhər Lokal Gəlirlər Departamentinə ünvanlanan 3-9/388 №-li, xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 24 yanvar 2017-ci il tarixli 14 saylı sərancamı ilə Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, S.Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi İddiaçı MMC-yə həvalə edilmişdir. Qeyd olunanları nəzərə alaraq sözügedən ünvanlarda mövcud olmuş yaşayış və qeyri-yaşayış sahələri sökülərək yerində mülkiyyətçilərə veriləcək yaşayış və qeyri-yaşayış sahələri haqqında məlumat forması təqdim edilir. - Həmin məktuba əlavə edilmiş İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsiçməsindəki məhəllədə mövcud qeyri-yaşayış sahələri sökülmüş mülkiyyətçilərə veriləcək qeyri-yaşayış sahələri haqqında məlumat cədvəlinin surətindən görünür ki, ümumilikdə 13 nəfərə MMC tərəfindən cəmi 2770,8 kv,m. sahənin verilməsi nəzərdə tutulmuşdur. - Həmin məktuba əlavə edilmiş İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, Süleyman Rüstəm və Eldar Tağızadə küçələrinin kəsiçməsindəki məhəllədə mövcud yaşayış evləri sökülmüş mülkiyyətçilərə veriləcək mənzillər haqqında məlumat cədvəlinin surətindən görünür ki, ümumilikdə 64 nəfərə MMC-ə tərəfindən cəmi 6107,55 kvm. sahənin verilməsi nəzərdə tutulmuşdur. Sakinlərə veriləcək mənzil sahələri yerləşən bloklarda holl 568,95 kvm., lift sahəsi 387 kvm., pilləkən qəfəsinin sahəsi 390 kvm., cəmi 1345,95 kvm. təşkil edir. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən İddiaçınə ünvanlanan 3/283 №-li, xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına uyğun olaraq pilot layihələr çərçivəsində Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidəki mövcud yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi ilə bağlı qərarın icrası İddiaçınə həvalə edilmişdir. Müəyyən edilmişdir ki, şəhərin mərkəz ərazisində əhalinin sıxlıq əmsalı, kommunikasiya xəttlərinin, yol və nəqliyyat infrastrukturunun ötürmə gücü yüksəkmərtəbəli binaların tikintisi üçün əlverişli deyildir və normalara ziddir. Qeyd olunanlarla əlaqədar Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazidə nəzərdə tutulmuş 1 ədəd 3 girişli 16 mərtəbəli binanın inşasının mərtəbəliliyinin 14-ə endirilməsi tapşırığının icra olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi bir daha İddiaçınə həvalə olunur. Əks təqdirdə, aparılan tikinti işləri şəhərsalma normalarına zidd olduğundan müvafiq məsuliyət öhdəçiliyi İddiaçı üzərinə düşür. - Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli, **********38662200 nömrəli “Vergilər hesablanması barədə” qərarından görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 3.208.263,30 manat vergi hesablanmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünə dair bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş cari vergi bəyannaməsindən görünür ki, cəmiyyət tərəfindən binanın ümumi sahəsi 21.937,31 kvm., vergi məbləği 2,215,616.55 manat bəyan edilmişdir. - Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “Vergilər hesablanması barədə” qərarından görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 2.215.616,55 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 3.208.263,30 manat müəyyən edilmiş və ona görə də 992.646,75 manat əlavə vergi hesablanmışdır. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 13 dekabr 2018-ci il tarixli, **********222700 №-li inzibati şikayətin qismən təmin edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azadılması barədə Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2018-ci il tarixli inzibati şikayəti qismən təmin edilmiş, Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “Vergilər hesablanması barədə” qərarı ləğv edilmiş, İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə öhdəliyi 2017-ci ilin 4-cü rübü üçün 2407277,57 manat məbləğində müəyyən edilmiş, bu Qərarın 2-ci və 3cü bəndlərinin icrası ilə bağlı İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin edilməsi Vergilər Nazirliyi yanında Bak şəhəri Lokal Gəlirlər Departamentinə tapşırılmışdır. - Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli, **********781900 nömrəli “Vergilər hesablanması barədə” qərarından görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 2.087.698,14 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 319.579,44 manat əlavə vergi hesablanmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş 2017-ci ilin 4-cü rübünə dair bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsindən görünür ki, cəmiyyət tərəfindən binanın ümumi sahəsi 16,266.10 kvm., vergi məbləği 1,640,673.54 manat bəyan edilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1.640.673,54 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 766.604,04 manat əlavə vergi hesablanmışdır. Səbəb Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 31147,7 kvm. olan binanın tikintisinə 2017-ci ilin 4-cü rübündə başlanmasına baxmayaraq Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən həmin hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. - Həmin qərara əlavədən görünür ki, yaşayış sahəsi 27 369,70 kvm., qeyri-yaşayış sahəsi 3 778,00 kvm., cəmi sahə 31 147,70 kvm., vergi məbləği 3 270 633,30 manat; güzəşt olunan sakinlər üçün yaşayış sahəsi 4 659,95 kvm., qeyri-yaşayış sahəsi 2 707,21 kvm., cəmi sahə 7 367,16 kvm., vergi məbləği 863 355,74 manat; faktiki yaşayış sahəsi 22 709,75 kvm., qeyri-yaşayış sahəsi 10 70,79 kvm., cəmi faktiki sahə 23 780,54 kvm., vergi məbləği 2 407 277,57 manat; fərq yaşayış sahəsi 4 659,95 kvm., qeyri-yaşayış sahəsi 2 707,21 kvm., cəmi sahə 7 367,16 kvm., vergi məbləği 863 355,74 manat göstərilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərardan görünür ki, İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi 1.689.112,26 manat bəyan edilmiş, kameral yoxlama nəticəsində 2.407.277,58 manat müəyyən edilmiş və ona görə də 718.165,32 manat əlavə vergi hesablanmışdır. - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağıyev, Azadlıq prospekti, V.Plotnikov və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən inşa edilən yüksək mərtəbəli, çoxmənzilli yaşayış binalarının sahələrinin müəyyənləşdirilməsi barədə” 22 iyul 2020-ci il tarixli, 092 №-li mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağıyev, Azadlıq prospekti, V.Plotnikov və S.Rüstəm küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən inşa edilən çoxmənzilli binanın sahələri – inşa edilmiş binanın ümumi sahəsi 31964,84 kvm; o cümlədən zirzəminin ümumi sahəsi 5485,5 kvm. (satışa yararlı sahəsi, qaraj (avtodayanacaq)) və qeyri-yaşayış sahəsi 2597,1 kvm.; qeyri-yaşayış (mağaza) yararlı sahə - 3021,70 kvm.; yaşayış sahəsi (mənzillər) – 20195,84 kvm.; pilləkən, dəhliz, lift sahəsi – 3261,8 kvm. kimi müəyyənləşdirilmişdir. - İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, xx.xx.2017-xx.xx.2020-ci il əhatə etdiyi dövrə cəmiyyətə 9.485.263,86 manat borc hesablanmış, 1.950.314,01 manat ödənilmiş, 7.072,860,06 manat azaldılmış, çap tarixinə faiz borcu 52.220,74 manat, təsdiqlənməmiş azalmalar 487.702,73 manat, əhatə etdiyi dövrün son tarixinə saldo -530,665,41 manat, cəmi ödənilməli borc 1.018.368,14 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlə 23,00 manat təşkil etmişdir. - İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixə şəxsi hesab vərəqəsindən çıxarışdan görünür ki, cəmiyyətə 10.198.297,81 manat borc hesablanmış, 2.516.214,31 manat ödənilmiş, 7.222.964,69 manat azaldılmış, çap tarixinə faiz borcu 78.056,75 manat, təsdiqlənməmiş azalmalar 487.702,73 manat, əhatə etdiyi dövrün son tarixinə saldo - 556.501,42 manat, cəmi ödənilməli borc 1.044.204,15 manat təşkil etmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X10 tərəfindən qəbul edilmiş 17 iyun 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 direktor olduğu İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətində cari bəyannamə ilə hesablanmış, 2017-ci ilin 4-cü rübü üzrə 334811,70 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi, 2019-cu ilin 4-cü rübü-2020-ci ilin 4-cü rübü üzrə 48513,34 manat işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, eləcə də kameral yoxlama ilə hesablanmış 2017-ci ilin 4-cü rübü üzrə 143633,08 manat bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi olmaqla ümumilikdə xüsusi ilə külli miqdar təşkil edən 526958,12 manat məbləğində vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması və ibtidai araşdırma aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin sifarişi ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağıyev, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda İddiaçı MMC (VÖEN: **********) tərəfindən inşa edilən 16 mərtəbəli, 3 girişli, 2 ədəd yaşayış binası üzrə vergiyə cəlb edilən tikinti sahələri (hər bir bina üzrə yaşayış və qeyri-yaşayış sahələri ayrıca göstərilməklə müəyyən edilməsi) barədə” 10 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, mütəxəssisə təqdim edilmiş layihə sənədlərinə əsasən aydın olur ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda "xxxx" MMC tərəfindən layihələndirilən 3 girişli, 210 mənzilli, 2 mərtəbəsi +/- 0,00 səviyyəsindən aşağı zirzəmisi, +/- 0,00 səviyyəsindən yuxarı 2 mərtəbəsi qeyri-yaşayış, 15 mərtəbəsi (təkrarlanan) yaşayış sahəsi və 1 mərtəbə mansarda layihəlidir. Lakin binaya baxış zamanı müəyyənləşdirildi ki, mövcud vəziyyətdə - 7,80 səviyyəsində avtomobillər üçün dayanacaq, -4,50 səviyyəsində ticarət mərkəzi0 (qeyri-yaşayış), +0,00 və +4,20 səviyyəsində 2 mərtəbə qeyri-yaşayış və 14 mərtəbə yaşayış təyinatlı mərtəbənin tikintisi tam başa çatdırılmış, dam örtüyü bağlanmışdır. Mütəxəssis təqdim olunmuş layihədən istifadə edərək və mövcud faktiki vəziyyətə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda yerləşən 3 girişli, +/-0,00 səviyyəsindən yuxarı 2 mərtəbə qeyri-yaşayı və 14 mərtəbə yaşayış təyinatlı binanın sahələrini hesabladı. Binanın ön fasad hissəsindən göründüyü kimi zirzəminin 2-ci qatı (- 4,50 səviyyədə) layihədə olduğu kimi qeyri-yaşayışa yararlı olduğundan hesabat da buna uyğun aparılmışdır. Beləliklə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Plotnikov, Süleyman Rüstəm küçələrinin kəsişməsindəki ünvanda yerləşən məhəllədə inşa edilən 16 mərtəbəli 3 girişli, 2 ədəd binanın vergiyə cəlb edilən tikinti sahələri aşağıdakı kimi müəyyənləşdirildi: Nəticə: 1) 2 girişli, 16 mərtəbəli, 98 mənzilli, “A” və “B” girişlərinin ümumi sahəsi – 25182,68 kvm., o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi 2849,44 kvm. (qaraj və qeyri-yaşayışa yararlı sahə - 1827,52 kvm.), 2 mərtəbəli qeyri-yaşayışın sahəsi (yararlı) – 2388,04 kvm., 14 mərtəbəli mənzillərin sahəsi – 15596,98 kvm., pilləkən, dəhliz, lift, divar altı sahə - 4348,22 kvm. müəyyənləşdirildi; 2) 1 girişli 16 mərtəbəli, 98 mənzilli “C” girişinin ümumi sahəsi 8298,6 kvm., o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi – 948,48 kvm. (qaraj və qeyri-yaşayışa yararlı sahə - 456,24 kvm.), 2 mərtəbəli qeyri-yaşayış sahəsi (yararlı) – 726,41 kvm., 14 mərtəbəli mənzillərin sahəsi – 4598,86 kvm., piləkən, dəhliz, lift, divar altı sahə - 2024,85 kvm. müəyyənləşdirildi. - Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsinin dövlət vergi müfəttişi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, ümumilikdə tikili 16 mərtəbəli, 196 mənzilli, “A”, “B” və “C” girişli binanın ümumi sahəsi 33481,28 kvm., o cümlədən 2 mərtəbəli zirzəminin ümumi sahəsi 3797,92 kvm. (qaraj və qeyri-yaşayışa yararlı sahə 2283,76 kvm.), 2 mərtəbəli qeyri-yaşayış sahəsi (yararlı) 3114,45 kvm., 14 mərtəbəli mənzillərin sahəsi 20195,84 kvm., pilləkən, dəhliz, lift, divar altı sahə 6373,07 kvm. təşkil edir. Keçmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamenti (Katiblik) tərəfindən yaşayış və qeyri-yaşayış sahələri sökülmüş 77 sakinə ümumilikdə 4659,95 kvadrat metr yaşayış sahəsinin, 2707,21 kvadrat metr isə qeyri-yaşayış sahəsinin verildiyi sənədlərlə təsdiqi tapdığından (müqavilə və sakinlərin verdikləri ifadələr) nəzərə alınmışdır. Bina tikintisi ilə məşğul olan şəxs binanın yaşayış və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisi ayrılıqda hesablayır. Vergi Məcəlləsinin 219.3-cü və 220.8-ci maddələrinə əsasən yaşayış sahəsi üzrə hesablama: 2318888,88 manat ((3797,92 – 2283,76 + 20195,84 +6373,07) yaşayış sahəsi – 4659,95 köçürülən sakinlərə verilmiş yaşayış sahəsi) = 23423,12 kvm. yaşayış sahəsi x 45 manat x 2,2 əmsal (3-cü zona)) məbləğində təşkil edir. Qeyri-yaşayış sahəsi üzrə hesablama 399613,50 manat ((2283,76 + 3114,45) qeyri-yaşayış sahəsi – 2707,21 köçürülən sakinlərə verilmiş qeyri-yaşayış sahəsi) = 2691,00kvm. qeyri-yaşayış sahəsi x 45 manat x 2,2 əmsal (3-cü zona) x 1,5) məbləğində təşkil edir. Araşdırmanın nəticəsinə görə ümumilikdə hesablanmış vergilər 2718502,38 manat (2318888,88 + 399613,50) təşkil edir. Araşdırmanın nəticəsinə əsasən inşa edilmiş yaşayış binası üzrə layihədə göstərilənlərdən fərqli olaraq 16 mərtəbəli, 196 mənzilli, “A”, “B” və “C” girişli binanın ümumi sahəsi 33481,28 kvm. olmuş və ümumilikdə hesablanmış vergilər 2718502,38 manat (2318888,88 + 399613,50) təşkil edir. Beləliklə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi əlavə olaraq 311225,00 manat (2718502,38 – 2407277,38) təşkil edir. Beləliklə araşdırmanın nəticəsi olaraq bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi üzrə cəmiyyətin 789669,67 manat (478444,67 + 311225,00) maliyyə sanksiyası üzrə 100,00 manat, muzdla işləyəndləri işə götürən sığortaedənlər (MDSS) üzrə 2375,20 manat və icbari tibbi sığorta üzrə 927,85 manat məbləğində borcunun olması barədə rəy verilmişdir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallar 1)Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 3-9/388 №-li, xx.xx.2018-ci il tarixli məktubuna əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, S.Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki məhəllədə mövcud qeyri-yaşayış sahələri sökülmüş 13 nəfər mülkiyyətçiyə ümumilikdə MMC-ə tərəfindən cəmi 2770,8 kv,m. sahənin, yaşayış evləri sökülmüş 64 nəfərə mülkiyyətçiyə veriləcək cəmi 6107,55 kvm. sahənin verilməsi nəzərdə tutulmuş, sakinlərə veriləcək mənzil sahələri yerləşən bloklarda holl 568,95 kvm., lift sahəsi 387 kvm., pilləkən qəfəsinin sahəsi 390 kvm., cəmi 1345,95 kvm. təşkil edir. Tərtib edilmiş layihəyə əsasən həmin ərazidə cəmiyyət tərəfindən 18 mərtəbəli (17+mansard), 210 mənzilin tikilməsi nəzərdə tutulsa da, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 3/283 №-li, xx.xx.2019-cu il tarixli məktubuna əsasən şəhərin mərkəz ərazisində əhalinin sıxlıq əmsalı, kommunikasiya xəttlərinin, yol və nəqliyyat infrastrukturunun ötürmə gücü yüksəkmərtəbəli binaların tikintisi üçün əlverişli olmaması və normalara zidd olması əsası ilə həmin ərazidə nəzərdə tutulmuş 1 ədəd 3 girişli 16 mərtəbəli binanın inşasının mərtəbəliliyinin 14-ə endirilməsi İddiaçınə həvalə olunmuşdur. 2)Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********38662200 nömrəli “Vergilər hesablanması barədə” qərara əsasən İddiaçındə 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 3.208.263,30 manat vergi hesablanmış, xx.xx.2018-ci il tarixli, **********222700 nömrəli “Vergilər hesablanması barədə” qərara əsasən 992.646,75 manat əlavə vergi hesablanmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qəbul edilmiş 13 dekabr 2018-ci il tarixli, **********222700 №-li inzibati şikayətin qismən təmin edilməsi haqqında qərara əsasən İddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə öhdəliyi 2017-ci ilin 4-cü rübü üçün 2407277,57 manat məbləğində müəyyən edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 766.604,04 manat əlavə vergi hesablanmış, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 718.165,32 manat əlavə vergi hesablanmışdır. Qeyd olunanlardan aydın olur ki, tərəflər arasında yaranan mübahisənin əsasını olan vergiyə cəlb olunan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/51xx-xx/3767 №-li, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində İddiaçı MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ümumi sahəsi 30318.02 kv.metr, o cümlədən qeyri-yaşayış sahəsi 5751.1 kv.metr, yaşayış sahəsi 21850.2 kv.metr, pilləkən dəhliz və lift şaxtası sahəsi 2716.72 kv.metr müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57.840,75 manat məbləğində müəyyən olunur. - Həmin rəydən həmçinin görünür ki, yaşayış sahəsi üzrə 15742,65 kvm. və qeyriyaşayış sahəsi üzrə 2980,3 kvm. sahələrin vergiyə cəlb edilməli olması müəyyən olunur, o cümlədən: 15742,65 x 45 x 2,2 = 1 558 522,35; 2980.3 x 45 x 2.2 x 1.5= 442 574,55 (1 558 522,35 + 442 574,55) = 2 001 096,90. Beləliklə ümumilikdə 2 001 096,90 manat sadələşdirilmiş vergi hesablanmalı və 30 ay və ya 10 rüb ərzində hər rübə uyğun olaraq 200.109,69 manat olmaqla dövlət büdcəsinə ödənilməlidir. İş materiallarında olan cəmiyyətin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumilikdə 1 950,314,01 manat məbləğində ödənişlərin aparılması nəzərə alınmaqla 2017-ci ilin 4-cü rübü üzrə əlavə 57.840,75 manat sadələşdirilmiş vergi hesablanmalıdır. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Vladislav Plotnikov, S.Rüstəm və Eldar Tağızadə küçələrinin kəsişməsindəki ünvanda inşa edilmiş binanın tikintisi ilə bağlı 4-cü rüb 2017-ci il hesabat dövrü üzrə ödənilməli olan sadələşdirilmiş verginin 2.001.096,90 manat olması ekspert rəyi ilə təsdiqlənmişdir. İddiaçı tərəfindən həmin sahəyə görə hesablanmış vergi (BTFSV) üzrə ümumilikdə 1 950,314,01 manat məbləğində ödənişlərin aparılması nəzərə alındıqda isə, 2017-ci ilin 4-cü rübü üzrə əlavə 57.840,75 manat sadələşdirilmiş verginin hesablanmalı olduğu iş materialları əsasında müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində ekspertiza zamanı iddiaçı tərəfindən ekspertə layihə sənədi təqdim edildiyi və ekspert tərəfindən sadəcə ən üst mərtəbədə bir mənzil və 1 -ci mərtəbədə tikinti sahə müəyyənləşdirmə işlərinin aparıldığı cavabdehin nümayəndəsi tərəfindən müşayət edilmişdir. Həmçinin ekspert tərəfindən qeyri- yaşayış və zirzəmi sahələrinin ölçüm işlərinin aparılmadığı bildirilmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 3122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə kompelks məhkəmə ekspertizası (məhkəmə tikinti-texniki ekspertizası və məhkəmə mühasibatlıq ekspertizası) təyin edilmiş, ekspert qarşısında 2 sual qoyulmuşdur: 1) Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində binanın tikintisi üçün ayrılmış torpaq sahəsində İddiaçı MMC tərəfindən inşa edilmiş yaşayış binasının faktiki ümumi sahəsi (zirzəmi üzrə: avtomobil yolu, lift şaxtası, ventilyasiya kamerası və mənzillərin sayğacları olan elektrik otağı; qeyri-yaşayış sahəsi (obyekt) 1-ci mərtəbə üzrə: lift şaxtası, pilləkən qəfəsi, texniki otaq; yaşayış sahəsi üzrə: pilləkən qəfəsi, lift şaxtası, dəhliz, lociya sahələri də ayrıca qeyd edilməklə) yerində müayinə edilməklə müəyyən edilsin. 2) İddiaçı MMC-nin faktiki ümumi sahəsi üzrə (zirzəmi üzrə: avtomobil yolu, lift şaxtası, ventilyasiya kamerası və mənzillərin sayğacları olan elektrik otağı; qeyriyaşayış sahəsi (obyekt) 1-ci mərtəbə üzrə: lift şaxtası, pilləkən qəfəsi, texniki otaq; yaşayış sahəsi üzrə: pilləkən qəfəsi, lift şaxtası, dəhliz, lociya sahələrinin hər biri üzrə ayrılıqda hesablanaraq göstərilməklə) 2017-ci il 4-cü rüb vergi dövrü üzrə sadələşdirilmiş vergi borcu nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/8391-9/9185 nömrəli ekspert rəyindən görünür ki, Kollegiyanın yuxarda qeyd edilən 1-ci sualı üzrə - Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Eldar Tağızadə, Vladislav Potnikov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində “GOLD CONSTRUCTİON" MMC tərəfindən tikintisi başa çatdırılmış binanın ürnumi sahəsi 30298.02 kv.metr, o cümlədən qeyriyaşayış sahəsi 5751.1 kv.metr, yaşayış sahəsi 21850.2 kv.metr, pilləkən, dəhliz və lift şaxtası sahəsi 2696.72 kv.metr müəyyən edilmişdir. İş materiallarında olan layihə sənədləri tam olmadığından və aydın ocunmadığından İddiaçı MMC tərəfindən inşa edilmiş yaşayış binasında zirzəmi üzrə: avtomobil yolu,(obyekt) 1-ci mərtəbə üzrə: dəhliz, lociya sahələrini və s. ayr-ayrılıqda dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Kollegiyanın qərardadda göstərilən 2-ci sualı ilə bağlı isə qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan BTFSV 57.840,75 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, iş materiallarında olan istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəmələrinin qərardadları əsasında təyin edilən və məhkəmələrə təqdim edilən hər iki ekspert rəyi ilə GOLD CONSTRUCTİON” MMC tərəfindən 2017-ci ilin 4-cü rübü üzrə cəmi ödənilməli olan məbləğin əlavə 57.840,75 manat olduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. - 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: -16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikintiquraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 24.0 və 24.1-ci maddələrinə görə vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. - 108.3-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinə çəkilmiş məsrəflər gəlirdən çıxılan xərclərə aid edilir. - 130.6-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir. - 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir (xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir); - 218.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. - 219.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir (xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir); - 220.8-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır (həmin maddədən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat» sözləri xx.xx.2019-cu il tarixdə çıxarılmışdır); - 220.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır; - 221.5-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3- cü maddəsində göstərilən vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. Bu maddədə nəzərdə tutulmuş bəyannamə vergi orqanına təqdim edildikdən sonra hesablanmış vergi bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilir (xx.xx.2019-cu il tarixdə çıxarılmışdır). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir və qərarda göstərilmiş nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəliləri formal mülahizələrdən ibarət olduğundan, onun təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 24 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-286/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış tədqiqatın dəyəri 150,0 (yüz əlli) manatın 105 (yüz beş) manatı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 45 (qırx beş) manatı isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsini kodu: 3, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-421/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-421/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver