Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4213/2024 26.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Ramiz Vüqar oğlu Əsgərlinin katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya verilmiş 01 avqust 2023-cü il tarixli, 4/3-7269 saylı məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N saylı xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X5, gənclərin maarifləndirmə ictimai birliyinin sədri Həsənli X10 müharibəsi zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə qeydiyyata düşmüşdür və hərbi hissəyə humanitar və mənəvi dəstək göstərmişdir.
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən təqdim verilmiş 1004 saylı xx.xx.2021-ci il tarixli arayışda İddiaçı Vətən müharibəsində könüllü surətdə iştirak edərək, döyüş əməliyyatlarının gedişi zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi və motivasiyası, vətənə məhəbbət, düşmənə nifrət hislərinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərdiyi bildirilmişdir.
4. “Tərxis olunmuş X1” İctimai Birliyinin ezamiyyət vəsiqəsindən görünür ki, iddiaçı rəhbəri olduğu həmin İctimai birlikdən 2020-ci ildə 05-06 oktyabr, 06-08 oktyabr, 10-11 oktyabr tarixlərdə döyüşən əsgərlərə dəstək məqsədi ilə ezamiyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixli fəxri fərmanda İddiaçı Vətən müharibəsi zamanı orduya göstərdiyi maddi və mənəvi dəstəyə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif edildiyi göstərilmişdir.
5. 22.01.2021-ci il tarixli fəxri fərmanda İddiaçı Vətən müharibəsində könüllü iştirak edərək fədakarlıq göstərdiyinə və arxa cəbhədə döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsində fəaliyyətinə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif edildiyi bildirilmişdir.
6. 28.04.2021-ci il tarixli fəxri fərmanda X3 Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təltif edildiyi göstərilmişdir.
7. N saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini tərəfindən verildiyi qeyd olunmuş fəxri fərmandan görünür ki, İddiaçı Vətən müharibəsi zamanı şəxsi heyətə yaxından mənəvi dəstək göstərdiyi üçün təltif edilmişdir.
8. Tərtər rayon İcra Hakimiyyəti başçısı tərfindən iddiaçıya verilmiş 30 iyun 2022-ci il tarixli, 1225 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Vətən müharibəsi zamanı Tərtər şəhərində və təmas xəttinə yaxın kəndlərdə yaşayan mülki əhaliyə və döyüşən hərbçilərə maddi və mənəvi dəstək göstərmişdir.
9. N nömrəli hərbi hissənin komandiri tərəfindən təsdiq edildiyi göstərilmiş “Müharibə veteranı adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi və təqdim edilən döyüş əməliyyatlarında döyüş təminatı maddi və mənəvi-psixoloji təminatı həyata keçirmiş şəxs barədə arayış-məlumatın kserosurətindən görünür ki, ehtiyatda olan leytenant İddiaçı 29.09.-xx.xx.2020-ci il tarixlərdə N və N nömrəli hərbi hissələrə ezam olunmuş, Azərbaycan Ordusunun “Vətən Müharibəsi dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında” Azərbayca Respublikası Müdafiə nazirinin 2021-ci ilin 4 mart tarixli 062 nömrəli müvafiq əmrinə əsasən Tərtər, Suqovuşan, Talış kənd və Ağdam istiqamətlərində gedən döyüşlər zamanı hərbi hissənin tərkibində döyüşən şəxsi heyətə döyüş təminatı, maddi və mənəvi-psixoloji təminat üzrə tapşırıqları yerinə yetirmiş və həmin müddətdə döyüşlər zamanı şəxsi heyətlə bərabər olaraq onlara mənəvi-psixoloji dəstək vermiş, döyüş ruhunun yüksəlməsi yönümündə söhbətlər aparmaqla yanaşı maddi dəstəyi də əsirgəməmişdir. O, döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissəyə humanitar yardımla yanaşı, şəxsi heyətə mənəvi dəstək göstərmişdir.
10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının şəxsi işinə əlavə edilmiş N saylı hərbi hissə komandirinin N saylı, xx.xx.2000-ci il tarixli əmrindən çıxarışdan görünür ki, leytenant X7 (2 MAT, 4 MAB, birinci motoatıcı tağım komandiri) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2000-ci il tarixli 0495 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “A” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2000-ci il tarixdən şəxsi heyətin siyahısından silinmiş, bütün təminat növlərindən çıxarılmış, nəzərdə tutulan pul təminatı ilə təmin olunaraq qeydiyyat üçün sənədləri Ağdam RHK-ya göndərilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona Qarabağ uğrunda döyüşməsi ilə əlaqədar müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı bildirir ki, o, rəhbəri olduğu “X5 Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən ezam edilərək 2020-ci ilin oktyabr ayının 5-dən 10 noyabr tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı rayonlarının işğal altında olmuş ərazilərində, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində döyüş əməliyyatlarının maddi-texniki və mənəvi-psixoloji təminatlarında iştirak etmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün “X5 Gəncləri Maarifləndirmə” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə yazılı qaydada müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edildiyi bildirilmişdir. İmtina cavabında N nömrəli hərbi hissə komandiri tərəfindan verilmiş xx.xx.2023-cü il tarixli 1380 nömrəli arayışında nizami hissə üzrə əmrlərində həmin hərbi hissələrdə olmağı təsdiq olunmadığına görə onun sənədlərinin Azarbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası qanunsuz və əsassızdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14737/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır.
14. Qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1752/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14737/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərardadında bildirilmişdir ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən iddianın mümkünsüz sayılmasına dair qənaətə gəlməsi düzgün olmamışdır.
17. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı ərizəsini Komissiyaya təqdim etmiş, lakin N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1380 nömrəli arayışda nizami hissə üzrə əmrlərində həmin hərbi hissələrdə olmağı təsdiq olunmadığına görə onun sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı nə hərbi qulluqçu olmuş, nə də döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxs olmuşdur. N nömrəli hərbi hissənin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək üçün tərtib etdiyi xx.xx.2020-ci il tarixli 2671 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissəyə humanitar və mənəvi dəstək göstərmişdir. N nömrəli hərbi hissənin İddiaçı verdiyi xx.xx.2021-ci il tarixli 1004 nömrəli arayışında göstərilmişdir ki, o, Vətən Müharibəsində könüllü surətdə iştirak edərək, döyüş əməliyyatlarının gedişi zamanı döyüş sahəsində şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi və motivasiyası, vətənə məhəbbət, düşmənə nifrət hisslərinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərmişdir. Yuxarıda qeyd olunan əsaslara görə isə “Müharibə veteranı” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun deyil.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
19. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
20. Apellyasiya şikayəti onnıa əsaslandırılmışdır ki, iddiaçı döyüş əməliyyatlarının gedişi zamanı döyüş sahəsində şəxsi heyətin maddi-texniki təminatında, onların mənəvipsixoloji ruhunun yüksəldilməsi və motiviasiyası, vətənə məhəbbət, düşmənə nifrət hissələrinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərmişdir. Həmin döyüş bölgələrində iştirakı bu döyüş bölgələrindəki N saylı və N saylı hərbi hissələr tərəfindən verlmiş müvafiq arayışlarla və Azərbaycan Respublikasının Müdafiə Naziri, N saylı, N saylı və N saylı hərbi hissələrin komandirləri tərəfindən verilən Fəxri Fərmanlarla təsdiq edilir. Eyni zamanda, şəxsi heyətin geyim, ərzaq və dərman preparatları ilə təmin edilməsində iştirak etmişdir. Ona “müharibə veteranı adı və vəsiqəsi” verilməsi üçün zəruri qanuni əsaslar mövcuddur. Bakı İnzibati Məhkəməsinin qərarında iddia tələbinin təmin olunmamasının digər bir səbəbi kimi iddiaçının Vətən müharibəsi dövründə hər hansı hərbi hissənin heyətinə daxil edilməsi, təminatlara qoyulması və hərbi xidmətdən tərxis olunması barədə hər hansı hərbi hissənin müvafiq əmrləri olmamışdır. Bununla bağlı onu qeyd edirik ki, iddiaçı rəhbəri olduğu “X5 Gəncləri Maarifləndirmə” İctimai Birliyinin ezamiyyət vəsiqəsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir və bu təşkilat AR Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir. Əgər iddiaçının rəhbəri olduğu ictimai birliyin ezamiyyəsi üzrə səlahiyyətli dövlət orqanının hər hansı göstrəriş və ya icazə sənədi olmasaydı o, döyüş əməliyyatlarının aparıldığı ərazilərə buraxılmazdı. Eyni zamanda iddiaçının döyüş təminatlarında iştirak etdiyi hərbi hissələrdə onun ezamiyyə vərəqələrində giriş-çıxışla bağlı müvafiq hərbi hissələrin möhürləri vurulmuş və digər zəruri qeydlər aparılmışdır. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. İddiaçının şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi və motivasiyası, vətənə məhəbbət, düşmənə nifrət hisslərinin aşılanması istiqamətində aktiv fəaliyyəti həmin Əsasnamənin qeyd hissəsində göstərilən döyüş təminatlarından biri kimi nəzərdə tutulan “mənəvi-psixoloji təminat”a daxildir. Belə olan halda Qərarda bu halın nəzərə alınmamaması bu Qərar üzrə gəlinən nəticənin əsaslı olmadığını göstərir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
22. Məhkəmədə iddiaçı, onun vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştrak edən cavabdehin nümayəndəsi isə iddiaçının mənəvi-psixioloji dəstək verməsini inkar etmədiyini bildirərək iddiaçıya müharibə veteranı adının verilməsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa cavabdehin nümayəndəsi iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirak etməməsi səbəbindən müharibə veteranları komissiyası tərəfindən müharibə veteranın adının verilməsindən imtina etdiyi bildirdi.
23. Məhkəmədə iştrak edən və iddiaçı tərəfindən təqdim edilən şahid X4 ifadəsində bildirdi ki, 44 günlük vətən müharibəsi ərəfəsində İddiaçı ilə və digər ziyalılarla birlikdə Müdafiə Nazirliyinin qarşısından MN məxsus xüsusi avtobusla cəbhə bölgəsinə yolanmışlar və döyüş meydanında olan əsgərlərə mənəvi və psixoloji dəstək vermişlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
25. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. 3.2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir.
15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
19. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.
20. Hazırkı işin hallarından görünür ki, iddiaçı 29.09.-xx.xx.2020-ci il tarixlərdə N və N nömrəli hərbi hissələrə ezam olunmuş, Azərbaycan Ordusunun “Vətən Müharibəsi dövründə döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında” Azərbayca Respublikası Müdafiə nazirinin 2021-ci ilin 4 mart tarixli 062 nömrəli müvafiq əmrinə əsasən Tərtər, Suqovuşan, Talış kənd və Ağdam istiqamətlərində gedən döyüşlər zamanı hərbi hissənin tərkibində döyüşən şəxsi heyətə döyüş təminatı, maddi və mənəvi-psixoloji təminat üzrə tapşırıqları yerinə yetirmiş və həmin müddətdə döyüşlər zamanı şəxsi heyətlə bərabər olaraq onlara mənəvi-psixoloji dəstək vermiş, döyüş ruhunun yüksəlməsi yönümündə söhbətlər aparmaqla yanaşı maddi dəstəyi də əsirgəməmişdir. O, döyüş əməliyyatları aparılan ərazilərdə hərbi hissəyə humanitar yardımla yanaşı, şəxsi heyətə mənəvi dəstək də göstərmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;
22. Həmin Əsasnamənin 2-ci hissəsinin birinci abzasına əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə, döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
23. Əsasnamənin qeyd olunan müddəasından göründüyü kimi, həmçinin, döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.
18. Eyni zamanda işin apellyasiya baxışı zamanı müvafiq qurumlara sorğular göndərilmişdir.
19. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən Müdafiə Nazirliyinin fəaliyyət istiqamətlərinin həyata keçirilməsi ilə əlaqədar ictimai birliklərlə aparılan qarşılıqlı əməkdaşlıq çərçivəsində “Təxris olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi”nin üzvləri ilə Şəxsi Heyət Baş İdarəsi əməkdaşlıq etməyib və Birliyin Yaradılmasında təşəbbüs irəli sürməmişdir.
20. Eyni zamanda, “Təxris olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi” tərəfindən xx.xx.2024-cü il tarixli, 41/24 nömrəli sorğuya cavab məktubundan görünür ki, iddiaçı təşkilatın daha 3 üzvü Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əməkdaşlıq üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüş əməliyyatlarında Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı, rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində döyüş əməliyyatlarının maddi-texniki və mənəvi-psixoloji təminatlarında iştirak etmişdir. Belə ki, döyüş əməliyyatlarının gedişi zamanı döyüş sahəsində şəxsi heyətin maddi-texniki təminatında, onların mənəvipsixoloji ruhunun yüksəldilməsi və motivasiyası, vətənə məhəbbət, düşmənə nifrət hisslərinin aşılanması istiqamətində aktiv fəaliyyət göstərmişdir. İddiaçının həmin döyüş bölgələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə iştirakı bu döyüş bölgələrindəki N saylı və N saylı hərbi hissələr tərəfindən verilmiş müvafiq arayışlarla və Azərbaycan Respublikasının Müdafiə Naziri, N saylı, N saylı və N saylı hərbi hissələrin komandirləri tərəfindən verilən Fəxri Fərmanlarla təsdiq olunur.
21. Göründüyü kimi, iddiaçının 44 günlük “Vətən Müharibəsi” dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak etməsi, şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsi, arxa cəbhədə döyüş təminatı tapşırıqlarını layiqincə yerinə yetirilməsinə görə təltif olunması faktları işdə olan sübutllarla öz təsdiqini tapır
22. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömərli Qərarının 1.4-cü bəndinə əsasən Əsasnamənin on dördüncü abzasa aşağıdakı məzmunda “Qeyd” əlavə edilmişdir: “Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
23. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina olunması onun hüquqlarını pozur.
24. İPM-nin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslıdır. Hesab olunur ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərtərəfli araşdırlmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq iddia rədd edilmişdir.
18. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
19. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8175/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. İddia təmin edilsin. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən X6 münasibətdə müəyyən edilən siyahı Azərbaycan Respublikası Nazirlər Kabinəti ilə razılaşdıqdan sonra İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsinın öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.