Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4217/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12854/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 0,12 ha bağ sahəsinin X1 ayrılması barədə 30 iyul 2003-cü il tarixli,381 saylı sərəncamının, sərəncama əsasən tərtib edilmiş cizginin üçüncü şəxsə aid olan hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 oktyabr 1992-ci il tarixli 1694 saylı Sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli qərarı və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988- ci il tarixli 195 nömrəli Qətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar sahəsində 106 nömrəli bağtikinti kooperativinin nəzdində sahəsi 0,12 ha olan 5831 nömrəli bağ sahəsi ayrılmış və 107 saylı müvafiq order verilmişdir. İddiaçı həmin bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin İdarənin 13 dekabr 2019-cu il tarixli **********81 nömrəli məktubu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, idarənin arxiv əsaslarında eyni nömrəli bağ sahəsinə dair digər şəxsin adına müqavilə mövcuddur və həmin ərazi ilə bağlı müraciəti daxil olmuşdur. İddiaçının sorğularına cavab olaraq verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Ərizəni imzalayan şəxs haqqında məlumat: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 fevral 2020-ci il tarixli **********44 nömrəli məktubu və Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının 01 aprel 2020-ci il tarixli 7-945/17 saylıməktubu ilə müəyyən olunmuşdur ki, göstərilən bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamı ilə X2 adlı şəxsə verilmişdir. Bununla bağlı İddiaçı yaranmış vəziyyətə aydınlıq gətirilməsi və qanunsuz sərəncamın ləğvi ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etsə də müraciətləri cavabsız qalmışdır. Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti iddiaçı Sünbül Rüstəmovaya bağ sahəsi ayrılması barədə 21 oktyabr 1992-ci il tarixli 1694 saylı sərəncamı qüvvədə olduğu, ləğv edilmədiyi halda, heç bir əsas olmadan həmin bağ sahəsinin Leyla Rüstəmovaya verilməsi barədə 30 iyul 2003-cü il tarixli, 381 saylı qanunsuz sərəncam verməklə iddiaçının hüquqlarını pozmuşdur. Həmin qanunsuz inzibati akt verildiyi andan etibarsızdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12854/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun ifadə tərzində müdafiə etmiş, eyni zamanda qeyd etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 oktyabr 1992-ci il tarixli 1694 saylı Sərəncamına əsasən verilmiş BTK-nın orderi əsasında ona verilmih bağ sahəsi faktiki olaraq onların iddiaçının istifadəsindədir.Mübahisələndirilən sərəncama istinadən qeydiyyat orqanına qarşı iddia qaldırmış iddia üzrə məhkəmə işi hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır və məhkəmə tərəfindən həmin qərarla ayrılmış torpaq sahəsinin 1992-ci ildə order əsasında iddiaçıya ayrılan torpaq sahəsinin eyni torpaq sahəsi və üst-üstə düşübdüşməməsi ilə bağlı məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. İşə əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının arxiv arayışı üzrə 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamının təsdiq edilmiş surətinə əsasən Ləhiş bağlar sahəsində 5831 nömrəli bağ sahəsi X1 ayrılmışdır. Konkret halda, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 fevral 2020-ci il tarixli **********44 nömrəli və Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının 01 aprel 2020-ci il tarixli 7-945/17 saylı məktublarına istinadən mübahisələndirir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamına görə qeydiyyat orqanı, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 oktyabr 1992-ci il tarixli 1694 saylı sərəncamı və həmin sərəncam əsasında ona 106 No-li BTK tərəfindən verilmiş 107 saylı orderə əsasən ayrılmış 0,12 ha ölçüdə 5831 nömrəli bağ sahəsinin öz adına rəsmiləşdirilməsindən imtina edir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birincisi, iddiaçı tərəfinqeyd olunan izahatından göründüyü kimi, qeyd olunan orderə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. İkincisi, işə əlavə olunmuş,Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-57/2024-cü il tarixli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, barəsində mübahisələndirilən sərəncam qəbul edilmiş şəxs (X3) qeydiyyat orqanına qarşı, həmin sərəncamla ona ayrılmış eyni nömrəli bağ sahəsinin özəlləşdirilməsi tələbinə dair iddia qaldırmış, hazırkı iddiaçının da üçüncü şəxs kimi iştirak etdiyi həmin iş üzrə məhkəmənin sözügedən qərardadı ilə - iki eyni nömrəli bağ sahəsinin eyni ərazi olub-olmaması və üstüstə düşüb-düşməməsinin aydınlaşdırılması məqsədilə məhkəmə mühəndis-texniki ekspertizası təyin olunmüşdür. Göründüyü kimi, həmin məhkəmə işinin yekunlaşacağı təqdirdə, cavabdehin hazırkı mübahisələndirilən sərəncamı ilə iddiaçının hüquqlarının pozulub pozulmayacağına aydınlıq gələcəyi aydın görünür. Odur ki, həmin sərəncamla konkret halda,iddiaçının hüquqları pozulmuş hesab edilə bilməz. Üçüncü bir tərəfdən, mübahisəli sərəncəm qəbul edilərəkən inzibati prosessual qanunvericilik mövcud olmamış, 1 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin 19-cu maddəsi nəzərdə tuturdu ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər və həmin Məcəllənin 373.1-ci maddəsinin tələbinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi isə nəzərdə tuturdu ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. İddiaçı isə qeyd olunan mülki və mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarından da yararlanmamış, inzibati qanunvericilik 1 yanvar 2011-ci il tarixdən qüvvəyə minənə qədər hüquqlarını reallaşdırmaq üçün heç bir addım atmamışdır. “İnzibati icraat haqqında” qanunvericiliyin xx.xx.2011-ci il tarixdən yaranmış münasibətləri tənzimləndiyi nəzərə alınmaqla, konkret halda da, mübahisələndirilən sərəncamın ləğvini tələb etmək üçün iddia müddəti buraxılmışdır. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iddia ərizəsi isə 221 il keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. İddiaçı tərəfindən isə qanunvericliklə müəyyən olunan müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran halların mövcudluğunun əsaslandırıldığı müəyyən olunumur. Ən azından, iddiaçının özünün iddia ərizəsinə əsasən müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 fevral 2020-ci il tarixli **********44 nömrəli və Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının 01 aprel 2020-ci il tarixli 7-945/17 saylı ona ünvanlanmış məktublarından Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 iyul 2003-cü il tarixli, 381 saylı sərəncamı barədə məlumatı olmuşdur. Bundan əlavə, işə əlavə olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1699/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı hazırda mübahisələndirilən sərəncam barədə ən azından, 2 il əvvəl ona məlumatı olmuş, həmin sərəncamun etibarsız sayılması barədə məhkəmədə iddia qaldırmış, birinci instansiya məhkəməsinin 28.09. 2023-ci il tarixli qərarı ilə iddiası təmin olunaraq həmin sərəncam etibarsız sayılmış, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qüvvəsində saxlanılsa da, son nəticədə apellyasiya məhkəməsinin həmin qərarı Ali Məhkəmənin İnzibati Kollegiyasının qeyd olunan qərardadı ilə ləğv edilərək, iddia, müddətin ötürülməsi ilə verildiyindən, mümkün sayılmamışdır, Beləliklə də qeyd olunanlar onu deməyə əsas veir ki, iddiaçının cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti başçısının 30 iyul 2003-cü il tarixli 381 saylı sərəncamının onan aid hissəsində ləğv edilməsi tələbinə dair hazırkı iddiası, İPM-in 35-ci maddəsində nəzərdə tutulan əsasalandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. İddiaçının sərəncama əsasən tərtib edilmiş cizginin ona aid hissədə ləğv edilməsi tələbinə münasibətdə isə məhkəmə kollegiyası onu bildirir ki, həmin cizgi mübahisələndirilən sərəncamın qəbulu və onun icrasından yaranmış olan bir nəticəni ehtiva etdiyindən, bütüövlükdə mübahisələndirəmə haqqında iddianın İPM-in 32.1-ci maddəsi ilə ehtiva olunan prdmetini təşkil etdiyi nəzərə alınmaqla, sözügedən Məcəllənin 38.1-ci maddəsinin tələbi baxımından, hazırkı halda, bir inzibati icraatda baxılmaqla mümkün sayıla bilməz. Belə ki, İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyas,ı birinci instansiya məhkəməsi tərəfindən iddianın İPM-in 35.3-cü maddəsinin tələbi qaydasında mümkün sayılmaması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin birinci instansiya məhkəməsinin həmin qərardadının prosessual qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12854/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12854/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4217/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4217/2024
12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver