Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4219/2025 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI
1. Iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ##.##.2022-ci il tarixdən yəni 60 yaşdan hesablanaraq işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. ##.##.1978-ci il tarixdən ##.##.1981-ci il tarixə kimi Avtomobil Təmiri Üzrə texnikumda təhsil almışdır. ##.##.1981-ci il tarixdən ##.##.1981-ci ilə kimi * saylı Avtobazada avto çilingər peşəsində işləmişdir. ##.##.1981-ci il taixdən ##.##.1983-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. ##.##.1984-cü ildə Bakı Soyuducular zavodunda yığma sexində 3-cü dərəcəli şüşə pambıqla (steklavatı) işləyən yığıcı çilingər vəzifəsinə qəbul edilmiş və ##.##.1998-ci il tarxə kimi orada işləmişdir. ##.##.1999-cu il tarixdə hal-hazırda işlədiyi “Carlsberg Azərbaycan” pivə zavoduna işə qəbul olmuşdur, ##.##.1999-cu il tarixdən ##.##.2010-cu il tarixə kimi orada su nəzarətçisi, ##.##.2010-cu il tarixdən bu günə kimi isə orada qazanxanada operator peşəsində işliyir.
3. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtanın dəlilləri ilə eyni məzmunludu.
4. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ##.##.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI:
6. Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş etiraza uyğun əsaslandırmışdır.
MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI:
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izah verərək, şikayətin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MÜBAHISƏNIN HƏLLI ILƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKIL EDƏN SƏNƏDLƏR
10. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) ##.##.1962-ci il təvəllüdlüdür
11. B №*******-li Diploma əsasən, iddiaçı ##.##.1978-##.##.1981-ci illərdə Avtomobil Təmiri üzrə X1 təhsil almışdır. (2 il 10 ay 20 gün).
12. НЗ ******* nömrəli hərbi biletə əsasən, idiaçı ##.##.1981-##.##.1983-cü illərdə hərbi xidmətdə olmuşdur (2 il 24 gün).
13. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı:
14. ##.##.1981-##.##.1981-ci illərdə 3 dərəcəli avtomobil ustası vəzifəsində işləmişdir (2 ay 23 gün);
15. ##.##.1984-##.##.1998-ci ilədək Bakı soyuducu zavodunda şuşə yığımı sexində 3cü dərəcəli çilingər-montajçı, 4-cü dərəcəli çilingər-montajçı peşələrində işləmişdir (14 il, 5 ay, 4 gün).
16. ##.##.1999-##.##.2010-cu ilə qədər “xxxx” birgə müəssisəsində, sonradan “xxxx” MMC-də, “Carlsberg Azərbaycan” pivəzavodunda yağlayıcı, operator peşələrində işləmişdir (10 il, 8 ay, 29 gün).
17. Iddiaçı ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
18. Cavabdeh ##.##.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx” ASC-nin Sizə dair # ##### 2025-ci il tarixli * nömrəli arayışında ##.##.1984-08-06.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Yığma sexində yığıcı çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan nəm mikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qatranlı işlərdə məşğul olan izolyasiyaçılar vəzifəsinə uyğun deyil. Həmçinin, həmin arayışda yığıcı çilingər işlədiyiniz müddətdə nəm mikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qatranlı işlərdə məşğul olmağınız barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəbdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
19. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli ** №-li məktubuna əsasən İddiaçı (*******) "xxxx”ASC-də calışdiği illərdə güzəstli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi ilə əlaqədar mövcud olan məlumatlar məhkəməyə göndərilmişdir.
20. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) yığma sexində şüşə pambıqla işləyən yığıcı çilingər vəzifəsində çalışmış, işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı – 12 il, 9 ay təşkil edir.
21. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ##.##.2017-ci il tarixli aktına əsasən, Yığma sexində işləyən yığıcı-çilingərlər həmin sahədə heç bir ventilyasiya sistemi olmayan qapalı şəraitdə 8 saat ərzində rulon şəklində şüşə pambıq (steklo materialından soyuducu şkaf və qapıların ölçülərinə uyğun şablon üzrə əllə müxtəlif ölçülərdə pəstahlar kəsərək, pəstahları şkaf və qapılara yerləşdirmək, xüsusi kütlədən hazırlanmış daraqlar vasitəsilə şkafa və qapılara bərkitmək, pambığın açıq qalan yerlərini plastik kütlədən hazırlanmış üzlük plankalarla mühafizə etmək işlərini yerinə yetirmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ və MƏHKƏMƏNIN MÖVQEYI
22. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
24. Azərbaycan Respublikasının Konstitusiyası:
25. Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (##.##.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar. “Qaydalar”a * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
27. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) Iddiaçının 25 il ümumi iş stajının mövcud olması; b) Iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması Iddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Iş materiallarına əlavə edilmiş əmək kitabçalarının təsdiq olunmuş surəti və əsli ilə müəyyən edilir ki, iddiaçının təhsil illəri də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur (30 il, 4 ay, 10 gün).
29. Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. 30.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır və aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və V. Bayramovun iddia tələbi təmin edilməməlidir. 31.Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin (12) fəhlələr yarımbəndində (a) nəmmikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qatranlı işlərdə məşğul olan izolyasiyaçılar vəzifəsi nəzərdə tutulmuşdur.
32. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” ASC-nin ona dair ## ##### 2025-ci il tarixli * nömrəli arayışında ##.##.1984-08.-06.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Yığma sexində yığıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan nəmmikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qatranlı işlərdə məşğul olan izolyasiyaçılar vəzifəsinə uyğun deyil. Həmçinin, həmin arayışda iddiaçının yığıcı çilingər işlədiyi müddətdə nəmmikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qatranlı işlərdə məşğul olmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
33. Izolyasiyaçı müxtəlif növ izolyasiya materiallarından (nəmmikalent, şüşə mikalent, şüşəlifli materiallar, sintetik lentlər və epoksid qatranlar) istifadə etməklə elektrik avadanlıqlarının izolyasiyasını həyata keçirir. Izolyasiya – hər hansı bir mühitin (məsələn, istilik, səs, su, elektrik və s.) digər mühitə keçməsinin qarşısını almaq və ya onu məhdudlaşdırmaq məqsədilə tətbiq olunan texniki tədbirlər və materiallardır. Izolyasiyaçı elektrik mühərrikləri, transformatorlar, kabel ucları və digər hissələrin səthlərini izolyasiya işlərinə hazırlama, lazımi materialların (lent, qatran və s.) seçilməsi və işlənməyə hazırlanması, qat-qat izolyasiya sarğısı tətbiq edilməsi, epoksid qatranların düzgün nisbətdə qarışdırılması və tətbiqi, hazır izolyasiya qatının qurudulması, bərkidilməsini izləmə, izolyasiya keyfiyyətini ölçmə və sınaqdan keçirmə və s fəaliyyəti icra edir. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli * №-li arayışında iddiaçının yığıcı çilingər işlədiyi müddətdə nəm mikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qatranlı işlərdə məşğul olmağı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bu səbədən də izolyasiyaçı və yığıcı çilingər vəzifəsi bir-birindən fərqli vəzifələrdir.
34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
35. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr ** nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır.
36. Bundan əlavə oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. 37.Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. 38.Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. 39.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ləğv edilsin. Iş üzrə yeni qərar qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov