Məhkəmə qərarları › İş №2-1(103)-422/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-422/2021

05.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-422/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyət siyahısına könüllü olaraq qəbul edilmişdir. Həmin hərbi hissənin tərkibində xx xxxxx N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək Laçın-Şuşa-Füzuli uğrunda döyüşlərdə iştirak etmişdir. N saylı hissədə xidmət etməyi hərbi biletinin 6-cı səhifəsində, həmin hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməyi isə hərbi biletin 7-ci səhifəsində qeyd edilmişdir. Hərbi əməliyyatlarda iştirak etmək üçün ona AKM-JNJN N298 nömrəli avtomat verilmişdir ki, həmin silahı xx.xx.N992-ci il tarixdə rota komandiri İlqar Əsədova təhvil vermişdir. Bu barədə hərbi biletinin N0-cu səhifəsində qeyd aparılıbdır. Həmin dövrdə onunla bərabər rota komandiri İlqar Əsədov, X4, X9, XN, X7, X6, X8 iştirak etmişlər. Həmin şəxslər hazırda müharibə veteranları hesab olunurlar. Onlar da onun həmin hərbi hissədə onlarla bərabər döyüşlərdə iştirak etməyini bir şahid kimi təsdiq edə bilərlər. “Müharibə veteranı” adı və vəsiqəsini almaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqədlərin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanovun imzası ilə xx.xx.20N9-cu il tarixli, İİZ-N4708 nömrəli məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda deyilmişdir ki, “Mərkəzi Arxivin arayışına əsasən qanuni əsaslarla ehtiyyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”. xx.xx.20N9-cu il tarixli 9N2-N0630 saylı Arxiv arayışı ilə əlaqədar bildirmişdir ki, həmin arayışda göstərilən N69 saylı hissədə xidməti olkə prezidenti Heydər Əliyevin çağırışı əsasında olmuşdur. N993-cü ilin axırlarında Ulu Öndərin çağırışı ilə yenidən könüllü olaraq yeni yaradılan N69 saylı hissədə zabit kimi xidmət etmişdir. Həmin hərbi hissədə Murov dağında hərbi əməliyyatlarda iştirak etmişdir. Lakin hərbi hissə tez dağıldığına görə və ya digər səbəbdən hərbi biletinə qeydlər edilməmişdir. Məhkəmənin nəzərinə həmçinin onu da çatdırmışdır ki, hərbi hissələrdə xidmət etdiyi vaxt işlədiyi “Azərtunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində orta aylıq əmək haqqının saxlanması və digər məsələlər barədə əmrlər verilmişdir. Həmin əmrləri və arayışları ərizəsinə əlavə etmişdir. Ona verilən bu imtina məktubu qanunsuz və əsassızdır. Belə ki, o, həmin hərbi hissədən xx.xx.N992-ci il tarixli, 025 saylı əmrlə tərxis edilmişdir. Tərxis edilməyi barədə əmrin üzərində hərbi hissənin ştab rəisi Cəfərovun imzası və möhürü vurulmuşdur. Hazırda həmin hərbi hissə dağıldığı üçün müvafiq arayışların alınması imkan xaricindədir. Komissiyada onun Qarabağ uğrunda gedən döyüşlərdə iştirakı kifayət gədər araşdırılmamışdır. Məhz bu səbəbdən əsassız olaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin qərardan xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və inzibati iş materiallarının iddia tələbinin araşdırılması və mahiyyəti üzrə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul ediılməsini xahiş etmişdir. Daha sonra cavabdeh apellyasiya şikayətinə əlavə təqdim edərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 saylı qərarını ləğv edib, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsində iştirakını sübut etmək üçün bütün lazımi sənədləri təqdim etmişdir. Məhkəmə də öz qərarında həmin sənədlərin doğruluğuna şübhə etmir. Cavabdehin arxiv arayışında onun N69 saylı hərbi hissədə xidmət etməsi qeyd olunur. Halbuki, o N992-ci ilin mart oktyabr aylarında N saylı hərbi hissədə N994-cü il mart-iyun aylarında isə N69 saylı hərbi hissədə Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmət etmişdir. Lakin nədənsə N saylı hərbi hissədə xidməti haqqında hərbi biletində məlumatlar olduğu halda arxiv arayışında bu barədə məlumat yoxdur. Və əksinə hərbi biletində N69 saylı hərbi hissə barədə qeydlər aparımamasına baxmayaraq verilən arxiv arayışında məhz yalnız həmin hissədə qulluq etməsi göstərilir. O, hər iki hərbi hissədə qulluq etmişdir. xx.xx.20N9-cu il tarixli 9N2-N0630 saylı arxiv arayışı ilə əlaqədar bildirir ki, həmin arayışda göstərilən N69 saylı hərbi hissədə xidməti ölkə prezidenti H.Əliyevin çağırışı əsasında olmuşdur. N993-cü ilin axırlarında yenidən könüllü olaraq yaradılan N69 saylı hissədə zabit kimi xidmət etmişdir. Həmin hərbi hissədə Murov dağında hərbi əməliyyatlarda iştirak etmişdir. Lakin hərbi hissə tez dağıldığına görə və ya digər səbəbdən hərbi biletinə qeydlər edilməmişdir. Hərbi hissələrdə xidmət etdiyi vaxt işlədiyi “Azərtunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində orta aylıq əmək haqqının saxlanması və digər məsələlər barədə əmrlər verilmişdir. Həmin hərbi hissədən xx.xx.N992-ci il tarixli, 025 saylı əmrlə tərxis edilmişdir. Tərxis edilməyi barədə əmrin üzərində hərbi hissənin ştab rəisi Cəfərovun imzası və möhürü vurulmuşdur. Hazırda həmin hərbi hissə dağıldığı üçün müvafiq arayışların alınması imkan xaricindədir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyası iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair ərizəsi və müvafiq sənədləri araşdıraraq xx xxxxxxx 20N9-cu il tarixli qərarı ilə Mərkəzi arxivin arayışına əsasən iddiaçının ehtiyata buraxılması barədə məlumat olmadığına görə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bununla da cavabdeh orqan tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, iddiaçının müraciəti araşdırılmış, müvafiq sənədlər əsasında qərar qəbul edilərək iddiaçıya məlumat verilmişdir. Digər tərəfdən iddiaçının tələbi ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi olduğu halda, məhkəmə iddia tələbindən kənara çıxaraq qərarın nəticə hissəsində iddia tələbini qismən təmin edilmə olaraq formulə etməsi və inzibati akt qəbul edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması professional cəhətdən əsaslı hesab edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-N(NN2)- N992/2020 saylı qərarını ləğv edib, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-N(NN2)- N992/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehə müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmiş, lakin imtina cavabı almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qismən təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciəti ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam aparılmamış, məhkəmə araşdırılması zamanı müəyyən edilmiş hallara qiymət verilməmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralınN-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin x xxxxxx N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N992- xx.xx.N992-ci il tarixdə Laçın-Şuşa-Füzuli döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. Azərbaycan Respublikası Əfqanıstan Veteranlar İttifaqının 88 №-li, xx.xx.N992-ci il tarixli arayışından görünür ki, erməni qondarmalarına qarşı gedən döyüşlərdə iştirak etməsi üçün “Baktunelmetrotikinti” Mexanikləşdirmə İdarəsində sürücü işləyən İddiaçı əmək haqqı saxlanılmaqla xidmətə dəvət olunmuşdur. Əsas Nazirlər Kabinetinin N3N №-li, xx.xx.N992-ci il tarixli qərarının 3-cü və 4-cü bəndləri. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N29 №-li, xx.xx.N992-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətəndə erməni qondarmalarına qarşı gedən döyüşlərində N saylı hərbi hissənin tərkibində iştirak etmişdir. X5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, N992-ci ildə hərbi hissənin qərargah rəisi vəzifəsində işləyərkən hərbi qulluqçu İddiaçı İspendiyar oğlu həmin hissədə hərbi xidmət keçmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla əlaqədar olaraq onun N saylı hərbi hissəyə qəbul edilməsi və hərbi hissədən təxris olunması və həmçinin Laçın-Şuşa-Füzuli uğrunda döyüşlərdə iştirak etməsi barədə qeydlə qərargah rəisi kimi tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N69 saylı hərbi hissənin 573 №-li, 04.N994-cü il tarixli arayışından görünür ki, rota komandiri İddiaçı xx.xx.N994-cü il tarixindən xx.xx.N994-cu ilə kimi N69 saylı hərbi hissədə xidmət etmişdir. “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən verilmiş N33/KŞ №li, xx.xx.N992-ci il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, avtokran maşinisti İddiaçı N9.04.92-ci ildən 26.NN.92-ci ilə qədər hərbi qulluğda olduğunu nəzərə alaraq 26.NN.92-ci ildən işə başlamışdır. Əsas: 776 №-li h/h-nin №-siz arayışı. “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən verilmiş 4/KŞ №-li, xx.xx.N994-cü il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, avtokran maşinisti İddiaçı N69 №-li hərbi hissənin arayışına əsasən xx.xx.N994-cü ildən həmin hissədə hərbi xidmətdədir. Əsas: arayış № N06 xx.xx.N994-cü ildən rəisin dərkənarı ilə. “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən verilmiş N0/KŞ №-li, xx.xx.N994-cü il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, avtokran maşinisti İddiaçı hərbi qulluğda olduğu dövürdə əmək haqqı saxlanılmışdır. Əmr xx.xx.N994-cü il tarixindən 4/KŞ№-li əmrə əlavə verilmişdir. “Aztunelmetrotikinti” Mexanikləşdirmə İdarəsinin rəisi tərəfindən verilmiş 39/KŞ №-li, xx.xx.N994-cü il tarixli əmrinin təsdiq edilmiş surətindən görünür ki, avtokran maşinisti İddiaçı hərbi qulluqdan qayıtdığını nəzərə alaraq xx.xx.N994-cü ildən öz iş yerinə bərpa edilmişdir. Əsas N69 №-li h/h-nin arayışı. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2-N0630 №-li Arxiv arayışından görünür ki, Zaqatala RHK-dan çağırılmış N963-cü il təvəllüdlü İddiaçı N69 nömrəli hərbi hissə komandirinin xx.xx.N994cü il tarixli 4 №-li əmrilə (əsas: səh.N6, §N, sıra-94) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. Leytenant İddiaçı N69 nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 46 №-li əmrilə (əsas: səh.27, §5, sıra-2, qeyd: hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N994-xx.xx.N994-cü il tarixədək Gəncə- Qazax şəhərlərinə ezamiyyətə göndərilmişdir. xx.xx.N994-cü il tarixli 50 №-li əmrilə (əsas: səh.52, §2, qeyd: əmrdə hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.N994-cü il tarixədək ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamışdır. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin oktyabr N992-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin mart-may N992-ci il tarixli nizami hissə üzrə əmrləri, N69 nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Müdafiə nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.20N9-cu il tarixli, N/Z-N4708 №-li iddaçıya ünvanlanan məktubundan görünür ki, “Müharibə Veteran” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin arayışına əsasən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş HP 0N/N34 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Z 7079 №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxx N963-cü ildə Azərbaycan Respublikası, Oğuz rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Yuxarıda qeyd olunan arxiv arayışından da göründüyü kimi N nömrəli hərbi hissə komandirinin mart-may N992-ci il tarixli nizami hissə üzrə əmrləri, N69 nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil edilməmişdir. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. İddiaçı isə həm iddia ərizəsində, həm də apellyasiya şikayətində onun ordudan tərxis olunması barədə hərbi biletində qeyd aparıldığını mübahisələndirmişdir. Yuxarıda istinad edilən «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırki iş üzrə isə iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması barədə nə hərbi hissələrin nizami hissə üzrə əmrləri, nə də arxiv arayışları mövcuddur. Başqa sözlə, hərbi biletdəki qeyd digər sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-N(NN2)-N992/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar