Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4223/2025 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair işi üzrə Açar sözlər: (əlilliyin müəyyən edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçının “əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və əlilliyin müəyyən olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı İddiaçı: ##.##.2024-cü il tarixli TSEK müayinəsinə əsasən “kəllədaxili travma. Hərbi əməliyyatlar nəticəsind odlu silahla və digər adlı silah növləri ilə törədilmiş zədələnmələr. Təbil pərdəsinin perforasiyası. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə. Generazilə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Dərinin çapıqlaşmış vəziyyətivə fibozu. Müalicəyə tabe olmayan ağrı. Astiqmatizm” diaqnoz mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: (Göndərişin tarixi: ##.##.2024) - (status localis) Naxçıvan MR Babək RHK tarəfindan 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və ##.##.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: "Odlu silah mərmi partlamasından sonrakı sol saidin orta 1/3-nin arxa səthində bir ədəd, sol qalça darağı proyeksiyasında iki ədəd, döş qəfəsinin arxa səthində, sağ kürək sümüyü proyeksiyasında iki ədəd, sol baldırın yuxarı 1/3-nin ön səthində bir ədəd, sağ sağrı nahiyəsində bir ədəd köhnə çapıq toxumalar" və ##.##.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma-diaqnoz: “Kürək, har iki sağn nahiyəsinin odlu kor qəlpə yaralanması” (Azərbaycan Respublikası SHXÇOX-nin Bakı ş. Nərimanov idarəsinin ##.##.2019-cu il tarixii *** nömrəli göndərişi, ##.##.2019-cu il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin ##.##.2019- cu il tarixli ** nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş ##.##.1994-cü il tarixli **** nömrəli arayış, MN MHHK-nın hakim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), "HƏRBİ TRAVMADIR, AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏSİ ZAMANI ALINMIŞDIR". ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008- cİ II tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbandi MN MHHK-nın *** saylı ##.## 2019-cu il tarixli protokolu. PİSİXİ STATUS: Bələdliyi saxlanılıb. Düşüncəsi aydındır. Zahirən narahatdır. Ünsiyyətə həvəssiz qoşulur. Əhvalı dəyişkəndir. Emosional qeyri-stabildir. Səbrsizdir. Ağrılardan, əsəbilikdən, aqressivlikdan yuxusuzluqdan, yaddaş zəifliyindən şikayət edir. Tənqidi formaldır. Şöbədə olan zaman Klonozepam 2 mq, Depakin 500 mq, Deprazin 30 mq qəbul edib. Diaqnoz XBT 10 Xəstəliyin adı kodu Əsas diaqnoz S06 Kəllədaxili travma. Kəllədaxili travma Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar yaddaş və intellektin enməsi ilə (Professor F.İsmayılovun məsləhəti ilə). Yanaşı xəstəliklər G40.3 Generalizə olunmuş idiopatik epılepsiya və epileptik sindromlar, Generalizə olunmuş idiopatik epılepsiya və epileptik sindromlar Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar Yanaşı xəstəliklər L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, Dərinin çapıqlaşmış vəziyyəti və fibrozu Yanaşı xəstəliklər R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Digər rubrikalarda təsnif olunmayan ağrı Yanaşı xəstəliklər H72 Təbil pərdəsinin perforasıyası, Təbil pərdəsinin perforasiyası Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi Yanaşı xəstəliklər H52.2 Astiqmatizm, Astiqmatizm Yanaşı xəstəliklər L91.0 Hipertrofik çapıq. Hipertrofik çapıq Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh AR Əmək və ƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli ərizəyə əsasən “##.##.2024-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin (31-60%) müddətsiz olaraq təyin edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ Qarabağ Müharibəsində əsgər kimi iştirak etmiş və 1994-cü ilin fevral ayında yaralanmışdır. Daha sonra onun səhhəti aldığı yaralanma nəticəsində pisləşmiş və aşağıda göstərilən tarixlərdə müayinə və müalicədə olmuş və ona aşağıdakı xəstəlik-diaqnozlar təyin edilmişdir: ##.##.2022-##.##.2022-Füzuli RMX, Diaqnoz- G93-keçirilmiş QKBT, travmadan sonrakı vəziyyət F 67.4-tez-tez qıcolma tutmaları (ayda 5-6 dəfə) F48.8-nevrasteniya ##.##.2022-##.##.2023- 2 №-X5 Xəstəxanası. Diaqnoz-F-07.0-Başbeyin üzvi xəstəliyi F-07.8-nəticəsində nəzərə çarpan -06.3-şəxsiyyət dəyişikliyi, davranış, F- 02.8 pozuntusu, depressiv, daxilolmaları və yaddaş-intellekt ##.##.2022-Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə Diaqnoz-G40.3-kəskin ifadə olunmuş astenonevrotik vəziyyət -F48 ##.##.2023 * №-li Klinik Psixiatriya Xəstəxanası Diaqnoz-Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, aqressiv daxilolmalarla, yaddaş və intellekt pozuntusu F-07.0, F-078, F-F-06.3 F- 028 MMSF-20 ##.##.2023-##.##.2023- Respublika Psixiatriya Xəstəxanası Diaqnoz-F-070 ##.##.2023 ##.##.2023- * №-li Klinik Psixiatriya Xəstəxanası Diaqnoz -F-07.0 F-07.8 F-06.3 F- 02.8 ##.##.2023-##.##.2023- Respublika Psixiatriya Xəstəxanası Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, aqressiv daxilolmalarla , yaddaş və intellekt pozuntusu Diaqnoz-F070 ##.##.2023-##.##.2023-2 №-X5 Xəstəxanası Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, aqressiv daxilolmalarla, yaddaş və intellekt pozuntusu Diaqnoz- F-07.0 F-07.08 ##.##.2024 Respublika Klinik Xəstəxanası EEQ çəkimi Anormallıq: Bütün çəki boyunca sağ beyin yarımkürəsində pereodik olaraq ləng dalğalar qeyd edildi. ##.##.2024 Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutu Diaqnoz: Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarıda 1/3 -nin ön, sol qılçanın ön sətlərində kobud dartıcı çapıq toxumaları, daima ağrı sindromu ilə V36,4 L90.5 L91.0 R 52.1 ##.##.2024-##.##.2024- Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanası Diaqnoz: Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, aqressiv daxilolmalarla, yaddaş və intellekt pozuntusu F-070 Ak.Mirqasımov adma Respublika Klinik Xəstəxanası ##.##.2024-müayinə Respublika Psixiatriya Xəstəxanası ##.##.2024-müayinə Diaqnoz Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə, F-07.0 Respublika Psixiatriya Xəstəxanası ##.##.2024- ##.##.2024 Diaqnoz Baş beyinin üzvi xəstəlik (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə, F-07.0 ##.##.2024-##.##.2024- * saylı Klinik Psixiatriya Xəstəxanası Diaqnoz: F07.0 F07.8 F-06.3 F-02.8 ##.##.2024-cü il tarixdə ona əlillik təyin olunması üçün müvafiq səhiyyə müəssisəsi tərəfindən göndəriş verilsə də ##.##.2024-cü il tarixdə ona əlillik təyin olunmasından imtina edilmişdir, imtina cavabı ona ##.##.2024-cü il tarixdə ***-***-**-** nömrəli mobil telefonuna SMS şəklində çatdırılmışdır. İmtinanı əsassız və qanunsuz hesab edir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün * nömrəli klinik psixiatriya xəstəxanasının ##.##.2024-cü il tarixli göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2019-cu il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı sol saidin 1/3-nin arxa səthində bir ədəd, sol qalça darağı proyeksiyasında iki ədəd, döş qəfəsinin arxa səthində, sağ kürək sümüyü proyeksiyasında iki ədəd, sol baldırın yuxarı 1/3- nin ön səthində bir ədəd, sağ sarğı nahiyəsində bir ədəd köhnə çapıq toxumalar. Kürək, hər iki sarğı nahiyəsinin odlu kor qəlpə yaralanması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, qıcolma tutmaları, sağtərəfli zəif eşitmədən şikayətlənmişdir. Anamnestik məlumatlarında müharibə veteranı olduğunu, AMEA-da rəssam kimi fəaliyyət göstərdiyini bildirmiş, medikamentoz preparatlardan “Valerian”, “Stimulaton”, “Navaril”, “Fenozepam” qutularını təqdim etmişdir. Vətədaşın sağ qulağında eşitmə cihazı olduğu müşahidə edilmiş, cihazdan 3 (üç) ildir istifadə etdiyini qeyd etmişdir. Müayinə zamanı sol baldırın yuxarı 1/3-də və sol qalça nahiyələrində dəri çapığı qeyd olunmuş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, əyani müayinə zamanı kobud simulyativ davranış nümayiş etdirmiş, verilən sualları səthi cavablandırmış, çoxsaylı baş dərmanları qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) kəllə-beyin travması təsdiqlənməmiş, psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasın təkzib etmişdir. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intelektin enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə oyaqkən, fotostimulyasiya və hiperventilyasiya testləri zamanı çəkildi. Əsas ritm: Beta ritmdən təşkil olunmuşdur. Xəstə bütün bədəndə tremor olduğu üçün çəkim boyunca çox sayda əzələ və elektrod artefaktları qeyd edildi. Anormallıq: Bütün çəkim boyunca sağ beyin yarımkürəsində periodik olaraq ləng dalğalar qeyd edildi. Hiperventilyasiya: Fon yazı ilə eyni. Fotostimulyasiya fon yazı ilə eyni” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ##.##.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol baldırın yuxarı 1/3-nin ön, sol qalçanın ön səthlərində kobud dartıcı çapıq toxumaları, daimi ağrı sindromu ilə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli ***** nömrəli Tibbi rəyində diaqnoz “İki tərəfli koxlear nevrit. Soltərəfli III-IV-cü dərəcəli, sağ III-cü dərəcə” kimi qeyd olunmuşdur. Bakı Respublika Psixiatriya Xəstəxanasının ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X6 ##.##.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “İzlənilən kranial strukturlarının radioloji anatomik görünüşü normaldır” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaq 44 db, sol qulaq 39 db” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qərarı ilə (Günel Sevdimalıyeva) iddiaçı İddiaçı orqanizmin funksiyalarının 60% pozulmasının göndərişin verildiyi ##.##.2024-cü il tarixdən müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi isə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və müvafiq ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X15-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz Əsasnamədə mövcud olmadığı və öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “S06-Kəllədaxili travma, Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri” diaqnozu qeyd edilmişdir. Həmin xəstəlik ##.##.2023-cü ildə Əsasnamədə ləğv edilmişdir. Nəticə etibarilə göndərişin rəsmiləşdirildiyi ##.##.2024-cü il tarixində həmin diaqnoz Əsasnamədə mövcud olmamış və belə halda göndərişin rəsmiləşdirilməsi düzgün olmamışdır. Bununla yanaşı qeyd olunan ağırlaşmalar və yanaşı xəstəliklər də heç bir instrumental müayinə nəticəsində öz təsdiqini tapmamışdır. Buna baxmayaraq məhkəmə əlilliyin faizi və müddəti ilə bağlı konkret göstəriş verməklə Agentliyin diskression səlahiyyətlərinə əsassız müdaxilə etmiş, Ali məhkəmənin mövqeyini və qanunvericiliyin müvafiq tələblərini pozmuşdur. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya şikayətinə etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və iddia tələbinin dəyişdirilməsinə dair ərizəsini nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 3.5.Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”
7. Psixi və davranış pozuntuları ... 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
İlk növbədə qeyd etmək lazımdır ki, ## ##### 2026-cı il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinə “iddiaçının barəsində olan əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cabvabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Daha sonra ##.##.2026-cı il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia tələbinə “barəmdə olan əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin (Meyarların 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizi 65-80, orqanizmin funksiyalarının pozulması müddəti 2 il göstərilməklə) müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Beləliklə, iddiaçının hüquqi marağı barəsində olan əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin (Meyarların 7.6.2.2-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulması faizi 65-80, orqanizmin funksiyalarının pozulması müddəti 2 il göstərilməklə) müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, inzibati icraatda inzibati orqanın mülahizəsi iki mərhələdə fərqləndirilməlidir. Birinci olaraq inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə münasibətdə mülahizəsi, yəni inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkəti, ikinci olaraq isə hüquqi nəticəyə münasibətdə mülahizəsi, yəni inzibati orqanın diskresion səlahiyyətlərinə əsasən seçim hüququnun olması fərqləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilsə də (İPM-in 73.3.2-ci maddəsinin 2-ci cümləsi), hüquq ədəbiyyatında qeyd olunan fəaliyyət inzibati orqanın “inzibati aktın səbəb ünsüründə diskresion səlahiyyəti” kimi də ifadə edilir. Elmi ədəbiyyatda qəbul olunan yanaşma ondan ibarətdir ki, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə tərəfindən inzibati aktın yoxlanılması demək olar ki, inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul edilmiş inzibati aktın yoxlanılması qaydası ilə eynilik təşkil edir. Bu zaman inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müəyyən prinsip və tələblərinə əməl etməlidir. Hazırkı inzibati mübahisəyə dair işdə ##.##.2024-cü il tarixli imtina qərarının qəbul edilməsi ilə “İnzibati icraat haqqında” Qanunun aşağıdakı prinsip və tələbləri pozulmuşdur. Birincisi, İİQ-nin 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Ümumiyyətlə, inzibati aktın əsaslandırması tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən publik hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur. Qeyd etmək lazımdır ki, İİQ-nin 61.3-cü maddəsində nəzərdə tutulmuş tələb həm də inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktlara da aiddir. Belə ki, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olub-olmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli qərardan müəyyən olunur ki, “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktların əsaslandırması “dəqiq və aydın” olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi də tələb edir ki, inzibati aktlar aydın və anlaşılan olmalıdır. Belə ki, bu prinsipin elementləri İİQ-nin 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Ancaq hazırkı halda inzibati orqan tərəfindən imtina qərarı qəbul edilərkən yuxarıda qeyd olunan prinsip və tələblərə əməl edildiyi müəyyən olunmur. Başqa sözlə, imtina qərarı səthi və natamam əsaslandırılmışdır. Məhkəmə tərkibi, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya etirazının, eyni zamanda apellyasiya şikayətinin əsasında ##.##.2024-cü il tarixli imtina qərarı (ikinci imtina) dayanır. Nəzərə almaq lazımdır ki, ##.##.2024-cü il tarixli imtina qərarı sanki formal olaraq qəbul edilmişdir. Ancaq burada diqqət edilməli məqam başqadır. Belə ki, bu qəbildən olan işlərin təhlili onu göstərir ki, TSEK, bir qayda olaraq, birinci imtina qərarını “möhkəmləndirmək”, yəni sonradan “əsaslandırmaq” üçün şəxsi əsassız olaraq əyani müayinəyə cəlb edir. Təbii ki, həmin qərarlar da əyani müayinənin nəticəsində qəbul edildiyindən müqayisədə daha “ciddi əsaslandırılmış” qərar kimi təqdim olunur. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in bu formada inzibati icraat aparması qanunverciliyin tələblərinə uyğun hesab edilə bilməz. Başqa sözlə, bu qaydada yaradılmış inzibati praktika qanunçuluq və səmərəli dövlət idarəçiliyi prinsipləri ilə ziddiyyət təşkil edir. İkincisi, inzibati orqan tərəfindən “işin hallarının obyektiv araşdırılması prinsipi”nin (İİQnin 24-cü maddəsi) tələblərinə əməl edilməmişdir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir. Əslində bu prinsipin tələblərinin pozulmasını mahiyyət etibarı ilə ##.##.2024-cü il tarixli imtina qərarının əsaslandırılmamasından müəyyən etmək olur. Başqa sözlə desək, TSEK göndərişdə qeyd olunmuş məlumatlara, yəni əsas diaqnoza və ağırlaşmalara səthi yanaşmış, hərtərəfli, tam və obyektiv təhlil aparmamış və formal əsaslarla əlillik təyin edilməsindəm imtina etmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, ##.##.2024-cü il tarixli imtina qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Əsas məsələ ondan ibarətdir ki, imtina qərarı ləğv edildikdən sonra prosessual baxımdan məhkəmənin mahiyyəti üzrə iki qərar qəbul etmək imkanı yaranır. Onlardan biri iddianın tam təmin edilməsi, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, digəri isə iddianın qismən təmin edilməsi, yəni məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla zəruri inzibati icraat aparılması və yenidən müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasıdır (İPM-in 73.2 və 73.3.2-ci maddələri). Doğrudur, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməmisindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Elmi ədəbiyyatda qeyd edilir ki, belə istisna hallar, adətən, diskresion səlahiyyətin, eləcə də qiymətləndirmə azadlığının sıfıra endirilməsi zamanı mümkündür. Diskresion səlahiyyətin sıfır səviyyəsinə endirilməsi o deməkdir ki, qanun diskresion səlahiyyət müəyyən etsə də, bəzən konkret işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq hüquqi nəticə kimi yalnız bir hakimiyyət tədbiri yararlı, zəruri və mütənasib hesab oluna bilər. Belə olan halda inzibati orqan tərəfindən məhz həmin hakimiyyət tədbiri tətbiq olunmalıdır. Qiymətləndirmə azadlığının sıfıra endirilməsi işin faktiki hallarının tam aydın və açıq olduğu halla bağlıdır. Başqa sözlə, elə bir haldır ki, fərqli qiymətləndirmə hüquqazidd nəticə doğurardı. Digər tərəfdən, İPM-in 73.2-ci maddəsinin tələbinə görə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair qərar o vaxt qəbul edilir ki, iddiaçının tələbi əsasında konkret qərarın qəbul edilməsi mümkün olmasın. Başqa sözlə, burada söhbət mübahisənin qərar qəbul etmək üçün "hazır" olmaması halından gedir. Mübahisənin “hazır” olmasını çətinləşdirən amillərdən biri də inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu haldır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, hazırkı halda işin faktiki halları (iş materiallarında olan tibbi sənədlər və rəylər) tam açıq və aydın olduğundan iddiaçının arzuladığı inzibati aktın (əlilliyin müəyyən olunmasına dair) qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Başqa sözlə, iş materiallarında olan sübutlardan iddiaçının müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki və psixi pozuntularının olması müəyyən olunur. Belə ki, iş materiallarında olan aşağıdakı sübutlara nəzərə salaq: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının *** nömrəli ##.##.2019-cu il tarixli qərarında bildirilmişdir ki, Naxçıvan MR Babək RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və ##.##.2019-cu ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı sol saidin orta 1/3-nin arxa səthində bir ədəd, sol qalça darağı proyeksiyasında iki ədəd, döş qəfəsinin arxa səthində, sağ kürək sümüyü proyeksiyasında iki ədəd, sol baldırın yuxarı 1/3-nin ön səthində bir ədəd, sağ sağrı nahiyəsində bir ədəd köhnə çapıq toxumalar’’ və ##.##.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanma- diaqnoz. “Kürək, hər iki sağrı nahiyəsinin odlu kor qəlpə yaralanması" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Nərimanov idarəsinin ##.##.2019-cu il tarixli *** nömrəli göndərişi, ##.##.2019-cu il tarixli *** nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsinin ##.##.2019- cu il tarixli ** nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN Mərkəzi Hərbi Poliklinikasından verilmiş ##.##.1994-cü il tarixli **** nömrəli arayış, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X1 T***/**** nömrəli ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən 1.2 Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: S06 Kəllədaxili travma. Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar yaddaş və intelektin enməsi ilə (prof.F.İsmayılov). Yanaşı xəstəliklər: G40.3 Generalizə olunmuş idiopaik epilepsiya və epileptik sindromlar. Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar. L90.5 Dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu, dərinin çapıqlaşmış vəziyyəti və fıbrozu. R52.1 Müalicəyə tabe olmayan daimi ağrı, Digər rublikalarda təsnif olunmayan ağrı. H72 Təbil pərdəsinin perforasiyası. H90.3 Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. H52.2 Astiqmatizm. L91.0 Hipertrofık çapıq” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin ##.##.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı Bakı Respublika Psixiatriya Xəstəxanasında qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” klinik olaraq öz təstiqini tapmamış, ##.##.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “sağ qulaq 44db, sol qulaq 39 db”kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. 2.Hazırda İddiaçı əziyyət çəkirdiyi xəstəliklər onun adına olan ##.##.2024-cü il tarixli T********LCK saylı Forma *** saylı göndərişdə olan diaqnozla eynilik təşkil edir. 3.Vətəndaş İddiaçı 12-##.##.2025-ci il tarixlərdə “X3” phş-də “Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya xəstəliyi. Tez-tez təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları ilə (şöbədə 4dəfə). Odlu silah yaralanmasından sol baldırın yuxarı 1/3-nin ön sol qalçanın ön səthində kobud dartıcı çapıq toxuması, dartıcı ağrı sindromu (hərbi travma 1994). Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları depressiv daxil olmalar, yaddaş və intellektin enməsi ilə. XBT: G40.0; G40.3; Y36.4; L90.5; L91.0; R52.1; F07.0 ” diaqnozu ilə stasionar müalicə almışdır. -O, 03-##.##.2025-ci il tarixlərdə “Respublika Psixiatrik Xəstəxanası” phş-də “F07.0 Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intelektin enməsi ilə (prof.F.İsmayılov)” diaqnozu ilə stasionar müalicə almışdır. - Respublika Klinik Xəstəxanasında ##.##.2025-ci il tarixdə LOR həkimin müayinəsi zamanı aşağıdakı nəticəyə gəlinmişdir: “Bera testinin nəticəsi: Treshold clicklə yoxlamada 5-ci dalğa sol qulaqda 80 db əldə olundu, sağ qulaqda 80 db əldə olundu. Dz: Sağ tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə. Sol tərəfli 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə. Audioqramma-Diaqnoz: İkitərəfli koxlear nevrit. Neyrosensor ağır eşitmə IV dərəcə. Posttravmatik. Otoskopiya: Təbil pərdələr bütövdür. Tanınma nöqtələr aydındır. Əsas diaqnoz: H93.3 İkitərəfli koxlear nevrit. Əsas xəstəliyin ağırlaşması: H90.3 İkitərəfli neyrosensor ağıreşitmə”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2025-ci il tarixli **** nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntuları və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanası”da “Baş beyinin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntular, yaddaş və intelektin enməsi ilə F07.0” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: ## #### 1975-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar (X18 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodları qeyd etməklə və həmin kodlara uyğun göstərilməklə) aşkar olunur? Cavab: Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davraniş pozuntulari və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. 2-ci sual: ## #### 1975ci il tarixdə doğulmuş İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi tibbi göndərişə (T00184070LCK, ##.##.2024-cü il tarixli) uyğundurmu? Cavab: ## #### 1975-ci il tarixdə doğulmuş İddiaçı sağlamlıq vəziyyəti onun barəsində tərtib edilmiş tibbi sənədlərə və tibbi tibbi göndərişə (T00184070LCK, ##.##.2024-cü il tarixli) uyğundur. Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davraniş pozuntulari və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Məhkəmə tərkibinin müvafiq sorğusuna "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X1 "X3" X1 ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı X3 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan müddət ərzində Nevrologiya şöbəsində müalicə olmuşdur. Məhkəmə tərkibinin müvafiq sorğusuna Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, ##.##.1975-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ##.##.2025-##.##.2025-ci il, ##.##.2026-##.##.2026-cı il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində müalicədə olub. Diaqnoz: “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə (Prof. F.İsmayılov) (##.##.2024-cü il tarixli rəyə əsasən). Məhkəmə tərkibinin müvafiq sorğusuna Azərbaycan Respublikasi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2026-cı il tarixli cavab məktubundan görünür ki, 1. X11 döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ilin fevral ayında aldığı və ##.##.2019-cu ildə MN Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticəsi - diaqnoz: “Odlu silah mərmi parlamasından sonrakı sol saidin orta 1/3-nin arxa səthində bir ədəd, sol qalça darağı proyeksiyasında iki ədəd, döş qəfəsinin arxa səthində, sağ kürək sümüyü proyeksiyasında iki ədəd, sol baldırın yuxarı 1/3- nin ön səthində bir ədəd, sağ sağrı nahiyəsində bir ədəd köhnə çapıq toxumaları” və ##.##.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş yaralanma - diaqnoz:” Kürək , hər iki sağrı nahiyəsinin kor qəlpə yaralanması” diaqnozu təyin edilmişdir. “Kəllə daxili travma (S06) və yanaşı “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilmə (H90.3” diaqnozlu xəstəlik ##.##.1994cü il tarixdə MN MHP-da şəhadəndirilən zamanı və ##.##.2019-cu il tarixdə MN Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində müayinə zamanı aşkar olunmayıb, xəstədə baş beyin travması və ya hər hansı eşitmə orqanını zədələyən xəsarət müəyyən olunmayıb. 2. X11 ##.##.1993-cü il tarixdən ##.##.1997-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət etdiyi dövrdə onun “Kəllə daxili travma (S06). “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilmə (H90.3” diaqnozlu xəstəliklə bağlı müayinə və müalicə olunmasına dair hər hansı bir tibbi sənəd Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında yoxdur. Bu səbəbdən də “Kəllə daxili travma (S06). “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilmə (H90.3” diaqnozlu travma və xəstəliyi hərbi xidmətlə əlaqələndirmək mümkün deyil. “Ağır eşitmə 4-cü dərəcə” diaqnozlu xəstəliyin səbəbi məlum deyil və onun ’’Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” ilə əlaqəli olması barədə fikir söyləmək mümkün deyil. İddiaçının ##.##.2026-cı il tarixli ərizəsi ilə məhkəməyə təqdim olunan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin “X9” X1 ##.##.2026-cı il tarixli, **** nömrəli rəyindən görünür ki, ##.##.1975-ci il təvəllüdlü İddiaçı ##.##.2026-cı il tarixdə həkim-psixiatr Ülkər Məmmədova və tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış travması nəticəsində yaranmış) şəxsiyyət dəyişikliyi, davranış pozuntuları, depressiv daxilolmalar, yaddaş və intellektin enməsi ilə F07.0 Göründüyü kimi, iş materiallarında olan çoxsaylı sübutlar (tibbi sənədlər) iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğunu təsdiq edir. Belə ki, iddiaçının sağlamlığı ilə bağlı qeyd olunan hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.6.2.2-ci bəndinə uyğun gəlir. Meyarların sözü gedən bəndində aşağıdakılar qeyd olunmuşdur: 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar; təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti — orqanizmin funksiyalarının pozulması faizi 65-80, orqanizmin funksiyalarının pozulması müddəti 2 il Bundan başqa, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2019-cu il tarixli, *** nömrəli qərarından, eyni zamanda digər mötəbər sübutlardan (tibbi sənədlərdən) müəyyən olunur ki, iddiaçının əlilliyinin yaranma səbəbi xüsusidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16-Sosial ekspert komissiyasının iddiaçı İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilməli və həmin tarixdən onun barəsində Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin (orqanizmin funksiyalarının pozulması faizi 65-80, orqanizmin funksiyalarının pozulması müddəti 2 il göstərilməklə) müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X16-Sosial ekspert komissiyasının iddiaçı İddiaçı əlilliyin təyin edilməsindən imtina olunması barədə ##.##.2024-cü il tarixli qərarı ləğv edilsin və həmin tarixdən onun barəsində Azərbaycan Respublikasının ərazi bütovlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin (orqanizmin funksiyalarının pozulması faizi 65-80, orqanizmin funksiyalarının pozulması müddəti 2 il göstərilməklə) müəyyən olunmasına dair inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.