Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4227/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X7 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9617/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bilgəh Zəfəran sovxozu ərazisi, S.İbadağa küçəsi, döngə 8, dalan 1, ev 8 ün vanında yerləşən ümumi sahəsi 19 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 321332/2-A-0132-8 nömrəli məktubla imtina edilmişdir.
3. İddiaçı sözügedən fərdi yaşayış evini notarial qaydada təsdiq edilmiş xx.xx.2021- ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 əldə etmişdir.
4. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 24691 nömrəli reyestr kitabında yazılmış qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında, yaşayış sahəsi 19 kv.m olan bir otaqdan ibarət yaşayış evi ilkin olaraq X9 adına mülkiyyət hüququ əsasında X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli Qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları” haqqında 24 dekabr 1999-cu il tarixli fərmanı və 29 dekabr 2000-ci il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanuna dəyişiklik edilməsi barədə Qanun, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 31 avqust 2000-ci il 817 № li sərəncamı ilə əlaqədar olaraq vətəndaş X10 mənzil tələbatını nəzərə alıb, X8 iclasında müzakirəyə qoyulub, 05 dekabr 2000-ci il tarixli, 04 nömrəli protokoluna əsasən fərdi yaşayış evi inşa etmək üçün Bilgə qəsəbə ərazisindən 0.11 ha torpaq sahəsi ayrılmışdır.
6. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, 3-21-3-32/2-16097/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı ayrılmış ünvan 2 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı ilə Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanılmış keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. Bununla əlaqədar olaraq, keçmiş Bilgəh Zəfəran sovxozunun torpaqları tam olaraq Abşeron rayonu İcra Hakimiyyətinin idarəçiliyində saxlanıldığından qeyd olunan sovxozun hüdudları daxilində yerləşən daşınmaz əmlak növlərinin qeydiyyatı Cavabdeh Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən aparılır.
7. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 14 may 2025-ci il tarixli, 3- 21-3- 32/2-7714/2025 nömrəli məktubla və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 21-3-30/2-25888/2025 nömrəli məktubla mübahisəli ünvanda yerləşən, **********06- 10301 reyestr nömrəli fərdi yaşayış evinə dair arxiv sənədlərinin surətləri məhkəməyə təqdim edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən ünvan 3 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.11 ha torpaq sahəsi X8 xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarına əsasən ayrılmışdır. Sözügedən qərara əsasən ayrılmış storpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair «X3, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi» tərəfindən 24691 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Bundan sonra bu qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətdə olan fərdi yaşayış evi özgəninkiləşdirilmiş və alıcının adına daşınmaz əmlakın dövlət reyestrindən **********06-10301 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra qeyd olunan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adından onun adına özgəninkiləşdirilmiş, adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasport verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə, o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə X8 xx.xx.2002-ci il tarixli, 14 saylı Qərarı ilə ayrılmış 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21-3-32/2-A-0132-8/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Tələbin hüquqi əsasları olaraq bildirmək istəyir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 3-21- 3-32/2-A-0132-8/2023 saylı bildiriş məktubunda X8 xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına dair alqısatqı aktının, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin rəyinin, yerquruluşu planından çıxarışın, arxiv arayışının təqdim edilmədiyi, bu səbəblərdən də, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4380/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 xx.xx.2002-ci il tarixli 14 saylı qərarına əsasən ünvan 3 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsinə dair 2-1(112)-4380/2024 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4448/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı iləi İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X8 xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən ünvan 3 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2-1(118)- 4448/2024 saylı inzibati iş üzrə ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.
12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 954/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyatı üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
13. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 21 iyun 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: Bilgəh Bələdiyyəsi tərəfindən vətəndaşa 0.11 ha torpaq sahəsinin 02 yanvar 2002-ci il tarixində, 14 nömrəli qərarla ayrıldığı halda, alqısatqı aktı, Bilgəh Bələdiyyəsinin yerquruluşu planından çıxarışın və arxiv arayışının İdarəyə təqdim edilmədiyi müəyyən olunmuşdur.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9617/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddia tələbi təmin edilməsi, X8 xx.xx.2002-ci il tarixli, 14 saylı qərarına əsasən ünvan 3 ünvanında yerləşən 0.11 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli Qərarından çıxarışa istinad edərək, mübahisə predmeti torpaq sahəsinə dair hüququn dövlət reyestrində qeydə alınmaqla çıxarışın və plan-ölçünün verilməsi tələbini irəli sürmüşdür.
16. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli Qərarından çıxarışın əsli mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi (mötəbərlilik prezumpsiyası) baxımından həmin sənədlər məhkəmə tərəfindən mötəbər qiymətləndirilir.
17. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh əvvəlki mülkiyyətçilərin və iddiaçının mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarını qeydiyyata alarkən torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd qismində Bələdiyyənin müvafiq qərarını mötəbər hüquqmüəyyənedici sənəd qismində qəbul etmiş, həmin sənədə istinad etməklə fərdi yaşayış evi üzərində hüquqları qeydiyyata almışdır. Belə olan təqdirdə, torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması zamanı artıq mötəbərliyi cavabdehdə şübhə doğurmayan, mötəbər hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilmiş inzibati aktın hüquqi cəhətdən etibarlı olduğu halda, qanuniliyini mübahisələndirərək torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi iddiaçının qanunla gözlənilən etimad hüququnun pozulması kimi qiymətləndirilməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9617/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları
21. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
22. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
24. «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
30. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
31. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli Qərarından çıxarışa əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları” haqqında 24 dekabr 1999-cu il tarixli fərmanı və 29 dekabr 2000-ci il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanuna dəyişiklik edilməsi barədə Qanun, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 31 avqust 2000-ci il 817 № li sərəncamı ilə əlaqədar olaraq vətəndaş X10 mənzil tələbatını nəzərə alıb, X8 iclasında müzakirəyə qoyulub, 05 dekabr 2000-ci il tarixli, 04 nömrəli protokoluna əsasən fərdi yaşayış evi inşa etmək üçün Bilgə qəsəbə ərazisindən 0.11 ha torpaq sahəsi ayrılmışdır.
32. X13 həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 24691 nömrəli reyestr kitabında yazılmış qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında, yaşayış sahəsi 19 kv.m olan bir otaqdan ibarət yaşayış evi ilkin olaraq X9 adına mülkiyyət hüququ əsasında X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
33. Sonradan həmin fərdi yaşayış evini X1 Mətanət Söhrab qızına bağışlamışdır.
34. Hazırkı iş üzrə iddiaçı sözügedən fərdi yaşayış evini notarial qaydada təsdiq edilmiş xx.xx.2021- ci il tarixli alqı-satqı müqaviləsi əsasında X2 əldə etmişdir.
35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bilgəh Zəfəran sovxozu ərazisi, S.İbadağa küçəsi, döngə 8, dalan 1, ev 8 ünvanında yerləşən ümumi sahəsi 19 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
36. Həmçinin, həmin çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bilgəh Zəfəran sovxozu ərazisi, S.İbadağa küçəsi, döngə 8, dalan 1, ev 8 ün vanında yerləşən ümumi sahəsi 19 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi orpaq sahəsi yalnız 0,0036 ha (36 kv.m) olmaqla iddiaçının istifadəsində qeyd olunmuşdur.
37. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Bilgəh Zəfəran sovxozu ərazisi, S.İbadağa küçəsi, döngə 8, dalan 1, ev 8 ün vanında yerləşən ümumi sahəsi 19 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.11 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etsə də, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edə bilmir.
38. Nəzərə almaq lazımdır ki, sözügedən torpaq sahəsi X8 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli Qərarı ilə X10 ayrılmışdır.
39. Həmçinin, fərdi yaşayış evinə dair texniki pasport göründüyü kimi 01 yanvar 2001-ci il tarixdən sonra verilmişdir.
40. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı sözügedən torpaq sahəsinin də onun istifadəsində olduğuna istinad etsə də, «Daşınmaz«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0 maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş dövlət qeydiyyatı üçün əsas hesab olunan hüquqmüəyyənedici sənəd təqdim edə bilmir.
41. .Belə ki, məhkəmə Kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonrahüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
42. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur.
43. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir.
44. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır.
45. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
46. Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
47. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər.
48. İddiaçının tələbinin əsası kimi təqdim etdiyi ilk mülkiyyətçinin bağışlama müqaviləsindən və iddiaçı ilə aparılmış alqı-satqı müqaviləsindən görünür ki, torpaq sahəsinin bağışlanması (alqı-satqısı) ilə bağlı hər hansı iradə ifadəsi bildirməmişdir.
49. Halbuki, qanunverici (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2-ci maddəsi) hüquqların qeydiyyatı üçün həm də torpaq sahəsinin planı və ölçüsünün də təqdim edilməsini zəruri sayır.
50. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı istifadəsində olan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün qanunla tələb olunan sənədləri nə cavabdeh inzibati orqana, nə də məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir. Belə olan halda cavabdehin müraciətin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, 1-ci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.
51. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
52. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
53. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
54. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası cavabdehin şikayətin dəlilləri kimi istinad etdiyi halları əsaslı hesab edir.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
56. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
57. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirilməyərək iddia təmin edilmişdir.
58. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9617/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9617/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.