Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4229/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı XXX-nin, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı XXX-nin cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı müraciətlərə cavab verilməsi” tələbi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2194/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı XXX-nin cavabdeh Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətlərə cavab verilməsi” barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi qərara alınmış, qərar qanuni qüvvəsini almışdır. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra, məhkəmə qərarı 15 gün müddətində icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərarın icra edilmədiyi, bununla bağlı cərimə tətbiq edilməklə zəruri tədbirlərin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2194/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadı (hakim O.Həsənov) ilə İddiaçı XXX-nin cavabdeh Sosial Xidmətlər Agentliyinə qarşı “müraciətlərə cavab verilməsi” tələbi barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(112)-2894/2022 nömrəli qərarının icra icraatına xitam verilmiş, məhkəmə qərarının icra edilməməsi ilə bağlı cərimənin tətbiq edilməsinə dair ərizə rədd edilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2894/2022 saylı qərarının icra olunmamasına, onun xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində olan müraciətlərinə tam və hərtərəfli cavab verilməməsinə baxmayaraq, məhkəmə icra icraatına cavabdeh tərəfin verdiyi qanunsuz və saxta cavablar əsasında xitam vermişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qərardadın ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası beləliklə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Belə ki, AR İnzibati Prosessual Məcəlləsinin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Həmin Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 117.1.1.-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. Həmin Məcəllənin 120.1-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 nömrəli 19 noyabr 2021-ci il tarixli Qərarının:
6. İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir.
7. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi xitam verilir. İşin faktiki hallarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı İddiaçı XXX-nin “xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab verilməsi ilə bağlıdır ki, cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi həmin müraciətlərə cavab verilmiş, cavab verilmə barədə cavabdeh öz öhdəliyini yerinə yetirmişdir. Məhkəmə araşdırmaları zamanı isə müəyyən edilir ki, iddiaçı iş üzrə çəkmiş olduğu poçt, nəqliyyat, səhhətinə dəymiş zərərlə bağlı xərclərin ödənilməsinin, iş materiallarında olan müqavilənin düzgün formada tərtib edilməsinin, vətəndaş müraciətlərinə verilmiş cavabların düzgün qaydada tərtib edilməsinin, əmlaka dəymiş ziyanın ödənilməsinin hazırkı iş üzrə icraat çərçivəsində həyata keçirilməsində iddialıdır. Halbuki, qeyd olunan məsələlər yeni növ iddianın predmetidir ki, hazırkı iş üzrə müraciətlərin cavablandırılması ilə bağlı təmin olunan iddianın predmetini təşkil etməməklə, onun icrası məsələsinə münasibətdə hər hansı təsirə malik olmamışdır. Başqa sözlə müraciətlərin cavablandırılması ilə bağlı icra hərəkətləri cavabdeh tərəfindən təmin edilmişdir ki, cavablandırmanın mahiyyətindən narazılıq, müqavilənin yenidən tərtibi, xərclərin ödənilməsi, dəymiş ziyanın ödənilməsi və s. kimi iddiaçının tələbləri aidiyyəti üzrə məhkəmə tərəfindən baxılmaqla hazırkı qərarın icrası ilə bağlı olmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, məhkəmə qərarı icra olunduğundan cərimənin tətbiq edilməsi zərurəti olmamış, icra icraatına xitam üçün əsas yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 67, 83-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2194/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rəşid Səmədov Xəyalə Cəmilova