Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4229/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh 2 saylı Bakı Cavabdehdliyyə Nazirliyinin Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş pulun geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı- satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılmasında köməklik edilməsi və xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılması öhdəliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsi xahiş edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı və alıcı X3 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə satıcı və alıcı arasında alqı-satqı müqaviləsi bağlanmışdır (daşınmaz əmlakın alqı-satqı müqaviləsi qoşma olaraq əlavə edilir). 2 saylı ASAN xidmət mərkəzində fəaliyyət göstərən Bakı şəhərinin X1 tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1465 №-li məktuba əsasən daşınmaz əmlakın Alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 445000 manat 00 qəpik (dördyüz qırx beş min manat sıfır qəpik) məbləğindən 3887 manat 40 qəpik (üç min səkkiz yüz səksən yeddi manat 40 qəpik) manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441112 manat 60 qəpik (dörd yüz qırx bir min yüz on iki manat 60 qəpik) məbləği Nümayəndə - Bakı şəhəri, Nəsimi rayonu. Nizami küçəsi, ev 137, mənzil 36, (AA*******, xx.xx.2019, ASAN 1, FİN: xxxxxxx, D/T: xx.xx.1978) müvafiq müqavilə təsdiq edildikdən sonra məktub əsasında verilməsi üçün bankda olan **********9264583352 №-li Depozit hesabına qəbul olunması xahiş edilmişdir (məktub qoşma olaraq əlavə edilir). ABB-1 ******* nömrəli qəbzə əsasən xx.xx.2023-cü il tarixdə 441112 manat 60 qəpik ödəniş həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən müvafiq mənzil üzrə 3887,40 AZN məbləğində vergi tutulmuşdur. Qeyd etdilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinə əsasən “Fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi hallarında fiziki şəxs vergidən azaddır”. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* №-li, **********55-05301-093069 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzilin xx.xx.2013-cü il tarixdən etibarən (alqısatqı müqaviləsi bağlananadək) tam mülkiyyət üzrə hüquq sahibi İddiaçı olmuşdur. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- Y0156-8/2023 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində İddiaçı adına olan və özgəninkiləşdirilmiş əmlaklar barədə məlumat verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 57, 52 saylı mənzil xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-2410 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı ildə 2- 3 dəfə ailəsi ilə (ildə minimum 1 dəfədə olsa) birgə Azərbaycana gəlir və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzildə qalırıq (alqı-satqı müqaviləsi bağlananadək). Qeyd edilmişdir ki, Azərbaycanda yeganə mülkiyyəti sonuncu qeyd etdiyi mənzil olmuşdur. Bildirilmişdir ki, X2 xx.xx.2023- cü il tarixli müraciət göndərilmiş və Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 52 saylı mənzil üzrə qaz abonent kodu və abunəçinin kim olması, həmçinin bağlanılmış abonent müqaviləsinin xx.xx.2013-cü il tarixdən hal-hazırki tarixədək kimin adına olması və hansı tarixdən etibarən onun adına olması barədə məlumat verilməsi və qeyd edilənlərə dair arayış təqdim edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, 52 saylı mənzil üzrə bağlanılmış qaz abonent müqaviləsinin və digər müqavilələrin surətlərinin təqdim edilməsi xahiş edilmişdir (müraciət və qəbz qoşma olaraq əlavə edilir). Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli, 14-2-2-4/2-K-4xx-xx/2023-3550 saylı “Müraciətə baxılması barədə” cavab məktubu göndərilmiş və Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 52 ünvanı üzrə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı - satqısı barədə” müqavilə və ödəniş cədvəli bizə təqdim edilmişdir (məktub, müqavilə və ödəniş cədvəli qoşma olaraq əlavə edilir). “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı - satqısı barədə” AKX-03449xx/xx- 2021 saylı müqaviləyə əsasən “Azəriqaz” İB və Yakubova Elionara (ünvan: Üzeyir Hacıbəyov küçəsi, ev 57, mənzil 52) arasında müqavilə bağlanılmış və Yakubova Elionara tərəfindən 2014-ci il tarixdən etibarən 2023-cü il tarixə kimi davamlı şəkildə ödənişlər edilmiş və cəmi 1747 manat məbləğində ödəniş həyata keçirilmişdir (müqavilə və ödəniş cədvəli qoşma olaraq əlavə edilir). Beləliklə, yuxarıda qeyd edilənləri əsas götürərək alqısatqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılması ilə bağlı tərəfindən xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət göndərilmişdir. Həmin müraciətə cavab olaraq, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən ona xx.xx.2024-cü il tarixli, 64 №-li cavab məktubu göndərilmiş və bildirilmişdir ki, İddiaçı ABŞ vətəndaşı olduğundan və Azərbaycan Respublikasında 3 (üç) il daimi yaşamadığından xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətəndaşın vergidən azad olub-olmaması barədə müraciət göndərilmişdir. Həmin müraciətin cavabından sonra məlumat veriləcəkdir (cavab məktubu qoşma olaraq əlavə edilir). Lakin, xx.xx.2024-cü il tarixli, 64 №-li cavab məktubundan 1 aydan çox vaxt keçməsinə baxmayaraq ona hər-hansı cavab göndərilməmişdir. Bununla əlaqədar olaraq, tərəfindən yenidən xx.xx.2024-cü il tarixli müraciətlə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət edilmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinə vətəndaşın vergidən azad olub-olmaması barədə göndərilmiş müraciətə cavab gəlib-gəlməməsi barədə ona məlumat verilməsi və həmin müraciətin surətinin ona təqdim edilməsi xahiş edilmişdir. Bildirilmişdir ki, uzun müddət keçməsinə baxmayaraq, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən bugünədək bizə hər-hansı cavab verilməmiş, müraciətlərə laqeyd münasibət göstərilmiş, müraciətlə bağlı ona köməklik göstərilməmişdir. Bununla əlaqədar olaraq, məhkəməyə müraciət etmək zəruriyyət yaranmışdır. Beləliklə, Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsini əsas götürərək, Yakubova Elionaranın mülkiyyətində yalnız 1 yaşayış sahəsi olduğunu nəzərə alaraq və onun həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən “Azəriqaz” İB tərəfindən təqdim edilmiş müqaviləni və ödəniş cədvəlini təqdim edərək, fiziki şəxs Yakubova Elionaranın vergidən azad olduğunu hesab edirəm. Bu səbəbdən Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinə əsaslanaraq, xx.xx.2023-cü il tarixli, AN-İ №1198811 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3887,40 AZN məbləğin geri qaytarılmasına zəruriyyət yaranmışdır. Beləliklə, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarında“dövlət notariat kontorlarının” inzibati orqan kimi göstərildiyini, bununla da hazırki işin inzibati məhkəmədə baxılmalı olmasını müəyyən etməli idi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, cavabdeh tərəf məhkəməyə məkub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, iddiaçı isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddianın mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu qənaətinə gələrək, iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibаti Prosessuаl Məcəllənin 35.1-ci mаddəsinə görə bu Məcəllədə bаşqа qаydа nəzərdə tutulmаmışdırsа, iddiаçının iddiа ərizəsində inzibаti аktın qəbul edilməsi və yа qəbul edilməsindən imtinа olunmаsı, yаxud inzibаti orqаnın hərəkəti və yа hərəkətsizliyi nəticəsində onun hüquqlаrının və qаnunlа qorunаn mаrаqlаrının pozulduğunu əsаslаndırdığı hаllаrdа mübаhisələndirmə hаqqındа, məcburetmə hаqqındа, öhdəliklərin icrаsı hаqqındа və müəyyən hərəkətləri etməkdən çəkinməyə dаir iddiа mümkün sаyılır. Məhkəmə ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini və s. müəyyənləşdirməlidir. Kollegiya qeyd edir ki, pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi fiziki şəxslərin kontitusion hüququ olsa da, bu hüququn reallaşdırılması bəzi şərtlərlə məhdudlaşdırılmışdır. Bu məhdudiyyətlərdən biri də iddiaçının səlahiyyətli məhkəməyə müraciət etməsi ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarında qeyd olunmuşdur ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli (“Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər”) həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də “notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Göründüyü kimi, iddiaçının notariusun hərəkətlərindən şikayəti ümumi məhkəmədə baxılmalı olduğu halda, iddiaçı iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə deyil, inzibati məhkəməyə müraciət etmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan görünür ki, məhkəmə tərəfindən iddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsinin müvafiq tələblə bağlı səlahiyyətli ümumi məhkəməyə müraciət etmək olduğu, eyni zamanda, iddiaçının artıq ödənilmiş hesab etdiyi verginin qaytarılması məqsədilə aidiyyəti vergi orqanına da müraciət edə biləcəyi izah olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddianın mümkün sayılmamasına dair birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı sayır. İddiaçının apellyasiya şikayəti əsassız olmaqla, məhkəmə baxışı zamanı mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. AR İPM-nin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, kollegiya bu nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmənin mübahisələndirilən qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4229/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4229/2024
29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver