Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-423/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2022 saylı 04 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Zəngilan rayonu, Mincivan qəsəbəsində anadan olmuşdur. AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1995-xx.xx.1999-cu illərdə “Şelflayihətikinti” Layihə-Sənaye-Tikinti Birliyində, Bakı Dərin Özüllər zavodunda boru quraşdırıcı çilingər; xx.xx.2000-xx.xx.2002-ci illərdə 2 saylı Tikinti Quraşdırma idarəsində quraşdırıcı; xx.xx.2002-xx.xx.2004-cü illərdə "Mak Dermott kaspian konstrakşn İnk quraşdırıcı; xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMCdə quraşdırıcı; xx.xx.2007-xx.xx.2008-ci illər arasında "xxxx" MMC-də borunun montajçısı; xx.xx.2008-xx.xx.2009-cu illər arasında "xxxx" ASC-də quraşdırıcı; xx.xx.2010-xx.xx.2011ci illər arasında "xxxx" ASC-də metal konstruksiyaların təmiri üzrə çilingər; xx.xx.2011xx.xx.2012-ci illərdə Heydər Əlivev adına Bakı dərin özüllər zavodunda metal konstruksiyalar üzrə yığıcı çilingər; xx.xx.2012-ci il tarixdən hal-hazıradək BOS Şelf MMCdə X1 üzrə quraşdırıcı vəzifəsində çalışır. "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun xx.xx.2017-ci il tarixli 269 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləyib. xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli gəmi təmirçi çilingəri keçirilmiş, xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. X4 Mədəniyyət, Arxiv və Sənədləşmə İdarəsi “Sarısus rayon dövlət arxivi” Kommunal dövlət müəssisəsinin xx.xx.2019-cu il tarixli 204/960 nömrəli Arxiv Arayışından görünür ki, Janatas Evtikmə kombinatının arxiv sənədlərinin arasında T-2 formalı şəxsi kartlarda 1992-ci il ərzində İddiaçı adı keçmişdir: xx.xx.1985-ci ildən metal sexinə metal konstruksiya üzrə montajçı qəbul edilib. xx.xx.1985-ci il tarixli 520 saylı əmr. xx.xx.1986-cı ildən həmin yerdə metal konstruksiya üzrə 6-cı dərəcəli montajçı təyin edilib. xx.xx.1986-cı il tarixli 185 saylı əmr. xx.xx.1992-ci ildən QR ƏQM 32 maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.1992-ci il tarixli 610 saylı əmr. “X8” ASC-nin Lokomotiv Parkı müdiriyyətinin Şərqi Rtişevo istismar lokomotiv deposunun verdiyi xx.xx.2017-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1985-ci il tarixədək müddət ərzində Cənub Şərqi dəmir yolunun Şərqi-Rtişevo lokomotiv deposunda tam iş günü və tam iş həftəsi müddətində elektrovozun maşinist köməkçisi qismində işləmişdir. İddiaçı onun zərərli işlərdə çalışdığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqanın iddiaçıya ünvanlanan 15 aprel 2021-ci il tarixli **********0 saylı məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi filiala təqdim etdiyi 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Bu səbəbdən iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın yuxarıda göstərilən imtina məktubundan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və fərq məbləğinin ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış və hal-hazırda da əmək fəaliyyətinə davam edir. xx.xx.1976-xx.xx.1978-ci illərdə hərbi xidmət keçmiş; xx.xx.1979xx.xx.1980-ci illərdə "Xəzərdənizneftqaz" idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda birinci dərəcəli fəhlə, təmirçi-çilingər; xx.xx.1981-xx.xx.1985-ci illərdə Rusiyada Cənub-Şərqi dəmir yolunun Şərqi-Rtişevo lokomotiv deposunda elektrovozun maşinist köməkçisi; xx.xx.1985-xx.xx.1992-ci illərdə Janatas Evtikmə kombinatında metal sexində metal konstruksiya üzrə montajçı; xx.xx.1995-1999-cu illərdə “Şelflayihətikinti” Layihə-sənaye-Tikinti Birliyində, Bakı Dərin Özüllər zavodunda boru quraşdırıcı çilingər; xx.xx.2000-xx.xx.2002-ci illərdə 2 saylı Tikinti Quraşdırma idarəsində quraşdırıcı; xx.xx.2002-xx.xx.2004-cü illərdə "Mak Dermott kaspian konstraksn İNK-də quraşdırıcı; xx.xx.2004-xx.xx.2007-ci illərdə "xxxx" MMC-də quraşdırıcı; xx.xx.2007-xx.xx.2008-ci illər arasında "xxxx" MMC-də borunun montajçısı; xx.xx.2008-xx.xx.2009-cu illər arasında "xxxx" ASC-də quraşdırıcı; xx.xx.2010xx.xx.2011-ci illər arasında "xxxx" ASC-də metal konstruksiyaların təmiri üzrə çilingər; xx.xx.2011-xx.xx.2012-ci illərdə Heydər Əlivev adına Bakı dərin özüllər zavodunda metal konstruksiyalar üzrə yığıcı çilingər; xx.xx.2012-ci ildən hal-hazıradək BOS Şelf MMC-də X1 üzrə Quraşdırıcı vəzifəsində çalışır. İşin hallarından bəlli olur ki, ümumi əmək stajı 60 yaşınadək hərbi xidmətdə daxil olmaqla 30 ildən çoxdur. Əmək stajı var ki, bununda 20 ilini zərərli peşədə çalışmışdır. İşlədiyi iş yerləri üzrə peşəsi zərərli sahə hesab olunur. Bununla əlaqədar olaraq dəfələrlə DSMFnun müvafiq qurumuna yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar müraciət etsə də, müraciətindən əsassız olaraq imtina olunub. Güzəştli şərtlərlə 60 yaşdan pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi fililına müraciət etmişdir. Cavabdeh orqan 15 aprel 2021-ci il tarixli **********0 saylı məktubla pensiyanın təyin olunmasından imtina etmişdir. Cavabdehin imtina məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında -işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Mərkəzi filiala təqdim etdiyiniz 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Hesab edir ki, cavadehin imtinası tamamamilə qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazında qeyd olunur ki, iddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 10 fevral 1995-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 7 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmələrin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2022 saylı 04 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2019-cu il tarixdən (61 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəmə kollegiyasına ünvanlanan 04 oktyabr 2023-cü il tarixli məlumatda hazırkı məhkəmə prossesinin onların iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Keçən məhkəmə iclaslarında iştirak etmiş iddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Lakin sonradan məhkəmənin göstərdiyi hüquqi yardıma əsasən “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim ediləcəyi ilə bağlı iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 61 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə olmuşdur. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, eyni tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir (61 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmuşdur). İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş sajının, 12 il 6 aydan artıq isə güzəştli stajının olmasına istinad edərək iddianın təmin edilməsi (61 yaşdan) qənaətinə gəlmişdir. İddiaçı sonradan, işin apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apardığı araşdırma və gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin tərəflər arasında hüquq münasibətlərinin mövcud olduğu dövrdə qüvvədə olan redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ona istədiyi növdə pensiyanın təyin olunması üçün pensiya kapitalının natamam olması və ya işlədiyi dövrlərdə qanunla tələb olunan məcburi sosial sığorta haqlarının müəyyən müddətlər üzrə işəgötürənlər tərəfindən ödənilməməsi ilə bağlı məsələlər cavabdeh inzibati orqan tərəfindən dəlil olaraq irəli sürülməmişdir. Buna görə də həmin məsələlər işin araşdırılması zamanı araşdırma predmeti olmamışdır. Odur ki, yuxarıda adı çəkilən Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş yerindən arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, o, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1995-xx.xx.1999-cu illər, xx.xx.2000-xx.xx.2002-ci illər, xx.xx.2002-xx.xx.2004-cü illər, xx.xx.2004-xx.xx.2007-ci illər, xx.xx.2007-xx.xx.2008-ci illər, xx.xx.2008-xx.xx.2009-cu illər, xx.xx.2010-xx.xx.2011-ci illər, xx.xx.2011-xx.xx.2012-ci illər, xx.xx.2012-ci il tarixdən hal-hazıradək, həmçinin "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun verdiyi xx.xx.2017-ci il tarixli 269 nömrəli arayışa əsasən xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə kimi, X4 Mədəniyyət, Arxiv və Sənədləşmə İdarəsi “Sarısus rayon dövlət arxivi” Kommunal dövlət müəssisəsinin verdiyi xx.xx.2019-cu il tarixli 204/960 nömrəli Arxiv Arayışına əsasən xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə kimi, eyni zamanda “X8” ASC-nin Lokomotiv Parkı müdiriyyətinin Şərqi Rtişevo istismar lokomotiv deposunun verdiyi xx.xx.2017-ci il tarixli arayışına əsasən xx.xx.1981-ci ildən xx.xx.1985-ci il tarixə kimi işlədiyi dövrlər də nəzərə alınmaqla, onun ümumilikdə iş stajı 25 ildən artıqdır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının xx.xx.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixinədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, iş stajı təkcə əmək kitabçası əsasında deyil, həmçinin vətəndaşın işlədiyi müəssisələr tərəfindən verilmiş müvafiq arayışlar əsasında da nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Beləliklə, iddiaçının əmək kitabçasındakı məlumatlardan və iş yerlərinin verdikləri arayışlardan müəyyən olunur ki, onun ümumi iş stajı 25 ildən artıq təşkil edir və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Hazırki işdə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olmaması mübahisələndirilir. Nəzərə alınmalıdır ki, iddiaçının işlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İşə birinci instansiya qaydasında baxılarkən təqdim olunan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri zavodunun xx.xx.2017-ci il tarixli 269 nömrəli və A-44 saylı xx.xx.2022-ci il tarixli güzəştli arayışlarından görünür ki, İddiaçı həqiqətən xx.xx.1979-cu ildən xx.xx.1980ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləyib; xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə mexaniki sexinə birinci dərəcəli gəmi təmirçi çilingəri keçirilmiş, xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İşlədiyi dövrün xx.xx.1979- xx.xx.1980-ci illər üzrə olan müddəti (8 ay 21 gün) çənlərin və gəmi bölmələrinin daxilində avadanlıqların təmiri üzrə gəmi təmiri çilingərləri peşəsi üzrə zərərli olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 11-ci bəndində 11.6.a yarımbəndində olan koda uygun müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. BOS ŞELF MMC-nin xx.xx.2019-cu il tarixli HR-2019/BOS/GHA/R-00/32 nömrəli Güzəştli Arayışından görünür ki, İddiaçı BOS Şelf MMC-də xx/xx/2012-ci il tarixindən xx/xx/2017-ci il tarixədək X1 üzrə quraşdırıcı peşəsində işləmişdir. İddiaçı yenidən BOS Şelf MMC-də Əmək müqaviləsinə əsasən xx/xx/2017-ci il tarixdən bu günədək X1 üzrə quraşdırıcı peşəsində işləyir. BOS Şelf MMC xx/xx/2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metal konstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMC-də güzəştli əmək şəraitində iş müddəti 7 il 7 gün təşkil edir. SOCAR Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun xx.xx.2018-ci il tarixli SOCAR**********80020123X00013 nömrəli Güzəştli Arayışından görünür ki, İddiaçı H.Əliyev adına Bakı dərin özüllər zavodunun Metal konstruksiyaların istehsalı sexində xx.xx.2011-ci il tarixdən (xx.xx.2011-ci il tarixli 576/k saylı əmr) xx.xx.2012-ci il tarixədək (xx.xx.2012-ci il tarixli 843/k saylı əmr.) metal konstruksiyalar uzrə yığıcı çilingər peşəsində işləmişdir. İş stajı -1 il 2 ay 22 gün. Texnoloji prosesə əsasən İddiaçı işlədiyi metal konstruksiyalar üzrə yığıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bölməsinin “a" bəndində göstərilən “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı -1 il 2 ay 22 gün təşkil edir. İddiaçı yerinə yetirdiyi metal konstruksiyalar üzrə yığıcı çilingər peşəsi SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəsisəsi tərəfindən zərərli iş kimi qıymətləndirdiyi üçün ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında xx.xx.2002-ci il tarixli 137 №li qərarına əsasən tarif maaşının 8%-i qədər əlavə əmək haqqı ödənilmişdir. “X8” ASC-nin xx.xx.2017-ci il tarixli 565 nömrəli Arayışının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı depo rəisinin xx.xx.1981-ci il tarixli 1467 saylı əmrixx.xx.1981-ci il tarixdən depo rəisinin xx.xx.1985-ci il tarixli 2303 saylı əmri ilə xx.xx.1985ci il tarixədək (4 il 2 ay 19 gün) müddət ərzində Cənub-Şərqi dəmiryolunun Şərqi- Rtişevolokomotiv deposunda tam iş günü və tam iş həftəsi müddətində elektrovozun maşinist köməkçisi qismində işləmişdir. Bu işlər dəmir yolu nəqliyyatında hərəkətin təşkilini bilavasitə həyata keçirən və hərəkətin təhlükəsizliyini təmin edən və "Sığorta pensiyaları haqqında" xx.xx.2013-il tarixli 400 saylı Federal Qanunun 30 maddəsinin 1 bəndinin 5 yarımbəndinə uyğun olaraq pensiya təminatı hüququndan istifadə edən lokomotiv briqadalarının işçilərinin peşə siyahısı və RF Hökumətinin xx.xx.1992–ci il tarixli 272-saylı Qərarı ilə təsdiq edilmiş lokomotiv briqadalarının işçilərinin və işçilərin ayrı kateqoriyalarının siyahısıyla nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən onun zərərli işlərdə işləməsinə dair müvafiq güzəştli arayışlar təqdim olunsa da, cavabdeh inzibati orqan bununla qismən razılaşaraq (xx.xx.2012-xx.xx.2021 (8 il 4 ay 7 gün)) apellyasiya şikayətində digər zərərli iş stajını bir daha mübahisələndirmişdir. Bu səbəbdən iddiaçının zərərli işlərdəki stajının qanunla müəyyən edilmiş staja (12 il 6 ay) tamamlanması məsələsi bir daha araşdırılmış və bu məqsədlə müvafiq sorğular verilmişdir. Həmin məhkəmə sorğularına cavab olaraq SOCAR (Heydər Əliyev adına Bakı dərin özüllər zavodu) tərəfindən verilmiş 14-2-8/2-44/2023 nömrəli 09 mart 2023-cü il tarixli məktubda göstərilmişdi ki, xx.xx.2003-cü il tarixdə D-22 saylı şəhadatmanə ilə dövlət qeydiyyatına alınmış Bakı Dərin Özüllər zavodunun nizamnaməsində zavodun fəaliyətinin predmeti “stasiaonar dərin dəniz özüllərinin....quraşdırılması... işlərinin yerinə yetirilməsindən" ibarət olaraq təsdiq edilmişdir. İddiaçı xx.xx.2011-ci il tarixdən (xx.xx.2011 -ci il tarixli, 576/k saylı əmr) xx.xx.2012-ci il tarixədək (xx.xx.2012-ci il tarixli, 843/k saylı əmr) H.Əliyev adına Bakı dərin özüllər zavodunun Metal konstruksiyaların istehsalı sexində metal konstruksiyalar uzrə yığıcı çilingər peşəsində işləmişdir. İş stajı 1 il 2 ay 22 gün təşkil edir. Texnoloji prosesə əsasən iddiaçının işləmiş olduğu metal konstruksiyalar üzrə yığıcı -çilingər peşəsi üzrə mövcud məlumatlar aşağıdakı kimidir: Metal konstriksiyaların istehsalı sexinin sabiq rəisi tərəfindən hazırlanmış Metal konstriksiyaların yığılması üzrə çilingər üçün təhlükəsizhik texnikasından 66 nömrəli, xx.xx.2010-cü il tarixli təlimatının 3.19 və 4.3-cü bəndlərində qeyd edilmiş tələblərə əsasən, metal konstriksiyaların yığılması üzrə çilingərin yerinə yetirmiş olduğu funksiyalar göstərilmişdir. Belə ki, təlimatın 3.19-cu maddəsində metal konstruksiyalarının yığılması üzrə çilingərin qazla kəsmə işinin yerinə yetirməsi öz təsdiqini tapmışdır. Təlimatın 4.3-cü bəndi də çilingərin qazla kəsici alətindən istifadə etməklə işləməsi təsbit edilmişdir. SOCAR - ın 14 sentyabr 2012 - ci il tarixli, 196 s nömrəli “Əmlakın icarəyə verilməsi haqqında” Sərəncamı ilə H.Əliyev adına Bakı dərin özüllər zavodunun bütün avadanlıqları və istehsalat sahələri “BOS Şelf’ MMC-yə icarəyə verilmişdir. Buna görə də həmin tarixdən sonra zavod tərəfindən Metal konstruksiyaların istehsalı sexində istehsalat BDÖZ tərəfindən deyil, “BOS Şelf’ MMC tərəfindən aparılır. Həmçinin, hazırda neft və qaz sənayesi sahəsində fəaliyyət göstərən SOCAR-ın digər struktur vahidlərində Metal konstruksiyaların istehsalı sexləri fəaliyyət göstərməkdədir. Sərəncamın tələbləri həyata keçirilən zaman BDÖZ-də mövcud olmuş ştat vahidləri də "xxxx" MMC-yə ötürülmüş olması səbəbi ilə hazırda Metal konstruksiyaların istehsalı sexində metal konstruksiyalar uzrə yığıcı çilingər peşəsi ilə dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsinin funksiyalarının eynilik təşkil edib-etməməsi barədə dolğun arayışın veriməsi üçün müəssisədə müvafiq ixtisasa sahib olan mütəxəssislər də fəaliyyət göstərmirlər. Yuxarıda qeyd edilən sərəncama uyğun olaraq avadanlıqlar və istehsalat sahələri icarədara verilən zaman sənədlərin təhvil-təslimi prosesi də həyata keçirildiyindən məhkəmənin hazırki sorğusu cavablandırılarkən “Qaynaq işinin təşkili və Qaynaqçıalrın Sertifikatlaşdırılması Xidməti üzrə 5-ci dərəcəli metalkonstruksiya üzrə yığıcı çilingərin (quraşdırıcının) BDÖZ üztə vəzifə təlimatı" da zavodun arxivində aşkar edilməmişdir. Bundan sonra məhkəmə kollegiyası tərəfindən BOS Şelf MMC-yə də müvafiq sorğu məktubu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq təqdim olunmuş C- 2023/BOSS/COA/GHA/L-769 saylı 23 may 2023-cü il tarixli məktubda göstərilmişdi ki, İddiaçı xx.xx.2018-ci il tarixli təqdim edilən güzəştli arayış BOS X6 Cəmiyyəti tərəfindən deyil, digər müəssisə tərəfindən verildiyindən, onun vəzifə adının sorğuda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən, “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi barədə arayış verilməsi onun səlahiyyəti xaricindədir. Əlavə olaraq bildirilmişdir ki, BOS Şelf MMC-də metal konstruksiyalar üzrə “yığıcı çilingər” peşəsinin ştat vahidi mövcud deyildir. Həmin sorğuya cavab məktubuna əlavə olunan İddiaçı BOS Şelf MMC-də işlədiyi “X1 üzrə Quraşdırıcı” vəzifəsinin Təlimatından görünür ki, əmək müqaviləsinin 1 saylı Əlavəsində “Tikinti şöbəsində X1 üzrə quraşdırıcı (185125)” vəzifəsinin “funksiya və tapşırıqlarına təqdim olunmuş çertyojlar əsasında işarə və nişanlama işlərinin aparılması, metal konstruksiya və qurğuların, eləcə də onların hissələrinin qazla kəsilməsi və yığılması, qaynaq olunmuş metal konstruksiyalarının yığılması və bərkidilməsi, həmçinin metal konstruksiyaları müvafiq dərəcələrə uyğun olaraq tənzimləmək və düzəltmək” funksiyaları daxildir. Beləliklə, aparılan araşdırmalar nəticəsində müəyyən olundu ki, iddiaçının cavabdeh inzibati orqan tərəfindən qəbul edilməyən, lakin iddiaçının işlədiyi müəssisələr tərəfindən onun zərərli işlərdə işlədiyinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olmasına dair verilmiş ətraflı arayışlara əsasən xx.xx.1979- xx.xx.1980-ci illər üzrə (8 ay 21 gün) işlədiyi “çənlərin və gəmi bölmələrinin daxilində avadanlıqların təmiri üzrə gəmi təmiri çilingərləri” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 11.6 “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bəndinin a) fəhlələr yarımbəndində “çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan bütün adlarda çilingərlər” peşəsinin, xx.xx.2011-ci il tarixdən xx.xx.2012ci il tarixədək (1 il 2 ay 22 gün) işlədiyi “metal konstruksiyalar uzrə yığıcı çilingər” və xx.xx.2012-ci il tarixindən xx.xx.2019-cu il tarixədək işlədiyi “X1 üzrə quraşdırıcı” peşəsi (7 il 7 gün) adı çəkilən Siyahının 29. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinin a) fəhlələr yarımbəndində “polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” peşəsinin, xx.xx.1981-ci il xx.xx.1985-ci il tarixədək (4 il 2 ay 19 gün) “X8” ASC-nin verdiyi arayışa əsasən Cənub-Şərqi dəmiryolunun Şərqi-Rtişevolokomotiv deposunda işlədiyi elektrovozun maşinist köməkçisi peşəsi isə (bu peşənin güzəştli olduğu güzəştli arayışın məzmununda RF “Sığorta pensiyaları haqqında” Qanunla ətraflı əsaslandırılmışdır) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahının 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: elektrovozlarda maşinist köməkçiləri” peşəsinin funksiyaları ilə eynilik təşkil etməklə, zərərli peşələr kimi qəbul edilir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.1981-ci ildən xx.xx.1985-ci il tarixədək “X8” ASC-nin verdiyi arayışa əsasən Cənub-Şərqi dəmiryolunun Şərqi-Rtişevolokomotiv deposunda işlədiyi “elektrovozun maşinist köməkçisi” peşəsi üzrə olan iş stajına münasibətdə onu da qeyd edir ki, istər xx.xx.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 10dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Beləliklə, iş üzrə müəyyən olunur ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan həm 25 il ümumi, həm də 12 il 6 ay xüsusi iş stajı mövcuddur, güzəştli iş stajının olması isə işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna baxmayaraq işə birinci instansiya qaydasında baxmış məhkəmə yuxarıda göstərilən halları natamam araşdırmış və nəticədə iddiaçının 60 yaşının tamam olduğu tarixə güzəştli iş stajının tam olmaması səbəbindən, onun hesabladığı güzəştli iş stajının tamam olduğu- xx.xx.2019-cu il tarixdən bu növdə pensiyanın təyin olunması qənaətinə gəlmişdir ki, bu da düzgün olmamışdır. Odur ki, işin apellyasiya baxışı zamanı yuxarıda göstərilən araşdırmalar nəticəsində iddiaçının güzəştli iş stajının, ümumi iş stajında olduğu kimi, məhz 60 yaşının tamam olduğu tarixə tamamlanması faktı müəyyən olunduğu üçün iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermək hüququnun olduğu izah olunmuş və bunun nəticəsində də iddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etmişdir. Sözügedən ərizə məhkəmə kollegiyası tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlir ki, cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilmədiyi üçün imtinası əsassız olmuşdur. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana ilk dəfə xx.xx.2021-ci il tarixdə müraciət etməsi cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunun məzmununda da öz əksini tapmışdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən pensiya təyin olunarkən, onun ödənilməsi cavabdeh orqana müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üzrə, lakin hüquqununun xx.xx.2018-ci il tarixdən yarandığı nəzərə alınmaqla həyata keçirilməlidir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2022 saylı 04 iyul 2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia, iddiaçının apellyasiya baxışı zamanı verdiyi “iddianın dəqiqləşdirilməsi barədə” ərizəsinə uyğun şəkildə təmin olunmalı, İddiaçı 60 yaşının tamam olduğu, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2022 saylı 04 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia, iddiaçının apellyasiya baxışı zamanı verdiyi “iddianın dəqiqləşdirilməsi barədə” ərizəsinə uyğun şəkildə təmin olunsun. İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-423/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-423/2023
04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver