Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4238/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət qeydə alıması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2-1(112)-10226/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə mülkiyyət qeydə alıması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə elektron iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2-1(112)-10226/2025 nömrəli (sədrlik edən hakim B.M.Cəlalov) qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət qeydə alıması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının geri götürülmüş sayılması, iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2-1(112)- 10226/2025 saylı qərardadını ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə özünün 27 avqust 2025-ci il tarixli qərardadını onunla əsaslandırıb ki, ... Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə iddiaçının elektron kabinetə məktub göndərilmiş və işin hallarının müzakirəsi üçün məhkəmə iclasında iştirak etməsi və müvafiq sənədlərin təqdim edilməsi təklif eidlmişdir. Lakin iddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmiş, eyni zamanda məhkəmə tərəfindən tələb edilən sənədləri məhkəməyə təqdim etməmişdir....Halbuki, o, məhkəməyə həmin iclasdan da əvvəl ərizə ünvanlayaraq məhkəmə iclaslarına gələ bilmədiyini, məhkəmənin onun iştirakı olmadan təqdim etdiyi sübutları əsasında keçierilməsini xahiş etmiş, eləcə də iddianı əsaslandığı sübutlarını elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinə iştirakı olmadan, təqdim etdiyi sübutlar əsasında məhkəmədə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1- ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Birincisi, İPM-in 55.3-cü maddəsində nəzərdə tutulan "yayınma" halı iddiaçının iddiadan imtina etmək niyyəti ilə bağlı qəsdən hərəkətlərini və ya tamamilə biganəliyini ehtiva edir. İddiaçının işə onun iştirakı olmadan baxılması barədə ərizəsi isə əksinə, iddianın davam etdirilməsində israrlı olduğunu və məhkəmədən işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini sübut edir. İş materiallarında olan iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizəsində səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirmiş, bu səbəbdən də məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda əgər iddiaçı özünün iştirak etmədən baxılmasını xahiş edibsə, onun məhkəmə iclasına gəlməməsi yayınma kimi qiymətləndirilə bilməz. Məhkəmə bu ərizəni nəzərə almalı və işə mahiyyəti üzrə baxmalı idi. İkincisi, birinci instansiya məhkəməsi iddianın geri götürülmüş hesab edilməsi nəticəsinə gələrkən xx.xx.2025-ci il tarixli məktuba istinad edir. Halbuki, məhkəmə iddiaçının iddia üzrə icraatdan yayındığı qənaətinə gəlməzdən əvvəl, məhz həmin məktubunda iddiaçını məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə onun nəticələri barədə müvafiq qaydada məlumatlandırmalı və xəbərdar etməli idi. Göründüyü kimi, iddiaçı məhkəməyə təqdim etdiyi sübutlar əsasında iddiasına baxılmasında israrlıdır və buna dair iradəsini ifadə edir. Əks hüquqi mövqe iddiaçının məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2-1(112)- 10226/2025 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı İnzibati Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2-1(112)- 10226/2025 nömrəli qərardadı ləğv edilsin. İşə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2-1(103)-4238/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4238/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver