Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-424/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3538/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Xocasən Sağlamlıq Mərkəzinin 19 aprel 2016-cı il tarixli göndərişi əsasında əlillik vəziyyəti Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və ona 28 aprel 2016-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi verilməsi barədə qərar qəbul olunmuşdur. (”Səbəbi: Ümumi xəstəlik, X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => ЕЮ – İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İ tip. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00.E07-E07.9,ЕЮ,E12,E15-E16.1,E22.0-E22.1,E23.0-E23.2,”) Bakı 13 nömrəli Şəhər Poliklinikasının 27 aprel 2021-ci il tarixli göndərişi əsasında Əsas diaqnoz:E.10.7Şəkərli diabet, tip İ, insulin tələbi, çox saylı ağırlaşmalarla, Ağırlaşma:H36.0* diabetik retinopatiya (E10-E14 ümumi dördüncü 3 işarəsi ilə) OU diabetik qeyri-proliferativ retinopatiya, İ79.2* digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiyası aşağı ətrafların diabetik angiopatiyası, G63.2*Diabetik polineneyropatiya (E10-E14 ümumi dördüncü 4 işarəsi ilə), Diabetik polineneyropatiya Yanaşı: B90.9 Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri Sol ağciyərin keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri.VMB(-). Bakı 13 nömrəli Şəhər Poliklinikasının 5 iyul 2021-ci il tarixli göndərişi əsasında diaqnozu: “X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => ЕЮ-Е14 – Şəkərli diabet => ЕЮ – İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet, tip İ, insulin tələbli. çox saylı ağırlaşmalarla. Ağırlaşma G63.2*) Bakı 13 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişində iddiaçının diaqnozu Əsas: E.10.7 Şəkərli diabet, tipİ, insulin tələbi, çox saylı ağırlaşmalarla, Ağırlaşma: H36.0-OU diabetik qeri-proliferativ retinopatiya, İ79.2 aşağı ətrafların diabetik angiopatiyası, G63.2 Diabetik polineneyropatiya, Yanaşı: B90.9 Sol ağciyərin keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri. VMB(-) İddiaçı barəsində yuxarıda sadalanan göndərişlər verilsə də, hər dəfə cavabdeh inzibati orqan tərəfindən ona əlillik təyin olunmasından imtina olunmuşdur. Həmin imtinalardan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ikinci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 2016-cı ildə X8 göndərişi ilə Tibbi Sosial Ekspert Komissiyasına insulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet 1 tip.diabetik poiinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə) digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya diaqnozu ilə göndərilmişdir. Bu diaqnozun nəticəsi kimi iddiaçıya 28 aprel 2016-cı il tarixdə 2-ci qrup əlillik dərəcəsi verilmişdir. Qanunla nəzərdə tutulmuş növbəti yoxlama vaxtı, yəni 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyası iddiaçının diaqnozunda heç bir dəyişiklik olmasa da, heç bir əsas gətirmədən əlillik dərəcəsinin təsdiqinə rədd cavabı vermişdir. Bundan sonra iddiaçı 2021-ci ilin iyun ayında bir həftə Respublika Xəstəxanasında stasionar müalicə almış və bütün müayinələr onda xəstəliklərin sağalmadığını, əksinə daha da ağırlaşdığını göstərmişdir. Daha sonra iddaçı 2022-ci ilin sentyabrın əvvəllərində X10 5 gün stasionar müalicə almışdır. Burada da ona qoyulan diqnozlardan müəyyən olunmuşdur ki, onda olan xəstəliklərdən heç birində müsbət irəliləyiş yoxdur, əksinə illər ötdükcə bütün xəstəliklərdə daha da ağırlaşmalar baş vermişdir. O, bundan əlavə də dəfələrlə ambulator müayinə və müalicələrdə olmuşdur. Bütün ambulator müayinə və müalicələrdə də iddiaçının heç bir xəstəliyinin sağalmadığı, əksinə daha da kəskinləşdiyi aşkar olunmuşdur. Bütün bunlara baxmayaraq, yuxarıda göstərilən səbəblərdən əlilliyin təyin olunmasına görə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət olunsa da, müraciətinə cavab olaraq 26 sentyabr 2022-ci il tarixli məktubla əlilliyin təyin olunmasından imtina edilmişdir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq, iddiaçıya ikinci dərəcə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan yazılı etirazında bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı Xocasən Sağlamlıq Mərkəzinin 23 fevral 2016-cı il tarixli göndərişi əsasında əsasında baxılmış, X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 - Şəkərli diabet => E10 - İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: “İnsulindən asılı şəkərli diabet. Diabetik polineyropatiya. Periferik angiopatiya”, “Məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. Bakı Xocasən Sağlamlıq Mərkəzinin 19 aprel 2016-cı il tarixli göndərişi əsasında ”Səbəbi: Ümumi xəstəlik, X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => ЕЮ – İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İ tip. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, . , Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00.E07-E07.9,ЕЮ,E12,E15-E16.1,E22.0-E22.1,E23.0-E23.2,. . . ” səbəbi ilə 5 il müddətinə əlillik verilmişdir. Bakı 13 nömrəli Şəhər Poliklinikasının 27 aprel 2021-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, “X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => ЕЮ-Е14 – Şəkərli diabet => ЕЮ – İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet, tip İ , insulin tələbli. çox saylı ağırlaşmalarla. Diabetik retinopatiya (ЕЮ-Е14 ümumi dördüncü .3 işarəsi ilə). OU diabetik qeyri-proliferativ retinopatiya., Meyar: Göndərişin natamam doldurulması - Səbəb: Son beş ildə aldığı müalicələr yetərincə deyil. İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Bakı 13 nömrəli Şəhər Poliklinikasının 5 iyul 2021-ci il tarixli göndəriş əsasında əsasında baxılmış, “X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => ЕЮ-Е14 – Şəkərli diabet => ЕЮ – İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet, tip İ, insulin tələbli. çox saylı ağırlaşmalarla. Ağırlaşma G63.2* Diabetik tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3538/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı orqanizmin funksiyalarının 61 – 80 faiz aralığında pozulmasının müəyyən edilməsi (ikinci dərəcə əlilliyin təyin edilməsi) öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdu ki, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında əsasında müraciətə baxılmış, Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşma arla, Şəkərli diabet, tip İ , insulin tələbli çox saylı ağırlaşmalarla. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var.” səbəbi ilə imtina verilmişdir. İddiaçı 25 yanvar 2023-cü il tarixdə 3-17-4/3-1848/2023 qərara əsasən əyani müayinə olunmuş və diaqnoz əlillik əlamətini təyin etmir barədə qərar qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etdikdən sonra iddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddəti ötürülmədiyi üçün iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona ikinci dərəcə əlilliyin təyin edilməsi” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası bağlı instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İş materiallarından aydın olur ki, Bakı Xocasən Sağlamlıq Mərkəzinin 19 aprel 2016-cı il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən qiymətləndirilmiş və ona 28 aprel 2016-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik dərəcəsi verilməsi barədə qərar qəbul olunmuşdur. (”Səbəbi: Ümumi xəstəlik, X1: İV Sinif – Endokrin sistemin xəstəlikləri, maddələr => E10-E14 – Şəkərli diabet => ЕЮ – İnsulindən asılı şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, şəkərli diabet İ tip. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə), Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, . , Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00.E07-E07.9,ЕЮ,E12,E15-E16.1,E22.0-E22.1,E23.0-E23.2,”) Daha sonra iddiaçının əlillik vəziyyəti Bakı 13 nömrəli Şəhər Poliklinikasının 27 aprel 2021-ci il tarixli göndərişi Əsas diaqnoz: E.10.7 Şəkərli diabet, tip İ, insulin tələbi, çox saylı ağırlaşmalarla, Ağırlaşma: H36.0* diabetik retinopatiya(E10-E14 ümumi dördüncü 3 işarəsi ilə) OU diabetik qeri-proliferativ retinopatiya, İ79.2* digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiyası aşağı ətrafların diabetik angiopatiyası, G63.2* Diabetik polineneyropatiya (E10-E14 ümumi dördüncü .4 işarəsi ilə), Diabetik polineneyropatiya Yanaşı: B90.9 Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri Sol ağciyərin keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri. VMB(-) Bakı 13 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişində iddiaçının diaqnozu Əsas: E.10.7 Şəkərli diabet, tip İ, insulin tələbi, çoxsaylı ağırlaşmalarla, Ağırlaşma: H36.0-OU diabetik qeri-proliferativ retinopatiya, İ79.2 aşağı ətrafların diabetik angiopatiyası, G63.2 Diabetik polineneyropatiya, Yanaşı: B90.9 Sol ağciyərin keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri. VMB(-) İş materiallarından görünür ki, iddiaçının adına tərtib olunmuş göndərişlərdə qeyd olunan xəstəliklər onun təqdim etdiyi tibbi sənədlərdə öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı 2-1(103)-3585/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadla cavabdeh inzibati orqan tərəfindən hazırki iş üzrə İddiaçı müraciətinə münasibətdə onu əyani müayinə etməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəaları nəzərə alınmaqla uyğun dəyərləndirilməsi və nəticədə müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məktubuna əlavə edilmiş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 05 dekabr 2023-cü il tarixli nömrəsi qeyd olunmayan qərarında bildirilmişdir ki, İddiaçı əyani müayinəsi aparılaraq məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, müəyyən olundu ki, İddiaçı sağlamlıq vəziyyəti ilk dəfə Bakı Xocasən Sağlamlıq Mərkəzinin xx.xx.2016-cı il tarixli 2740003AABEY nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, ümumi xəstəlik səbəbindən “İnsulindən asılı şəkərli diabet, şəkərli diabet İ tip. Diabetik polinevropatiya. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferık angiopatiya” diaqnozu ilə 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, Bakı 13 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0005003AABVE nömrəii rəsmiləşdirilmiş göndərişi (əsas diaqnoz: “İnsulindən asılı şəkərli diabet. Şəkərli diabet, tip İ, insulin tələbli. Diabetik retinopatiya diabetik. Qeyri ™proliferativ retinopatiya") əsasında, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və göndərişin natamam doldurulması, son illər ərzində ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə müddəti yetərli olmaması səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Növbəti dəfə, Bakı 13 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0005003AABXA nömrəli rəsmiləşdirilmiş göndərişi (əsas diaqnoz: “İnsulindən asılı şəkərli diabet tip İ, insulin tələbli, çox saylı ağırlaşmalarla. Ağırlaşma: “Diabetik polinevropatiya. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Aşağı ətrafların diabetik angiopatiyası”) əsasında, vətəndaşın iştirakı ilə Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması” (səbəb: Respublika Endokrinotogiya Mərkəzində müayinə və müalicə olunması məsləhətdir) qərarı verilmişdir. Bakı 13 nömrəli Şəhər Poliklinikasının növbəti xx.xx.2021-ci il tarixli 0005003AABYG nömrəli rəsmiləşdirilmiş göndərişi (əsas diaqnoz: “İnsulindən asılı şəkərli diabet tip İ, İnsulin tələbli. çox saylı ağırlaşmalarla”. Ağırlaşma: “Diabetik polinevropatiya. Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Aşağı ətrafların diabetik angiopatiyası”) əsasında, vətəndaşın iştirakı olmadan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. Daha sonra, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli C00024732DKK nömrəli rəsmiləşdirilmiş göndərişi əsasında, vətəndaşın iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, göndərişin natamam doldurulması, instrumental müayinələrlə xəstəliyin ağırlaşmaları arasında uyğunsuzluq olması səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı vətəndaş olan məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və bəzi instrumental müayinələr aparılmışdır. xx.xx.2023-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri ağızda quruluq, sidiyə tez-tez getmək, başağrıları, baş gicəllənməsi aşağı ətraflarda “gizilti”, görmənin pisləşməsi, ümumi zəiflik, ümumi halsızlıq olmuşdur. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları İsə aydın eşidilmiş, AT 130/80 mm cv.st, nəbz ritmik (1 dəqiqədə 75 vurğu), dili nəm, ərplidir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə DTSERA-da vətəndaşa EXO-KQ (nəticə: Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası pozulmayıb (LVEF=60%). Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Min MR. Min TR. izlənilir. Perikard təmizdir), aşağı ətraf arteriaların dopplerografiyası (nəticə: magistral arteriaların aterosklerozu) və həkim oftalmoloq (nəticə: VİS OD = 0,9 (onda doqquz) korreksiya etmir; VİS OS - 0.8 (onda səkkiz) korreksiya etməmiş, diaqnoz “Praktik sağlam”) müayinələri aparılmış, və həmin müayinələrin nəticələrinə əsasən əlillik təyinatına əsas verən heç bir patofuksional pozuntu aşkarlanmamışdır. xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə zamanı vətəndaşa həkim- ekspertlər tərəfindən, Akademik M.C.Cavad-zadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına ətraflı müayinə olunması səbəbi ilə göndəriş verilmiş, xx.xx.2023-cü il tarixində təqdim etdiyi Akademik M.C.Cavad-zadə adına Respublika Kliniki Uroloji Xəstəxananın xx.xx.2023-xx.xx.2023-cü il tarixli ambulator xəstənin müraciətinə əsasən diaqnoz “Uroloji xəstəlik aşkar edilmədi” şəklində qeyd edilmişdir. Təqdim etdiyi sənədlər arasında, Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2015- xx.xx.2015-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Şəkərli diabet İ tip, orta ağır forma, insulin tələbli. Aşağı ətrafların diabetik angiopatiyası”; xx.xx.2016-xx.xx.2016-cı il tarixli stasionar xəstənin tibbi kartasında çıxarışına əsasən diaqnoz “Şəkərli diabet İ tip. Aşağı ətrafların diabetik angiopatiyası”; Bakı Respublika Endokrinoloji Mərkəzin xx.xx.2015-ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Şəkərli diabet tip xx.xx.2022-ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla”; Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxananın xx.xx.2021-xx.xx.2021-ci il tarixli stasionar xəstənin tibbi kartasından ******* nömrəli çıxarışına əsasən diaqnoz “Şəkərli diabet tip İ. OU-Diabetik retinopatiya, preproliferativ retinopatiya. OU - Şüşəvari cismdə bulanmalar. Diabetik polineyropatiya. Diabetik ensefalopatiya. Aşağı ətrafların diabetik mikroangiopatiyası. Arterial hipertenziya İİİ dərəcə”; Akademik M.A.Topçubaşov adına X6 xx.xx.2021-ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Aşağı ətrafların angiopatiyası”; xx.xx.2022-ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışına əsasən diaqnoz “Periferik angiopatiya. Şəkərli diabet, tip l, ağır forma"; X11 xx.xx.2022-xx.xx.2022-ci il tarixli stasionar xəstənin tibbi kartasından 12439 nömrəli çıxarışına əsasən diaqnoz “Şəkərli diabet, tip İ, ağır forma. Diabetik retinopatiya. Diabetik polineyropatiya. Diabetik neyropatiya. Öd daşı xəstəliyi”; X9 adma Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli 9684 nömrəli və xx.xx.2022-ci il tarixli 7115 nömrəli tibbi rəyinə əsasən diaqnoz “OU- Qeyri-proliferativ diabetik retinopatiya” şəklində göstərilmiş, xx.xx.2022-ci il tarixində X5 İnstitutunun Neyrofizioloji laboratoriyasında aparılmış Elektroneyromioqrafiya müayinəsinin nəticəsinə əsasən, neyromotor aparatda sensomotor tipli pozuntu (ikitərəfli yuxari və aşağı ətraf sinirlərin polineyropatiyası) aşkar edilmişdir. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli məhkəmə qərardadına əsasən iddiaçının əyani müayinəsi keçirilsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının qərardadın icrası ilə bağlı apardığı müayinələrin nəticəsi olaraq verilmiş qərarın məzmunu bundan öncə imtina ilə bağlı qəbul olunmuş qərarların məzmunu ilə eynilik təşkil edir. xx.xx.2023-cü il tarixli məhkəmə qərardadının icrası ilə bağlı iddiaçının əyani müayinəsi aparılarkən onda mövcud olan xəstəliklər instrumental müayinə vasitəsilə, xüsusi tibbi texniki avadanlıqların köməyi ilə müəyyən olunmamış, cavabdehin imtina qərarında yalnız iddiaçının təqdim etdiyi müvafiq tibb müəssisələri tərəfindən verilmiş arayışların məzmunu ifadə olunmuş, həmin arayışlarda qeyd olunan və mövcud olan xəstəlik diaqnozu göstərilsə də, yenə də iddiaçıya tələb etdiyi əliliiyin təyin olunmasından imtina olunmuşdur. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum məhkəmə qərardadının icrası ilə bağlı iddiaçını əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Meyarların 3.1-ci bəndinə görə anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: (3.1.1) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; (3.1.2) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; (3.1.3) xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İş materiallarında olan iddiaçı barəsində tərtib olunmuş göndərişlərin məzmununda iddiaçının əsas diaqnozu E.10.7 Şəkərli diabet, tip İ, insulin tələbi, çox saylı ağırlaşmalarla, Ağırlaşma: H36.0* diabetik retinopatiya(E10-E14 ümumi dördüncü 3 işarəsi ilə) OU diabetik qeri-proliferativ retinopatiya, İ79.2* digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiyası, aşağı ətrafların diabetik angiopatiyası, G63.2* Diabetik polineneyropatiya (E10-E14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineneyropatiya Yanaşı: B90.9 Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri Sol ağciyərin keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri VMB(-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.45.-ci bəndində “.... Şəkərli diabet (insulindən asılı forması), ...... (E00-E04, E05, E10, E20-E21.3, E23.3, E24, E25, E27- E27.2, E66) nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçıya qoyulmuş əsas diaqnozu olan “E10 Şəkərli diabet, tip İ, insulin tələbi, çox saylı ağırlaşmalarla, Ağırlaşma: H36.0* diabetik retinopatiya(E10-E14 ümumi dördüncü 3 işarəsi ilə) OU diabetik qeri-proliferativ retinopatiya, İ79.2* digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiyası, aşağı ətrafların diabetik angiopatiyası, G63.2* Diabetik polineneyropatiya (E10-E14 ümumi dördüncü. 4 işarəsi ilə), Diabetik polineneyropatiya, Yanaşı: B90.9 Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri Sol ağciyərin keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.2.1-ci bəndində, diaqnozun ağırlaşması olan diabetik retinopatiya- H36.0* XBT kodu ilə Meyarların 11.2.3 bəndində, diabetik periferik angiopatiya - İ79.2 XBT kodu ilə Meyarların- 11.2.5-ci bəndində, Diabetik polineneyropatiya G63.2 XBT kodu ilə Meyarların-11.2.4-ci bəndində, tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları B90.9 XBT kodu ilə Meyarların 1.1.7-ci bəndində nəzərdə tutulmuşdur. Bu baxımdan iddiaçıya sonuncu göndərişin rəsmiləşdirildiyi- 27 aprel 2021-ci il tarixdən əlillik dərəcəsinin təyin olunması vəzifəsi cavabdeh qurumun üzərinə qoyulmalıdır. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3538/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı “əlilliyin müəyyən edilməsi iddiaçı barəsində sonuncu göndərişin rəsmiləşdirildiyi xx.xx.2021-ci il tarixdən” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3538/2023 saylı 12 iyul 2023-cü il tarixli qərarı “əlilliyin müəyyən edilməsi iddiaçı barəsində sonuncu göndərişin rəsmiləşdirildiyi xx.xx.2021-ci il tarixdən” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-424/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-424/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver