Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-424/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının vəkili Vəkil3, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbinin istehsalat zədəsi kimi müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əlilliyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən edilməsi barədə məlumatına əlavə “Təkrar əlillik” “istehsalat zədəsi” nəticəsində gözdən əlil olmağı sözlərin qeyd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (oğlu) məhkəməyə ərizə təqdim edərək İddiaçı əlilliyinin səbəbli əlaqənin “istehsalat zədəsi” olmasının Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyində qeyd olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının sol gözündə katarakta xəstəliyi olmuşdur. TSEK-in qiymətləndirilməsi nəticəsində iddiaçıya xx.xx.2021-ci ildə 3-cü dərəcə gözdən əlillik təyin edilmişdir (Forma 88 ******* AAEP2). Gözün amputasiyasının səbəbi keçirilmiş kəllə-beyin travması nəticəsində katarakta xəstəliyi olmuşdur. İddiaçı hesab edir ki, TSEK tərəfdən təyinat qiymətləndiriləndə düzgün qiymətləndirilməmişdir. Təkrar əlillik qeyd olunmamışdır. 2021-ci il və 2022-ci il tarixlərində Məhkəmə-Tibbi Ekspertizası keçirilərək “Kataraktanın” yaranma səbəbinin kəllə-beyin travması olması barədə rəy verilmişdir. İddiaçı “təkrar” əlilliyinin olması göstərilməmişdir, vətəndaşın əlilliyi “ilkin” kimi qeyd olunmuşdur. İddiaçı oglu 1966-1972-ci illərdə, 2-ci qrup kəllə-beyin travması “istehsalat zədəsi” almışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun 15 dekabr tarixli **********3 nömrəli məktubu ilə 10 vərəq “müayinə aktının çıxarışının” surəti təqdim edilmişdir. İddiaçı hesab edir ki, işlədiyi telefon qovşağında qeydlər yarımçıq aparılmışdır. Buna səbəb “istehsalat zədəsi” olması ilə bağlı telefon qovşağının hər ay əlavə kompensasiya pul ödəmələrinin qarşısını almasıdır. X6 xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixə kimi keçirilmiş “kəllə-beyin travması” ilə bağlı müalicəyə 1966-cı ildə aldığı “istehsalat zədəsi” travması əsas olmuşdur. İddiaçıda müşahidə olunan yanaşı xəstəliklər 3-cü qrup əlil kimi qiymətləndirilmişdir. İddiaçı hər iki travmanın nəticəsində qulaqlarının süni yuxu altında testi, 33,1 rate, 2000 sweep click şiddətində aparılan test zamanı sol qulaq 70 dBnHL intensivlikdə dalğa əldə edilmiş, sağ qulaq 60 dBnHL intensivlikdə V dalğa əldə edilmiş, sol qulaqda 3-4-cü dərəcə, sağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağır eşitmə qeyd edilmişdir. xx.xx.2022-ci ildə göndərişlə X7 Cərrahiyə Klinikasında keçirilən müayinə zamanı protezləşmə tövsiyə olunmuşdur. Bununla yanaşı, X12 müayinələr zamanı başda və ayaqlarda qan dövranının pozulması, dizdən aşağı ətraflarda keyləşmələr aşkarlanmışdır ki, epikrizdə xüsusi damar dopleri olunaraq rəy qeyd olunmuşdur. İddiaçı bildirir ki, qeyd etdiyi əlavə ağırlaşdırıcı və yanaşı xəstəliklərin heç biri nəzərə alınmamışdır. Məhkəmə tərəfindən Məhkəmə-Tibbi Ekspertizasının təyin olunması barədə qərardad qəbul edilsə də, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, İddiaçı əlilliyinin ümumi səbəbinin “istehsalat zədəsi” kimi müəyyən edilməsi (dəyişdirilməsi) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən eyni iddia predmetinə dair Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(112)- 1579/2022 saylı işi olmuşdur. İddia tələbi hakim Həmid Ağalarov tərəfindən rədd edilmişdir. Buna baxmayaraq, eyni iddia tələbinə dair iş üzrə icraata hakim Günel Sevdimaliyeva tərəfindən baxılmış və iddia tələbi təmin edilmişdir. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, yalnız yeni açılmış hallarla bağlı ərizəsinə əsasən icraatın təzələnməsi qaydasında baxıla bilərdi. Mübahisələndirilən məhkəmə qərarından isə belə görünür ki, hakim artıq qüvvəyə minmiş məhkəmə qərarının predmetini təşkil etmiş mübahisə predmetinə ümumi qaydada baxmışdır. Həmçinin, iş üzrə məhkəməyə üçüncü tərəf kimi cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzi ayrıca hüquqi şəxs deyil və bu da o deməkdir ki, bu qurum (təsərrüfat obyekti) iş üzrə tərəf ola bilməz. Amma bu təsərrüfat obyektinin adından təqdim edilmiş etirazda bir yandan iddiaçıya dair sənədlərin məhv edildiyindən hər-hansı məlumatın onlarda olmadığı bildirilir, digər yandan isə heç bir sənədə əsaslanmadan vətəndaş müraciətini nəzərə alaraq bildirir ki, həmin şəxsin həmin dövrlərdə əlillik dərəcəsi mövcud olmuşdur. İddiaçıya, ilkin olaraq Bakı Şəhər Baş Səhiyyə idarəsi tərəfindən xx.xx.1966-cı il tarixli göndərişi əsasında istehsalat zədəsi ilə əlaqədar XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S00 - Başın səthi travması => S00.8 - Başın digər hissələrinin səthi travması səbəbiylə İİ (ikinci) dərəcə əlillik təyinatı xx.xx.1966-ci il tarixdən xx.xx.1967-ci il tarixinədək müəyyən edilmişdir Təkrar olaraq isə həmin xəsarətlər nəticəsində ona aidiyyəti orqan tərəfindən xx.xx.1972-cı il tarixindən xx.xx.1973-cü il kimi üçüncü qrup əlillik dərəcəsi mövcud olmuşdur. 1972-ci ildə tam reabilitasiya olmuş və işə qayıtmışdır. Aldığı xəsarət isə gözlə bağlı olmamış, keçirilmiş qapalı kəllə-beyin travması ilə əlaqədar olmuşdur. İddiaçı tam reabilitasiya olunduğundan ona 1973-cü ildən sonra əlillik dərəcəsi təyin edilməmiş, buna görə də o, rabitə müəssisəsində işinə qayıtmış, uzun müddət (əmək pensiyasına çıxana qədər) "xxxx" İstehsalat Birliyində (hazırkı "xxxx" MMC) işləmiş, 1987-ci ildə uzunmüddətli əmək fəaliyyəti nəzərə alınaraq həmin qurumdan ona hazırda yaşadığı Dübəndi ərazisindəki mülkiyyətində olan bağ sahəsi ayrılmış, qurumdan əmək fəaliyyəti ilə bağlı bir sıra mükafatlar almış, o cümlədən qurumda qüvvədə olan Kollektiv müqaviləyə uyğun rabitə sahəsində staja görə əmək haqqına daimi əlavə ilə təmin edilmişdir. İşlədiyi dövrdə səhhətində hər- hansı problem olmamış, bununla bağlı nə işlədiyi quruma, nə də əlillik təyin edilməsi üçün müvafiq quruma müraciəti olmamışdır. İddiaçının əilliyinin müəyyən edilməsi məsələsinə Agentlik tərəfindən Bakı şəhər 19 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; X1: XVİİ Sinif-Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q10-Q18 - Göz, qulaq, üz və boynun anadangəlmə anomaliyaları [inkişaf qüsurları] => Q11 - Anofta... Diaqnozun mətni: Anoftalm, mikroftalm və makroftalm, OS anoftalmiya (protez) Ağırlaşma Birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma.VİSOD=0.3 k/etmir (onda üç),VlSOS=0 (sıfır) anoftalm Meyar: 2.3 Müddətsiz Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4) təyinatı aparılmışdır. Qeyd edilənlərdən görünür ki, iddiaçının peşə zədəsi səbəbi ilə əlilliyi tam reabilitasiya olmuşdur. Hazırda qüvvədə olan əlillik təyinatının ümumi səbəbdən olması qanunauyğundur. Bu səbəbdən məhkəmənin gəldiyi mövqe düzgün olmamaqla yanaşı həmçinin əsassızdır. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, xx.xx.1973-cı ildə tam reabilitasiya olmuş şəxsin 51 il sonra almış olduğu əlilliyin səbəbini gənc yaşda keçirdiyi qapalı kəllə-beyin travmasına əsasən qəbul etmək əsassızdır, hazırki vəziyyətdə istehsalat zədəsi ilə əlaqədar əlilliyin təyin edilməsi mümkünsüzdür. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən tərtib edilmiş T 275/2021 nömrəli Ekspert Rəyində (Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun xx.xx.2021-ci il tarixli qərardadı əsasında) qeyd olunmuşdur ki, vətəndaş А.İ.Musayev hal hazırda "anoftalm, mikroftalm, makroftalm, ODağırlaşmış katarakta; OS-anoftaimiya (protez); birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma; VİS Od- О.3 k\etmir, VİS OS-O (sıfır), OS-anoftalm” diaqnozdakı xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. “Katarakta” xəstəliyinin yaranma səbəblərindən biri də travmadır. Lakin ekspertiza rəyində göstərilən travmanın nəticəsi olan katarakta sadəcə travmadan yaranmır, həmçinin yaşa və yaxud insanın başına gələ biləcək başqa təbii fəlakətlərə aid olması ehtimal olunur. Görmə itiliyinin zəifləməsi yaşla əlaqədar olduğu kimi sözügedən travmanın 51 il əvvələ aid edilməsini də əsassızdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-857/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki: - Oktyabr rayonu Rabitə şəbəkəsi üzrə xx.xx.1966-cı il tarixli, OK-93 nömrəli Əmrdə qeyd edilmişdir ki, Kabel briqadasının 5-ci dərəcəli kabelçisi (İddiaçı) Əmək haqqında Qanunlar Məcəlləsinin (КЗОТ) 47-ci maddəsi “V” bəndinə əsasən xx.xx.1966-cı il tarixdən 2-ci qrup əlilliyə görə təqaüdə çıxması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. - Oktyabr rayonu Rabitə şəbəkəsi üzrə xx.xx.1966-cı il tarixli, OK-109 nömrəli Əmrdə qeyd edilmişdir ki, Əmək haqqında Qanunlar Məcəlləsinin (КЗОТ) 47-ci maddəsi “V” bəndinə əsasən xx.xx.1966-cı il tarixdən 2-ci qrup əlilliyə görə təqaüdə çıxması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilən Kabel briqadasının 5-ci dərəcəli kabelçisinə (İddiaçı) əmək haqqında 80% qədər fərq ödənilməsi qərara alınmışdır. - TSEK-Müayinəsi xx.xx.2021-ci il tarixində anoftalm, mikroftalm və makroftalm, OS anoftalmiya (protez) Ağırlaşma Birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma. VİSOD=0.3 k/etmir (onda üç), VİSOS=0 (sıfır) anoftalm diaqnozun mətni ilə müddətsiz ilkin 2.3. üçüncü dərəcə əlillik (2.5.14. bir gözün olmaması və ya əməli korluğu. Görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması. H54.4) təyin edilmişdir (Səbəbi: ümumi xəstəlik. Gözdən əlilliyi olan şəxs). - 4 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-cü il tarixli, xxxxxxx0001 nömrəli qərarına əsasən İddiaçı 2.3. üçüncü dərəcə əlillik. 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması (H54.4) əlillik meyarı ilə ümumi xəstəlik (gözdən əlil) səbəbi ilə ilkin müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0006 nömrəli qərarına əsasən İddiaçı 8.1.6. Gözün və gözün əlavə aparatının xəstəlikləri. Görmə itiliyi. Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0.05, digər gözdə korreksiya ilə 0.11-0.2 əlillik meyarı ilə ümumi xəstəlik (gözdən əlil) səbəbi ilə təkrar müddətsiz 70% orqanizmin funksiyalarının pozulması (ikinci dərəcə əlillik) müəyyən edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti 19 nömrəli Şəhər Poliklinikasının 0108003AAEP2 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə vətəndaşa dair əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsi tərəfindən K00114715PAJ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyaları və müavinətlər üzrə məlumat bazasında İddiaçı əlilliyə görə pensiya, müavinət və ya təqaüd təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərində İddiaçı əlilliyə görə hər hansı pensiya, təqaüd, müavinət təyin edilməsi barədə məlumat aşkar edilməmiş və idarə tərəfindən xx.xx.2023cü il tarixli 3-17-1/2-275361/2023 nömrəli məktubla bu barədə məlumat verilmişdir. -Vətəndaş A.X9 xx.xx.2023-cü il tarixli müraciəti zamanı müəyyən olmuşdur ki, vətəndaşa xx.xx.1966-cı il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işinə daxil olan vətəndaşın əlilliyini təsdiq edən sənədlərin surəti məhkəməyə təqdim olunur. -Azərbaycan SSR Sosial Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.1966-cı il tarixli, 1116 nömrəli X10 əsasən İddiaçı kəllə-beyin travması alması ilə əlaqədar 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). -xx.xx.1969-cu il tarixli, A 234666 nömrəli Arayışa (X10) əsasən İddiaçı 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). -xx.xx.1970-ci il tarixli, A 294359 nömrəli Arayışa (X10) əsasən İddiaçı 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). -xx.xx.1972-ci il tarixli, VTE-1 061484 nömrəli Arayışa (X10) əsasən İddiaçı 1 illik üçüncü dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). -Birinci instansiya məhkəməsinin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə zəruri olduğu halda əyani müayinəyə cəlb etməklə əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı İddiaçı müraciətinin araşdırılması üçün 10 (on) gün müddət təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmişdir. -Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin K00114715PAJ nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-9631/2024 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1938-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair xx.xx.2023-ci il tarixindən ümumi xəstəlik => gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının pozulmasına görə 70% (yetmiş faiz) əlillik təyinatı barədə qərarın verilməsi ilə razılaşmayaraq, əlillik səbəbinin istehsalat zədəsi səbəbindən olduğunu iddia etmiş və məhkəməyə müraciət etmişdir. -Birinci instansiya məhkəməsinin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. -Ekspertiza müayinəsi zamanı əldə edilən anamnestik məlumatlar, obyektiv müayinə nəticələri, ixtisaslaşmış tibb müəssisələrindən təqdim edilmiş müayinə, müalicə sənədləri və DTSERA-da aparılmış obyektiv və instrumental müayinə nəticəsinə əsasən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.1966-xx.xx.1967-ci il tarixli əmək zədəsi səbəbindən ikinci dərəcə, xx.xx.1972-xx.xx.1973-cü il tarixli əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik məlumatları əlillik altsisteminə daxil edilsin, xx.xx.2021-ci il tarixli əlillik təyinatı “ilkin” təyinat olaraq saxlanılsın, xx.xx.2024-cü il tarixindən etibarən hissəvi reabilitasiya olunmasına dair qərar qəbul edilsin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4 bəndinə müvafiq ümumi xəstəlik=>qözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qəbul edilsin. -Elektron sistemdən Sosial Arayışın Çıxarışına əsasən: Əlilliyin təyin Əlilliyin Tarix Əlillik səbəbi edilmə tarixi Əlillik qrupu müddəti xx.xx.2024 Üçüncü dərəcəli Müddətsiz xx.xx.2024 tarixli Ümumi xəstəlik- əlillik 17:52:00 müayinə Gözdən əlil xx.xx.2021 Üçüncü dərəcəli Müddətsiz xx.xx.2024 tarixli Ümumi xəstəlik- əlillik 17:52:00 müayinə Gözdən əlil İstehsalat xx.xx.1972 Üçüncü dərəcəli 1 il xx.xx.2024 tarixli zədəsi əlillik 17:52:00 müayinə İstehsalat xx.xx.1966 İkinci dərəcəli əlillik 1 il xx.xx.2024 tarixli zədəsi 17:52:00 müayinə İstehsalat xx.xx.2023 İkinci dərəcəli əlillik Müddətsiz xx.xx.2024 tarixli zədəsi 17:52:00 müayinə -Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0010 nömrəli qərarına əsasən İddiaçı 8.1.4. Gözün və gözün əlavə aparatının xəstəlikləri. Görmə itiliyi. Görmə itiliyi bir gözdə korreksiya ilə 0-0.05, digər gözdə korreksiya ilə 0.3-dən yuxarı əlillik meyarı ilə ümumi xəstəlik (gözdən əlil) səbəbi ilə təkrar müddətsiz 50% orqanizmin funksiyalarının pozulması (ikinci dərəcə əlillik) müəyyən edilmişdir. -Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən məhkəməyə ünvanlana yazılı etirazda qeyd edilmişdir ki, “İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, keçmiş adla X13 indiki yeni adla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzində “kabel lehimləyici" vəzifəsində işlədiyi vaxtlarda təxminən 1966cı il tarixində istehsalatda iş başında olarkən bədbəxt hadisə nəticəsində aldığı (qapalı kəllə beyin travmasl) xəsarətləri olmuşdur. Həmin xəsarətlər nəticəsində ona aidiyyəti orqan tərəfindən 1966-cı il tarixindən - 1972-ci il tarixinə kimi əlillik dərəcəsi müəyyən edilmişdir. İddiaçının bildirdiyinə görə həmin illər ərzində işlədiyi idarəyə əlili olmasını təsdiq edən məlumatları təqdim etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, iddiaçının tələbində göstərdiyi məsələlərin üzərindən uzun illər keçdiyindən təlimat və qaydalara uyğun formada sənədlərin arxivdə saxlanılması üçün təhvil verilmiş, sonra isə Nazirlər Kabinetinin qərar və qaydalarına əsasən müəyyən müddət keçdikdən sonra bir çox sənədlər aktlaşdırılaraq məhv edilir. Qeyd olunan uzun zaman keçdiyindən iddiaçıya aid əlilliyini təsdiq edən məlumatların (sənədlərin) məhkəməyə təqdim edilməsi mümkünsüzdür. Bundan başqa, əlillik dərəcəsini təyin edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi olduğu üçün tələb onlara ünvanlanmalıdır. Eyni zamanda bildirmək istərdik ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti rabitə xidmətləri göstərməkdən ibarətdir. Odur ki, iddiaçı Cəmiyyəti cavabdeh qismində yox müstəqil tələblər irəli sürməyən üçünçü şəxs qismində olmalıdır. Bundan əlavə, iddiaçının əmək müqaviləsinə xitam verildikdə ona lazım olan sənədlər (əmək kitabçası və s.) təqdim edilmiş və hər zaman olduğu kimi iddiaçı tərəfindən Cəmiyyətə daxil olan müraciət (sorğu) ərizələrinin də cavablandırılması təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məcəllənin 57.2-ci bəndinə əsasən isə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar”. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən tərtib edilmiş T 275/2021 nömrəli Ekspert Rəyində (Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun xx.xx.2021-ci il tarixli qərardadı əsasında) qeyd olunmuşdur ki, vətəndaş İddiaçı hal hazırda "anoftalm, mikroftalm, makroftalm, OD-ağırlaşmış katarakta; OSanoftaimiya (protez); birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma; VİS OD0,3 k\etmir, VİS OS-0 (sıfır), OS-anoftalm” diaqnozdakı xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. “Katarakta” xəstəliyinin yaranma səbəblərindən biri də travmadır. Qeyd edilən xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.5.14-cü bəndinə uyğun gəldiyindən İİİ dərəcəli əlillik təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1579/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və X14 adına Milli Oftalmologiya Mərkəzi üçüncü şəxs qismində cəlb edilməklə) “əlillik dərəcəsinin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Apelyasiya şikayətinin İddiaçı tərəfindən eyni iddia predmetinə dair Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 2-1(112)-1579/2022 saylı işi olmasına dair dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin iş üzrə iddiaçının tələbi “əlillik dərəcəsinin dəyişdirilməsi” olmuşdur. Hazırkı iş üzrə isə iddiaçının tələbi iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı mümkün hesab edib mahiyyəti üzrə baxarkən düzgün nəticəyə gəlmişdir. İddianın mahiyyəti ilə bağlı apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.10. İstehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına X2 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı xx.xx.1996-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edildiyi bildirmiş və iddiaçının əlilliyini təsdiq edən sənədlərin surəti məhkəməyə təqdim edilmişdir: - Azərbaycan SSR Sosial Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.1966-cı il tarixli, 1116 nömrəli X10 əsasən İddiaçı kəllə-beyin travması alması ilə əlaqədar 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). - xx.xx.1969-cu il tarixli, A 234666 nömrəli Arayışa (X10) əsasən İddiaçı 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). - xx.xx.1970-ci il tarixli, A 294359 nömrəli Arayışa (X10) əsasən İddiaçı 1 illik ikinci dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). - xx.xx.1972-ci il tarixli, VTE-1 061484 nömrəli Arayışa (X10) əsasən İddiaçı 1 illik üçüncü dərəcə əlillik təyin edilmişdir (Səbəb: istehsalat zədəsi). İş materiallarına əlavə olunmuş Oktyabr rayonu Rabitə şəbəkəsinin xx.xx.1966-cı il tarixli, OK-93 nömrəli Əmrinə və xx.xx.1966-cı il tarixli, OK-109 nömrəli Əmrinə əsasən görünür ki, İddiaçı (kabel briqadasının 5-ci dərəcəli kabelçisi) xx.xx.1966-cı il tarixdən 2-ci qrup əlilliyə görə təqaüdə çıxması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh tərəfindən keçirilmiş ekspertiza müayinəsi nəticəsində iddiaçının hazırki əlillik vəziyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 8.1.4 bəndinə müvafiq ümumi xəstəlik=>gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması kimi qiymətləndirilməsinə baxmayaraq, xx.xx.1966-xx.xx.1967-ci il tarixli əmək zədəsi səbəbindən ikinci dərəcə, xx.xx.1972-xx.xx.1973-cü il tarixli əmək zədəsi səbəbindən üçüncü dərəcə əlillik məlumatları əlillik altsisteminə daxil edilmişdir. Əyani müayinə nəticəsində iddiaçıya “OD-artifakiya. İkincili katarakta, cərrahi əməliyyat olunmuş 2-3 A qlaukoma. OS-anoftalm.” diaqnozu qoyulmuşdur və bu diaqnozun travmanın birbaşa əlaqənin olmasını təsdiq edən vətəndaşın Azərbaycan SSRnın Sosial Təminat Nazirliyinin ixtisaslaşmış HƏEK-nın verdiyi şəhadətləndirmə aktından çıxarışda qeyd olunmuş “Keçirilmiş kəllə-beyin travmasından sonra astenik vəziyyət” diaqnozunda əksini tapmadığı, məhkəmə qərarı, istehsalat zədəsi haqda müəssisənin aktı olmadığından əlilliyin səbəbinin dəyişdirilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən tərtib edilmiş T 275/2021 nömrəli Ekspert Rəyində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı hal hazırda "anoftalm, mikroftalm, makroftalm, OD-ağırlaşmış katarakta; OS-anoftaimiya (protez); birincili açıqbucaqlı qlaukoma, OS terminal ağrılı qlaukoma; VİS OD- 0,3 k\etmir, VİS OS-0 (sıfır), OS-anoftalm” diaqnozdakı xəstəlik və onun ağırlaşmalarından əziyyət çəkir. “Katarakta” xəstəliyinin yaranma səbəblərindən biri də travmadır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-857/2024 saylı, 09 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Cahangir Yusifov