Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4241/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “kirayə pulu ilə təmin olunması vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8972/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022ci il tarixli qərarına izah verilməsi barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8972/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə (bundan sonra mətndə Yasamal RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsinin cavabdeh Yasamal RİH-yə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8972/2022 №li iş üzrə çıxarılmış xx.xx.2022- ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X1; qızı xx.xx.2002-ci il təvəllüdlü X3 və qızı xx.xx.2004-cü il təvəllüdlü X4) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsinin cavabdeh Yasamal RİH-yə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı icra edilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla Yasamal RİH-yə göndərilmişdir. Yasamal RİH tərəfindən məhkəməyə daxil olmuş 5-21/2-193/2023 saylı xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, Yasamal RİH Başçısının xx.xx.2022-ci il tarixli,, 608 nömrəli sərəncamı ilə Bakı İnzibati Məhkəməsinin qərarı icra edilərək o (İddiaçı), ailə üzvləri ilə birlikdə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8972/2022 №-li qərarına izah verilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Yasamal RİHB-nın 338 №-li, xx.xx.2017-ci il tarixli Sərəncamı ilə özü, arvadı, 2 qızı ilə bərabər hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə qəbul edilmişdir və ona həmin tarixdən ailə üzvləri nəzərə alınmaqla müvəqqəti mənzilin kirayəsi üçün Yasamal İH tərəfindən kirayə pulu ödənilməyə başlanılmışdır. Lakin Yasamal İHB-nın 142 №-li xx.xx.2020-ci il tarixli sərəncamı ilə Yasamal İHB-nın 338 №-li xx.xx.2017-ci il tarixli sərəncamı ləğv edilmiş, onun mənzil növbəsindən çıxarılması qərara alınmışdır. Bundan sonra, xx.xx.2020-ci il tarixdən müvəqqəti mənzilin kirayəsi üçün ona ödənilən kirayə haqqının verilməsi dayandırılmışdır. Yeni müraciətinə əsasən Yasamal RİH-nın 245 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə o, 4 nəfər ailə üzvləri ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsinə qəbul olunsa da, kirayə haqqı ilə təmin edilməmişdir. Daha sonra, Yasamal RİHB-nın 330 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə Yasamal RİHB-nın 245 №-li, xx.xx.2020-ci il tarixli sərəncamına dəyişiklik edilmiş və əlil olan hərbi qulluqçuların güzəştli mənzil uçot siyahısına keçirilmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8972/2022 №-li qərarı ilə onun ailə üzvləri ilə birlikdə (arvadı və 2 qızı) yaşayış sahəsi ilə təmin olunanadək kirayə haqqı ilə təmin olunması vəzifəsinin Yasamal RİH-nin üzərinə qoyulmuşdur. Yasamal RİHB-nın 608 №-li, xx.xx.2022-ci il tarixli sərəncamı ilə o, ailə üzvləri ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüş və ona xx.xx.2023-cü il tarixdən kirayə haqqı ödənilməyə başlanılmışdır. Lakin bu zaman xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün kirayə haqqı ona ödənilməmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün onun 4 nəfər ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmağı barədə qərar qəbul edilməsi ilə əlaqədar o, xx.xx.2023-cü il tarixdə Yasamal RİH-yə müraciət etmişdir. Lakin ona xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir. Bundan sonra o, cavabdeh Yasamal RİH-yə qarşı “xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün onun 4 nəfər ailə üzvləri ilə birlikdə kirayə haqqı ilə təmin olunmağı” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6644/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiası təmin edilməmişdir. Məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, nə qədər ki, Yasamal RİH-nin 142 saylı xx.xx.2020-ci il tarixli (iddiaçının ehtiyata olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılması və Yasamal RİHB-nın 338 Nq-H, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsi barədə) sərəncamı iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmçinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)8972/2022 saylı xx.xx.2022-ci il tarixli qərarında iddiaçının ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X1; qızı xx.xx.2002-ci il təvəllüdlü X3 və qızı xx.xx.2004-cü il təvəllüdlü X4) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqının hansı tarixdən hesablanmaqla ödənilməsi vəzifəsi qeyd edilməmişdir, belə olan halda çatmaq istədiyi məqsədə dair səmərəli hüquqi müdafiə vasitələrinin iddiaçının həmin qərarın nəticəvi hissəsini izah edilməsi barədə ərizə ilə, həmçinin, Yasamal RİH-nin 142 saylı xx.xx.2020-ci il tarixli sərəncamının ləğv edilməsinə (ötürülmüş prosessual müddətin üzrlü səbəbləri qeyd edilməklə) dair tələblə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Məhkəmə qərardadından apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)3512/2023 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8972/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim N.Abıyev) ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8972/20232 №li iş üzrə çıxarılmış xx.xx.2022-ci il tarixli qərarı ilə qərara alınmış İddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X1; qızı xx.xx.2002-ci il təvəllüdlü X3 və qızı xx.xx.2004-cü il təvəllüdlü X4) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün də kirayə haqqı ilə təmin olunaraq, iddiaçıya (ailə üzvləri ilə birlikdə) ödənilməsinin həvalə edilməsi kimi başa düşülməsi izah olunmuşdur. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8972/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən qərarın icrası ilə bağlı olaraq Cavabdeh tərəfindən məhkəmə qərarında müəyyən olunmuş vəsaitin Cavabdehnə ayrılmasına göstəriş verilməsi xahişi ilə Maliyyə Nazirliyinə müraciət olunmuşdur. Məhkəmə tərəfindən qərardadın icra edilməsi üçün Cavabdehnə Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmadığı üçün qərarın tam icra olunması mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Birinci instansiya məhkəməsi izah barədə ərizəni təmin edərkən işi hərtərəfli araşdırmamış, eyni zamanda qərardad qəbul edərkən maddi və prosessual qanunvericiliyinin tələblərini pozmuş və səhv nəticəyə gəlmişdir. Bununla da qeyd edilən qərardadın apellyasiya qaydasında ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8972/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 338 nömrəli sərəncamının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür və ehtiyatda olan gizir kimi mənzil uçot siyahısına alınmışdır. - 142 №-li xx.xx.2020-ci il tarixli sərəncamı ilə İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılaraq, Cavabdeh Başçısının 338 nömrəli, xx.xx.2017-ci il tarixli Sərəncamı ləğv olunmuşdur. - 245 №-li xx.xx.2020-ci il tarixli sərəncamla İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı Şaqavatova Atlas, qızı Şaqavatova Roza, qızı Şaqavatova Aysu) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və İİ qrup ümumi əlillərin güzəştli mənzil-uçot siyahısına daxil olmuşdur. - 330 №-li, xx.xx.2020-ci il tarixli sərəncamla Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 245 nömrəli sərəncama dəyişiklik edilmiş, İddiaçı mənzil növbəsi xx.xx.2017-ci il tarixdən xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil-uçot siyahısına keçirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; -230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; -230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; -230.4-cü maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur; -230.5-ci maddəsinə əsasən, qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Qərarın izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Hazırki işdə məhkəmə qərarına izah verilməsi zərurəti hazırkı iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarında aydın olmayan fikirlə bağlıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin birinci cümləsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində –75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər, birinci instansiya məhkəməsi tərəfindən göstərilənlərə və hazırki qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd olunanlara görə əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərara izah verilməsinə dair ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və İPM-in 1.2, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8972/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Emin Mehdiyev Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-4241/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4241/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver