Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4242/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)- 5935/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə və prosessual müddətin bərpasına dair ərizəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-cü il tarixdə Türkmənistan Respublikasının Marı şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan üzrə yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-5935/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhər Nizami Rayon Polis İdarəsinin ünvanı, yəni ünvan 2vabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5935/2023 nömrəli xx.xx.2023ci il tarixli qərarından şikayət verilməsi üçün İPM-nin 85-ci maddəsi ilə müəyyən edilmiş 30 (otuz) günlük müddətin yuxarıda qeyd olunan əsaslardan buraxılmasının səbəbi üzrlü hesab edilərək, buraxılmış prosessual müddəti bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı iş üzrə cavabdeh olan orqana 02 avqust 2023-cü il tarixində təqdim olunmuşdur. Sözügedən məhkəmə qərarının son icra müddəti xx.xx.2023-cü il müəyyən olunmuşdur. Lakin həmin müddətdə əməkdaşı olduğu şöbənin rəisi əmək məzuniyyətində olduğu üçün və Nizami RPİ-nin daxili əmri ilə həmin müddətdə şöbə rəisinin səlahiyyətlərini müvəqqəti olaraq icra etdiyi üçün, həmçinin həmin müddətdə iş yükünün çoxluğunun olması səbəbi ilə izah olunur. Bu səbəbdən də prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən müddət bərpa edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair ərizəyə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müddətin bərpası barədə ərizəsi təmin edilməməli, apellyasiya mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. İş materiallarından görünür ki, mübahisələndirilən qərarın surəti 07 iyul 2023-cü il tarixli məktubla cavabdehə göndərilmiş, 02 avqust 2023-cü il tarixdə “Hüseynov” soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmiş, qərardan verilən apellyasiya şikayəti isə apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə ilə birlikdə 15 sentyabr 2023-cü il tarixdə tərtib edilməklə, xx.xx.2023-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Kollegiya qeyd edir ki, istənilən halda mübahisələndirilən məhkəmə qərarından cavabdeh tərəfindən müddət ötürülməklə apellyasiya şikayətinin verildiyi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırki halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Belə ki, ərizədə üzrlü səbəb kimi göstərilmiş (əməkdaşı olduğu şöbənin rəisinin əmək məzuniyyətində olması və həmin müddətdə iş yükünün çoxluğu) hallar buraxılmış prosessual müddətin bərpa olunması üçün səbəb ola biləcək üzrlü hallar hesab oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizədə müddətin üzrlü səbəbdən buraxıldığı müəyyən olunmadığından müddət bərpa olunmamalı, bu səbəbdən həmin şikayət üzrə apellyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-5935/2023 saylı qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(112)-5935/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-4242/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4242/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver