Məhkəmə qərarları › İş №2-1(103)-425/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-425/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-425/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X5, 3-cü şəxs X1, 3-cü şəxs X2 nümayəndəsi (həyat yoldaşı) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın bərpa edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6020/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06.09.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı anası Şəfiqə Hacıbaba qızına məxsus ünvan 3 ünvanda yerləşən evin miras kimi qəbul etməsi faktının müəyyən edilməsi və onun həmin evə vərəsəlik hüququnun tanınması qət edilmişdir. İddiaçı adına RX seriyalı ******* saylı 17.10.2014-cü il tarixli çıxarış verilmiş, həmin çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Sonradan maraqlı şəxs X1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qəbul etdiyi 2(004)-4879/2013 saylı 06.09.2013-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı 13 mart 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06.09.2013-cü il tarixli qətnaməsinin ləğv edilərək, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3869/2019 saylı 14.08.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06.09.2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, ünvan 3 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və qərardad əsasında ünvan 3 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd 09.10.2019-cu il tarixdə ləğv edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın bərpa edilməsi” barədə iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 655/2020 saylı 20 avqust 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1860/2020 saylı 02 dekabr 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, iddia mümkün sayılmamışdır. Bundan sonra İddiaçı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə onun adına verilmiş mülkiyyət hüququna dair çıxarışın onun adına bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana yenidən müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış **********53 saylı 19 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3869/2019 saylı 14.08.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06.09.2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, ünvan 3 fərdi yaşayış evinə onun adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və qərardad əsasında ünvan 3 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd 09.10.2019-cu il tarixdə ləğv edilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “adına verilmiş RX seriyalı ******* saylı 17.10.2014-cü il tarixli çıxarışın onun adına bərpa edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mərhum anasından miras qalmış əmlak üzərində vərəsəlik hüququnu təsdiq edən şəhadətnamə əsasında həmin əmlak üzərində mülkiyyət hüquqları qeydə alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın icrası ilə əlaqədar onun əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydi (çıxarış) ləğv edilmişdir. Bununla bağlı o, çıxarışın bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin olunmasından imtina etmişdir. O, cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız sayır. Cavabdehin etirazları: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 17.09.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 3 İddiaçı adına qeydiyyata alınaraq 17.10.2014-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir (RX ******* seriyalı). Bakı Apelyasiya Məhkəməsinin 14.08.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06.09.2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, qərardad Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, buna görə də reyestrdə aparılmış qeyd ləğv edilmişdir. Sözügedən qərardadla icrasına dönüş edilmiş məhkəmə qətnaməsi 1 saylı Bakı Ərazi İdarəsində aşkar olunmamışdır. Məhkəmələrin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6020/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun adına verilmiş çıxarışın hansı əsasla ləğv edilməsi məhkəmə qərarında öz əksini tapmamış, iddianın təmin edilməməsi ilə bağlı məhkəmə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X11 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3-cü şəxs X3 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilllərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər 3-cü şəxs Nubala Salayevin nümayəndəsi (həyat yoldaşı) X9 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilllərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.01.2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanı qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirdiyi üçün onun tərəfindən iddia müddəti ötürülməmiş sayılır. Bununla yanaşı, qeyd olunmalıdır ki, bundan əvvəl də iddiaçının cavabdeh inzibati orqana qarşı “çıxarışın bərpası” tələbinə dair iddiası olmuş, həmin iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-655/2020 saylı 20.08.2020-ci il tarixli qərarı ilə təmin edilməmiş, lakin həmin qərardan iddiaçının apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1860/2020 saylı 02.12.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilərək, Bakı İnziabti Məhkəməsinin 2- 1(112)-655/2020 saylı 20.08.2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardadın qəbul edilməsi üçün əsas kimi iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası hazırda iddianın qanunla müəyyən edilmiş müddət daxilində verildiyini və cavabdeh inzibati orqanın məsələyə münasibətini (imtinasını) aldıqdan sonra müraciət edildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu məhkəmə qərardadı ilə ünvan 3 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydin 09.10.2019-cu il tarixdə ləğv edilməsinə əsaslanaraq tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş, lakin işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının daşınmaz əmlak üzərində hüququna xitam verilməsi və çıxarışın ləğvinə əsas olmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3869/2019 saylı 14.08.2019-cu il tarixli qərardadının mövcudluğuna, həmin qərardadın mübahisələndirilən qərardad hesab edilməməsinə və qanuni qüvvəyə mindikdən sonra icraya yönəldildiyinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Əvvəla, iddiaçının hazırki iş üzrə mübahisələndirdiyi məqam onunla bağlıdır ki, adına olan RX ******* saylı çıxarışı Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4879/2013 saylı 06.09.2013-cü il tarixli qətnaməsi əsasında almamış, ümumiyyətlə həmin qətnamə icraya yönəldilməmiş, əksinə Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mübahisəli evə dair mülkiyyət hüququ qeydə alınaraq çıxarış verilmiş, cavabdeh isə qanunsuz olaraq Bakı Apellyasiya Məhkəməsinin qərardadına istinad edərək çıxarışı ləğv etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış **********53 saylı 19 mart 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdi ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3869/2019 saylı 14.08.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06.09.2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, ünvan 3 fərdi yaşayış evinə onun adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra edilməsi üçün 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və qərardad əsasında ünvan 3 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd 09.10.2019-cu il tarixdə ləğv edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuniistifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İşdən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi məhz qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3869/2019 saylı 14.08.2019-cu il tarixli qərardadı əsasında həyata keçirilmişdir. Bu əsas “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsində nəzərdə tutulmuşdur. Sonradan İddiaçı çıxarışın ləğv edilməsinə əsas olmuş Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3869/2019 saylı 14.08.2019-cu il tarixli qərardadına izah verilməsi barədə ərizə ilə müraciət etmişdir ki, həmin ərizəsi də təmin edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ərizəyə qiymət verərkən bildirmişdir ki, qərardadda anlaşılmaz hər hansı xüsusat mövcud deyil, əksinə iddiaçının anası Şəfiqə Hacıbaba qızına məxsus mübahisə predmetini təşkil edən əmlakın miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməklə, onun həmin əmlaka vərəsəlik hüququnun tanınmasına və həmin qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsinə əsas təşkil etmiş Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06 sentyabr 2013cü il tarixli məhkəmə qətnaməsi nəticə etibari ilə ləğv edildiyindən qətnamənin icrasına dönüş edilmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən çıxarışın ləğvi istiqamətində cavabdeh tərəfindən aparılmış hərəkətlər qanunazidd olmamış, əksinə cavabdeh qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq öz səlahiyyətləri çərçivəsində məhkəmə aktının məcburiliyini nəzərə alaraq, həmin aktın icrasını təmin etmişdir ki, bununla da İddiaçı adına verilmiş çıxarışı ləğv etmişdir. Bu barədə cavabdeh inzibati orqanın iş üzrə iddiaçının tələbinin təmin olunmasından imtina edərkən verdiyi 19.03.2021-ci il tarixli məktubun məzmununda da qeyd olunmuşdur. O ki qaldı iddiaçının “daşınmaz əmlakla bağlı reyestrdəki qeydin məhkəmə qətnaməsinə əsasən deyil, müvafiq vərəsəlik şəhadətnaməsinə əsasən aparılmasına və buna görə də onun məhkəmə qərardadına əsasən ləğv edilməsinin qanunsuz olması” barədə dəlilinə, məhkəmə kollegiyası bu barədə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd müvafiq vərəsəlik şəhadətnaməsinə əsasən aparılmış olsa belə, bu hal hazırki vəziyyətdə müvafiq qeydin bərpa edilməsi üçün vəziyyəti dəyişmir. Belə ki, daşınmaz əmlakla bağlı reyestrdə aparılmış qeyd nəticə etibarilə məhkəmə qətnaməsinin icrasına edilmiş dönüşlə əlaqədar sonunda ləğv edilmiş və sözügedən vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı məsələlərin hazırda maraqlı şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsi iddiaçının adına həmin mübahisələndirilən vərəsəlik şəhadətnaməsi əsasında reyestrdə aparılmış qeydin bərpa edilməsini mümkünsüz edir. Nəzərə alınmalıdır ki, iddiaçılar X3 və X2 cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə və miras payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə icraat Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-333/2020 saylı 09.01.2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə verilmiş iddiaya baxılıb qurtaranadək dayandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi reyestrdəki qeydin bərpa edilməsi hazırki vəziyyətdə mümkün olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən iddiaçının tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6020/2021 saylı 30 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar