Məhkəmə qərarları › İş №2-1(103)-4253/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4253/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4253/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Xətai rayon qeydiyyat şöbəsinə (üçüncü şəxslər X21 və X14) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “doğum haqqında şəhadətnamənin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X24 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, onun vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxs X11, onun vəkili X15 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8018/2025 saylı, 29 iyul 2025-ci il tarixli qərarından üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.1993-cü il tarixli XVİİ-ЖГ seriyalı 372068 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.1993-cü ildə anadan olmuş İddiaçı Rafayıl qızının atası X23, anası X12r.

2. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli məhkəmə qətnaməsinə əsasən 03 may 1993-cü il tarixdə anadan olmuş Ziba adlı uşaq X6 alınıb X16 verilməsi iddiası təmin edilməmiş; 15 iyun 1993-cü il tarixli XVİİ-ЖГ seriyalı 372068 nömrəli Doğum haqqında şəhadətnamə ləğv edilmiş, X13 X17 ilə birgə nikahdan 03 may 1993-cü ildə Bakı şəhərində Ziba adlı uşağın olmasına dair doğum haqqında şəhadətnamə verilməsi Xətai rayon VVAQ şöbəsinə tapşırılmış; 03 may 1993-cü ildə anadan olmuş Ziba adlı uşaqla anası X13 hər həftənin cümə, şənbə və bazar günləri nahar fasiləsindən sonra 18-dək görüş verilmişdir.

3. Həmin qətnaməyə əsasən İddiaçı Rafayıl qızının 1843 saylı, xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydi və 194 saylı, xx.xx.1994-cü il tarixli atalığı müəyyən etmək haqqında akt qeydi ləğv olunmuş, uşaq qrafasında adı "X18” doğum tarixi "xx.xx.1993cü il", atası "X14 anası "X21" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 166 saylı, xx.xx.1998- ci il tarixli doğum haqqında bərpa akt qeydi tərtib edilmiş və İ-AZ seriyalı 001302 nömrəli doğum haqqında ilkin şəhadətnamə verilmişdir.

4. Beləliklə, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli məhkəmə qətnaməsi icra olunmuşdur.

5. Məhkəmənin sorğusuna əsasən İddiaçı Rafayıl qızının və X9 qeyd edilən doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surəti cavabdeh Xətai rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Doğum akt qeydləri qeyd edilən məzmunda icra olunmuşdur.

6. İddiaçı Rafayıl qızına Rusiya Federasiyası vətəndaşının pasportu verilmişdir.

7. İddiaçı Rafayıl qızının adına Rusiya Federasiyası ərazisində işlədiyi yerlərdən verilmiş müsbət xasiyyətnamələr məhkəməyə təqdim edilmişdir.

8. Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən İddiaçı Rafayıl qızının adına verilmiş arayışlara əsasən İddiaçı Rafayıl qızının doğumu və adının dəyişdirilməsi barədə vətəndaşlıq vəziyyəti aktlarında hər hansı qeyd mövcud deyildir.

9. X7 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: - ...X5

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2/2370 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi ilə X19 olaraq ona verilməsi nəzərdə tutulan yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixində anadan olub. xx.xx.1993-cü il tarixində ona Xətai rayon VVAQ şöbəsi tərəfindən 1843 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2/2370 saylı xx.xx.1998-ci il tarixli qətnaməsi ilə həmin doğum haqqında şəhadətnamə ləğv edilmiş, X19 olaraq ona yeni doğum haqqında şəhadətnamənin verilməsi qərara alınmışdır. Lakin yeni şəhadətnamə verilməmiş valideynləri tərəfindən Rusiya Federasiyasına aparılmış və orada ləğv edilmiş 1843 nömrəli doğum haqqında şəhadətnamə əsasında vəsiqə verilmişdir. Hazırda o, Rusiya Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmaya dair ********* qeydiyyat nömrəli elektron arayışa əsasən ünvan 1 ünvanında qeydiyyata alınıb.Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş 1843 nömrəli doğum haqqında şəhadətnaməsi itirilmişdir. İtirilmiş şəhadətnamənin və X19 olaraq mənə verilməsi nəzərdə tutulan yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə Xətai rayon Qeydiyyat Şöbəsinə müraciət edilsə də, əvvəl şifahi olaraq bundan imtina edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində cavabdehə təkrar 048 saylı yazılı müraciət edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-A-288 saylı cavab məktubu ilə bundan imtina edilmişdir. Cavabdeh imtinasını aşağıdakı kimi əsaslandırmışdır: “İddiaçı Rafayıl qızı barəsində uşaq qrafasında adı "İddiaçı Rafayıl qızı doğum tarixi "xx.xx.1993-cü il", atası "X23 və anası "X20 olmaqla Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 1843 saylı xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akta əsasan XVİİ-JQ seriyalı 372068 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı Rafayıl qızının 1843 saylı, xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydi və 194 saylı, xx.xx.1994-cü il tarixli atalığı müəyyən etmək haqqında akt qeydi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2/2370 saylı xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Həmin qətnaməyə əsasən uşaq qrafasında adı "X18” doğum tarixi "xx.xx.1993-cü il", atası "X14 anası "X21" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 166 saylı, xx.xx.1998- ci il tarixli doğum haqqında bərpa akt qeydi tərtib edilmiş və İ-AZ seriyalı 001302 nömrəli doğum haqqında ilkin şəhadətnamə verilmişdir.Bizə ünvanlanmış müraciətinizdə həmin şəxsə məxsus olmuş hər iki doğum haqqında şəhadətnamələrinin surətinin və şəhadətnamələrin verilməsi üçün əsas olan sənədlərin surətlərinin əldə edilməsinə köməklik edilməsini xahiş etmisiniz. Bildiririk ki, xahişinizn qeydiyyat şöbəsi tərəfindən təmin edilməsi mümkün deyil. Belə ki, İddiaçı Rafayıl qızı kimi tərtib edilmiş 1843 saylı, 15.06. 1993-cü il tarixli doğum haqqında akt qeydi Nərimanov rayon məhkəməsinin 2/2370 saylı, xx.xx.1998-ci il tarixi qətnaməsinə əsasən ləğv olunduğundan həmin akt qeydinə münasibətdə hər hansı bir sənədin eləcə də doğum haqqında şəhadətnamənin surətinin verilməsi mümkün deyil. Habelə, həmin şəxsin adına X3 tərtib edilmiş doğum haqqında akt qeydinə uyğun olaraq şəhadətnamənin surətinin verilməsi qanunvericiliyin tələbinə əsasən mümkün deyil. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Xətai rayon qeydiyyat şöbəsi tərəfindən X11 adına tərtib edilmiş 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydində akt qeydi ilə təqdim etdiyiniz İddiaçı adına Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş RUS 66№ ******* nömrəli, xx.xx.2022-ci il tarixli pasport arasında ziddiyyət mövcud olduğuna görə doğum haqqında şəhadətnaməsinin surətinin verilməsi mümkün deyil. Eyni zamanda bldiririk ki, yuxarıda qeyd olunan doğum haqqında akt qeydlərinə əsasən tərtib edilmiş doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsas olan sənədlər şöbəmizin arxivində mövcud deyil.”İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

12. X14 və X21 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8018/2025 saylı, 29 iyul 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin ifadə tərzi ilə bağlı deyil və iddiaçının hüquqi marağı uşaq qrafasında adı "X18” doğum tarixi "xx.xx.1993-cü il", atası "X14”, anası "X21" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydi əsasında İddiaçı təkrar doğum haqqında şəhadətnamə verilməsində ifadə olunur.

15. Məhkəmədə iddiaçının Rusiya Federasiyası ərazisində cinayət təqibinə məruz qalması barədə hər hansı məlumat mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, səlahiyyətli dövlət qurumları İddiaçı doğum haqqında bərpa akt qeydi əsasında X4 təkrar şəhadətnamə verilməsi barədə məlumatlandırılmalıdırlar.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan üçüncü şəxs X21 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8018/2025 saylı, 29 iyul 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Aşurova X25 Federasiyasının vətəndaşıdır Rusiyada bütün rəsmi dövlət orqanlarında İddiaçı Rafayıll qızının doğum haqqında şəhadətnaməsi kimi 15 iyun 1993-cü il tarixli X-511-жг seriyalı 372068 nömrəli doğum haqqında şəhadətnamə əsas götürülüb. Belə olan halda Nərimanov rayon məhkəməsinin 22 sentyabr 1998-ci il tarixli, 2/2370 saylı qətnaməsi ilə verilən doğum haqqında şəhadətnamə öz hüquqi əhəmiyyətini itirmiş hesab olunur və məhkəmə qaydasında ləğv edilməli ,15 iyun 1993-cü il tarixli X-511- жг seriyalı 372068 nömrəli doğum haqqında şəhadətnamə bərpa edilməlidir. Bunun isə yeganə yolu qanuni qüvvəyə minmiş Nərimanov rayon məhkəməsinin 22 sentyabr 1998-ci il tarixli, 2/2370 saylı qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılaraq hüquqi qiymət verilməsidir. Hesab edir ki, İddiaçı Rafayıl qızının adına verilmiş iyun 1993-cü il tarixli X-511-жг seriyalı 372068 nömrəli doğum haqqında şəhadətnaməyə dair doğum akt qeydinin bərpası iddiaçının da maraqlarına uyğundur. Bu səbəbdən də qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə ilə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinə təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat qaydasında baxılması üçün ərizəsinə baxılıb qiymət verilənə qədər məhkəmə baxışının dayandırılmasını xahiş etsə də, məhkəmə vəsatəti təmin etməmiş, elə həmin gün iddianın təmin olunması barədə qərar qəbul etmişdir.Bundan başqa məhkəmə qətnaməsinə əsasən X10 adına verilmiş doğum haqqında şəhadətnamə ləğv edilməli, İddiaçı Rafayıl qızının adına verilmiş doğum haqqında şəhadətnamə bərpa edilməlidir. X1 doğum haqqında şəhadətnamə verilməsi qət edilərkən uşağın 5 yaşı var idi. Uşaq 1 gün də olsun o adla yaşamadı, sənəd hər hansı bir orqana təqdim edilmədi. 32 yaşa qədər ləğv olunmuş şəhadətnamə ilə İddiaçı Rafayılqızı kimi yaşadı, vəsiqə (Rusiya Federasiyasında) aldı, 32 yaşdan sonradoğum tarixinə qədər başqa adla doğum haqqında şəhadətnamə almağın hər hansı bir mənası yoxdur. Bir daha qeyd edirəm ki, İddiaçı Rafayıl qızının bütün hüquqi sənədləri 15 iyun 1993-cü il tarixli X-511-жг seriyalı 372068 nömrəli (15 iyun 1993-cü ildə doğum akt qeydində 1843 nömrə ilə qeyd edilmişdi) doğum haqqında şəhadətnaməsinin əsasında əldə edib, 32 ildir Rusiya Federasiyasında həmin adla yaşayır , Azərbaycana və bütünxarici ölkələrə İddiaçı Rafayıl qızı kimi giriş-çıxış edir. İddiaçı Rafayıl qızının ölklərə giriş-çıxışına baxılarsa bir ay ərzində neçə ölkəyə gedib-gəldiyi məlum olar. X2 kimi bugünə qədər 1 gün də o adla yaşamayıb, doğum haqqında şəhadətnamədən başqa hər hansı bir idarədə, təşkilatda , hüquqi münasibətlərdə o adla tanınmayıb. 32 il İddiaçı Rafayılqızı kimi yaşayan bir insanın bundan sonra X3 davam etməsi düzgün deyil və Rusiya federasiyasının vətəndaşına 32 ildənsonra başqa adla doğum haqqında şəhadətnamə vermək hesab edirəm ki, dövlətlərarasımünasibətlərə də xələl gətirə bilər. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X21 və onun vəkili X22 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.

21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi imtinanın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır.

22. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş digər üçüncü şəxs X14 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Mülki Məcəllədən: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. 26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ndan: 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, X14 və X11 iddiaçının bioloji valideynləri olması, eləcə də Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qətnaməsinə əsasən İddiaçı Rafayıl qızının 1843 saylı xx.xx.1993-cü il tarixli doğum haqqında akt qeydinin və 194 saylı xx.xx.1994-cü il tarixli atalığı müəyyən etmək haqqında akt qeydinin ləğv olunması, uşaq qrafasında adı "X18” doğum tarixi "xx.xx.1993-cü il", atası "X14”, anası "X21" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydi tərtib edilməsi işin mübahisəsiz halıdır. Buna baxmayaraq, həmin akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 okytabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir. Xətai rayon qeydiyyat şöbəsi tərəfindən X11 adına tərtib edilmiş 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydində akt qeydi ilə təqdim edilən İddiaçı adına Rusiya Federasiyası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş RUS 66№ ******* nömrəli xx.xx.2022-ci il tarixli pasport arasında ziddiyyət mövcud olduğuna görə doğum haqqında şəhadətnaməsinin surətinin verilməsi mümkün deyil.

30. Odur ki, qeydiyyat orqanında İddiaçı Rafayıl qızının məhz doğum haqqında bərpa akt qeydi tərtib edilmiş X18 olmasına (yəni şəxsin özü olmasına) dair hər hansı şübhə olmamışdır. Qeyd edilənlərə əsasən barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxs olaraq doğum haqqında təkrar şəhadətnamənin ona təqdim edilməməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

31. Məhkəmə qeyd edir ki, məhkəmə iddia tələbinin ifadə tərzi ilə bağlı deyil və iddiaçının hüquqi marağı uşaq qrafasında adı "X18” doğum tarixi "xx.xx.1993-cü il", atası "X14”, anası "X21" olmaqla Xətai rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 166 saylı xx.xx.1998-ci il tarixli doğum haqqında bərpa akt qeydi əsasında İddiaçı təkrar doğum haqqında şəhadətnamə verilməsində ifadə olunur.

32. Məhkəmədə iddiaçının Rusiya Federasiyası ərazisində cinayət təqibinə məruz qalması barədə hər hansı məlumat mövcud deyildir. Bununla belə, məhkəmə hesab edir ki, səlahiyyətli dövlət qurumları İddiaçı doğum haqqında bərpa akt qeydi əsasında X4 təkrar şəhadətnamə verilməsi barədə məlumatlandırılmalıdırlar.

33. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətində bildirilmişdir ki, Nərimanov rayon məhkəməsinin 22 sentyabr 1998-ci il tarixli, 2/2370 saylı qətnaməsinə yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat qaydasında baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə ilə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinə təqdim etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üzrə icraat qaydasında baxılması üçün ərizəsinə baxılıb qiymət verilənə qədər məhkəmə baxışının dayandırılmasını xahiş etsə də, məhkəmə vəsatəti təmin etməmiş, elə həmin gün iddianın təmin olunması barədə qərar qəbul etmişdir.

34. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 13 (102)-222/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması barədə iddiaçı X11 ərizəsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun baxışına çıxarılmasından imtina edilməsi qərara alınmışdır.

35. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, qeydiyyat orqanında İddiaçı Rafayıl qızının məhz doğum haqqında bərpa akt qeydi tərtib edilmiş X18 olmasına (yəni şəxsin özü olmasına) dair hər hansı şübhə olmamışdır.Məhkəmə Kollegiyası diqqətə çəkir ki, apellyasiya baxışı zamanı məhkəmə Kollegiyasının iclasında apelyator X11 özünün də izahatından İddiaçı Rafayıl qızının məhz doğum haqqında bərpa akt qeydi tərtib edilmiş X18 olması bir daha təsdiq edilmişdir.Belə ki, X21 İddiaçı Rafayıl qızının onun bioloji qızı olması, qızının onunla birgə Azərbaycana gəlməsinə nail olmaq üçün Rusiyaya getdiyini, lakin qızının (hazırkı iddiaçının) bundan imtina etdiyini, hazırda isə verilməsi tələb olunan doğum akt qeydində onun iddiaçının anası yazılması şikayətçiyə mənəvi əziyyət verdiyi bildirilmişdir.

36. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, öz mənşəyindən xəbərdar olmaq hüququ X40 Konvensiyasının 8-ci maddəsinə əsasən “şəxsi həyata hörmət” hüququ ilə əhatə olunur. Belə ki, şəxsin mənşəyi barədə məlumatlarla tanış olmasına imkan yaradılması mürəkkəb və həssas məsələdir və şəxsin öz fərdi tarixçəsini bilmək hüququ vardır.

37. Yekunda məhkəmə Kollegiyası nəzərə alir ki, apellyasiya şikayətinin dəlili kimi X21 iddiaçının Rusiya Federasiyası ərazisində cinayət təqibinə məruz qalmasından şübhəli olduğunu bildirsə də, məhkəmədə iddiaçının Rusiya Federasiyası ərazisində cinayət təqibinə məruz qalması barədə hər hansı məlumat mövcud deyildir.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8018/2025 saylı, 29 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8018/2025 saylı, 29 iyul 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar