Məhkəmə qərarları › İş №2-1(103)-4256/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4256/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4256/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının qəyyumu Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9596/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Səbail Rayon Məhkəməsinin 2(009)-659/2017 nömrəli, xx.xx.2017-ci il tarixli Qətnaməsi ilə, Bakı şəhəri, Mərdənov qardaşları küçəsi, ev 15, mənzil 50-də qedyiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş və İddiaçı üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Səbail rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 107 nömrəli, 1.08.2017-ci il tarixli Sərəncamı ilə, fəaliyyət qabiliyyəti olmayan, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı üzərinə keçmiş həyat yoldaşı Qanuni nümayəndə qəyyum təyin edilmişdir. Qəyyum təyin olunmuş Qanuni nümayəndə fəaliyyətinə nəzarət Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir.

2. İddiaçı əlillik vəziyyəti 1 saylı Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbibi ilə, Diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi Mərkəzi sinir sisteminin travmatik zədələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsi. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mərhələ. Yanaşı xəstəliklər C67.S Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi. Sidik kisəsinin törəməsi. Yanaşı xəstəliklər H25.0 Başlanğıc qocalıq kataraktası, Billurun bulanması. Yanaşı xəstəliklər N28.1 Qazanılmış böyrək kistası, Sol böyrəyin bəsit kistaları qeyd olunmaqla ikinci dərəcəli əlillik müddətsiz əlillik təyin edilmişdir.

3. Cavabdehin Tibbi-sosial ekspert komissiyasının 7 fevral 2025-ci il tarixli, 3-17-4/3-3- 2045/2025 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1955-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXG nömrəli göndərişi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.9 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilmiş diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi (Mərkəzi sinir sisteminin travmatik zədələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsi. Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ mərhələ. Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi, Sidik kisəsinin törəməsi. Başlanğıc qocalıq kataraktası, Billurun bulanması. Hipermetropiya, Hipermetropiya. Qazanılmış böyrək kistası. Sol böyrəyin bəsit kistaları.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-S-443/2025 nömrəli məktub əsasında xx.xx.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmiş, xx.xx.2025-ci il tarixində tibbi sənədlərini təqdim etmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri gərginlikdən, əsəbilikdən, yuxusunun pozulmasından, yaddaşın enməsindən olmuş, anamnestik olaraq özünü gənc yaşlarından xəstə hesab etdiyini, mütəmadi olaraq ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, 2 saylı Respublika Klinik Psiiatriya Xəstəxanasının xx.xx.2015-xx.xx.2015-ci il tarixli epikrizinə əsasən diaqnoz "Baş-beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, intellektin qabarıq enməsi ilə” şəklində göstərilmiş, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 86 nömrəli tibbi rəyinə əsasən diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu.” kimi qeyd edilmişdir ki, orada da "Üzvi faktoru” təsdiq edən instrumental müayinə nəticələri (MRT, KT) göstərilməmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, həkim-psixiatr müayinəsinin nəticəsinə əsasən vətəndaş əyani müayinə zamanı kobud simulyativ davranış sərgiləmiş, özünü anlaqsız aparmağa çalışmış, müayinə prosesində tərəfinə ünvanlanmış sualları anlamamış kimi davransa da, həyat yoldaşı vasitəsilə suallara cavab vermiş, (həyat yoldaşı konfliktə meyilli olaraq komissiya üzvlərinə qarşı aqressiya nümayiş etdirmişdir.), klinikaya uyğun olmayan əlamətlər sərgiləmiş, xəstəliyin gedişatı, əlamətləri və aparılmış stasionar müayinə müalicə müddəti barəsində dolğun məlumat verə bilməmiş, əlillik təyinatına əsas verən heç bir psixopatoloji pozuntu müşahidə edilməmişdir. Göndərişdə qeyd edilmiş digər diaqnozlar barəsində nə vətəndaş tərəfindən nə də yoldaşı tərəfindən şikayət bildirilməmiş, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda vətəndaşda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarının ləğv edilməsi və İddiaçı müddətsiz əlilliyi bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib).

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qəyyumu olduğu İddiaçı fəaliyyət qabiliyyəti olmayan 2 qrup əlildir. 25-30 il əvvəl baş-beyin travması almış və nəticəsində sonradan psixi əlamətlər qeyd olunmuşdur. 2011-ci ildə RƏXD-də qeydiyyatda olub və baş-beyin xəstəliyi nəticəsində psixi pozuntular diaqnozu qoyulmuşdur. Həmin il 1 saylı şəhər poliklinikası Fuadı 3 saylı TSEK-a göndərilmişdir. 2011-ci ilin dekabr ayında İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 3 saylı Tibbi Sosial Ekspert Komissiyasında müayinə olunmuş və ümumi xəstəliyi ( mərkəzi sinir sisteminin üzvi zədələnməsi nəticəsində kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi) ilə ona İİ dərəcə əlillik verilmişdir. 2012-ci il, 2013-cu il, 2014-ci il, 2015-ci il tarixlərdə Tibbi Sosial Ekspert Komissiyasında İddiaçı vaxtı-vaxtında müayinə olunmuş və eyni diaqnozla ona İİ dərəcə əlillik verilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 152 saylı rəyi ilə İddiaçı tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilmişdir. Həmin rəy əsasında Səbail Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli 659 saylı qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. 2020-i ilin əvvəlləridə qızı X4 qizinin ərizəsi əsasında Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi İddiaçı müayinə edərək xx.xx.2020-ci il tarixli 1445 saylı rəy ilə evvəlki diaqnozu təsdiq edərək Fuadı fəaliyyət qabiliyyəti olmayan hesab etmişdir. 2020-ci il dekabr ayında növbəti müayinə qiyabi keçirilərkən İddiaçı əlilliyi dayandırılmışdır. O, Bakı İnzibatı Məhkəməsinə müraciət edərək 2020-ci ilin dekabr ayından etibarən İddiaçı 2-ci qrup hesab edilməsi və əlillik müavinətinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iddiasını təmin edərək İddiaçı əyanı tibbi-sosial ekspertiza müayinəsindən keçirilməsi barədə qərardad qəbul etmişdir. 2022-ci ilin yanvar ayında İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinədən keçmiş və 2020-ci ilin dekabr ayından ona müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçıı əlavə müayinə olunması ücün Psixi Sağlamlıq Mərkəzinə göndərmişdir. Psixi Sağlamlıq Mərkəzinin Həkim Psixiatr Komissiyası İddiaçıı müayinə etmiş və Üzvi mənşəli şəxsiyyət pozuntusu F 07.0 diaqnozu qoymuşdur. xx.xx.2025-ci il tarixdə iddiaçı əyani müayinəyə gəlmiş və ona “Diaqnoz əllilik əlaməti təyin etməməsi” səbəbindən əlillik ləğv edilmişdir.

6. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, , İddiaçı dair Bakı 1 nömrəli Şəhər Poliklinikasının 2782003AABXG nömrəli göndərişi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarının 2.2.9 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Göndərişdə qeyd edilmiş diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi (Mərkəzi sinir sisteminin travmatik zədələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsi. Ürəyin hipertenziv xəstəliyi, arterial hipertenziya İİ mərhələ. Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi, Sidik kisəsinin törəməsi. Başlanğıc qocalıq kataraktası, Billurun bulanması. Hipermetropiya, Hipermetropiya. Qazanılmış böyrək kistası. Sol böyrəyin bəsit kistaları.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2- S-443/2025 nömrəli məktub əsasında xx.xx.2025-ci il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmiş, xx.xx.2025-ci il tarixində tibbi sənədlərini təqdim etmişdir. xx.xx.2025-ci il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri gərginlikdən, əsəbilikdən, yuxusunun pozulmasından, yaddaşın enməsindən olmuş, anamnestik olaraq özünü gənc yaşlarından xəstə hesab etdiyini, mütəmadi olaraq ambulator və stasionar müalicələr aldığını bildirmişdir. Təqdim edilmiş sənədlər arasında, 2 saylı Respublika Klinik Psiiatriya Xəstəxanasının xx.xx.2015-xx.xx.2015-ci il tarixli epikrizinə əsasən diaqnoz “Baş-beynin üzvi xəstəliyi nəticəsində psixi pozuntular, intellektin qabarıq enməsi ilə” şəklində göstərilmiş, Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 86 nömrəli tibbi rəyinə əsasən diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu.” kimi qeyd edilmişdir ki, orada da “Üzvi faktoru” təsdiq edən instrumental müayinə nəticələri (MRT, KT) göstərilməmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi adi, normostenik tip bədən quruluşuna malik olmuş, həkim-psixiatr müayinəsinin nəticəsinə əsasən vətəndaş əyani müayinə zamanı kobud simulyativ davranış sərgiləmiş, özünü anlaqsız aparmağa çalışmış, müayinə prosesində tərəfinə ünvanlanmış sualları anlamamış kimi davransa da, həyat yoldaşı vasitəsilə suallara cavab vermiş, (həyat yoldaşı konfliktə meyilli olaraq komissiya üzvlərinə qarşı aqressiya nümayiş etdirmişdir.), klinikaya uyğun olmayan əlamətlər sərgiləmiş, xəstəliyin gedişatı, əlamətləri və aparılmış stasionar müayinə müalicə müddəti barəsində dolğun məlumat verə bilməmiş, əlillik təyinatına əsas verən heç bir psixopatoloji pozuntu müşahidə edilməmişdir. Göndərişdə qeyd edilmiş digər diaqnozlar barəsində nə vətəndaş tərəfindən nə də yoldaşı tərəfindən şikayət bildirilməmiş, müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və əyani müayinə nəticələrinə əsasən hazırda vətəndaşda xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilmədiyindən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilsin. Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9596/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 fevral 2025-ci il tarixli qərarı ləğv edilməsi və İddiaçı xx.xx.2020-ci il tarixdə təyin edilmiş müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ b) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan bindir. Qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. Bu hüquqdan istifadə edilməsi nəticəsində şəxsin dəyişkən sağlamlıq vəziyyəti ilə əlaqədar yeni halın aşkarlandığı halda barəsində yeni qərar qəbul etməkdə də tam haqlıdır. Odur ki, Agentlik müayinə-müalicə müəssisəsi deyil, həmin müəssisələr tərəfindən aparılmış laborator və instrumental müayinələrin nəticələrini və müalicə müddətlərinin qiymətləndirməsini həyata keçirən orqandır. Əyani müayinə zamanı vətəndaşın xəstəlik müddətində aldığı müalicələri əks etdirən sənədlər qiymətləndirilərək barəsində yekun qərar qəbul edilir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları 11.İddiaçının qəyyumu məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını, təmsil etdiyi şəxsin səhhəti ilə bağlı ekspertizada iştirak edə bilməməsini bildirmiş, cavabdehin nümayəndəsi isə iş üzrə müvafiq ekspert rəyinin olmadan qəbul edilmiş məhkəmə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir (3.2. ). Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur (3.3.). Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4.). Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5. ). Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2- ci və 3.5-ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır (3.6. ). Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir (3.7.).

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 16.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2-ci maddələrinə əsasən)

18. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 12-14-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

19. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı ona təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin bərpa edilməsini tələb edir.

20. Cavabdeh orqan isə bildirir ki, iddiaçı əyani müayinəyə dəvət edilmiş və xx.xx.2025ci il tarixli qərarla iddiaçının barəsində diqanoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

21. İşin hallarından göründüyü kimi iddiaçının əlillik vəziyyəti ilkin olaraq 1 saylı Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və xx.xx.2020-ci il tarixdən ümumi xəstəlik səbibi ilə, Diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Üzvi Mərkəzi sinir sisteminin travmatik zədələnməsi nəticəsində) şəxsiyyət pozuntusu, dekompensasiya mərhələsi. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mərhələ. Yanaşı xəstəliklər C67.S Sidik kisəsinin dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi. Sidik kisəsinin törəməsi. Yanaşı xəstəliklər H25.0 Başlanğıc qocalıq kataraktası, Billurun bulanması. Yanaşı xəstəliklər N28.1 Qazanılmış böyrək kistası, Sol böyrəyin bəsit kistaları qeyd olunmaqla ikinci dərəcəli əlillik müddətsiz əlillik təyin edilmiş, daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçı əyani müayinəyə dəvət edilmişdir.

22. Qanunvericiliyin normalarına əsasən şəxsə əlillik təyini barədə qərar yalnız həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduğu halda şəxsin əyani müayinəyə cəlb edilməsi ilə ləğv edilə bilər.

23. Hazırkı iş üzrə cavabdeh orqan Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə iddiaçını əyani müayinəyə cəlb etmişdir. 24.Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, iddiaçının əyani müyainəyə cəlb edilməsi üçün yaranmış “əsaslı şübhələrin” mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşsə də, cavabdeh orqan əlillik dərəcəsinin verilməsini şübhə altına alan əsasları təqdim edə bilməmiş, iddiaçınn əsassız olaraq əyani müayinəyə cəlb etmiş, nəticədə iddiaçıya xx.xx.2025-ci il tarixdən təyin edilmiş əlilliyi yenidən yoxlayaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

25. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Səbail rayon məhkəməsinin 14 mart 2017-ci il tarixli 2(009)-659/2017 saylı qətnaməsinə əsasən İddiaçı Məhkəmə Psixiatrik Ekspertizasının Mərkəzi Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2013-cü il tarixli rəyinə əsasən fəaliyyət qəbiliyyəti olmayan şəxs hesab edilmiş və Səbail rayon İcra Hakimiyyəti başçısının 01 avqust 2017-ci il tarixli Sərəncamı ilə həyat yoldaşı Qanuni nümayəndə onun qəyyumu təyin edilmişdir. Bundan başqa İddiaçı törətdiyi cinayət əməli ilə bağlı təyin edilmiş və cavablandırılmış xx.xx.2013-cü il tarixli 115 saylı ekspertiza rəyinə əsasən onun xroniki psixiki xəstəlikdən əziyyət çəkməsi, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmaması müəyyən edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

27. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

28. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9596/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9596/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar