Məhkəmə qərarları › İş №2-1(103)-4257/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4257/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4257/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 11740/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Vergi orqanının xx.xx.2022-ci il tarixli **********4607 nömrəli qərarı ilə İddiaçı (Ünvanı: AZ1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, İlham Hacıyev (Rəsulzadə qəs.), ev.3, VÖEN: **********) ünvanında “Anbar və Satış Məntəqəsi” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsi təyin edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 000149 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı 3309601,65 manat dəyərində e-qaimə təqdim edilmədən satılması faktı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330960,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6553 qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330960.17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli № **********303300 qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 947.952,48 manat məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə ********.41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavənizin 10 faiz olduğu müəyyən edilmişdir. Tərəfinizdən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65- 1188489,37)*1,17171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır. Sonradan cavabdeh qurumun qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli № **********576800 qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 1.989,02 manat məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “X6” MMC (VÖEN **********) tərəfindən təqdim edilmiş EBBV seriyalı 439821 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. Hazırda İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********6553 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********576800 nömrəli qərarının ləğv edilməsi” barədədir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı barəsində DVX seriyalı 000149 nömrəli akt tərtib olunmuş, aktın nəticəsi üzrə xx.xx.2022-ci il tarixli **********6553 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarla Cəmiyyətə 330960,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən həmin Qərar tamamilə qanunsuz olduğundan ləğv edilməlidir. İlk növbədə, hazırda mübahisələndirilən qərar iddiaçıya nə Vergi Məcəlləsinin 49.4-cü maddəsinin tələbləri çərçivəsində, nə də “Elektron imza və elektron sənəd haqqında” Qanunun tələblərinə uyğun olaraq asan imza (elektron imza) ilə təsdiqlənərək təqdim olunmamışdır. Bu baxımdan da qeyd olunan qərar rəsmi çatdırılmış hesab olunmadığı üçün müddət buraxılmış hesab oluna bilməz. İşin mahiyyətinə gəldikdə isə, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbirinin mahiyyətinə zidd olaraq vergi ödəyicisinin cari fəaliyyət dövründə baş verən əməliyyatlar deyil, tədbirdən öncəki dövrün satış əməliyyatları əsas götürülməklə əsassız hesablama aparılmışdır. Belə ki, Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Məcəllənin 83.3-cü maddəsi də Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi orqanlarının yenidən hesablama aparmaq hüququ yalnız səyyar və kameral vergi yoxlamalarına şamil edir. Formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Cavabdeh operativ vergi nəzarəti tədbirindən sonra iddiaçıya kameral qaydada əlavə vergi məbləği hesablamışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə **********339000 nömrəli uyğunsuzluq məktubu göndərilərək aşağıdakılar qeyd olunmuşdur: “Bildiririk ki, tərəfinizdən xx.xx.2021 - xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavənizin 10 faiz olduğu müəyyən edilmişdir. Tərəfinizdən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021 xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65-1188489,37)*1,1- 7171139,71 )*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır.” Bundan sonra cavabdeh tərəfindən xx.xx.2023cü il tarixdə **********303300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmaqla 947952,48 manat məbləğində ƏDV məbləği hesablanmışdır. Cavabdeh bu hesablamadan sonra xx.xx.2023-cü il tarixdə **********128400 nömrəli digər uyğunsuzluq məktubunu göndərməklə xx.xx.2023-cü il tarixdə **********303300 nömrəli Qərarı ləğv etmiş, hazırda mübahisələndirilən xx.xx.2023cü il tarixli **********576800 nömrəli Qərarı qəbul etmişdir. Bu zaman cavabdeh əlavə hesabladığı 947952,48 manat ƏDV məbləğini azaltmış və 949941,5 manat məbləğində yenidən hesablama aparmışdır. Aşağıda qeyd olunanlara əsasən bildirilir ki, mübahisələndirilən inzibati akt tamamilə əsassız və qanunsuzdur. İlk növbədə, cavabdeh Vergi Məcəlləsinin 12-ci, 166-cı və 177-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, qeyd olunan normaların qarşılıqlı təhlili ilə müəyyən olunur ki, ƏDV üzrə hesabat dövrü təqvim ayı olduğu üçün kənarlaşmalar hansı ayda olarsa, hesablama da həmin aya münasibətdə həyata keçirilməlidir. Lakin vergi orqanı müəyyən dövrün satış əməliyyatlarını bir ay ərzində əks etdirməklə qanunvericiliyin tələblərini pozmuşdur. Hesablamanın mahiyyətinə gəldikdə isə, cavabdeh təqdim etdiyi xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktubunda iddiaçının idxal etdiyi mal alışını invoys dəyəri ilə deyil, statistik dəyərlə (10359425,41) əks etdirmiş, aparılan hesablamanı da həmin dəyərdən nəzərə almışdır. Halbuki, iddiaçının qeyd olunan həcmdə mal alışı mövcud olmamışdır. Bundan başqa, heç bir əsası almayan 10 faiz ticarət əlavəsini alış dəyərinin üzərinə gəlmiş, dövriyyə məbləğini reallıqdan artıq səkildə olmaqla şişirtmişdir. Cavabdeh iddiaçının idxal etdiyi mallara gömrük orqanları tərəfindən idxal zamanı müəyyən olunan statistik dəyəri alış dəyəri kimi qəbul etmiş və iddiaçının satışlarını həmin dəyərə uyğunlaşdırmağa çalışmışdır. Halbuki satış dəyərinin müəyyən olunması zamanı gömrük orqanları tərəfindən malların alışı zamanı müəyyən olunan statistik dəyər heç bir halda nəzərə alına bilməz. Başqa sözlə, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Gömrük orqanlarının müəyyən etdiyi statistik dəyər yalnız gömrük məqsədləri üçün keçərlidir. Qeyd olunanlar vergi orqanına verilmiş sorğu nəticəsində də təsdiqini tapmışdır. Malın satış qiyməti isə tərəflərin qarşılıqlı razılaşması əsasında təşəkkül tapan qiymətdir. Belə olan halda ödənilməyən məbləğə görə vergi orqanı tərəfindən vergilərin hesablanması tam əsassızdır. Bundan əlavə, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Aparılmış hesablama üzrə isə həmin ödəmə mövcud olmadığından qeyd olunan ödəmənin vaxtının da müəyyən edilməsi mümkünsüzdür. Göstərilən məzmunda hesablamalarla bağlı vahid məhkəmə təcrübəsi mövcuddur ki, mallara gömrük orqanları tərəfindən qoyulan statistik dəyər satış dəyəri kimi tətbiq oluna bilməz (nümunə: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 2025/2022 saylı Qərarı). Göründüyü kimi, iddiaçının ƏDV-yə cəlb edilən dövriyyəsinin idxalda gömrük orqanlarının müəyyənləşdirdiyi statistik dəyərə uyğun ödənilən ƏDV məbləğindən az olmasına istinad etməklə əlavə hesablama aparması tamamilə qanunsuz olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4607 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu AZ0119, ünvan 4i ünvanında “Anbar və satış məntəqəsi" adlı (**********31001) obyektində xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 3,309,601.65 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 000149 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında" akt tərtib edilmişdir. Vergi ödəyicisinin etibanamə üzrə səlahiyyətli nümayəndəsi aktı imzalamışdır. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********6553 nömrəli Qərarı ilə iddiaçı barəsində 330960.17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin fəaliyyət növlərinin tikinti materiallarının topdan satışı (əsas fəaliyyət növü), hazır metal konstruksiyalarının quraşdırılması və tikilməsi, binaların genişləndirilməsi, yenidən qurulması və bərpası üzrə işlər, ixtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı, malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyət olduğunu nəzərə alaraq vergi ödəyicisinin malların təqdim edilməsi ilə bağlı fəaliyyətinin yalnız topdansatış qaydasında həyata keçirildiyi aydın görünür. Eyni zamanda vergi ödəyicisinin kassanın qeydiyyatı ilə bağlı vergi orqanına müraciəti olmamışdır. Qeyd edilənlərə əsasən sözügedən obyektdən vergiödəyicisi tərəfindən malların təqdim edilməsi yalnız elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilməlidir. xx.xx.2023-cü il tarixli **********576800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı bildirir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021 xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yükgömrük bəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavəsinin 10 faiz olduğu müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021 xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65- 1188489,37)*1,1-7171139,71)*18%=947952,48manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır. Həmçinin, "X6" MMC (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBBV seriyalı 439821 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği, faktura məbləğindən böyük olsa da, həmin elektron qaimə-faktura üzrə əvəzləşdirmə aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********339000 nömrəli və xx.xx.2023-cü il tarixli **********128400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 949941,5 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********303300 nömrəli və xx.xx.2023-cü il tarixli **********576800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11740/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********576800 nömrəli qərarının 213244,79 manat məbləğində istisna olmaqla qalan hissədə və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********6553 nömrəli Qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verilərək, qərarın qismən ləğv edilərək, iddia tələbinin təmin edilən hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 1(112)-11740/2023 nömrəli qərarında qeyd edilmişdir ki, yoxlamanın keçirilmə əsası kimi Vergi Məcəlləsinin 50.2.4-cü maddəsi qeyd edilsə də, iddiaçı tərəfindən qanunvericiliyin pozulmasına dair kifayət qədər əsasın nədən ibarət olmasına dair sübut mövcud deyil. Operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı xidməti məruzədə qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən dövriyyə onun fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilər üzrə hesablanmış əməkhaqqı məbləğinə, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Müəyyənləşdirilmiş bu məlumatlar Vergi Məcəlləsinin 50.2.4-cu maddəsinə əsasən (vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda) operativ vergi nəzarətinin həyata keçirilməsi üçün kifayət qədər əsasdır. Məhkəmə qərarında eyni zamanda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi OVN tədbiri zamanı müəyyən edilən pozuntulara münasibətdə tətbiq edilir. Bununla bağlı qeyd edilir ki, Vergi Məcəlləsinin 53.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Normadan göründüyü kimi, qanun pozuntusu faktının nə zaman (operativ vergi nəzarəti zamanı ya ondan əvvəl) baş verməsi əhəmiyyətli deyil. Həmçinin Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Məsuliyyətə cəlb etmə ilə bağlı yeganə müddət məhdudiyyəti qeyd edilən normada əks edilib ki, hazırki halda da 3 illik müddət ötürülməmişdir. Məhkəmə tərəfindən isə bu normalar nəzərə alınmamışdır. xx.xx.2022-ci il tarixli **********4607 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu AZ0119, ünvan 4i ünvanında “Anbar və satış məntəqəsi” adlı (**********- 31001) obyektində xx.xx.2022- ci il tarixindən xx.xx.2022-ci il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 3,309,601.65 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilmişdir. Belə ki, vergi ödəyicisinin uçotu aparılmaqla mədaxil etdiyi, satdığı və dövrün sonuna-OVN tədbiri keçirildiyi vaxtadək sahibliyində qalmalı olan 9 növ adda malın həcmi müəyyənləşdirilmiş, eyni zamanda vergi ödəyicisinin sahibliyində olan həmin 9 növ adda olan malların həcmi müəyyən edilmiş və nəticədə təqdim edilməsi sənədləşdirilməyən (əskik gələn) malların həcmi ayırd edilmişdir. Elektron qaimə-faktura verilmədən təqdim edilən malların həcminə və ya sayına isə vergi ödəyicisinin özünün müvafiq mallar üzrə təqdim etdiyi elektron qaimə-fakturada göstərdiyi qiymət tətbiq edilməklə elektron qaimə-faktura verilmədən təqdim edilən malların dəyəri müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, Vergi Məcəlləsinin 58.17-ci maddəsinə əsasən bu Məcəllənin 58.8.2-ci, 58.13- cü və 58.13-1 -ci maddələrində sadalanan və bu Məcəllənin 71-1-ci və 71-2-ci maddələrində göstərilən sənədlər həmin maddədə nəzərdə tutulan müddətlər nəzərə alınmaqla, vergi nəzarəti tədbiri başlandıqdan sonra təqdim (tərtib) edildiyi halda həmin sənədlər nəzərə alınmır və bu Məcəllənin 58.8.2-ci, 58.13-cü və 58.13-1-ci maddələrində nəzərdə tutulan maliyyə sanksiyaları tətbiq edilir. Belə ki, sərbəst akt əsasında malların saxlandığı yerlərin möhürləndiyi ərəfədə Vergi ödəyici tərəfindən 25.11,2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 1765014,1 manat dəyərində elektron qaimə verilmişdir. Bu hal bir daha onu göstərir ki, vergi ödəyicisi rəsmiləşdirmədən təqdim etdiyi malları rəsmiləşdirməyə çalışmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilərək, iddia tələbinin təmin edilən hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin və ona əlavənin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır. Belə ki, iddianın rədd edildiyi hissədə məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarların ləğvi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edildiyi üçün (xx.xx.2023-cü il tarixli qərardan verilmiş şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 44 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir və qərarların iddiaçı tərəfindən nə vaxt alınması dəqiq olaraq bilinmir) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4607 nömrəli qərarı ilə iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən “Anbar və Satış Məntəqəsi” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixdə başlasa da, iddiaçının obyektində malların siyahıya alınması xx.xx.2022-ci il tarixdə aparılmışdır. Bunun səbəbi kimi iş materialında olan izahatda iddiaçı müəssisənin Qarabağ bölgəsində işlər görməsi ilə əlaqədar direktorun tədbir vaxtı Bakı şəhərində olmaması göstərilmiş və xx.xx.2022-ci il tarixədək obyektlər plomblanmış vəziyyətdə olmuşdur. Yəni, operativ vergi nəzarətinin başlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər hansı satış həyata keçirilməmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş DVX № 000149 nömrəli akt əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330.960,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330960.17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 947.952,48 manat məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə ********.41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavəsinin 10 faiz olduğu müəyyən edilmişdir. ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65- 1188489,37)*1,17171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır. Baha sonra isə xx.xx.2023-cü il tarixli qərar qəbul edilərək, iddiaçıya vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 1.989,02 manat məbləğdə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “X6” MMC ( VÖEN **********) tərəfindən təqdim edilmiş EBBV seriyalı 439821 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarları mübahisələndirir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi həm formal-hüquqi baxımdan, həm də maddi-hüquqi baxımdan yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Azərbaycan Respublikasının Vergilər Nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Həmin Qaydaların 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. Həmin Qaydaların 1.13-cü bəndinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə görə operativ vergi nəzarətinin nəticələrinin rəsmiləşdirilməsi və operativ vergi nəzarətinin materiallarına baxılması Vergi Məcəlləsinin 39-cu və 49-cu maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qaydaların 2.2-ci bəndinə görə operativ vergi nəzarətinin və bu Qaydaların 1.13-cü bəndində nəzərdə tutulmuş tədbirlərin nəticələri bütün hallarda vergi orqanının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi və bu Qaydalara əlavə edilmiş müvafiq akt, protokol və digər zəruri sənəd formaları ilə rəsmiləşdirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən operativ vergi nəzarətinin nəticəsi barədə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və ya qanun pozuntusuna yol vermiş şəxsin iştirakı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada akt, protokol və digər sənədlər tərtib edilir. Həmin aktda, protokolda və digər sənədlərdə vergi qanunvericiliyinin pozulması halları göstərilir, vergi ödəyicisi tərəfindən tələbləri pozulmuş qanunvericilik aktlarının konkret maddələrinə istinad etməklə pozuntunun xarakteri açıqlanır, qanun pozuntusuna yol vermiş şəxsə vergi qanunvericiliyinin tələblərinə əməl edilməsinin tövsiyə olunması barədə qeyd aparılır, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilir. Həmin Qaydaların 2.5-ci bəndinə görə tərtib olunmuş aktlar, protokollar və digər sənədlər operativ vergi nəzarətinin keçirilməsində iştirak edən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) vergi ödəyicisi hüquqi şəxs olduqda onun rəhbəri (onu əvəz edən şəxs) və ya səlahiyyətli nümayəndəsi, fiziki şəxs olduqda onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda, protokolda və digər sənədlərdə öz qeydlərini edə bilər, imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda, protokolda və digər sənədlərdə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən müvafiq qeyd aparılır. Operativ vergi nəzarəti tədbiri aşağıdakı prosedur ardıcıllıqla aparılır:

1. Vergi ödəyicisinin tam adı, eyniləşdirmə nömrəsi, onun rəhbərinin (və ya səlahiyyətli nümayəndəsinin) və ya fərdi sahibkarın soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənədinin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli.

2. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar vergi ödəyicisinin rəhbərinə (və ya onun səlahiyyətli nümayəndəsinə) və ya fərdi sahibkara təqdim edilməli. 3.Vergi ödəyicisinin «Nəzarət kitabçası»nda operativ vergi nəzarətinin başlanması barədə müvafiq qeydiyyat aparılmalı.

4. Operativ vergi nəzarətini həyata keçirmək məqsədi ilə vergi ödəyicisindən və ya onun vəzifəli şəxslərindən müvafiq izahatlar, arayışlar, məlumatlar almalı və zəruri sənədlərlə tanış olmalı.

5. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə operativ vergi nəzarətinin həyata keçirildiyi vaxta vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilməli.

6. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilməli.

7. İşlərin (xidmətlərin) yerinə yetirilməsi ilə məşğul olan fiziki şəxslərlə işəgötürən arasında Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə uyğun olaraq nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin mövcudluğu araşdırılmalı, zərurət olduğu halda bu müqavilələrin surətləri götürülməli.

8. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri bağlamaqla işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərə əmək kitabçalarının aparılması, maaş cədvəllərinin tərtib edilməsi, işçilərdən gəlir vergisinin tutulması araşdırılmalı.

9. İşəgötürənin sosial müdafiə fondunda qeydiyyatı və bu fonda ayırmalar araşdırılmalı.

10. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə əmək müqavilələri bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin sayı müəyyənləşdirilməli və bu şəxslərin siyahısı tərtib olunmalı.

11. Operativ vergi nəzarətinin nəticələri barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməli.

13. Tərtib olunmuş aktın bir nüsxəsi təqdim edilmə tarixi göstərilməklə vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilməlidir. Hazırki iş materiallarından müəyyən olunur ki, Operativ vergi nəzarəti tədbiri xx.xx.2022-ci il tarixdə başlasa da, iddiaçının obyektində siyahıya alma xx.xx.2022-ci il tarixdə aparılmışdır. Bunun səbəbi kimi iş materialında olan izahatda iddiaçı müəssisənin Qarabağ bölgəsində işlər görməsi ilə əlaqədar direktorun tədbir vaxtı Bakı şəhərində olmaması göstərilmiş və xx.xx.2022-ci il tarixədək obyektlər plomblanmış vəziyyətdə olmuşdur. Yəni, operativ vergi nəzarətinin başlandığı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər hansı satış həyata keçirilməmişdir. Bundan sonra cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş DVX № 000149 nömrəli akt əsasında Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 330.960,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh isə operativ vergi nəzarəti tədbiri müddətində iddiaçının elektron qaiməfaktura təqdim olunmadan hər hansı satış həyata keçirdiyini müəyyən etməmiş, tədbirdən əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarına münasibətdə maliyyə sanksiyası tətbiq etmişdir. Bundan başqa, maliyyə sanksiyasının tətbiq olunduğu 330960,17 manat məbləğin hansı qaydada müəyyən olunmasına dair cavabdeh tərəfindən heç bir sübut nə birinci instansiya məhkəməsinə, nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunan DVX seriyalı 000119 №li aktda 9 çeşid mal göstərilmişdir ki, həmin malların da satış qiymətinin hansı formada müəyyən edilməsinə dair hər hansı əsas qeyd olunmamışdır. Məhkəmə kollegiyası həmçinin bildirir ki, iş materialında iddiaçının tədbirdən öncə satdığı malları həqiqətən digər vergi ödəyicilərinə satması barədə hər hansı sübut (digər vergi ödəyicilərinin izahatı, əvvəlki dövrün nəzarət tədbiri, nəzarət qaydasında mal alqısı və s.) mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, operativ vergi nəzarəti tədbiri nəticəsində qəbul olunan xx.xx.2022-ci il tarixli **********6553 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsassız olduğundan onun ləğv olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının mübahisləndirdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********576800 nömrəli qərara münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixdə təqdim etdiyi “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub əsasında iddiaçıya xx.xx.2023-cü il tarixli qərarla 2022-ci ilin dekabr ayı üzrə 947952,48 manat məbləğində ƏDV hesablanmışıdır. Təqdim edilmiş həmin məktubda göstərilmişdir: “Bildiririk ki, tərəfinizdən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arası elektron qaimə-faktura məlumatlarına əsasən vergitutulan dövriyyə məqsədləri üzrə 2135920,65 manat, yük-gömrük bəyannamə məlumatına əsasən isə 10359425,41 manat mal alışı həyata keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə 1188489,37 manat mal qalığı, o cümlədən ticarət əlavənizin 10 faiz olduğu müəyyən edilmişdir. Tərəfinizdən ƏDV bəyannamələrində əks etdirilmiş xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş elektron qaimə-faktura satış dövriyyə məbləği 7171139,71 manat təşkil etdiyindən, 2022-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsi üzrə ((10359425,41+2135920,65- 1188489,37)*1,17171139,71)*18%=947952,48 manat ƏDV məbləği qədər kənarlaşma yaranmışdır.” Bundan sonra, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə aşağıdakı məzmunda yenidən iddiaçıya məktub göndərilmişdir: “X6” MMC ( VÖEN **********) tərəfindən təqdim edilmiş EBBV seriyalı 439821 nömrəli elektron qaiməfaktura(e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. Qeyd olunan məktubdan sonra cavabdeh hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarı qəbul etməklə (xx.xx.2023-cü il tarixli qərarı ləğv etmiş) iddiaçıya 2022-ci ilin dekabr ayı üçün 1989,02 manat məbləğində ƏDV hesablamışdır. İddiaçı qeyd olunan qərardan ilk olaraq yuxarı vergi orqanına, daha sonra İqtisadiyyat Nazirliyi yanında Apellyasiya Şurasına müraciət etsə də, tələbi təmin olunmamışdır. Vergi Məcəlləsinin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. İstinad olunan qanunvericilik normaları ilə birmənalı, konkret olaraq müəyyən edilir ki, Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda əlavə vergi hesablaması məbləği 1989,0 manat görünsə də, şəxsi hesab vərəqəsində həmin məbləğ 949941,5 manat kimi əks olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh daha əvvəl xx.xx.2023-cü il tarixli qərarla 947952,48 manat məbləğində vergi hesablamış, sonradan həmin qərarı ləğv etmişdir. Bu səbəbdən hazırki mübahisələndirilən qərarın əsaslandırılması yalnız 1989,0 manat hissədə mövcuddur. Odur ki, məhkəmə kollegiyası qeyd olunanları cavabdehin proqram təminatının texniki uyğunsuzuluğu hesab edir və qərarın tam ləğvi üçün əsaslı hesab etmir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisinin əməliyyatları şəxsi hesab vərəqəsində əks olunur və orada xx.xx.2023-cü il tarixli qərarla hesablanmış vergi məbləği 949941,5 manat göstərilmişdir. İddiaçı fəaliyyətə başladığı dövrdən bütün idxal yük-gömrük bəyannamələrini məhkəmə araşdırmaları zamanı təqdim etmişdir. Aparılan araşdırma zamanı iddiaçının mal alışının invoys dəyəri 7397351.72 manat olduğu halda, cavabdehin həmin dəyəri statistik dəyərlə 10359425,41 manat kimi götürdüyü müəyyən edilmişdir. Həmçinin, cavabdeh operativ vergi nəzarəti tədbiri zamanı iddiaçının nümayəndəsinin izahatını əsas götürməklə müəyyən olunan əskikgəlməyə 10 faiz ticarət əlavəsi tətbiq etmiş və yekunda 947952,48 manat məbləğində ƏDV üzrə hesablama aparmışdır. Vergi Məcəlləsinin 139.2-ci və 143-cü maddələrinin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmçinin, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər daxil edilir. Yəni, vergitutma məqsədləri üçün mallar invoys dəyəri ilə uçotda əks etdirilməlidir. Lakin cavabdeh göstərilən normaların tələblərinə zidd olaraq malların alışını invoys dəyəri ilə nəzərə almamışdır. Həmçinin, iddiaçının idxal etdiyi mallar araşdırılarkən müxtəlif çeşiddə malların mövcud olduğu müəyyən edilmişdir. Belə olan halda, bütün malların üzərinə ayrı-ayrı dövrlər üzrə bazar qiyməti müəyyən edilmədən 10 faiz ticarət əlavəsinin tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən Vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdansilinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən Bu Məcəllənin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri bu Məcəllənin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Beləliklə, göründüyü kimi, qanunverici əskik gəlmiş malların dəyərini təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən ibarət olduğunu qeyd etmişdir. Hazırki işdə iddiaçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə "X6" MMC-dən (VÖEN: **********) əldə etdiyi ümumi dəyəri 11 050,00 manat (ƏDV-si 1 989,00 manat) təşkil edən EBBV seriyalı 439821 nömrəli elektron qaimə-faktura iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin aprel ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində tam qaydada əvəzləşdirilmiş, lakin 2022-ci ilin dekabr ayının ƏDV bəyannaməsində həmin elektron qaimə-faktura təkrar əvəzləşdirilmişdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixli qərar həmin hissədə də əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının aldığı mallar invoys dəyəri ilə nəzərə alınmalı, tətbiq edilmiş 10 % ticarət əlavəsi əsassız olduğundan hesablamadan xaric edilməlidir. Qeyd olunmalıdır ki, malın invoys dəyərinin əsas götürülməsi ilə bağlı oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi qərarlarında da belə əsaslandırılmışdır (2-1(102)- 1239/2022 saylı xx.xx.2022-ci il tarixli və 2-1(102)- 2025/2022 saylı xx.xx.2022-ci il tarixli qərarlar). Belə olduğu halda, məhkəmə araşdırması ilə iddiaçı barəsində aparılmış hesablamanın 738685,71 manat məbləğdə əsassız olması müəyyən olunur: 7397351.72 (invoys) + 2135920.65 (e-qaimə-alış) - 1188489.37 (mal qalığı) - 7171139.71 (e-qaiməsatış) = 1 173643.29 x 18% = 211255,79 manat. 949941,5 - 211255,79 = 738685,71 manat. Odur ki, birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarının 213244,79 manat (211255,79+1989,0) hissədə əsaslı hesab edilib, qalan hissədə ləğv etməsinə dair mövqeyi düzgün olmuşdur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli **********6553 nömrəli qərarını bütövlükdə, xx.xx.2023-cü il tarixli **********576800 nömrəli qərarın isə 213244,79 manat məbləğində istisna olmaqla qalan hissədə qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının iddiasının qismən təmin olunaraq, cavabdeh inzibati orqanın qəbul etdiyi birinci inzibati aktın tam, ikinci inzibati aktın isə qismən (213244,79 manat məbləğində istisna olmaqla) ləğv olunması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının mübahisələndirilən hissədə ləğv edilib, iddiaçının iddiasının bütövlükdə rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-11740/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11740/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qərarı mübahisələndirilən-iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Kamran Əkbərov İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar