Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-426/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona pensiya hüququnun yarandığı N8.N2.20N9-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona pensiya hüququnun yarandığı N8.N2.20N9-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 4933/202N saylı 0N sentyabr 202N-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə N2 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.N962-ci il təvəllüdlüdür. BB seriyalı N4787N saylı 0N.07.N986-cı il tarixli hərbi biletdən görünür ki, İddiaçı 04.05.N98N-ci il tarixdən N2.05.N983-cü il tarixədək Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 28.N2.N980-cı il tarixli əmək kitabçasından görünür ki, o, 08.NN.N980-cı ildən 23.04.N98N-ci illədək X5 çilingər, 06.06.N983-cü ildən NN.09.N985-ci illədək X5 çilingər, 0N.N0.N985-ci ildən N0.0N.N989cu illədək N saylı hərbi hissədə konservləşdirici, N0.0N.N989-cu ildən hal-hazıradək N saylı (0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N.N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində işləyir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin N70 saylı 05.03.2020-ci il tarixli əmək şəraiti haqqında arayışından görünür ki, “İddiaçı N nömrəli (0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N,N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində N0.0N.N989-cu il tarixdən hal-hazıradək işləyir. Halvanik emal prosesi yerli yan sorma ventilyasiyası olan avtomatlaşdırılmamış açıq vannalarda aparılır. Texnoloji prosesə görə qalvanik bütün iş vaxtı (növbə vaxtı) təhkim edildiyi qalvanik emal prosesi üzrə bütün texnoloji əməliyyatları: detalın emal üçün hazırlanması, onun asılıb vannaya yüklənməsi, qalvanik emal prosesinə nəzarət, detalın vannadan çıxarılması, onun sonrakı zəruri olan emalı, texniki nəzarət işçilərinə təqdim edilməsi ilə məşqul olur. İş zamanı müxtəlif kimyəvi maddələr və birləşmələr buxarlarının təsirinə məruz qalır. Əlverişsiz iş şəraitlərinə görə qalvanikə aşağıdakı imtiyazlar şamil edilmişdir: -tarif qoyuluşuna N2% məbləğində əlavə ödənc (SSRİ Müdafiə Nazirinin NN.04.N987-ci il tarixli N5 nömrəli Əmrinin A-İV-N4, A-İV-NN7 bəndləri, Azərbaycan Respublikası Müdafiə Nazirinin 04.03.2008-ci il tarixli N09 nömrəli Əmri əsasında təyin olunmuşdur); -pulsuz südün verilməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4.N2.20N7-ci il tarixli 550 nömrəli Qərarı); -əlavə məzuniyyət - ildə N2 iş günü (SSRİ Nazirlər Sovetinin əmək və əmək haqqı üzrə Dövlət Komitəsinin və XN Mərkəzi Komitəsi Rəyasət Heyətinin 25.N0.N974-cü il tarixli 298/NN-22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə məzuniyyət və qısaldılmış iş günü hüququnu verən zərərli iş şəraitli peşələrin və vəzifələrin Siyahısfnın Xİİ-79, 80a, 80b bəndləri); hal-hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli 92 nömrəli Qərarının XİNN-N bəndinə əsasən ildə 6 təqvim günü müddətində əlavə məzuniyyət təqdim olunur; -imtiyazlı pensiya təminatı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlrlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə 23.0N.2007-ci il tarixli N2 nömrəli Qərarının NN.7a bəndinin 2-ci abzası.” Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin N7N saylı 05.03.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı N0.0N.N989-cu ildən N8.N2.20N9-cu ilədək işlədiyi “qalvanik” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin N2 nömrəli 23.0N.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (NN.7.A bəndi, 2-ci abzas) nəzərdə tutulmuşdur. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunnmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 0N fevral 202N-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı N2 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən N yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun N3-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N iyun N993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı N2 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi əmək kitabçasından göründüyü kimi, onun N yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il NN ay 28 gün) təşkil edir. Həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyanın minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Pensiya kapitalı ona münasibətdə 45600.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alnan pensiya kapitalı cəmi 35488.38 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmədiyi bildirilmişdir. Sonradan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona pensiya hüququnun yarandığı N8.N2.20N9-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.N962-ci ildə Gəncə şəhərində doğulmuşdur. 08.NN.N980-23.04.N98N-ci illərdə X5 çilingər işləmişdir. 04.05.N98N-ci ildən N2.05.N983-cü ilədək Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən Gəncə şəhər Vaqon Deposuna çilingər peşəsinə qəbul olunmuşdur. 06.06.N983-NN.09.N985-ci illərdə X5 çilingər işləmişdir. 0N.N0.N985-N0.0N.N989-cu illərdə N saylı hərbi hissədə konservləşdirici işləmişdir. N0.0N.N989-cu ildən bu günədək N saylı (0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N.N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində işləyir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün N5.N2.2020-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən 0N.02.202N-ci il tarixdə **********7 saylı imtina məktubu verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının ümumi əmək stajı ilə bağlı hissədə: iddiaçının əmək kitabçasından və hərbi biletindən görünür ki, o, N yanvar 2006-cı il tarixinədək 25 il ümumi stajı toplamamışdır. Belə ki, iddiaçı 08 noyabr N980-ci il tarixdə əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır: 08.NN.N980-23.04.N98N-ci illər (çilingər): 05 ay N5 gün; 04.05.N98N-N2.05.N983 (hərbi xidmət): 02 il 08 gün; 06.06.N983-NN.09.N985 illər (çilingər): 02 il 03 ay 05 gün; 0N.N0.N985-0N.0N.2006-cı illər (fəhlə, konservləşdirici, halvanik): 20 il 03 ay. Göründüyü kimi, iddiaçının 2006-cı ilin yanvar ayının N-dək olan iş stajı ümumilikdə, 24 il NN ay 28 gün təşkil edir. Güzəştli iş stajı ilə bağlı: iddiaçı, N0.0N.N989-0N.0N.2006-cı illərdə N saylı hərbi hissədə “halvanik” peşəsində çalışdığını, bu peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.0N.2007-ci il tarixli. N2 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının NN.7-ci Bölməsinin “a” bəndində öz əksini tapdığını iddia edir. Aydındır ki, 0N yanvar 2006-cı il tarixədək ümumi və güzəştli iş stajını topladığını iddia edən iddiaçı, NK-nın adı çəkilən N2 saylı Qərarına deyil, NK-nın 2N.06.N993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" 2 saylı Siyahısına istinad etməli idi. Ancaq iddia edilən peşə hər iki siyahıda öz əksini tapdığından etirazın bu dəlili hər iki siyahı üçün keçərlidir. Məlum olduğu kimi, NK-nın 2N.06.N993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahının XİV Bölməsi (“Metal emalı” adlanır). İddiaçının istinad etdiyi peşə - “halvaniklər” (kod: 2N50500a—NN629) hərbi hissə ilə heç bir bağlılığı olmayan və istehsalat sahəsini nəzərdə tutan N4-cü bölməyə aiddir. Çünki, həmin bölmənin 5-ci bəndi “Halvanik üsulla metallara üzçəkmə istehsalı” adlanır. Fərz edək ki, iddiaçı ümumi və güzəştli iş stajını toplamışdır. Bu halda belə, aşağıdakıları diqqətə almaq zəruridir. N. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.N-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. ƏPQ-nin 9.8-ci maddəsi (“Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) əmək stajı əvvəlki qanunun ”Vətəndaşların pensiya təminatı haqqında" qanunun qüvvədə olduğu dövrdə yaranmış şəxslərə münasibətdə həm staj, həm də yaşla bağlı şərtlərin həmin qanununa uyğun müəyyənləşdirilə biləcəyini qeyd edir. Başqa sözlə, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 2 sığorta hadisəsi əvvəlki qanuna uyğun müəyyənləşdirilə bilər. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun N3 maddəsinin (b) bəndi ilə (müvafiq dəyişiklikdən sonra), qadınlar üçün pensiya yaşı 52, ümumi staj 20 il, xüsusi staj N0 il müəyyən edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, İdarənin imtinasının əsasını staj və yaşla bağlı şərtlərə əməl edilməməsi təşkil etməyib. Məlum olduğu kimi, N0 mart 20N7-ci il tarixli 543-VQD nömrəli qanunla (20N7-ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.N-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Nəzərə almaq lazımdır ki, ƏPQ-nin 9.8-ci maddəsi yalnız 2 sığorta hadisəsinə (yaş və staja) görə əvvəlki qanunvericiliyin tətbiq edilə biləcəyini nəzərdə tutub. Yəni iddiaçıya pensiya təyin etmək üçün zəruri olan 3 sığorta hadisəsindən biri (zəruri sığorta kapitalının toplanması) reallaşmamışdır. ƏPQ-nin N.0.8. fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. ƏPQ-nin N.0.N0. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alman və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. 2. Filialın imtinası həm də ƏPQnin 6.2, 6.3 və 45-ci maddələrinin tələblərinə uyğundur. Belə ki, ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin N992-ci ilin yanvarın N-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun N9-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanm fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa yörə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.NN-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti N44 ay (N2 il) təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4933/202N saylı 0N sentyabr 202N-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı N8 dekabr 20N9-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun 2006-cı il N yanvar tarixinədək ümumi iş stajı 25 ildən az (24 il NN ay 28 gün) təşkil edir. Buna baxmayaraq məhkəmə iddiaçının ümumi iş stajının 25 il 23 gün olduğunu müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, SSRİ Nazirlər Sovetinin N3.04.N973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin "a” yarımbəndinə istinad edərək SSRİ Silahlı Qüvvələrinin tərkibində SSRİ Nazirlər Sovetinin nəzdində olan Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq yığma qoşunu və partizan dəstələrində qulluq, əgər qulluqdan azad olunma tarixi və işə daxil olma tarixi arasında fasilə 3 aydan artıq olmadığı üçün iddiaçının ümumi stajına daxil olması qənaətinə gəlmişdir. Buna baxmayaraq məhkəmə sözügedən qərarın iddiaçının hərbi xidmətdə olduğu dövrdə qüvvədə olub-olmamasını aydınlaşdırmamışdır. Həmçinin həmin qərarda SSRİ Nazirlər Sovetinin nəzdində olan Dövlət Təhlükəsizlik Komitəsi və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, partizan dəstələrində qulluğun fasiləsiz əmək stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə göstərilən qurumlarda hərbi xidmət keçməmişdir. Həmçinin məhkəmə iddiaçının güzəştli stajının müəyyən edilməsi zamanı səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissəsində 0N.N0.N985-ci ildən 0N.0N.2006-cı il tarixinədək fəhlə, konservləşdirici və halvanik vəzifələrində işləmişdir. Məhkəmə iddiaçının işlədiyi halvanik vəifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N iyun N993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahısının “XİV. Metal emalı” bölməsinə aid edərək 2N50500a-NN629 koda uyğunlaşdırmışdır. Halbuki Müdafiə Nazirliyi tabeliyində fəaliyyət göstərən hərbi hissə “Metal emalı” bölməsinə aid edilə bilməz. Göstərilən sahə uyğunsuzluğu olmasına baxmayaraq məhkəmə buna əhəmiyyət verməyərək işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il N8 noyabr tarixli icmal məktubunda qeyd edilir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilir. Həmin icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, iş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Həmçinin 0N.09.202N-ci il tarixdə məhkəmənin baxış iclası keçirilməsinə baxmayaraq məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh quruma rəsmi bildiriş daxil olmamışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. N2.0N.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh orqan lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 0N.02.202N-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə N0.03.202N-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 0N.0N.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan N2 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az, yəni 24 il NN ay 28 gün olması, güzəştli iş stajının və pensiya kapitalının tələb olunan həcmdə olmaması əsası ilə tələbin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki tələblə bağlı məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla, 0N.0N.2006-cı il tarixinə qədər ümumi stajı 25 ildən çox, yəni 25 il 23 gün, xüsusi iş stajı N2 il 6 aydan çox, yəni – N9 il NN ay 22 gün təşkil edir. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, 0N.07.20N7-ci il tarixədək, yəni pensiya kapitalını müəyyən edən Qanun qüvvəyə minənədək iddiaçının 25 ildən artıq ümumi iş stajının, həmçinin N2 il 6 aydan artıq güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapdığından, həmin tarixdən sonra pensiya kapitalının tələb edilməsi iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyi üçün tətbiq edilə bilməz və bu səbəbdən də ona 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.N-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N2 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı N0 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 0N.0N.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının N3.06.N997-ci il tarixli 32N-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (N3-cü maddədə) nəzərdə tutulan yaş hədləri N997-ci ilin avqustun N-dən başlayaraq 2000-ci ilin avqustun N-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.N0.20N0-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.N.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.N-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.0N.2007-ci il tarixli N2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin N nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N2.0N.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 0N.0N.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun N3-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan N nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı N0 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı N5 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı N2 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı N0 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun 0N.0N.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, N2 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun N3-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının 0N.0N.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, N2 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun N3-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: N) İddiaçının 0N.0N.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 0N.0N.2006-cı ilə qədər azı N2 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını, işləməsi barədə arxiv arayışını və güzəştli iş stajına dair arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən görünür ki, İddiaçı 04.05.N98N-ci il tarixdən N2.05.N983-cü il tarixədək (2 il 8 gün) Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 2N.N-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 2N.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (N992-ci il yanvarın N-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin N-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr N992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin N-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust N956-cı il tarixli, N044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın NN7 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən N992-ci il yanvarın N-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20N7-ci il NN dekabr tarixli N7 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər. Hazırki iş görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi və xüsusi iş stajının, eləcə də pensiya kapitalının kifayət qədər olmaması mübahisələndirilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun 08.NN.N980-cı ildən 23.04.N98N-ci ilədək işlədiyi 5 ay N5 gün, 04.05.N98N-ci ildən N2.05.N983-cü ilədək 2 il 8 gün hərbi xidmət dövrü, 06.06.N983-cü ildən NN.09.N985-ci ilədək işlədiyi 2 il 3 ay 5 gün, 0N.N0.N985-ci ildən 0N.0N.2006-cı ilədək işlədiyi 20 il 3 ay olmaqla, onun ümumi iş stajı 24 il NN ay 28 gün təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Sovet ordusunda həqiqi hərbi xidmətdən N2.05.N983-cü il tarixdə azad olunduqdan sonra onun işə daxil olduğu- 06.06.N983-cü il tarix arasında fasilə 3 aydan artıq olmadığından həmin dövr, yəni 25 gün iddiaçının ümumi iş stajına daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmətdən azad edilib işə daxil olduğu dövrdə (N983-cü ildə) qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin N3.04.N973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı Qüvvələrinin tərkibində SSRİ Nazirlər Sovetinin nəzdində olan Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq yığma qoşunu və partizan dəstələrdə qulluq, əgər qulluqdan azad olunma tarixi və işə ...daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. Belə olan halda iddiaçının N2.05.N983-cü il tarixdə hərbi xidmətdən azad olunduqdan sonra işə daxil olduğu 06.06.N983-cü il tarix arasındakı fasilə 3 aydan artıq olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin dövr də iddiaçının ümumi iş stajına daxil edilməklə onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmış hesab olunur. Həmçinin Kollegiya iddiaçının güzəştli şərtlərlə ona yaşa görə pensiya təyin edilməsini tələb etdiyi üçün bu tələbin təmin olunması üçün Qanunda nəzərdə tutulan və buna əsas olan bütün şərtlərin ödənilib-ödənilmədiyini yoxlayır və aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Hazırki işdə iddiaçının güzəştli iş stajı ilə bağlı təqdim etdiyi arayış, o cümlədən xüsusi iş stajının olması məsələsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirildiyi üçün apellyasiya baxışı zamanı bu məsələnin araşdırılması məqsədilə müvafiq sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə 8N4 saylı 08.N2.202N-ci il tarixli məktubla bildirmişdir ki, İddiaçı N nömrəli ( 0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N.N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə qalvanik vəzifəsində N0.0N.N989-cu il tarixindən hal – hazıradək işləyir. N nömrəli (0N.0N.N993-cü ilədək 36978 nömrəli, 0N.N2.20N5-ci ilədək N nömrəli) hərbi hissədə N94N-ci ildən başlayaraq fəaliyyət göstərən, indiki zamanda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin tabeliyində olan aviasiya təmir müəssisəsidir və həmin nazirliyə məxsus olan hərbi aviasiya və və digər texnikanın əsaslı təmiri ilə məşğul olur. N nömrəli hərbi hissədə təmir müəssisəsinə aid olan bütün texnoloji proseslər mövcuddur, metalların kəsmə yolu ilə emalı, qaynaq işləri, çilingər işləri ( sökmə, təmir və yığma) qalvinik üsulla metallara üzçəkmə, rəngləmə işləri, təmirdən sonra texnikanın xüsusi quraşdırılmış stendlərdə sınaqlardan keçirilməsi və s). N nömrəli hərbi hissədə qalvanik emal prosesləri yerli yan sorma ventilyasiyası olan avtomatlaşdırılmamış açıq vannalarda aparılır. Texnoloji prosesə görə qalvinik bütün iş vaxtı (növbə vaxtı) təhkim edildiyi qalvanik emal prosesi üzrə bütün texnoloji əməliyyatları detalın emal üçün hazırlanması onun asılıb vannaya yüklənməsi, qalvanik emal prosesinə nəzarət edilməsi, detalın vannadan çıxarılması, onun texnoloji prosesə görə sonrakı zəruri olan emalı, texniki nəzarət işçilərinə təqdim edilməsi ilə məşqul olur. İş zamanı qalvanik müxtəlif kimyəvi maddələr və birləşmələr buxarlarının təsirinə məruz qalır. Əlverişsiz iş şəraitlərinə görə qalvanikə aşağıdakı imtiyazlar şamil edilmişdir. Tarif qoyuluşuna N2% məbləğində əlavə ödənc (SSRİ Müdafiə Nazirinin NN.04.N987-ci il tarixli N5 nömrəli əmrinin A- İV- N4, A-İV- NN7 bəndləri, Azərbaycan Respublikası Müdafiiə Nazirinin 07.08.20N8-ci il tarixli N6 nömrəli Qərarı əsasında təyin olunmuşdur. Pulsuz südün verilməsi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4.N2.20N7-ci il tarixli 550 nömrəli Qərarı). Əlavə məzuniyyət – ildə N2 iş günü (SSRİ Nazirlər Sovetinin əmək və əmək haqqı üzrə Dövlət Komitəsinin və X2 Mərkəzi Komitəsi Rəyasət Heyətinin 25.N0.N974-cü il tarixli 298\P-22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən zərərli əmək şəraiti peşələrin və vəzifələrin Siyahısı”nın Xİİ-79, 80a, 80b bəndləri). hal hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.07.2004-cü il tarixli 92 nömrəli Qərarının Xİİİ-N bəndinə əsasən ildə 6 təqvim günü müddətində əlavə məzuniyyət təqdim olunur. İmtiyazlı pensiya təminatı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N.06.N993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının XİV bölməsinin 2N50500a-NN629 şifri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.0N.2007-ci il tarixli N2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın NN.7.a bəndinin 2-ci abzası). Göründüyü kimi, iddiaçının halvanik işlədiyi N nömrəli hərbi hissənin fəaliyyət istiqaməti N94N-ci ildən başlayaraq Hərbi Hava Qüvvələrinin tabeliyində olan aviasiya təmir müəssisəsi kimi hərbi aviasiya və digər texnikanın əsaslı təmiri ilə məşğul olmaq, hərbi hissədə təmir müəssisəsinə aid olan bütün texnoloji proseslər, metalların kəsmə yolu ilə emalı, qaynaq işləri, çilingər işləri (sökmə, təmir və yığma) qalvanik üsulla metallara üzçəkmə, rəngləmə işləri, təmirdən sonra texnikanın xüsusi quraşdırılmış stendlərdə sınaqlardan keçirilməsi və s) ilə bağlı olub, peşə zərərli sahəyə aid olduğu üçün iddiaçının 0N.0N.2006-cı il tarixədək qanunla tələb olunan N2 il 6 ay xüsusi stajının olması barədə tələb hazırki işdə ödənilmiş sayılır. İddiaçının yuxarıda qeyd olunan tarixlərdə adı çəkilən müəssisədə işlədiyi “qalvanik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” N993-cü il 2N iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XİV bölməsinin “Metal emalı” bölməsinin 5-ci bəndinin 2N50500a-NN629 şifrəsinə (halvaniklər (yalnız hissələrin asılıb və çıxarılması, həmçinin bağlı vannaların avtomatik rejimində məşğul olanlardan başqa)) uyğundur və həmin dövr üzrə onun güzəştli iş stajı N2 ildən artıq təşkil edir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün Qanunda nəzərdə tutulan ikinci şərtin də ödənilməsi- N2 il 6 ay xüsusi stajın tamamlanması iş materialları ilə öz təsdiqini tapır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Cavabdehin “iddiaçının pensiya kapitalının yaranmaması” barədə dəlilinə münasibətdə qeyd olunur ki, iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ 0N.0N.2006-cı ilədək yarandığı üçün və 0N.07.20N7-ci ilədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun N2.N-ci maddəsinə əsasən ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Belə bir tələb qanuna 0N.07.20N7-ci il tarixdən sonra daxil edilmişdir. Müvafiq olaraq da həmin tələb 0N.07.20N7-ci ildən sonra yaranmış münasibətlərə tətbiq edilə bilər. İddiaçı isə 0N.0N.2006-cı ilədək ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün tələb olunan ümumi və xüsusi staja malik olmuşdur. Beləliklə, Qanun dəyişənədək iddiaçı artıq güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “0N.09.202N-ci il tarixdə məhkəmənin baxış iclası keçirilməsinə baxmayaraq məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh quruma rəsmi bildiriş daxil olmamışdır” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materiallarında olan 04 iyun 202N-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, həmin tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirak etmiş və o, məhkəmə iclasının 0N.09.202N-ci il tarixə təxirə salınması barədə məlumatlandırılaraq bu barədə qəbzə (xəbərdarlıq) imza etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya N8.N2.20N9-cu il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-4933/202N saylı 0N sentyabr 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-426/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-426/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver