Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4262/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X8 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı2, Üçüncü şəxs X3, X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8855/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8855/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Məhkəmə Kollegiyası tərəfindən İPM-in 13-cü və 24-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən 08 oktyabr 2025-ci il tarixli izah məktubu iddiaçıya göndərilmişdir. İzah məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə apellyasiya şikayəti vermiş şəxsə izah edir ki, iş materiallarında mövcud olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 8855/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə İddiaçı2 elektron kabinetinə yerləşdirilmişdir.Lakin, İddiaçı2 həmin qərardan apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə,Tibbi Ərazi Bölmələrini X10 Hüquqi Şəxsinə 08 oktyabr 2025-ci il tarixli məhkəmə sorğusu göndərilərək İddiaçı2 (fin: xxxxxxx) səhhətində yaranmış problemlə bağlı xx.xx.2025-ci il tarixdən etibarən onun müalicə almasına dair tibbi sənədlərin (ambulator kartlar, çıxarışlar, göndərişlər, rəylər və arayışlar) surətinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Belə ki, İddiaçı2 apellyasiya şikayətində və əlavə verdiyi prosessual müddətin üzrlü sayılmaqla bərpa edilməsi barədə ərizəsində bildirmişdir ki, o kəllə-beyin travması aldığından uzun müddətli müalicə almışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə bağlı məhkəmə iclası təyin edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.Həmçinin, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü sayılmaqla bərpa edilməsini xahiş etmişdir. Üçüncü şəxs X7 apellyasiya şikayətinin mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında digər tərəflər iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3- cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında mövcud olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8855/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə İddiaçı2 elektron kabinetinə yerləşdirilmişdir.Lakin, İddiaçı2 həmin qərardan apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. İddiaçı2 apellyasiya şikayətində və əlavə verdiyi prosessual müddətin üzrlü sayılmaqla bərpa edilməsi barədə ərizəsində bildirmişdir ki, o kəllə-beyin travması aldığından uzunmüddətli müalicə almışdır. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə,Tibbi Ərazi Bölmələrini X10 Hüquqi Şəxsinə 08 oktyabr 2025-ci il tarixli məhkəmə sorğusu göndərilərək İddiaçı2 (fin: xxxxxxx) səhhətində yaranmış problemlə bağlı xx.xx.2025-ci il tarixdən etibarən onun müalicə almasına dair tibbi sənədlərin (ambulator kartlar, çıxarışlar, göndərişlər, rəylər və arayışlar) surətinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkəmə Sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyatı üzrə xx.xx.2025-ci il tarixdə X11 Beyin KT müayinəsi olunmuş və kəllə sümüklərində sınıq müəyyən olunmamışdır. Məhkəmə Sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyatı üzrə xx.xx.2025-ci il tarixdə X11 Boyun MRT müayinəsi olunmuş və fəqərələrarası oynaqlarda hipertrofik xarakterli dəyişikliklər, həmçinin, yumşaq toxumaların intensivliyində dəyişikliklər aşkar olunmamışdır. Məhkəmə Sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı ərazi aidiyyatı üzrə xx.xx.2025-ci il tarixdən 26 nömrəli Şəhər Poliklinikasında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixdən sonrakı müddətdə poliklinikaya 2 dəfə həkim terapevtə müraciəti olmuşdur.xx.xx.2025-ci il tarixdə “NSD.F45.Baş ağrısı R51.” və xx.xx.2025-ci il “KRX J06.8” diaqnozu ilə müraciət etmişdir.Hər bir müraciətdə həkim tərəfindən müayinə olunub və müvafiq müalicə yazılıb. Beləliklə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8855/2025 saylı, 02 iyun 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə İddiaçı2 elektron kabinetinə yerləşdirilmişdirildiyini, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi və xx.xx.2025-ci il tarixən xx.xx.2025-ci il tarixə kimi İddiaçı2 stasionar müalicədə olması, yaxud apellyasiya şikayətini verməyi mümkünsüz edən hər hansı hal müəyyən edilmədiyini, lakin iddiaçının həmin qərardan apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə verməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürdüyünü nəzərə alan məhkəmə Kollegiyası apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü sayılmaqla bərpa edilməsi barədə ərizənin dəlillərini əsaslı saymır. Məhkəmə Kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq iddiaçıya bədən xəsarətləri yetirilməsi ilə bağlı cinayət işinin materiallarının tələb edilməsi barədə vəsatəti təmin etməmişdir. Belə ki, cinayət işinin başlanması barədə materialların mövcud olması iddiaçının apellyasiya şikayətini verməyi mümkünsüz edən hər hansı halın mövcud olmasına birbaşa dəlalət etmir. Məhkəmə Kollegiyası xüsusi olaraq vurğulayır ki, Tibbi Ərazi Bölmələrini X10 Hüquqi Şəxsinin (TƏBİB) məhkəmə sorğusuna cavab məktublarından xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi (26 nömrəli Şəhər Poliklinikasına müraciət edənə kimi) və xx.xx.2025-ci il tarixən xx.xx.2025-ci il tarixə kimi İddiaçı2 stasionar müalicədə olması, yaxud apellyasiya şikayətini verməyi mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Kollegiyası şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü sayılması barədə iddiaçı tərəfindən verilmiş ərizənin dəlillərini əsaslı saymır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınä dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-8855/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü sayılmaqla bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8855/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-4262/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4262/2025
25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver