Məhkəmə qərarları › İş №2-1(103)-4265/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4265/2025

14.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4265/2025 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Orxan Nadir oğlu İsmayılov və X7 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə9, Cavabdehin nümayəndəsi nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi nümayəndə2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı cəlb edilməklə) “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya illərinin yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “İddiaçı ##.##.1998-ci ildən ##.##.2012-ci ilədək (##.##.2007-ci ildən ##.##.2007-ci il tarixləri istisna olmaqla) “El Seym İnşaat” MMC-də işlədiyi müddəti sığorta stajı kimi alınmaqla əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq, cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının olmadığını qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışlar mövcuddur. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, Mərkəzi Filiala təqdim olunan # ###### 1983-cü il tarixli, İT-İ 1050078 nömrəli əmək kitabçasında ##.##.1998- ##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının “Əl Seym İnşaat” MMC-də nəzarətçi və iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İş stajına dair məlumatların araşdırılması zamanı, ##.##.2006-##.##.2006-ci il, ##.##.2007-##.##.2007-ci il, ##.##.2008-##.##.2012-ci il tarixləri arasındakı dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də ##.##.1998-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı, yuxarıda qeyd olunan dövrlərə dair mühasibatlıq və kadr uçotu vərəqələrinin “Əl Seym İnşaat” MMC-də mövcud olmadığı və sözügedən arayışın əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilib. Bu fakt adıçəkilən müəssisənin ## ######## 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəbdən də yuxarıda qeyd olunan dövrü iş stajına daxil etmək mümkün olmadığı üçün onun güzəştli iş stajının 12 il 6 aydan az (7 il 8 ay 16 gün (##.##.2007- ##.##.2007-ci il, ##.##.2012-##.##.2012ci il, ##.##.2012-##.##.2012-ci il, ##.##.2013-##.##.2013-cü il, ##.##.2014-##.##.2014cü il, ##.##.2014-##.##.2014-cü il, ##.##.2014-##.##.2014-cü il, ##.##.2016- ##.##.2016cı il, ##.##.2016-##.##.2016-cı il, ##.##.2017-##.##.2019-cu il, ##.##.2019-##.##.2019cu il, ##.##.2019-##.##.2019-cu il, ##.##.2020-##.##.2020-ci il, ##.##.2020-##.##.2021ci il, ##.##.2021-##.##.2021-ci il, ##.##.2021-##.##.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı ##.##.1998-ci ildən ##.##.2012-ci ilədək (##.##.2007-ci ildən ##.##.2007-ci il tarixləri istisna olmaqla) “El Seym İnşaat” MMC-də işlədiyi müddəti sığorta stajı kimi alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əmək haqqı ilə şərtləndirilmişdir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-cı il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır). Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarına əsasən, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il ## ###### tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin Sədrinin Sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 0# ###### 1983-cü il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasında ##.##.1998-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində “Əl Seym İnşaat” MMC-də nəzarətçi və iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Tərəflərindən İddiaçı iş stajına dair məlumatların araşdırılması zamanı, ##.##.2006-##.##.2006-ci il, ##.##.2007-##.##.2007-ci il, ##.##.2008-##.##.2012-ci il tarixləri arasındakı dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də iddiaçının ##.##.1998-##.##.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, adıçəkilən müəssisədəki İddiaçı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı, yuxarıda qeyd olunan dövrlərə dair mühasibatlıq və kadr uçotu vərəqlərinin “Əl Seym İnşaat” MMC-də mövcud olmadığı və sözügedən arayışın iddiaçının əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilmişdir. Bu fakt adıçəkilən müəssisənin ## ######## 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə9 apellyasiya şikayətinin dəlilllərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. - İddiaçı ##.##.1961-ci il təvəllüdlüdür, ##.##.1980-ci il - ##.##.1982-ci il tarixlərdə orduda xidmət etmişdir. - Əmək kitabçasına əsasən iddiaçı ##.##.1980-##.##.1982-ci illərdə keçmiş SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuş, ##.##.1983-##.##.1988-ci il tarixlərdə fəhlə; ##.##.1989-##.##.1992-ci il tarixlərdə betonçu, usta, mühəndis; ##.##.1992-##.##.1993cü il tarixlərdə direktor; ##.##.1994-##.##.1996-cı il tarixlərdə mühəndis, ##.##.1996- ##.##.1998-ci il tarixlərdə texniki nəzarətçi; ##.##.1998-##.##.2012-ci il tarixlərdə “EL- Seym İnşaat“ Qapalı Səhmdar Cəmiyyətində iş icraçısı; ##.##.2012-##.##.2013-cü il tarixlərdə “Merkuri İnşaat“ MMC-də iş icraçısı; ##.##.2013-##.##.2013-cü il tarixlərdə “EL Seym İnşaat“ QSC-də iş icraçısı; ##.##.2014-##.##.2014-cü il tarixlərdə “Merkuri İnşaat” MMC-də iş icraçısı; ##.##.2016-##.##.2017-ci il tarixlərdə “Merkuri İnşaat” MMC-də iş icraçısı; ##.##.2017-##.##.2019-cü il tarixədək “EL-Seym İnşaat“ QSC-də iş icraçısı; ##.##.2019-##.##.2021-ci il tarixədək “xxxx“ MMC-də iş icraçısı; ##.##.2021-ci il tarixdən bu günədək də “EL-Seym İnşaat“ Qapalı Səhmdar Cəmiyyətində iş icraçısı vəzifəsində işləmişdir. “El-Seym İnşaat” MMC-də tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ##.##.2021-ci ildən indiyədək “El-Seym İnşaat” X6 iş icraçısı vəzifəsində işləyir. Əmək haqqı ştat cədvəlinə əsasən 1770 (bir min yeddi yüz yetmiş) AZN təşkil edir. İddiaçı Bəhram oğlu müxtəlif illərdə “El-Seym İnşaat” X6 işləmişdir: ##.##.1998-il tarixdən ##.##.2012-ci il tarixədək; ##.##.2013-cü il tarixdən ##.##.2013-cü il tarixədək; ##.##.2017-ci il tarixdən ##.##.2019- cu il tarixədək. Azərbaycan Resbulikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı Qərarına əsasən ** №-li bölmənin “a” bəndi: fəhlələr, bənna briqadalarında və kompleks briqadaların xüsusu bənna manqalarında daim işləyən bənnalar və “b” bəndi: rəhbərlər və mütəxəssislər: tikinti-quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. “Merkuri İnşaat” MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı müxtəlif illərdə “Merkuri-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində çalışmışdır: ##.##.2012-ci il tarixdən ##.##.2013-cü il tarixədək; ##.##.2014-cü il tarixdən ##.##.2014-cü il tarixədək; ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı Qərarına əsasən ** №-li bölmənin “a” bəndi: fəhlələr, bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar və “b” bəndi: rəhbərlər və mütəxəssislər: tikinti-quraşdırma işləri üzrə iş ustaları, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. “xxxx” MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ##.##.2019-cu ildən ##.##.2021-ci ilədək “xxxx” X8 iş icraçısı vəzifəsində işləyib. Əmək haqqı ştat cədvəlinə əsasən 600 (altı yüz) AZN təşkil edib. Azərbaycan Resbulikasmın Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı Qərarına əsasən ** №-li bölmənin “a” bəndi: fəhlələr, bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar və “b” bəndi: rəhbərlər və mütəxəssislər: tikinti-quraşdırma işləri üzrə ustalar, iş icraçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. DVX Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən "El-Seym İnşaat" QSC (VÖEN: 1000202761) tərəfindən təqdim edilmiş hesabatlarda İddiaçı Bəhram oğluna 2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin oktyabr ayının 31-dək olan dövr üzrə hər ay (2019-cu ilin iyul və avqust ayları istisna olmaqla) əmək haqqı və buna müvafiq olaraq məcburi dövlət sığorta haqları hesablanmış və ödənilmişdir. "El-Seym İnşaat" QSC- nin şəxsi vərəqəsinə əsasən ##.##.2024-cü il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə müvafiq fonda borcu yoxdur. Beləliklə işdən müəyyən olunur ki, iddiaçı İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə iddiaçının “Əl Seym İnşaat” MMC-də nəzarətçi və iş icraçısı vəzifələrində işlədiyi dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı üçün iddiaçının güzəştli iş stajının kifayət qədər olmadığından imtina etmişdir. Bundan sonra iddiaçı müvafiq iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “El-Seym İnşaat” MMC iddiaçının ##.##.1998-##.##.2012, ##.##.2013-##.##.2013, ##.##.2017-##.##.2019 dövrlər ərzində işlədiyi “iş icraçısı” vəzifəsinin əmək funksiyaları baxımından güzəştli pensiya hüququ verən sahəyə aid olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 29-cu bölməsinin “a” bəndinə əsasən iş icraçıları güzəştli pensiya hüququ verən vəzifədir. Beləliklə, qanunvericilikdə tələb olunan şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona ##.##.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iddiaya etirazın və müraciətin təmin olunmasından imtinanın dəlilləri ilə eynilik təşkil edir. Aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının tələbini təmin etməkdən imtinasının dəlili odur ki, iddiaçının iş stajına dair məlumatların araşdırılması zamanı, iddiaçının “Əl Seym İnşaat” MMC-də nəzarətçi və iş icraçısı vəzifələrində işlədiyi ##.##.2006-##.##.2006-ci il, ##.##.2007-##.##.2007-ci il, ##.##.2008-##.##.2012-ci il tarixləri arasındakı dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də ##.##.1998-##.##.2005-ci il tarixləri arasındakı dovr üzrə də işləyib-işləməməsinə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də bu dövrü iş stajına daxil etmək mümkün olmadığı üçün onun güzəştli iş stajı 12 il 6 aydan az hesablanır, bu da pensiya təyin edilməsinə imkan vermir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı ##.##.1998-ci il tarixdən “Əl Seym İnşaat” MMC-də işləmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ##.##.2006-cı il tarixdən əvvəl və sonrakı dövrlərə aid qanununvericiliyin ayrı-ayrılıqda təhlil edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qanuni qüvvəyə mindiyi ##.##.2006-cı il tarixindən əvvəl pensiya təyinatı “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən həyata keçirilirdi. Qeyd edilməlidir ki, pensiya təyin edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilməli olması ilə bağlı tələb “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna # ###### 2002-ci il tarixdən əlavə edilmişdir. Qanunun 67-ci maddəsinin 8-ci bəndində qeyd edilir ki, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Qanunun 67-ci maddəsinin 1-7-ci bəndlərinə əsasən: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il ######ın #-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və II qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, R və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçının “Əl Seym İnşaat” MMC-də işlədiyi ##.##.1998-ci il tarixdən 0# ###### 2002-ci ilədək olan dövrü üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi yoxdur. Bu səbəbdən həmin dövr güzəştli iş stajının hesablanması zamanı nəzərə alınmalıdır. Digər tərəfdən, 0# ###### 2002-ci il tarixdən ## ###### 2006-ci il tarixə olan dövr üçün məhkəmə kollegiyası qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2018-ci il tarixli ****-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin ## ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, vətəndaşların ## ###### 2006-ci il tarixə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları bağışlandığı üçün iddiaçının 0# ###### 2002-ci il tarixdən ## ###### 2006-ci il tarixə kimi işlədiyi dövrlər də güzəştli iş stajına hesablana bilər. Ümumilikdə götürdükdə iddiaçının “El-Seym İnşaat” MMC-də ##.##.1998-##.##.2006 müddətin sığorta stajına daxil edilməsi üçün heç bir maneə yoxdur. Belə ki, bu dövrlər üzrə məcburi sosial sığorta haqlarının ödənilməməsi güzəştli iş stajına hesablanması üçün maneə yaratmır. Belə olan halda, iddiaçının “El-Seym İnşaat” MMC-də ##.##.1998-##.##.2006 dövrlər üzrə 8 ilə yaxın güzəştli iş stajı mövcud olur. ##.##.2006-cı ildən sonrakı dövr üzrə kifayət qədər iş stajının olub-olmaması, məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər; 1.1.9. sığortaolunanın sığorta stajı – sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; 9-cu maddəsinə əsasən sığortaçının hüquqları aşağıdakılardır: müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq; məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq; məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 10-cu maddəsinə əsasən sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; bu Qanunun 14.5.1-1-ci maddəsində (bu Qanunun 14.5.1-1.4-cü maddəsi istisna olmaqla) nəzərdə tutulan fəaliyyət növlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək; bu Qanunun 14.5.1-1.4-cü maddəsində nəzərdə tutulan fəaliyyət növünü Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” almaqla həyata keçirmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı 2006-2012-ci illər üzrə sığortaedən “El-Seym İnşaat” QSC (SUN: 10410024718, VÖEN: 1000202761) tərəfindən təqdim olunmuş hesabatların təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən ## ###### 2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktubla cavab verilərək qeyd edilmişdir ki, sorğu ilə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış ##.##.2007- ##.##.2007 və ##.##.2013-##.##.2014-cü illər üzrə İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları və Nazirliyin elektron informasiya ehtiyatlarında olan sığortaedənin təqdim etdiyi məcburi dövlət sosial sığorta haqları üzrə hesabatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2014-cü il tarixinədək hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası təqdim edilir. Əlavə olaraq MEİS-də sığortaedən tərəfindən təqdim olunmuş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda sorğuda qeyd olunan digər dövrlər üzrə İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar olunmamışdır. Məktuba əlavə edilmiş cədvəldən görünür ki, Sığortaedən "EL-SEYM İNŞAAT" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı adına 2007-2013-cü illər (2007.Yanvar- 2013.Dekabr) üzrə 532,50 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Məktuba əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli cədvəldən görünür ki, Sığortaedən "EL-SEYM İNŞAAT" Qapalı Səhmdar Cəmiyyəti 2006-2013-cü illər üzrə məcburi dövlət sosial sığorta haqqları üzrə borcu yoxdur. Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş xidməti məktubda qeyd edilir ki, ## ### 2021-ci il tarixinə İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 20136,55 manat, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi isə qanunvericiliyə uyğun olaraq həmin tarixə ona münasibətdə 40800,00 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi # ###### 1983-cü il tarixli, İT-İ 1050078 nömrəli əmək kitabçasında ##.##.1998-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində “Əl Seym İnşaat” MMC-də nəzarətçi və iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən İddiaçı iş stajına dair məlumatların araşdırılması zamanı, ##.##.2006-##.##.2006-ci il, ##.##.2007-##.##.2007-ci il, ##.##.2008- ##.##.2012-ci il tarixləri arasındakı dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilib. Buna görə də ##.##.1998-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar, həmin müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı, yuxarıda qeyd olunan dövrlərə dair mühasibatlıq və kadr uçotu vərəqlərinin “Əl Seym İnşaat” MMC-də mövcud olmadığı və sözügedən arayışın İddiaçı əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilib. Bu fakt sözügedən müəssisə tərəfindən ## ######## 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Göstərilən səbəblərdən də ##.##.1998-##.##.2005-ci il, ##.##.2006-##.##.2006-ci il, ##.##.2007-##.##.2007-ci il və ##.##.2008-##.##.2012-ci il tarixləri arasındakı dövrləri adıçəkilən şəxsin iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən dövrlər İddiaçı iş stajına daxil edilsə belə ##.##.2021-ci il tarixinə onun pensiya kapitalı 40800,00 manatdan az, 27856,23 manat təşkil edəcək. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, sığortaedən "EL-SEYM İNŞAAT" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 2006-2013-cü illər üzrə hesabatlar təqdim edilmiş, məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Belə olan halda ödənilmiş məcburi dövlət sosial sığorta haqqı məbləğlərinin ‘‘Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nin “Sığorta” (Hesabat) alt sistemində əks olunmaması iddiaçının təqsiri deyil və onun ziyanına şərh edilməməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının "EL-SEYM İNŞAAT" Qapalı Səhmdar Cəmiyyətində işlədiyi 2006-2013-cü illər üzrə dövrlərin güzəştli iş stajına daxil edilməsi üçün hər hansı maneə yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 29-cu bölməsinin “a” bəndinə əsasən iş icraçılarının güzəştli pensiya hüququ verən vəzifə olması öz əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş stajı ilə bağlı mübahisə ilə əlaqədar qeyd edir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Hazırkı halda iddiaçının iş stajı əmək kitabçası, “El-Seym İnşaat” MMC, “Merkuri İnşaat” MMC və “xxxx” MMC tərəfindən verilmiş arayışlarla, həmçinin DVX Milli Gəlirlər Baş İdarəsinin məktubu ilə təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi iddiaçının tələb olunan güzəştli iş stajının olması iş materiallarında olan sənədlərlə təsdiqini tapır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. Hazırkı halda iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı ##.##.2006-ci il tarixdən sonra yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli 530- VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə kimi) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun (hazrda qüvvədə olan redaksiya) 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli, ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmiş (“Azərbaycan” qəzetində ## #### 2022-ci il tarixdə dərc edilmişdir), həmin redaksiyanın mətninə əsasən pensiyanın təyin edilməsi üçün üç əsas: yaş (kişilər üçün 60 yaş), ümumi staj (25 il) və (zərərli işlərdə staj 12 il 6 ay) müəyyən edilmiş, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdır. Lakin həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İşin hallarından göründüyü kimi, iddiaçının 60 yaşının tamam olduğu ##.##.2020ci il tarixə güzəştli şərtlərlə pensiya əldə etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən pensiya təyini üçün cavabdeh inzibati orqana ## ###### 2024cü il tarixdə müraciət edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yeni qanun qüvvəyə mindiyi tarixdən sonra ## ###### 2024-cü il tarixdə inzibati orqana (öz iradəsinə uyğun olaraq) müraciəti olduğu və 60 yaşının tamam olduğu nəzərə alınmaqla ##.##.2022-ci il tarixdən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ### 2022-ci il tarixli, ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarix) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və pensiya kapitalının olması tələbi ona tətbiq edilməməlidir. Əks yanaşma iddiaçıya münasibətdə həddən artıq formallıq hesab edilməklə qanunverici tərəfindən qarşıya qoyulmuş məqsədə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən qeyd edilən hallar nəzərə alınmamış, qərarın nəticə hissəsində iddiaçı İddiaçı ##.##.1998-ci ildən ##.##.2012-ci ilədək (##.##.2007-ci ildən ##.##.2007-ci il tarixləri istisna olmaqla) “El Seym İnşaat” MMC-də işlədiyi müddəti sığorta stajı kimi alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı dəyişdirilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı ##.##.2020-ci il tarixdə 60 yaşının tamam olduğu nəzərə alınaraq ##.##.2022-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85, 87 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı İddiaçı ##.##.2020-ci il tarixdə 60 yaşının tamam olduğu nəzərə alınaraq ##.##.2022-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Orxan İsmayılov Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar