Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4266/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdehn nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup əlil olması səbəbindən sağlamlığına dəyən ziyana görə sığorta haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(112)-6192/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup Çernobıl əlili olub, sağlamlığına dəyən ziyana görə sığorta haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 oktyabr 1986 - 29 noyabr 1986-cı il tarixləri ərzində Belorus SSR-nin Moqilyov şəhərindəki milis məktəbindən Çernobıl qəzasının nəticələrini aradan qaldırmaqdan ötəri hadisə yerinə ezam edilmişdir. Səhhətində yaranmış problemlər əsasında Xəstəliklərin Səbəbinin və X1 Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə ələqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurası xx.xx.2013-cü il tarixli ekspert rəyi ilə xəstəliyinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi zamanı almış olduğu şüalanma ilə əlaqələndirilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(112)-6192/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia təmin edilmiş, İddiaçı xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup əlil olması səbəbindən sağlamlığına dəyən ziyana görə sığorta haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(112)- 6192/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən dövlət icbari şəxsi sığortası üzrəsığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilir. Qeyd olunanlara əsasən, Qanunla sığorta olunan şəxslərə münasibətdə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı sığortaolunan hesab edilsə və ona Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlillik təyin edilməsi sığorta hadisəsi sayılsa belə, iddiaçıya sığorta ödənişinin verilməsində cavabdehlik daşıyan qurum Fond deyildir. Belə ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, dövlət icbari şəxsi sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1dən əvvələ aid olduğu halda, sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmin edilir. Qeyd olunanlara əsasən, Qanunla sığorta olunan şəxslərə münasibətdə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduğu halda, dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil. İş materiallarından da görünür ki, iddiaçı Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işlərində iştirak etmiş, bununla əlaqədar əlilliyi isə xx.xx.2015-ci il tarixində müəyyən edilmişdir. Göründüyü kimi, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədlərin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aiddir. Aydındır ki, sığorta ödənişi verilməli olsa belə, cavabdehlik daşıyan qurum Fond deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yalnız adı var, özü yoxdur. Bu bir oyundur qurulub ki, vətəndaşlar pulunu ala bilməsin. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş materiallarında olan sənədlər kifayət qədər araşdırılmamış, nəticə etibarilə güzgün olmayan qənaətə gəlinmişdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. Hazırki işin hallarından görünür ki, iddiaçının tələbi onun xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup Çernobıl əlili olub, sağlamlığına dəyən ziyana görə sığorta haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Qeyd olunan hüquq münasibətləri aşağıda sadalanan qanunvericilik normaları ilə tənzimlənir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1.6-ci maddəsinə müvafiq olaraq, sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan Qanunun 5-ci maddəsi ilə müəyyən edilən hal hesab edilir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Lakin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli, 1340 nömrəli Fərmanının 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Həmin Fərmanın 2.8-ci bəndinə görə, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişini həyata keçirən orqanın hansı olması sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixindən asılıdır. Bu sənədin tarixi 2021-ci il yanvarın 1dən əvvələ aid olduğu halda, qeyd olunan ödənişi "xxxx" ASC, həmin tarixdən sonraya aid olduğu halda isə DSMF həyata keçirir. 2022-ci il yanvarın 1-dək isə qeyd olunan ödənişləri Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirirdi. İş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırkı iş üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aiddir və belə olan halda tələbin Cavabdehnə qarşı irəli sürülməsi üçün hüquqi əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2- 1(112)-6192/2025 saylı qərarı ləğv edilməli, iddia ərizəsi mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin Bakı İnzibati Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2-1(112)-6192/2025 saylı qərarı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı xidməti vəzifəsini yerinə yetirərkən ikinci qrup əlil olması səbəbindən sağlamlığına dəyən ziyana görə sığorta haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-4266/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-4266/2025
28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver