Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4267/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “travmanın səbəb-əlaqəsinin dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X6 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2517/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.N62-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.
2. N nömrəli hərbi hissə komandirinin N nömrəli, 28 sentyabr 2008-ci il tarixli arayışında göstərilmişdir ki, həqiqətən N saylı hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı xx.xx.N97-ci il tarixdən xx.xx.N97-ci il tarixədək “Qapalı baş-beyin zədələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur.
3. Cavabdehin məhkəmə sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində qəbul edilmiş xx.xx.2007-ci il tarixli 613 saylı xəstəlik haqqında şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Şəhadətnamədən görünür ki, iddiaçıya təyin olunmuş “Mikroocaqlı üzvi nevrolojı nişanələr, davamlı asteno-nevrotik təzahürlər, kəllədaxili təzyiqin kəskin dərəcədə artması və kortikal atrofiya ilə müşayiət olunan travmatik araxnoidoensefalopatiya ilə nəticələnmiş, keçirilmiş qapalı kəllə-beyin travmasının (05/N97) qalıq əlamətləri”. Postkontuzion ikitərəfli xroniki koxlear nevrit, pıçıltı nitqini sağ qulaqla 3m, sol qulaqla 4m məsafədən eşitməsi ilə” diaqnozu ilə olan travmanın hərbi xidmət ilə səbəb əlaqəsi “Hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi, “Sağ gözün buynuz qişasının kəsilmiş yarasına görə aparılmış yaranın birincili cərrahı işlənməsindən sonrakı (xx.xx.N87) bəbəyin korrektopatiyası və buynuz qişanın çapıq deformasiyası nəticəsində görmə itiliyinin 0,08-ə qədər azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Qara ciyərin mülayim dərəcəli piy distrofiyası, funksiyanın pozulmaması ilə” diaqnozu ilə olan xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi isə “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi təyin olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 23b,35b maddəsinin İİ qrafasına əsasən “DİNC DÖVRDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmışdır.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir. İddiaçının qiymətləndirmə məlumatlarından görünür ki, ona ilk dəfə xx.xx.2007-ci il tarixdə Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, təkrar qiymətləndirmə nəticəsində xx.xx.2015-ci il tarixdən Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir.
5. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəmə sorğusuna cavab olaraq 07 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli müvafiq nömrəli əmrinə əsasən N №-li hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsinə təyin olunmuş və N №-li hərbi hissədən gəlmiş baş leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 329 №-li əmrilə (əsas: §-7, səh-142, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır) xx.xx.N96cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N97ci il tarixli 145 №-li əmrində (əsas: §-2, səh-45, sıra-2, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) Tibb məntəqəsinin xx.xx.N97ci il tarixli 540 №-li göndərişinə əsasən, ərzaq xidməti rəisi, baş leytenant İddiaçı xx.xx.N97-ci il tarixdən N №-li hərbi hissəyə, müalicəyə getmiş hesab edilərək qazan təminatından çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 144 №-li əmrində (əsas: §-1, bənd-1, səh-14, sıra-4, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “baş leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) N №-li hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı (əsas kimi “N №-li hərbi hissənin xx.xx.N97-ci il tarixli 59 №-li ərzaq attestatı” göstərilmişdir) xx.xx.N97-ci il tarixdən tibb bölüyündə stasionar müalicəyə qəbul olunması ilə əlaqədar olaraq xx.xx.N97-ci il tarixdən hospital ərzaq normasına qoyulması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 167 №-li əmrində (əsas: §-1, bənd-2, səh-32, sıra-11, hərbi rütbəsi “baş leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hospital rejimini pozması və müalicə dövrünün başa çatması ilə əlaqədar olaraq xx.xx.N97-ci il tarixdən hospitalın ərzaq normasından çıxarılan hərbi qulluqçuların siyahısında, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş leytenant İddiaçı (əsas kimi “Tibb bölük komandirinin xx.xx.N97-ci il tarixli təqriri” göstərilmişdir) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N97xx.xx.N97-ci il tarixli nizami hissə üzrə əmrlərində baş leytenant İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N97-ci il tarixli 184 №-li əmrində (əsas: §-1, səh-129, sıra-6, əmrdə hərbi rütbəsi “baş leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) Tibb məntəqəsi rəisinin xx.xx.N97-ci il tarixli 1074 №-li təqririnə əsasən, ərzaq xidməti rəisi, baş leytenant İddiaçı xx.xx.N97-ci il tarixdən N №-li hərbi hissədən, müalicədən hərbi hissəyə qayıtmış hesab edilərək qazan təminatına qoyulması və vəzifəsinin icrasına başlaması qeyd olunmuşdur. N №-li hərbi hissənin ərzaq xidməti rəisi, kapitan İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N99-cu il tarixli müvafiq nömrəli əmrinə əsasən, N №-li hərbi hissənin Çörək zavodunun rəisi vəzifəsinə təyin olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N99-cu il tarixli 350 №-li əmrilə (əsas: §-6, səh-99, əmrdə hərbi rütbəsi “kapitan" yazılmışdır) xx.xx.N99-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin may-iyun N97-ci il tarixli nizami hissə üzrə əmrlərində N №-li hərbi hissənin hər hansı döyüş tapşırığını icra edib- etməməsi, qoşunların təmas xəttində hər hansı qarşıdurmanın olub-olmaması barədə məlumat aşkar olunmamışdır.
6. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdə MN MHKH-nın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən xx.xx.N97-ci il tarixdə mərmi partlaması nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi onun xəstəlik tarixlərində olan anamnestik məlumatlara əsasən “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçı aldığı travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi üçün onun həmin vaxt “döyüş tapşırığını yerinə yetirməsinə” dair hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış olmalıdır. Lakin İddiaçı xəstəlik tarixlərində belə bir arayış mövcud deyildir və o özü də belə bir arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən də onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyildir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər "Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsinə və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmağı və onun əlilliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.
8. Sonradan iddiaçı ərizə təqdim edərək hazırkı inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının yenidən şəhadətləndirilməklə xx.xx.2007-ci il tarixli, 613 nömrəli “Xəstəlik haqqında şəhadətnamədə” qeyd olunan travmanın hərbi xidmətlə səbəb-əlaqəsini dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almışdır” kimi yazılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 mart N94-cü il tarixdə ehtiyatda olan zabit kimi könüllü olaraq həqiqi hərbi xidmətə çağırılması üçün Bakı şəhər Nizami rayon hərbi komissarlığına müraciət etmiş və 14 mart N94-cü il tarixdə komissarlıq tərəfindən hərbi xidmətə çağırılmış və həmin tarixdən N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olunmuşdur. N96-cı ilin sentyabr ayında xidmətinin davam etdirilməsi üçün N nömrəli hərbi hissəyə köçürülmüşdür. N nömrəli hərbi hissədə xidmətdə olarkən hərbi hissə komandirinin müvafiq əmrinə əsasən 23 may N97-ci il tarixdə döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar düşmənlə üzbəüz mövqedə səngərdə olarkən düşmən tərəfindən atılan mərminin partlamasıdan qapalı kəllə-beyin travması almışdır. Onunla birgə səngərdə olmuş zabit yoldaşı Allahverdiyev Pənah mərmi partlayışından ölmüşdür. İddiaçı aldığı xəsarətlərlə bağlı N nömrəli hərbi hospitalda stasionar müalicə almışdır. İddiaçı 22 fevral 2007-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi xidmətə yararsız hesab edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 613 nömrəli rəyinə görə iddiaçıda aşkar olunmuş xəstəliklər hərbi travma olmaqla hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. 01 fevral 2013-cü il tarixdə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Xidməti tərəfindən ona ikinci dərəcəli əlillik verilmişdir. 2014-cü ilin may ayında Qarabağ müharibəsi veteranı və ikinci dərəcəli əlil kimi ailəsi ilə birgə mənzilə ehtiyacı olduğuna görə müvafiq sənədlərini yaşayış yeri üzrə Yasamal Rayon İcra Hakimiyyətinə təqdim etmiş və Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 06 may 2014- cü il tarixli, 91 nömrəli sərəncamına əsasən 2-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil uçotuna götürülmüşdür. Həmçinin ona Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən 05 iyul 2013-cü il tarixdə “Müharibə veteranı” adı və MA/-05487N nömrəli veteran vəsiqəsi verilmişdir. İddiaçının xidmətdə olduğu N nömrəli hərbi hissə Müdafiə Nazirliyi tərəfindən N93-cü ilin oktyabr ayında komplektləşdirilməklə yarandığı vaxtdan Beyləqan və Füzuli rayonları ərazisində döyüş tapşırıqlarını yerinə yetirməklə döyüş şəraitində yerləşən hərbi hissə olmuşdur. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuşdur.
11. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, SHXÇDX-nı Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən N94-cü ildə hərbi xidmətə çağırılmış iddiaçı xx.xx.2007-ci ildə MN Mərkəzi hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Mikroocaqlı üzvi nevrolojı nişanələr, davamlı asteno-nevrotik təzahürlər, kəllədaxili təzyiqin kəskin dərəcədə artması və kortikal atrofiya ilə müşayiət olunan travmatik araxnoido-ensefalopatiya ilə nəticələnmiş, keçirilmiş qapalı kəllə-beyin travmasının (05/N97) qalıq əlamətləri”. Postkontuzion ikitərəfli xroniki koxlear nevrit, pıçıltı nitqini sağ qulaqla 3m, sol qulaqla 4m məsafədən eşitməsi ilə” diaqnozu ilə olan travmanın hərbi xidmət ilə səbəb əlaqəsi “Hərbi travma, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi, “Sağ gözün buynuz qişasının kəsilmiş yarasına görə aparılmış yaranın birincili cərrahı işlənməsindən sonrakı (xx.xx.N87) bəbəyin korrektopatiyası və buynuz qişanın çapıq deformasiyası nəticəsində görmə itiliyinin 0,08-ə qədər azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Qara ciyərin mülayim dərəcəli piy distrofiyası, funksiyanın pozulmaması ilə” diaqnozu ilə olan xəstəliklərinin hərbi xidmətlə səbəb əlaqəsi isə “Xəstəlik hərbi xidmət dövründə alınmışdır”kimi təyin olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 23b,35b maddəsinin İİ qrafasına əsasən “DİNC DÖVRDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR” sayılmışdır. İddiaçı xx.xx.2007-ci i tarixdə MN MHKH-nın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərkən xx.xx.N97-ci il tarixdə mərmi partlaması nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi onun xəstəlik tarixlərində olan anamnestik məlumatlara əsasən “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçının aldığı travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi üçün onun həmin vaxt “döyüş tapşırığını yerinə yetirməsinə” dair hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış olmalıdır. Lakin iddiaçının xəstəlik tarixlərində belə bir arayış mövcud deyildir və o özü də belə bir arayışı komissiyaya təqdim etməmişdir. Bu səbəbdən də onun aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyildir. İddiaçının travmasının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2517/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli, 32N nömrəli əmri ilə həmin hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsinə təyin edilmişdir. O, N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən xx.xx.N97-ci il tarixində mina partlayışı nəticəsində xəsarət almış və N nömrəli hərbi hissəyə müalicəyə göndərilmişdir.
14. İddiaçının xx.xx.N97-ci il tarixində xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatlarının müəyyən edilməsi, həmçinin həmin hadisə baş verdiyi vaxt iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin hər hansı döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilib-edilməməsini aydınlaşdırmaq üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu verilmişdir. Müdafiə Nazirliyinin cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin may-iyun N97-ci il tarixli nizami hissə üzrə əmrlərində N №-li hərbi hissənin hər hansı döyüş tapşırığını icra edib-etməməsi, qoşunların təmas xəttində hər hansı qarşıdurmanın olub-olmaması barədə məlumat aşkar olunmamışdır.
15. Cavabdehin dəlilinə münasibət bildirilməsi məqsədi ilə məhkəmə tərəfindən araşdırma aparılmış, məhkəmə sorğusuna əsasən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2007-ci il tarixli 613 saylı xəstəlik haqqında şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər arasında tələb olunan hərbi hissə komandirinin travma haqqında arayışı mövcud olmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən hərbi hissə komandirinin arayışı onun stasionar müalicədə olması ilə bağlı olmuşdur və travmanın səbəb əlaqəsini müəyyən etmək üçün məlumatları özündə əks etdirməmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2517/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda iddia tələbinin təmin edilməməsi İddiaçı adına hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda onun stasionar müalicədə olması ilə bağlı olmasını və travmanın səbəb əlaqəsini müəyyən etmək üçün məlumatların həmin arayışda əks olunmamasını əsas kimi qeyd edilmişdir. Müdafiə tərəfi hesab ediri ki, travmanın səbəb əlaqəsini müəyyən etmək üçün məlumatların həmin arayışda əks olunmamasını əsas kimi qəbul edilməsi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı xidmətdə olduğu N nömrəli hərbi hissə Müdafiə Nazirliyi tərəfindən N93-cü ilin oktyabr ayında komplektləşdirilməklə yarandığı vaxtdan Beyləqan və Füzuli rayonları ərazisində döyüş tapşırıqlarını yerinə yetirməklə döyüş şəraitində yerləşən hərbi hissə olmuşdur. (Az.Resp. MN-nin xx.xx.N93-cü il tarixli 03963 nömrəli əmri) Döyüş şəraiti dedikdə isə hərbi hissənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Həmin hərbi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində olmuşdur. Həmçinin bildirilir ki, onunla birgə döyüş tapşırıqlarını yerinə yetirməsi üçün düşmənlə üzbəüz döyüş səngərinə göndərilmiş zabit yoldaşı baş leytenant X2 düşmən tərəfindən atılan mərmi partlamasından həlak olmuş, ona şəhidlik statusu verilmiş və Mingəçevir şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir. Eləcə də onun ailəsi şəhid ailəsi hesab olunur. Buradan belə çıxır ki, iddiaçı da həmin vaxt həlak olmuş olsaydı ona da, şəhid statusu veriləcəkdi. Bu səbəbdən İddiaçı aldığı xəsarətin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməlidir. Bununla da iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş və onun əlilliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qəbul edilməlidir.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr N99-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi-həkim ekspertizası dinc və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, həmçinin sərhəd qoşunlarında, daxili qoşunlarda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) səhhətinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq dərəcəsini, həbelə vətəndaşların yaralanmalarının (travmaların, xəsarətlərin, kontuziyaların) və xəstəliklərinin hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmələri ilə səbəb əlaqəsini (bundan sonra — yaralanmaların (xəsarətlərin, kontuziyaların, travmaların) və xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədilə keçirilir (1.). Hərbi-həkim ekspertizası keçirmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda, çağırış məntəqələrində ştatlı və ya ştatdankənar hərbi-həkim komissiyaları (bundan sonra — HHK) və həkim-uçuş komissiyaları (bundan sonra — HUK) yaradılır (2.). Şəhadətləndirilmə dedikdə, vətəndaşların hərbi xidmətə, hərbi qeydiyyat ixtisası üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığının müəyyən edilməsi məqsədilə, yazılı rəy çıxarmaqla onların, şəhadətləndirilmə anında səhhətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi başa düşülür (4.). Vətəndaş HHK-nin (HUK-un) onun barəsindəki rəyindən məhkəməyə şikayət verə bilər. Məhkəmənin qərarı ilə vətəndaş nəzarəti müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər (7.). “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də göstərilmişdir ki, hərbi qulluqçuların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi HHK bu Əsasnamənin 17- ci bəndinə uyğun olaraq çıxarır (29.). Vətənin müdafiəsi, hərbi xidmət vəzifəsinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı yaralanma (travma, kontuziya, xəsarət) almış hərbi qulluqçuların və xaricdə, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə, xaricdə kəşfiyyat və əkskəşfiyyat işində olan dövrdə və ya fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində vəzifələrin yerinə yetirilməsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi stasionar müalicə başa çatdıqdan sonra keçirilir (36.) Həmin Əsasnamənin 44-cü bəndində göstərilmişdir ki, HHK-nin yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik» a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən, cəbhədə olduğu dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, dövlət sərhəddini müdafiə edərkən; xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olan dövrdə, aktiv döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət edən dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırıqları yerinə yetirərkən yaranmışsa, yaxud bu xəstəliyin başlanğıcını həmin şəxsin cəbhədə olduğu dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırığı yerinə yetirdiyi dövrə aid etməyə imkan verən sənədlər varsa; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti), xəstəliyi əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) «a» bəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, elektromaqnit sahələri mənbələrinin və optiki kvant generatorlarının təsirinə məruz qalmaq nəticəsində almışsa. Əsasnamənin 45-ci bəndinə əsasən HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi vətəndaşın yaralanma (travma, kontuziya, xəsarət) aldığı anda xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti, habelə yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin icrası ilə əlaqədar olub-olmaması göstərilir). 46-cı bəndə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə yaralanma (travma, kontuziya, xəsarət) almış, lakin bu yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma səbəbini əks etdirən başqa sənədlər əsasında çıxara bilər
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
26. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli, 32N nömrəli əmri ilə həmin hərbi hissənin ərzaq xidməti rəisi vəzifəsinə təyin edilmişdir. O, N nömrəli hərbi hissədə hərbi xidmətdə olarkən xx.xx.N97-ci il tarixində mina partlayışı nəticəsində xəsarət almış və N nömrəli hərbi hissəyə müalicəyə göndərilmişdir.
27. Həmçinin iddiaçının xx.xx.N97-ci il tarixində xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatlarının müəyyən edilməsi, həmçinin həmin hadisə baş verdiyi vaxt iddiaçının xidmət etdiyi N saylı hərbi hissənin hər hansı döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilib-edilməməsini aydınlaşdırmaq üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu verilmişdir. Müdafiə Nazirliyinin cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin may-iyun N97-ci il tarixli nizami hissə üzrə əmrlərində N №-li hərbi hissənin hər hansı döyüş tapşırığını icra edib-etməməsi, qoşunların təmas xəttində hər hansı qarşıdurmanın olub-olmaması barədə məlumat aşkar olunmamışdır.
28. Qeyd edilməlidir ki, hərbi qulluqçunun aldığı travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi təyin edilməsi üçün onun həmin vaxt “döyüş tapşırığını yerinə yetirməsinə” dair hərbi hissə komandiri tərəfindən verilməli olan travma haqqında arayış olmalıdır. Lakin iddiaçının xəstəlik tarixlərində belə bir arayış mövcud deyildir və o özü də belə bir arayışı təqdim etməmişdir.
29. Hazırkı vəziyyətdə isə iddiaçının iddiasının təmin edilməsi, yəni onun aldığı travmanın səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi dəyişdirilməsi üçün həqiqətən iddiaçının aldığı travmanı müvafiq döyüş tapşırığını yerinə yetirərkən, yaxud düşmənlə təmas xəttində hər hansı qarşıdurma zamanı, yaxud düşmən qüvvələrinin hər hansı təxribatının qarşısını alarkən alması sübuta yetirilməlidir. Lakin, qeyd edilən hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
30. Cavabdehin dəlilinə münasibət bildirilməsi məqsədi ilə məhkəmə tərəfindən araşdırma aparılmış, məhkəmə sorğusuna əsasən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2007-ci il tarixli 613 saylı xəstəlik haqqında şəhadətnamə və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər arasında tələb olunan hərbi hissə komandirinin travma haqqında arayışı mövcud olmamışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən hərbi hissə komandirinin arayışı onun stasionar müalicədə olması ilə bağlı olmuşdur və travmanın səbəb əlaqəsini müəyyən etmək üçün məlumatları özündə əks etdirməmişdir.
31. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda iddia tələbinin təmin edilməməsi İddiaçı adına hərbi hissə komandanlığı tərəfindən verilmiş arayışda onun stasionar müalicədə olması ilə bağlı olmasını və travmanın səbəb əlaqəsini müəyyən etmək üçün məlumatların həmin arayışda əks olunmamasını əsas kimi qeyd edilmişdir. Müdafiə tərəfi hesab edirik ki, travmanın səbəb əlaqəsini müəyyən etmək üçün məlumatların həmin arayışda əks olunmamasını əsas kimi qəbul edilməsi əsassız və qanunsuzdur. Belə ki, İddiaçı xidmətdə olduğu N nömrəli hərbi hissə Müdafiə Nazirliyi tərəfindən N93-cü ilin oktyabr ayında komplektləşdirilməklə yarandığı vaxtdan Beyləqan və Füzuli rayonları ərazisində döyüş tapşırıqlarını yerinə yetirməklə döyüş şəraitində yerləşən hərbi hissə olmuşdur. (Az.Resp. MN-nin xx.xx.N93-cü il tarixli 03963nömrəli əmri) Döyüş şəraiti dedikdə isə hərbi hissənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş əməliyyatı aparması başa düşülür. Həmin hərbi hissə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində olmuşdur.
32. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 45-ci bəndinə əsasən HHK yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) səbəb əlaqəsi haqqında rəyi vətəndaşın yaralanma (travma, kontuziya, xəsarət) aldığı anda xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, digər qoşunlar və orqanların, təşkilatların, müəssisələrin rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti, habelə yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin icrası ilə əlaqədar olub-olmaması göstərilir).
33. Həmçinin apellyasiya şikayətində bildirilir ki, onunla birgə döyüş tapşırıqlarını yerinə yetirməsi üçün düşmənlə üzbəüz döyüş səngərinə göndərilmiş zabit yoldaşı baş leytenant X2 düşmən tərəfindən atılan mərmi partlamasından həlak olmuş, ona şəhidlik statusu verilmiş və Mingəçevir şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir. Eləcə də onun ailəsi şəhid ailəsi hesab olunur. Buradan belə çıxır ki, iddiaçı da həmin vaxt həlak olmuş olsaydı ona da, şəhid statusu veriləcəkdi. Bu səbəbdən İddiaçı aldığı xəsarətin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilməlidir. Bununla da iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş və onun əlilliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qəbul edilməlidir.
34. X1 xx.xx.N97-ci ildə iddiaçı ilə eyni hərbi hissədə xidmətdə olarkən şəhid olması ilə bağlı iddiaçının dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, həmin hal hazırkı iş üzrə iddiaçının mövqeyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, hətta iddiaçının X3 ilə eyni hərbi hissədə xidmət etməsi öz təsdiqini tapsa belə bu onların eyni bir hadisə nəticəsində xəsarət almalarını təsdiq edə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının N nömrəli hərbi hissədə tutduğu vəzifə “ərzaq xidməti rəisi” vəzifəsi olmuşdur ki, həmin vəzifənin xidməti funksiyaları birbaşa döyüş tapşırıqlarının yerinə yetirilməsini və ya düşmən hücumunun qarşısının alınması vəzifələrinin həyata keçirilməsini istisna edir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
36. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2517/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2517/2025 saylı, 13 avqust 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.