Məhkəmə qərarları › İş №2-1(103)-4272/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4272/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-4272/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı5, X10, İddiaçı6, İddiaçı7, İddiaçı9, X5, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi, əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7967/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13836/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı3 hazırkı pensiya məbləği 4011 manat 62 qəpik, yenidən hesablanmış pensiya məbləği 4865 manat 20 qəpik müəyyən edildi.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12664/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı9 hazırkı pensiya məbləği 2700 manat 15 qəpik, yenidən hesablanmış pensiya məbləği 3151 manat 36 qəpik müəyyən edildi.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-22554/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə X6 hazırkı pensiya məbləği 737 manat 08 qəpik, yenidən hesablanmış pensiya məbləği 1543 manat 89 qəpik müəyyən edildi.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-23521/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı4 pensiyası məhkəmə qərarına əsasən bərpa vətəndaşın ərizəsinə əsasən 6 illik olmaqla hesablanmış və yenidən hesablanmış pensiya məbləği 1201.48 manat müəyyən edilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13440/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı7 hazırkı pensiya məbləği 1358 manat 28 qəpik, yenidən hesablanmış pensiya məbləği 1800 manat 20 qəpik müəyyən edildi.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-10270/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı10 hazırkı pensiya məbləği 2193 manat 97 qəpik, yenidən hesablanmış pensiya məbləği 3317 manat 95 qəpik müəyyən edildi.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13730/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı6 hazırkı pensiya məbləği 2908 manat 31 qəpik, yenidən hesablanmış pensiya məbləği 3300 manat 79 qəpik müəyyən edildi.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15756/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı2 hazırkı pensiya məbləği 635 manat 65 qəpik, yenidən hesablanmış pensiya məbləği 1128 manat 54 qəpik müəyyən edildi.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17307/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı1 hazırkı pensiya məbləği 1437 manat 75 qəpik, yenidən hesablanmış pensiya məbləği 2134 manat 08 qəpik müəyyən edildi.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13353/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı8 hazırkı pensiya məbləği 2769 manat 33 qəpik, yenidən hesablanmış pensiya məbləği 3232 manat 88 qəpik müəyyən edildi.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024 cü il tarixli, 3-17-1/3-3-17007/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı11 hazırkı pensiya məbləği 2006 manat 64 qəpik, yenidən hesablanmış pensiya məbləği 2473 manat 13 qəpik müəyyən edildi.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıların nümayəndəsi(vəkili) Vəkil ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-1/2- 35577/2025 nömrəli “Güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 45- ci maddəsinin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, Qanunun 9-cu maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixindən qüvvəyə minmiş 13 may 2022- ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılıb. Eyni zamanda, Azərbaycan Respublikasının 13 may 2022- ci il tarixli 530-VİQD nömrəli Qanununun 2.2-ci maddəsinə əsasən, qeyd olunan 1.11-ci maddə Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qanunun 45-ci maddəsinin ikinci cümləsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasının tələblərinə uyğun olaraq, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən, Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, əmək pensiyası hüququ 29 iyun 2022-ci il tarixinədək yaranmış şəxslərin həmin tarixdən sonra əmək pensiyalarının yenidən hesablanması zamanı əmək pensiyalarının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Qeyd olunanları nəzərə alaraq, etibarnamə üzrə nümayəndəsi olduğunuz şəxlərə ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı5, X10, X4, İddiaçı6, İddiaçı7, İddiaçı9, X5, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı8, İddiaçı5, X10, X4, İddiaçı6, İddiaçı7, İddiaçı9, İddiaçı4, İddiaçı3, İddiaçı2 “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiyasının yenidən hesablanması zamanı həmin şəxsin fərdi hesabının siğorta hissəsində toplanmış pensiya kapitalının 72 aya bölünməsi yolu ilə həyata keçirilməsi vəzifəsinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X7, İddiaçı3, X12, İddiaçı11, İddiaçı9, İddiaçı7, İddiaçı6, X4, İddiaçı10, İddiaçı5, İddiaçı8 və İddiaçı1 və mülki aviasiya sahəsində çalışmaqla uçuş heyətinin üzvləri olmuşlar. Belə ki, İddiaçı1 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı8 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASCdə bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. X16 xx.xx.2014-cü il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı10 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi "Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. X4 xx.xx.2014-cü il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı6 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı7 xx.xx.2009-cu il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASCdə bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı9 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASCdə bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı11 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı4 xx.xx.2011-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi ’’Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı3 xx.xx.2007-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASC-də bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs oan təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. İddiaçı2 xx.xx.2011-ci il tarixdə DSMF tərəfindən uçuş heyətinin üzvü kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin şəxs "xxxx" ASCdə bortoperator vəzifəsində işləmişdir. Filialın 2022-ci il dekabr tarixli qərarları ilə həmin şəxsə təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarına əsasən onun əmək pensiyası hüququ bərpa edilmişdir. Hazırda şəxs ona təyin edilmiş əmək pensiyasını almaqda davam edir. 2023-cü ildə həmin şəxsə dair “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması filial tərəfindən həyata keçirilmişdir. Adıçəkilən şəxslərin əmək pensiyaları Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanan zaman Qanunun 45-ci və 37.3.1-ci maddələrinin xx.xx.2022-ci ilədək qüvvədə olmuş redaksiyasına uyğun yenidən hesablamalar həyata keçirilmiş və sözügedən əlavə və dəyişikliklərin təsdiq edilməsi haqqında xx.xx.2022-ci ilin Qanununun keçid müddəasının 2.2-ci maddəsinə istinad olunmuşdur. Hesab edirik ki, Filial tərəfindən qeyd edilən şəxslərə münasibətdə Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanma həyata keçirilən zaman xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsi nəzərə alınmamalı idi. Belə ki, yuxarıda sadaladığımız şəxslərin hər birinə ilkin pensiya təyinatı xx.xx.2017-ci il tarixdən əvvəl həyata keçirilmiş və onların hər birinin pensiyasının yenidən hesablanması İyun 2022-ci ildən sonraya təsadüf etmişdir. Yəni Filial adıçəkilən şəxslərə münasibətdə xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilə qədər qüvvədə olan Qanunun normalarına istinad etmişdir. Bu hal isə vətəndaşların hüquqlarını kobud şəkildə pozmuşdur. “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə Filial tərəfindən düzgün təfsir və tətbiq edilməlidir

15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, "Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45- ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutulmuşdur. Bu isə o mənaya gəlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsi, həmin dəyişikliklə Qanundan çıxarılsa da, aşağıdakı hallarda tətbiq edilməlidir: bu Qanunun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2022-ci il tarixinədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanması; həmin günədək, yəni xx.xx.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi; və həmin günədək, yəni xx.xx.2022-ci il tarixinədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixinədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022- ci il tarixinədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixindən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Birgə iddiaçılar İddiaçı1 və digərlərinə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğuna görə onlara münasibətdə də sözügedən keçid müddəa tətbiq edilməlidir. Bu məsələ ilə bağlı həm də nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici bu hüquqları tənzimləyərkən geniş mülahizə sərbəstliyinə malikdir. Bu mənada qeyd olunmalıdır ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. qanunverici orqan 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinin məntiqi davamı olaraq 05 noyabr 2022-ci il tarixli Qanunun 1.13-cü maddəsində Qanunun 45-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə etmişdir. Beləliklə, hər iki dəyişiklik dövlətin sosial sahədə siyasətinin maliyyə yükü ilə bağlı olması müddəası ilə uzlaşmaqla Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tətbiq dairəsini müəyyənləşdirir. Bundan əlavə, iddia tələbi onunla əsaslandırılmışdır ki, Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 45ci maddəsinin ikinci cümləsində pensiyanın “yenidən hesablanma" qaydası deyil, “hesablanma” qaydası müəyyən edilmişdir, yəni həmin müddəa pensiyanın yenidən hesablanması hallarına şamil edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar xx.xx.2022-ci il tarixinədək qüvvədə olmamış, 2022-ci ilin aprel ayında ləğv edilmişdir. Göstərilənləri nəzərə alaraq xx.xx.2022-ci il tarixli 175 nömrəli Qaydaların, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən. yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Nəzərinizə çatdırırıq ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsində qeyd olunan “hesablanması” ifadəsi ümumi məna kəsb etməklə, həm pensiya təyinatı, həm də Qanunun 37.3.1-ci maddəsində qeyd olunmuş pensiyanın yenidən hesablanması zamanı əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasını ifadə edir. Bakı İnzibati Məhkəməsinin oxşar iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli 2-1(112)-12344/2024 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmə iddiaçının Qanunun 45-ci maddəsinin ikinci cümləsinin pensiyanın yenidən hesablanması hallarını deyil, təyin edilməsini tənzimləməsi ilə bağlı dəlili ilə razılaşmır ona görə ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsinin məzmunundan göründüyü kimi, bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Həmin qərara əsasən məhkəmə qeyd edir ki, “göründüyü kimi, normanın məzmununda “Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında" sözlərindən istifadə edilmişdir. Sığorta və yığım hissələrinə görə hesablanma isə, yenidən hesablanmanı da əhatə edir. Digər tərəfdən həmin normanın qüvvədən düşməsinə dair 530-VİQD nömrəli Qanunun Keçid müddəalarından göründüyü kimi, normanın ləğv edilməsinin, Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi açıq-aydın qeyd edilmişdir.” Məlumat üçün bildiririk ki, Qanunun 45-ci maddəsinin ikinci cümləsi xx.xx.2017-ci il tarixində Qanuna əlavə olunduqdan sonra 11 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 48-ci misalında Qanunun 37.3.1- ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması zamanı 45-ci maddənin ikinci cümləsi tətbiq edilməklə hesablanma aparılmış, yəni gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmışdır. Qanunun 45-ci maddəsi adından da göründüyü kimi “Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti”nin tənzimlənməsi ilə əlaqədar olmaqla, əmək pensiyasının məbləğinin hesablanması zamanı nəzərə alınan göstəricilərdən biridir. Beləliklə, Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə nəinki əmək pensiyasının təyinatı zamanı, həmçinin pensiyanın yenidən hesablanması zamanı “Əmək pensiyaları haggında” Qanunun xx.xx.2022-ci il tarixinədək güvvədə olan 45-ci maddəsinin ikinci cümləsinə uyğun olarag gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirik ki, qanunverici tərəfindən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklikliyin təsir dairəsi keçid müddəada müəyyənləşdirildiyindən cavabdeh inzibati orqan tərəfindən hüququn aliliyi və hüquqi müəyyənlik prinsipləri rəhbər tutulmaqla Qanunun keçid müddəasının tətbiq edilməsi qanunvericiliyə zidd hal kimi qiymətləndirilə bilməz. Qanunun 9-cu maddəsinə əsasən əmək pensiyası təyin edilən şəxslərə münasibətdə pensiyanın yenidən hesablanması zamanı Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmalıdır.

16. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, inzibati iş üzrə iddianın iddiaçı X2 münasibətdə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilən sənədlər iddaçıya geri qaytarılmışdır.

17. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı9 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 12664/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı5 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-22554/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 i likhesablama hissəsində ləğv edilməsi, İddiaçı4 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-23521/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 ilik hesablama hissəsində ləğv edilməsi, İddiaçı1 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-17307/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 ilik hesablanma hissəsində ləğv edilməsi, İddiaçı7 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13440/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının, İddiaçı10 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-10270/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 illik yenidən hesablanma hissəsində ləğv edilməsi, İddiaçı8 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13353/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı6 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-13730/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı3 münasibətdə cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-13836/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, İddiaçı2 münasibətdə cavabdehin cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3 15756/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının qismən 6 ilik hesablama hissəsində ləğv edilməsi, İddiaçı11 münasibətdə cavabdehin xx.xx.2024 cü il tarixli, 3- 17-1/3-3-17007/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarının 6 illik hesablama hissəsində ləğv edilməsi və iddiaçılara əmək pensiyası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanununun 7 ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7967/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X9 Zülfi Qüdrət oğlu barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-12664/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı5 barəsində xx.xx.2024-cü il tarixli, 3-17- 1/3-3-22554/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən- 6 illik hesablama hissəsində, İddiaçı4 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-23521/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən- 6 illik hesablama hissəsində, İddiaçı1 barəsində xx.xx.2024-cü il tarixli, 3- 17-1/3-3- 17307/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən 6 ilik hesablanma hissəsində, İddiaçı7 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 13440/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı10 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3- 3-10270/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən 6 illik yenidən hesablanma hissəsində, İddiaçı8 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13353/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı6 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 13730/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı3 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-13836/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı, İddiaçı2 barəsində xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3 15756/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qismən- 6 ilik hesablama hissəsində, İddiaçı11 barəsində cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3- 17007/2024 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı 6 illik hesablama hissəsində ləğv edilməsi və İddiaçı1, İddiaçı8, İddiaçı5, X10, İddiaçı6, İddiaçı7, İddiaçı9, X5, İddiaçı4, İddiaçı3, İddiaçı2 əmək pensiyası "Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququn yarandığı vaxtdan yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanununun 7 ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakıayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Odur ki, birgə iddiaçılar İddiaçı1 və digərlərinə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğuna görə onlara münasibətdə də sözügedən keçid müddəa tətbiq edilməlidir

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatları

22. Məhkəmədə iddiaçılardan olan İddiaçı3 vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi X8 isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 06 avqust 2025-ci il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir. Digər İddiaçılar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər.Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası iclasın digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün heab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

24.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;

25. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Həmin Qanunun 2-ci maddəsinə (Keçid müddəaları) əsasən: 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən) 30.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 23-26-cı bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

31. Belə ki, iddiaçılar onlara təyin edilmiş əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmamasını tələb edir.

32. Cavabdeh orqan isə öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixinədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Birgə iddiaçılar İddiaçı1 və digərlərinə xx.xx.2022-ci il tarixindən əvvəl pensiya təyin olunduğuna görə onlara münasibətdə sözügedən keçid müddəaları tətbiq edilməlidir.

33. İş materiallarından göründüyü kimi İddiaçı9 Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12664/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı3 Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2006-cı tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-13836/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı X13 Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2012-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-22554/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı4 Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının müvafiq qərarı ilə xx.xx.2011-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-23521/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı7 Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2009-cu il tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13440/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı10 Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-10270/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı6 Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13730/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı2 Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2011-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-15756/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı1 Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17307/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı8 Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-13353/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir. İddiaçı11 Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinin müvafiq qərarı ilə xx.xx.2007-ci tarixdən əmək pensiyası təyin edilmişdir, Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-17007/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiyası yenidən hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi tətbiq edilmişdir.

34. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

35. İşdən göründüyü kimi, cavabdeh tərəfindən “keçid müddəaları” (ləğv edilmiş 45-ci maddənin ikinci cümləsi) ultraaktiv formada tətbiq olunaraq müvafiq hesablama qaydası iddiaçının əmək pensiyası təyin edildikdən sonra qazandıqları sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanması hallarına da şamil edilmişdir.

36. Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxsə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur.

37. Belə ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir.

38. Beləliklə, kollegiya qeyd edir ki, keçid müddəa xx.xx.2017-xx.xx.2022-ci il tarixlərdə əmək pensiyası (yaxud yenidən hesablama) hüququ yaranan, lakin həmin tarixdə deyil, sonradan əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması barədə qərar qəbul edilən şəxslərə yeni normanın şamil edilməməsini nəzərdə tutur. İddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ xx.xx.2022-ci ilə qədər deyil, həmin tarixdən sonra yaranmışdır, deməli, iddiaçıya hüququnun yarandığı vaxt qüvvədə olan norma tətbiq edilməlidir, qüvvədən düşmüş norma deyil.

39. Belə olan halda kollegiya hesab edir ki, qanunvericiliyin normalarına əsasən cavabdeh orqan tərəfindən pensiyanın yenidən hesablanması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

41. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7967/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7967/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar