Məhkəmə qərarları › İş №2-1(103)-4278/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-4278/2025

08.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-4278/2025 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə Iddiaçı İddiaçı cavabdeh "xxxx" X3rşı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən M-* saylı 0.05 ha torpaq sahəsinin X5 Hüseyn oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinə qarşı (struktur dəyişikliyi ilə əlaqədar hal-hazırda “xxxx” publik hüquqi şəxsi) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən “M-7” saylı 0.05 ha torpaq sahəsinin X5 Hüseyn oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər Dəniz Gəmi Təmiri Istehsalat Birliyinin ## ### 1986-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən 13.5 ha torpaq sahəsi həmin birliyin 200 nəfər işçisi üçün ayrılmışdır. Ərazinin hansı koordinatlarda yerləşməsi isə Bakı şəhər Icrakomu baş memarlıq planlaşdırma idarəsinin 1986-cı il fevral tarixli ** nömrəli aktına əsasən təsdiqlənmişdir. Həmin ərazidə yerləşən “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinə məxsus “M-7” saylı torpaq sahəsi isə Birliyin işçisi vətəndaş X4 məxsus olmuşdur. O, həmin torpaq sahəsinə uzun illər, yəni 1990-cı ildən etibarən faktiki sahiblik və istifadə etmişdir. Həmçinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinin ## ###### 2005-ci il tarixli üzvlük biletində də qeyd edilmişdir ki, “M-7” saylı 0.05 ha torpaq sahəsi cəmiyyətin üzvü İddiaçı məxsusdur. Bakı şəhər ** saylı Notariat ofisinin notariusu Səma Ələkbərova cavabdeh1 * saylı Bakı Ərazi Idarəsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən “Gəmitəmirçisi” bağçılıq yoldaşlıq cəmiyyətinə məxsus “M-7” saylı torpaq sahəsinin X5 Hüseyn oğluna məxsus olması barərə arayış verilməsini xahiş etmişdir. Lakin cavabdeh1 * saylı Bakı ərazi idarəsi ************ saylı, ##.##.2024-cü il tarixli cavab məktubu ilə hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin imtinası üç əsasla olmuşdur. Ilk olaraq qeyd etmişdir ki, həmin ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Ikinci əsası isə ondan ibarət olmuşdur ki, cəmiyyətin sədrləri arasında məhkəmə mübahisələri olmuşdur. Sonuncu imtina əsası isə torpaq sahəsinin faktiki 611 kv.m. olması olmuşdur. Ilk imtina əsası ilə bağlı qeyd edilməlidir ki, həmin ərazi bağçılıq ərazisidir və 1986-cı il tarixli qərar, protokol və cizgi ilə təsdiq edilmişdir. Həmin illərdə torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ayrılması barədə hər hansı bir qərar mövcud deyildir. Həmçinin iddiaçının ətrafında olan qonşuların öz torpaq sahələrinə dair çıxarışı vardır. Bu isə burada iddiaçının etimadının qorunması prinsipinə istinad edə biləcəyini bildirir. Digər məsələ cəmiyyətin sədrləri arasında məhkəmə mübahisələri olmasıdır ki, orada mübahisələrin 2011-ci ildən etibarən başlaması göstərilir. Halbuki bağ sahəsi Ədalət Şəfiyevə 1990-cı ildə ayrılmışdır. 2005-ci il tarixli üzvlük kitabçasında da BYC-nin sədrinin nümayəndə1 olması və biletin onun tərəfindən təsdiq edildiyi görünür. Sonuncu imtina əsası ilə bağlı isə bildirilir ki, torpaq sahəsinin faktiki olaraq 611 kv.m. olması hazırkı iş üzrə hər hansı bir əhəmiyyət kəsb etmir. Belə ki, iddiaçı atasına məxsus məhz 500 kv.m. torpaq sahəsinə dair arayış verilməsini xahiş edir. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin də bu kimi hallarla bağlı analoji qərarları kifayət qədərdir. Ən son qərarlardan *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarda qeyd edilmişdir ki, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin - iddiaçıya Buzovna qəsəbəsində bağ sahəsinin ayrılması barədə H.Z.Tağıyev adına NQÇI-nin müdiriyyətinin və "xxxx" bağçılıq birliyi üzvlərinin iclas protokolundan çıxarışın mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdeh iddiaya dair etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığına ayrılmış ayrıc aktından kənarda olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş protokoldan çıxarışın verilmə tarixi qeyd edilməmiş, həmçinin möhür və imza Q.Qarayeva tərəfindən təsdiqlənmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Gəmirtəmiri və Gəmiqayırma” Istehsalat Birliyinin “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı Cəmiyyəti adlandırılan qurumun ##.##.2011-ci il tarixli Nizamnaməsinin ləğv edilməsi və nəticələrinin etibarsız hesab edilməsi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Gəmitəmiri və Gəmiqayırma” Istehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıqyoldaşlığı adlandırılan qurumun idarə heyətinin sədri səlahiyyətlərinin (funksiyaların icrası) qeyri-qanuni həyata keçirərək, adından çıxış və təmsil edib, habelə ləğv edilmiş müəssisənin möhür və ştampından istifadə edərək hazırlanan sənədlərin qəbul olunmasının cavabdeh X8 qadağan olunması, “Gəmirtəmiri və Gəmiqayırma” Istehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhür, ştamp və bağçılıq-yoldaşlığına aid sənədləri ##.##.2017-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ****- QK*-**** saylı, Dövlət Qeydiyyatından keçmiş “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri X6 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X8 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 620 kv.m. qeyd edilsə də, faktiki 611 kv.m. təşkil edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən “M-7” saylı 0.05 ha torpaq sahəsinin X5 Hüseyn oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsinin qərarı üçüncü şəxs üçüncü şəxs3 tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və üçüncü şəxs1 şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. Həmçinin, Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən üçüncü şəxs1 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin cavabdehin etirazından da müəyyən edilir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığına ayrılmış ayrıc aktından kənarda olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazinin hüdudları daxilində yerləşir. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş protokoldan çıxarışın verilmə tarixi qeyd edilməmiş, həmçinin möhür və imza Q.Qarayeva tərəfindən təsdiqlənmişdir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2019cu il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi “Gəmirtəmiri və Gəmiqayırma” Istehsalat Birliyinin “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlığı Cəmiyyəti adlandırılan qurumun ##.##.2011-ci il tarixli Nizamnaməsi ləğv edilməsi və nəticələrinin etibarsız hesab edilməsi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “Gəmitəmiri və Gəmiqayırma” Istehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq-yoldaşlığı adlandırılan qurumun idarə heyətinin sədri səlahiyyətlərinin (funksiyaların icrası) qeyri-qanuni həyata keçirərək, adından çıxış və təmsil edib, habelə ləğv edilmiş müəssisənin möhür və ştampından istifadə edərək hazırlanan sənədlərin qəbul olunmasının cavabdeh X8 qadağan olunması, “Gəmirtəmiri və Gəmiqayırma” Istehsalat Birliyinin “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı adlandırılan qurumun möhür, ştamp və bağçılıq-yoldaşlığına aid sənədləri ##.##.2017-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ****- QK*-**** saylı, Dövlət Qeydiyyatı ndan keçmiş “Gəmitəmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri X6 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X8 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 620 kv.m. qeyd edilsə də, faktiki 611 kv.m. təşkil edir. Məhkəmə iclas(lar)ında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili nümayəndə2 izahatında bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsinin koordinatları birbaşa Dövlət Neft Şirkətinə ayrılmış və 2007-ci ildən üçüncü şəxs1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının istifadəsinə verilmiş torpaqlara aiddir, bugünədək həmin torpaqlara görə Dövlət Neft Şirkəti tərəfindən dövlətə vergi ödənilir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir. Difər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhər X7 Icraiyyə Komitəsinin ## ####### 1985-ci il tarixli, **/*** nömrəli qərarı ilə Hövsan qəsəbəsində “Kaspmorsudoremont” Istehsalat Birliyinin 200 nəfər işçisi üçün kollektiv bağçılıq təsərrüfatının yaradılması məqsədilə torpaq sahəsi ayrılmışdır. Istehsalat Birliyinin müdiriyyəti ilə həmkarlar ittifaqı komitəsinin ## ### 1986-cı il tarixli birgə iclasının * nömrəli protokolu ilə bağçılıq təsərrüfatının üzvlərinin siyahısının təsdiq olunması və ayrıayrı bağ sahələrinin üzvlərə təhkim edilməsi qərara alınmışdır. Bakı şəhər X7 Icraiyyə Komitəsinin ## ####### 1987-ci il tarixli, **/*** nömrəli qərarı ilə isə həmin müəssisənin əlavə 64 işçisi üçün torpaq sahəsi ayrılmışdır. X5 əmək kitabçasından onun ## #### 1977-ci ildən ## ####### 1982-ci ilədək, ## ###### 1982-ci ildən ## ##### 2007-ci ilədək və ## #### 2007-ci ildən ## #### 2008-ci ilədək “Xəzərdənizgəmitəmiri” Istehsalat Birliyində işlədiyi müəyyən olunur. Bu hal onun həmin müəssisənin işçiləri üçün yaradılmış bağçılıq təsərrüfatına üzv qəbul edilməsinin obyektiv əsasını təsdiq edir. üçüncü şəxs2 Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvlük kitabçasında X4 1990-cı ildən bağçılıq yoldaşlığının üzvü olduğu və ona M-* nömrəli, 0,05 hektar bağ sahəsinin verildiyi göstərilmişdir. Üzvlük kitabçası müvafiq imza və möhürlə təsdiq edilmişdir. Həmin sənədin geri çağırılması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması və ya saxta olmasının müəyyən edilməsi barədə səlahiyyətli orqanın qərarı və yaxud qanuni qüvvəyə minmiş məhkəmə aktı iş materiallarında yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində ## ### 2007-ci ilədək vətəndaşlara ayrılmış bağ sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər müəyyən edilmişdir. Həmin normaya əsasən, bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilmiş icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına uyğun verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış dövlət qeydiyyatı üçün əsasdır. Normada “və ya” bağlayıcısının işlədilməsi göstərir ki, sadalanan sənədlər kumulyativ deyil, alternativ xarakter daşıyır. Başqa sözlə, qeydiyyat üçün onların hamısının eyni vaxtda təqdim edilməsi tələb olunmur, qanunda nəzərdə tutulan sənədlərdən birinin mövcudluğu kifayətdir. Buna görə də mərhumun adına verilmiş üzvlük kitabçası müstəqil hüquqmüəyyənedici sənəddir və onun hüquqi qüvvəsi ayrıca qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli HYPERLINK "https://constcourt.gov.az/ru/decision/363" “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Qərarında Qanunun 10.2.1-ci maddəsinin məzmununa əsaslanılaraq hüquqların dövlət qeydiyyatı üçün 8-ci maddədə nəzərdə tutulmuş əsaslardan birinin mövcudluğunun kifayət etdiyi, qeydiyyat orqanının əlavə olaraq digər hüquqmüəyyənedici sənədin də təqdim edilməsini tələb etməyə haqlı olmadığı göstərilmişdir. Apellyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ##### 2019cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinə və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin ## #### 2019-cu il tarixli, *(***)- ****/**** saylı qətnaməsinə istinad etmişdir. Lakin qeyd olunan mülki iş üzrə mübahisənin predmeti ## ###### 2011-ci il tarixli nizamnamənin ləğvi, Q.Qarayeva tərəfindən bağçılıq yoldaşlığının idarə heyətinin sədri funksiyalarının qanunsuz həyata keçirilməsi, onun ləğv edilmiş müəssisənin möhür və ştampından istifadə etməklə sənədlər hazırlamasının qadağan olunması, habelə möhür, ştamp və digər sənədlərin dövlət qeydiyyatından keçmiş bağçılıq cəmiyyətinin sədrinə təhvil verilməsi olmuşdur. Həmin məhkəmə aktlarının mövcudluğu 1985 və 1987-ci illərin torpaqayırma qərarlarının, mərhumun 1990cı ildən bağçılıq yoldaşlığına üzvlüyünün, habelə onun adına verilmiş M-* nömrəli bağ sahəsinə dair üzvlük kitabçasının etibarsızlığına dəlalət etmir. Mülki iş üzrə müəyyən olunmuş hallar həmin işin predmet və subyekt hüdudlarından kənara çıxarılaraq başqa dövrdə yaranmış hüquq münasibətlərinə tətbiq edilə bilməz. 2011-ci il tarixli nizamnamə və Q.Qarayevanın həmin dövrdəki fəaliyyəti ilə bağlı hüquqi nəticələrin 2005-ci ildə başqa səlahiyyətli şəxs tərəfindən verilmiş üzvlük kitabçasına geriyə qüvvə ilə şamil edilməsi üçün hüquqi əsas yoxdur. Bundan başqa, üçüncü şəxs2 Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri nümayəndə1 apellyasiya icraatı zamanı təqdim etdiyi vəsatətin məzmunundan görünür ki, onun etirazlarının mühüm hissəsi Q.Qarayeva tərəfindən verilmiş ## ### 2014-cü il tarixli arayışa, 1986-cı il tarixli protokol çıxarışına və həmin sənədlərin tərtibatına aiddir. Halbuki iddiaçının tələbinin əsasını 2014-cü il tarixli arayış deyil, 2005-ci il tarixli üzvlük kitabçası təşkil edir. Üzvlük kitabçasının üzərindəki rekvizitlərdən isə onun məhz nümayəndə1 tərəfindən imzalanaraq möhürlə təsdiqləndiyi görünür. nümayəndə1 vəsatətində bəzi sənədlərin kompüterdə “X1” şrifti ilə hazırlanmasını, həmin şriftin və “Microsoft Word” proqramının sənədlərdə göstərilən tarixlərdə mövcud olmamasını onların saxtalığının əlaməti kimi təqdim etmişdir. Kollegiya bu dəlili mötəbər hesab etmir. Işə təqdim olunmuş sənədin sonradan hazırlanmış surət, köçürmə və ya arxiv çıxarışı olub-olmadığı müəyyənləşdirilmədən, yalnız onun vizual tərtibatına əsasən ilkin hüquqi faktın mövcud olmadığı nəticəsinə gəlmək mümkün deyildir. Sənədin hazırlanma üsulu, mətnin hansı texniki vasitə ilə yığılması və rekvizitlərin ilkin sənədə aid olub-olmaması xüsusi bilik tələb edən məsələlərdir. Bu barədə məhkəmə-xətşünaslıq və ya texniki ekspertiza rəyi, cinayət təqibi orqanının qərarı və yaxud sənədin saxta olduğunu müəyyən edən məhkəmə aktı təqdim edilməmişdir. Eyni zamanda vəsatətdə irəli sürülən bu dəlillər mərhumun adına verilmiş üzvlük kitabçasının həqiqiliyini təkzib etmir. nümayəndə1 həmin kitabçadakı imzanın ona məxsus olmadığını, möhürün saxtalaşdırıldığını və ya sənədin sonradan dəyişdirildiyini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, vəsatətində buna aydınlıq gətirməmişdir. Vəsatətdə mərhuma əvvəlcə J-** nömrəli bağ sahəsinin ayrıldığı, sonrakı sənədlərdə isə M-* nömrəli bağ sahəsinin göstərildiyi də qeyd olunmuşdur. Lakin bağçılıq təsərrüfatı daxilində sahələrin bölgüsünün və nömrələnməsinin sonradan dəyişdirilməsi istisna edilmir. Əvvəlki siyahıda başqa sahə nömrəsinin göstərilməsi sonrakı tarixli fərdi üzvlük kitabçasını öz-özlüyündə etibarsız etmir. Bunun üçün mərhuma eyni vaxtda iki ayrı bağ sahəsinin verildiyi, M-* nömrəli sahənin qanunsuz əldə olunduğu və ya sonrakı üzvlük kitabçasının ləğv edildiyi sübuta yetirilməlidir. Işdə belə sübut yoxdur. J-** nömrəli sahə barədə əvvəlki qeydin mövcudluğu M-* nömrəli sahəyə dair daha sonrakı fərdi sənədin hüquqi qüvvəsi məsələsini açıq saxlayan hal ola bilərdi. Lakin nümayəndə1 vəsatətində nə J-23 və M-* nömrəli sahələrin koordinatları, nə onların eyni və ya müxtəlif torpaq sahələri olması, nə də mərhumun M-* nömrəli sahəyə hüquqlarının hansı qərarla ləğv edilməsi barədə məlumat təqdim edilmişdir. Sübutlarla tamamlanmayan belə bir ziddiyyət ehtimalı qüvvədə olan fərdi sənədin etibarsızlığı nəticəsinə gəlmək üçün kifayət deyildir. Vəsatətdə mərhumun bağçılıq yoldaşlığına üzvlük haqlarını ödəməsinə dair qəbzlərin tələb olunması da xahiş edilmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, üzvlük haqqının ödənilməsinə dair qəbzlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində bağ sahəsi üzərində hüququn qeydiyyatı üçün zəruri sənəd kimi göstərilməmişdir. Uzun müddət əvvəl verilmiş ayrı-ayrı ödəniş qəbzlərinin hazırda mövcud olmaması üzvlük haqqının ödənilmədiyini və ya üzvlüyə xitam verildiyini təsdiq etmir. Mərhumun bağçılıq yoldaşlığından çıxarılması, üzvlüyünə xitam verilməsi və ya M-* nömrəli sahənin ondan geri alınması barədə idarə heyətinin və yaxud ümumi yığıncağın qərarı təqdim edilməmişdir. Buna görə üzvlük haqqı qəbzlərinin olmaması hüquqmüəyyənedici sənədin qüvvədən düşməsi ilə eyniləşdirilə bilməz. Kollegiya nümayəndə1 vəsatətinin araşdırılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin həyata keçirdiyi prosessual hərəkətlərə də ayrıca qiymət verilməsini zəruri hesab edir. ## ### 2026-cı il tarixli məhkəmə iclasında həmin vəsatət müzakirə edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi də bildirmişdir ki, vəsatətdə göstərilən hallar yeni aşkar olunmuş faktlar deyil, nümayəndə1 hələ birinci instansiya məhkəməsində işə baxılarkən məlum olmuş hallar olduğundan, onun bu dəlilləri nə üçün əvvəl irəli sürmədiyinin aydınlaşdırılması üçün məhkəmə iclasında şəxsən iştirakı zəruridir. Məhkəmə vəsatətin özünü təmin etməsə də, onda göstərilən hallarla bağlı hər hansı şübhənin aradan qaldırılması, vəsatət müəllifinin bilavasitə dinlənilməsi, sənədlərin verilmə şəraiti, üzvlük kitabçasındakı imza və möhür, J-23 və M-* nömrəli sahələr arasındakı münasibət, eləcə də vəsatətin gec verilməsinin səbəbləri barədə izahatının alınması üçün işə baxılmasını təxirə salmış və nümayəndə1 növbəti məhkəmə iclasında şəxsən iştirakını tələb etmişdir. ## #### 2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə nümayəndə1 həm məhkəmə bildirişi göndərilmiş, həm də xüsusi olaraq telefon vasitəsilə məlumat verilmişdir. Buna baxmayaraq, nümayəndə1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmiş, vəsatətində irəli sürdüyü halları təsdiq edən əlavə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətdə göstərilən bütün halların avtomatik olaraq həqiqətə uyğun olmadığının qəbul edilməsi demək deyildir. Bununla belə, konkret sənədlərin saxta olduğunu, mərhumun başqa sahəyə üzv olduğunu, üzvlük haqqı ödəmədiyini və M-* nömrəli sahənin ona qanunsuz verildiyini iddia edən şəxsə bu halları izah və sübut etmək üçün real prosessual imkan yaradıldığı halda, həmin şəxsin üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməməsi və əlavə sübut təqdim etməməsi onun iddialarının sübut qüvvəsinin qiymətləndirilməsində nəzərə alınmalıdır. Inzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit olunmuş xidməti araşdırma prinsipi məhkəmənin mübahisənin həlli üçün zəruri halları öz təşəbbüsü ilə araşdırmasını tələb edir. Lakin bu prinsip konkret faktları iddia edən şəxsin sübut təqdim etmək vəzifəsini tamamilə aradan qaldırmır və məhkəmənin həmin şəxsin əvəzinə sübut yaratması anlamına gəlmir. Hazırkı işdə məhkəmə vəsatətin dəlillərini araşdırmaq üçün mümkün prosessual tədbirləri görmüş, vəsatət müəllifinin şəxsən dinlənilməsini təmin etməyə çalışmış, lakin o, yaradılmış imkandan istifadə etməmişdir. Belə şəraitdə yalnız ehtimallara və sənədlərin zahiri görünüşü barədə subyektiv mülahizələrə əsaslanan dəlillər mövcud hüquqmüəyyənedici sənədin etibarsızlığı qənaətinə gəlməyə əsas vermir. nümayəndə1 birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verməməsi onun apellyasiya icraatında izahat və vəsatət təqdim etmək hüququnu aradan qaldırmır. Bununla belə, birinci instansiya icraatında ona məlum olan və həmin vaxt irəli sürülməyən dəlillərin sonradan təqdim olunması onların gecikdirilməsinin səbəbinin izahını və mötəbər sübutlarla əsaslandırılmasını tələb edirdi. Onun şəxsən iştirakı məhz bu məsələlərin aydınlaşdırılması üçün tələb olunsa da, o, məhkəmə iclasına gəlməmişdir. Nəticədə vəsatətdə göstərilən hallar sübut olunmamış ehtimallar səviyyəsində qalmışdır. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilmiş sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədikdə mötəbər hesab olunur. Təqdim edilmiş sənədlərin mötəbərliyinə əsaslı şübhə olduqda inzibati orqan onların mötəbərliyinin müəyyən edilməsi üçün müstəqil şəkildə və öz hesabına tədbirlər görməlidir. Həmin Qanunun 24.1-24.4-cü maddələri isə inzibati orqanın işin düzgün həlli üçün əhəmiyyət daşıyan bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, maraqlı şəxsin xeyrinə olan halları nəzərə almaq və təqdim olunmuş sübutlar yetərli olmadıqda əlavə sübutları öz təşəbbüsü ilə toplamaq vəzifəsini müəyyən edir. Cavabdeh inzibati orqan ## ####### 2024-cü il tarixli, ************ nömrəli imtina məktubunda üzvlük kitabçasının saxta olmasını müəyyən etməmiş, həmin sənəddəki imza və möhürün həqiqiliyini yoxlatdırmamış, sənədi vermiş şəxsdən izahat almamış, bağçılıq yoldaşlığının arxiv sənədlərini tam şəkildə qarşılaşdırmamışdır. Imtina, əsasən, başqa sənədin Q.Qarayeva tərəfindən təsdiq edilməsi, 2019-cu il tarixli mülki iş üzrə məhkəmə aktları, elektron kadastr məlumatları və sahənin ölçüsü ilə bağlı fərq üzərində qurulmuşdur. Bu isə inzibati orqanın üzərinə düşən hərtərəfli və obyektiv araşdırma vəzifəsinin yerinə yetirildiyini göstərmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mübahisəli torpaq sahəsinin kontrakt ərazisində yerləşməsi barədə dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, konkret torpaq sahəsinin mərhumun hüquqi əsasının formalaşdığı vaxtda - 1990-cı ildə üzvlüyə qəbul edildiyi və ən geci 2005-ci ildə üzvlük kitabçasının verildiyi dövrdə - neft və qaz yataqlarının işlənilməsi üçün SOCAR-ın və ya başqa təsərrüfat subyektinin qanuni istifadəsində olması sübuta yetirilməlidir. Iş materiallarında M-* nömrəli torpaq sahəsinin həmin dövrdə SOCAR-a ayrılması barədə fərdi inzibati akt, torpaq sahəsinin planı və ölçüsü, dövlət reyestrindən çıxarış, daimi istifadə hüququnu təsdiq edən sənəd və ya başqa hüquqmüəyyənedici sənəd yoxdur. Həmçinin mərhumun hüququna qanunla müəyyən edilmiş qaydada xitam verilməsi, sahənin dövlət ehtiyacları üçün geri alınması və kompensasiya ödənilməsi barədə də hər hansı qərar təqdim edilməmişdir. Apellyasiya instansiyasında torpaq sahəsinin koordinatlarının, ölçüsünün, təyinatının, bağçılıq yoldaşlığının ayrıc aktına münasibətinin və başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə ## ###### 2025-ci il tarixli qərardadla məhkəmə yerquruluşu və məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, **/**** nömrəli rəyi məhkəməyə daxil olmuş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivi ərazisində yerləşən baxış zamanı təqdim olunan torpaq sahəsi iş materiallarına əlavə edilmiş "Gəmitərmiçisi" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin ayrıc aktında göstərilən sahənin daxilində yerləşir. Torpaq sahəsinin kateqoriyası ilə bağlı apellyasiya şikayətinin dəlili də şikayətin təmin edilməsinə əsas vermir. Apellyasiya şikayətində istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2017-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqmüəyyənedici sənəddə qeyd olunan torpaq kateqoriyası səlahiyyətli orqanın müəyyən etdiyi kateqoriyaya uyğun gəlmədikdə qeydiyyatdan imtina mümkün ola bilər. Lakin belə nəticəyə gəlmək üçün, ilk növbədə, torpağın səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş konkret kateqoriyası və sənəddəki təyinatla həmin kateqoriya arasındakı ziddiyyət sübut olunmalıdır. Hazırkı işdə M-* nömrəli sahənin mərhumun hüquqi əsasının formalaşdığı dövrdə sənaye təyinatlı torpaq olması barədə səlahiyyətli icra hakimiyyəti orqanının konkret qərarı təqdim edilməmişdir. Əksinə, 1985 və 1987-ci illərin rəsmi qərarları ərazidə müəssisə işçiləri üçün kollektiv bağçılıq təsərrüfatının yaradıldığını təsdiq edir. Torpağın hazırkı faktiki istifadəsi və ya sonrakı dövrdə başqa kateqoriyaya keçirilməsi əvvəlki hüquqi əsasın mövcud olmadığını göstərmir. Apellyasiya şikayətinin torpaq sahəsinin ölçüsünə dair dəlili də əsaslı deyildir. Imtina məktubunda torpaq sahəsinin sənəd üzrə 620 kv.m., faktiki olaraq isə 611 kv.m. olduğu göstərilmişdir. Halbuki iddiaçı 620 və ya 611 kv.m. sahəyə dair arayış tələb etmir. Iddianın predmeti üzvlük kitabçasında göstərilmiş 0,05 hektar, yəni 500 kv.m. sahə ilə məhdudlaşdırılmışdır. Həm 620, həm də 611 kvadratmetr iddia olunan 500 kv.metrdən artıqdır və iddiaçı artıq hissəyə hüququnun tanınmasını tələb etməmişdir. Neft əməliyyatlarının təhlükəli xarakteri ilə bağlı dəlillərə münasibətdə kollegiya qeyd edir ki, dövlətin və müvafiq təsərrüfat subyektlərinin insanların həyat və sağlamlığını real təhlükələrdən qorumaq vəzifəsi mübahisəsizdir. Lakin bu vəzifənin mövcudluğu konkret təhlükənin sübut edilməsi zərurətini aradan qaldırmır. Hazırkı işdə M-* nömrəli sahədə və ya ona normativ təhlükəsizlik məsafəsindən yaxın ərazidə konkret neft quyusunun, yüksək təzyiqli qurğunun, magistral boru kəmərinin və ya başqa təhlükəli istehsalat obyektinin yerləşməsi, həmin obyektin qanuni qaydada müəyyən edilmiş mühafizə zonasının mübahisəli sahəni əhatə etməsi və iddiaçı üçün real və birbaşa təhlükə yaratması barədə texniki sənəd təqdim edilməmişdir. Torpaq sahəsinin geniş kontrakt ərazisinin koordinatları daxilində yerləşməsi konkret təhlükənin mövcudluğunu təsdiq etmir. Qonşu bağ sahələrinə dair dövlət reyestrindən çıxarışların təqdim olunmasına münasibətdə kollegiya qeyd edir ki, həmin sənədlər iddiaçının hüququnun müstəqil mənbəyi deyil və təkcə qonşu sahələrə hüquqların qeydiyyata alınması iddiaçının hüququnun qeydiyyatını şərtləndirmir. Bununla belə, həmin çıxarışlar ərazinin tarixən bağçılıq məqsədilə istifadə olunduğunu və eyni ərazidə yerləşən digər bağ sahələri üzrə hüquqların inzibati orqan tərəfindən tanındığını təsdiq edən əlavə sübut kimi digər sənədlərlə birlikdə qiymətləndirilə bilər. Eyni hüquqi və faktiki vəziyyətdə olan şəxslərə münasibətdə fərqli inzibati təcrübə yalnız obyektiv və ağlabatan əsaslarla izah oluna bilər. Iş materiallarında iddiaçının vəziyyətini qonşu sahələrin hüquq sahiblərindən fərqləndirən və ona münasibətdə daha məhdudlaşdırıcı yanaşmanı əsaslandıran kifayət qədər hal müəyyən edilmir. Apellyasiya şikayətində Avropa Insan Hüquqları Məhkəməsinin əsaslandırılmış qərar, tərəflərin dəlillərinin araşdırılması, çəkişmə və prosessual bərabərliklə bağlı qərarlarına istinad edilsə də, hazırkı işdə həmin prinsiplərin pozulması müəyyən olunmur. Birinci instansiya məhkəməsi mübahisənin əsas faktiki hallarını müəyyən etmiş, tətbiq etdiyi hüquq normalarını və gəldiyi nəticənin əsaslarını göstərmişdir. Apellyasiya instansiyasında isə iş fakt və hüquq məsələləri üzrə yenidən və tam həcmdə yoxlanılmış, ekspertiza təyin edilmiş, işdə iştirak edən şəxslərə sübut və vəsatətlər təqdim etmək, ekspert rəyinə münasibət bildirmək, eləcə də qarşı tərəfin dəlillərinə etiraz etmək üçün zəruri imkanlar yaradılmışdır. Hətta birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməmiş üçüncü şəxs2 Bağçılıq Yoldaşlıq Cəmiyyətinin sədri nümayəndə1 vəsatətində göstərilən halların yoxlanılması üçün məhkəmə iclası təxirə salınmış, onun şəxsən iştirakı tələb olunmuş və iclas barədə həm yazılı bildirişlə, həm də telefon vasitəsilə məlumat verilmişdir. Onun üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməməsi məhkəmənin həmin dəlilləri araşdırmaq üçün zəruri tədbirlər görmədiyi kimi qiymətləndirilə bilməz. Beləliklə, iş materialları ilə X5 müvafiq müəssisədə işlədiyi, üçüncü şəxs2 Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olduğu və ona M-* nömrəli, 0,05 hektar bağ sahəsinin verildiyi təsdiq olunur. Həmin hüquqi faktı təsdiq edən üzvlük kitabçası qanunda nəzərdə tutulmuş müstəqil hüquqmüəyyənedici sənəddir, hüquqi qüvvəsini saxlayır və onun saxta olması sübuta yetirilməmişdir. SOCAR-ın istinad etdiyi hasilatın pay bölgüsü haqqında saziş mərhumun hüquqi əsasının formalaşmasından sonrakı dövrə aiddir. Mübahisəli torpaq sahəsinin hüquqi əsasın yarandığı vaxtda neft və qaz yataqlarının işlənilməsi üçün SOCAR-ın qanuni istifadəsində olması, mərhumun hüququna sonradan qanunla müəyyən edilmiş qaydada xitam verilməsi, torpağın dövlət ehtiyacları üçün geri alınması və ya kompensasiya ödənilməsi barədə sübut yoxdur. 2019-cu il tarixli mülki iş üzrə məhkəmə aktları mərhumun 2005-ci il tarixli üzvlük kitabçasının etibarlılığına aid olmamışdır. Torpaq sahəsinin ölçüsünə dair fərq iddia tələbinə təsir etmir, çünki tələb yalnız 500 kv.m. sahə ilə məhdudlaşdırılmışdır. Təhlükəsizliklə bağlı dəlillər isə M-* nömrəli sahəyə aid konkret və real təhlükəni təsdiq edən texniki sənədlərlə əsaslandırılmamışdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Inzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Inzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat cavabdeh “xxxx” publik hüquqi şəxsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar