Məhkəmə qərarları › İş №2-1(103)-428/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-428/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-428/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X6, X9, X10) «üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2147/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8, X6, X9, X2 iddiaçının mülkiyyətində olan ünvan 1 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə ünvan 3 iddiaçının xüsusi mülkiyyətimdədir. Ona mülkiyyət hüququna daşınmaz əmlakın dövlət reyestrindən 30 avqust 2006-ci il tarixli MH seriyalı ******* saylı çıxarış verilmişdir. Evi aldığı vaxtdan üçüncü şəxslər orada yaşamamış, sadəcə qeydiyyata alınmaları üçün ünvan olmadığından, ona məxsus evə qeydiyyata alınmışlar. Hazırda onların yaşayış yerləri var. Lakin evdə yaşamasalar da, ona məxsus pasport qeydiyyatında qalmaları mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Belə ki, mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir, müəyyən sənədləşmə işlərini apara bilmir ki, bu da onun mülkiyyət hüquqlarımın əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. İşdən görünür ki, iddiaçı tərəfindən onun xüsusi mülkiyyətində olan evdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina edərək bildirmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları səlahiyyətləri daxilində deyil, Bakı İnzibati Məhkəməsinə müraciət etməsi tövsiyə edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2147/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, B.Zeynallı küçəsi, 1 saylı evdən üçüncü şəxslər X8, X6, X9, X2 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxslər apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbləriə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, düzgün tətbiq edilməmiş və digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulmuşdur. Belə ki, əvvəla, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafıq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya v ətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. İkincisi - Sözügedən Onnunun 9-cıt maddəsinə görə bizim - X5, X7, X9, X1 əmlakdan istifadə hüququna xitam verilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin inzibati orqana təqdim edilməsi Hə bağlı iddiaçı lıeçbir mötəbər sənəd və yə sübutu məhkəməyə təqdim etməmişdir. İşin halları hərtərəfli şəkildə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Ru xiisusat isə məhkəmə qərarının ləğvi üçün əsasdır...” Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçı üçüncü şəxslərin apellyasiya şikayəti ilə razılaşmamış və evin ona bağışlanıldığını, üçüncü şəxslərin isə həmin evdən qeydiyyatda qalaraq çıxmadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasları barədə məlumat verilmiş cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxslər, habelə hazırıkı məhkəmə iclasına iddiaçı özü gəlməmişlər. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan : -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30 avqust 2006-cı il tarixli “Hüquqların Dövlər qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşaylş evi - İddiaçı və Xəlifəyeva Həyatın mülkiyyəti kimi qeydiyyata alınmışdır. -ASAN 4” tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, üçüncü şəxslər - X8, X6, X9, X10 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materallarından görünür ki, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə üçüncü şəxslərin onun mülkiyyətində olan ünvan 1 saylı evdən qeydiyyatdan çıxarılmasını cavabdehdən xahiş etmiş, lakin sonuncu onların qeydiyyatdan çıxarılmalarının səlahiyyətləri daxilində olmadığını bildirərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən qeyd etmişdir ki, işin hallarından məlum olur ki, üçüncü şəxslər tərəfindən iddiaçının mülkiyyətində (paylı) olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə hüquqlarının olmasına dair hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onların belə hüququnun mövcudluğu müəyyən edilmir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh üçüncü şəxslərin iddiaçıya məxsus mənzildə hazırda yaşamadığndan (bu hal cavabdeh tərəfindən təkzib olunmur), evin mülkiyyətçisi kimi iddiaçının müraciəti əsasında sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməsi qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 9-cu maddəsində isə qeydiyyatdan çıxarılmanın aşağıdakı əsasları göstərilmişdir: “1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə” Hazırkı mərhələdə məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmuş xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki: - ünvan 3 ünvanına dair sorğuda qeyd olunan şəxslərin istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən fərdi yaşayış evinin bir hissəsi (İİ mərtəbədə 13,4 kv.m; 16,0, kv.m10,1 kv.m-y/s, 4,8 kv.m,9,5 kv.m köm/s və İ mərətəbə 74,8 kv.m k/s) iddiaçı X3, qalan hissəsi isə Həyat Xəlifəyevanın mülkiyyətindədir. Üçüncü şəxslərin apellyasiya şikayətlərinin dəlillərindən də göründüyü kimi, iddiaçıya məxsus həmin evdə yaşayış hüququna malik olmalarını əsaslandıra bilən hər hansı dəlil , sənəd-sübut mövcud deyildir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mübahisəli fərdi yaşayış evində qeydiyyatda olsalar, həmin evdə faktiki olaraq yaşamırlar və onların evə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə huquqları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli qərarında Plenumun qərarında qeyd etmişdir ki: “...2. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər...” Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati tərəfindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina olunması əsassız olmuş, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi işdə olan sübutlarla müəyyən edilən halllara, maddi və prosessual hüquq normalarına uyğun nəticədir. Ona görə də məhkəmə kollegiyası, üçüncü şəxslərin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessuçıl huquq normalarının əhəmiyyətli dərəcədə pozulduğunu və düzgün tətbiq edilmədiyini, qanunla qorunan hüquq və mənafeləri pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2147/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Üçüncü şəxslərin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2147/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar