Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-428/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “siyahıya alınmış əmlakın ticarət şəbəkəsində satılması tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9499/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi cavabdeh "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 33453,79 manat, Dövlət Sosial Müdafiə Fonduna 3903,43 manat, İcbari Tibbi Sığorta Fonduna 265,97 manat və İşsizlikdən Sığorta Fonduna 154,94 manat məbləğində borcuna görə fərqləndirici əlaməti - qiyməti 1000 manat məbləğində 2008-ci il buraxılış olan “OTOKAR NAVİGO 125S AVTOBUS” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 4.000,00 manat məbləğində 2008-ci il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2008-ci il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, 10-TF990 (rəngi ağ) dövlət qeydiyyat nişanlı, fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2008-cı il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** (rəngi ağ) dövlət qeydiyyat nişanlı, fərqləndirici əlaməti qiyməti 4.000,00 manat məbləğində 2008-ci il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (ağ qırmızı xətt), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ qırmızı xətt), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** (dövlət qeydiyyat nişanlı rəngi ağ qırmızı xətt), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS'’ markalı **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ qırmızı), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS" markalı, 99JR073 (rəngi Ağ qırmızı) dövlət qeydiyyat nişanlı, fərqləndirici əlaməti qiyməti 4000.00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağqırmızı), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS’’ markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəngi ağ) avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 52000,00 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" MMC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə onun Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan onun dövlət büdcəsinə 33453,73 mamat, Dövlət Sosial Müdafiə Fonduna 3903,43 manat, İcbari Tibbi Sığorta Fonduna 265,97 manat və İşsizlikdən Sığorta Fonduna 154,94 manat borcuna görə avtonəqliyyat vasitələri olmaqla, ümumilikdə 52000,00 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********8, **********8, **********3 və **********1 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə, İcbari Tibbi Sığorta Fonduna və Dövlət Sosial Müdafiə Fonduna ödənilmədiyi halda siyahıya alınmış əmlakın qanunamüvafiq satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 33453,79 manat, Dövlət Sosial Müdafiə Fonduna 3903,43 manat, İcbari Tibbi Sığorta Fonduna 265,97 manat və İşsizlikdən Sığorta Fonduna 154,94 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9499/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı (hakim L.Musayeva) ilə iddia tələbi təmin edilərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 33453,79 manat, Dövlət Sosial Müdafiə Fonduna 3903,43 manat, İcbari Tibbi Sığorta Fonduna 265,97 manat və İşsizlikdən Sığorta Fonduna 154,94 manat məbləğində borcuna görə fərqləndirici əlaməti qiyməti 1000 manat məbləğində 2008-ci il buraxılış olan “OTOKAR NAVİGO 125S AVTOBUS” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 4.000,00 manat məbləğində 2008-ci il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2008-ci il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-TF-*** (rəng ağ) dövlət qeydiyyat nişanlı, fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2008-cı il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR- *** (rəng ağ) dövlət qeydiyyat nişanlı, fərqləndirici əlaməti qiyməti 4.000,00 manat məbləğində 2008-ci il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (ağ qırmızı xətt), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ qırmızı xətt), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** (dövlət qeydiyyat nişanlı rəng ağ qırmızı xətt), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS'’ markalı **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ qırmızı), fərqləndirici əlaməti qiyməti 4000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS" markalı, 99JR073 (rəng Ağ qirmizi) dövlət qeydiyyat nişanlı, fərqləndirici əlaməti qiyməti 4000.00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BS090 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng Ağ qirmizi), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS’’ markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ), fərqləndirici əlaməti qiyməti 1000,00 manat məbləğində 2009-cu il buraxılış olan “DAEWOO BC212 AVTOBUS” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı (rəng ağ) avtonəqliyyat vasitəsi olmaqla, ümumilikdə 52000,00 manat məbləğində siyahıya alınmış əmlakı ticarət şəbəkələrində satılması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan inzibati mübahisəyə baxılarkən məhkəmə iş üzrə tam, hərtərəfli araşdırma aparmaqda maraqlı olmamışdır. Belə ki, iş üzrə çıxarılmış məhkəmə qərarından görünür ki, məhkəmə qərarında əsassız olaraq göstərmişdir ki, guya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus avtonəqliyyat vasitələri olmaqla, ümumilikdə 52000,00 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********8, **********8, **********3 və **********1 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir kimi göstərərək qərar çıxarmışdır. Bundan başqa, işə baxılarkən məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna qoşma edilmiş çıxarışdan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən avtonəqliyyat vasitələri xx.xx.2018 və xx.xx.2018-ci il tarixli şəhadətnamələr ilə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır kimi göstərmişdir. İşə baxan məhkəmə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli **********8, **********8, **********3 və **********1 saylı Protokolların həqiqiliyini yoxlamamış (aktların kimin tərəfindən imzalandığı, aktlar tərtib olunarkən cavabdehin nümayəndəsinin iştirakı ilə həmin əmlaklara baxış keçirilməli, onların mövcud olub-olmaması aydınlaşdırılmalı və yerində yoxlanılmalı idi, belə aktların olması cavabdehə məhkəmə qərarını oxuyan zaman məlum olmuşdur, həmin aktlar iddiaçı tərəfindən formal olaraq tərtib olunmuşdur, hətta iddiaçı cavabdehə məxsus olmuş və hal-hazırda mövcud olmayan avtobuslara özlərindən fərqləndirici əlamətlər və qiymətlər də yazmışlar (həmin əlamətlərin və qiymətlərin haradan götürülməsi məlum deyil), hətta həmin avtobusların mövcud olub-olmamasını araşdırmamış, sonda əsassız və qanunsuz qərar qəbul etmişdir. Həmçinin, məhkəmə iclaslarında cavabdeh kimi iştiraklarını təmin etməmiş, yalnız Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna istinadən, xx.xx.2023-cü il tarixli **********8, **********8, **********3 və **********1 saylı Protokollar tərtib olunmuş və məhkəmədə işə baxarkən həmin protokolların həqiqiliyini yoxlamadan, həmin protokollara istinad edərək qərar çıxarmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında qərarı ilə cavabdeh tərəfindən vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmış, xx.xx.2023-cü il tarixdə cavabdehə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola 14 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Vergi ödəyicisinin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzibolunmaz haldır. Cavabdeh (VÖEN:**********) barəsində Dövlət Vergi Xidmətinin internet vergi portalına daxil olmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Göründüyü kimi cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması istisna olunmur, əksinə hesablanmış həmin borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal-hazırda qüvvədə olmasını və hazırkı mərhələdə həmin borcun cavabdehin əmlakına (daşınar) yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə məyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun ki, belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. VM-nin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının VM ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin nümayəndəsinin iştirakının təmin edilməməsinə dair hissəsinə qiymət verərək qeyd edir ki, inzibati iş məhkəmə kollegiyasının icraatına daxil olduqdan sonra iş üzrə xx.xx.2023, xx.xx.2023, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclası təyin olunaraq yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, (məhkəmə bildirişlərinin alınmasına dair müvafiq xəbərnamələr iş materiallarına əlavə edilmişdir), tərəflər nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Bundan başqa, cavabdeh apelyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansısa sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası ümumilikdə apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, onlar əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas hesab oluna bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ümumi sözlərdən istifadə edilməklə əsaslandırılmağa çalışılmış, hansısa əsaslı dəlil, sübut göstərilməmişdir. Şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9499/2023 saylı, 08 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-428/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-428/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver