Məhkəmə qərarları › İş №2-1(103)-428/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-428/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-428/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs: X2) qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs: X2) “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*-*(***)-***/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı İslam oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı İddiaçı İslam oğlunun Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən ***e saylı bağ sahəsinin mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən ***e saylı bağ sahəsi iddiaçının istifadəsindədir. Həmin bağ sahəsi 1988-ci il tarixli Bakı şəhəri İcra Hakimiyyətinin aktına əsasən iddiaçının adına ayrılmışdır. Bağ sahəsi ona ayrılan gündən faktiki olaraq 30 ildən artıqdır ki, istifadəsindədir. Həmin bağ sahəsinin onun adına sənədləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri növlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinə bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, idarə tərəfindən müxtəlif bəhanələr gətirilərək qalan 0.12 ha torpaq sahəsi adına bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

3. Cavabdeh orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə təqdim edilmişdir.

4. İddiaçının nümayəndəsi X1 ##.##.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Binəqədi rayonu, Goradil ərizisindəki 0,12 hektar torpaq sahəsi olan ***e nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun İddiaçı İslam oğlunun adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərizisində yerləşən 0,12 hektar ölçüdə ***e nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırmaqla mülkiyyət hüququnun İddiaçı İslam oğlunun adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iş üzrə X2 üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, idarənin arxivində *** №-li bağ-tikinti kooperativin nəzdində ***e nömrəli bağa dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarıBirliyi tərəfindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş orderin nüsxəsi mövcuddur. Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin 245 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Qocayev və iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxsə və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin bağlar təsərrüfatı idarəsinin ** nömrəli orderində göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1994-cü il tarixli, *** nömrəli qərarına əsasən Goradil bağlar sahəsindəki ** nömrəli BTK nəzdində 0.12 ha ölçüdə ***e saylı bağ torpaq sahəsi İddiaçı İslam oğluna ayrılmışdır.

14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş ##.##.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki olaraq 1232 kv.m-dir. Sahədə həyət tikilisi var. Bağ sahəsinin yol tərəfinin bir hissəsindən hasarın üstündən bir hissədən isə hasardan 0.80-sm aralı 6-luq elektrik xətti keçir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının ##.##.2023-cü il tarixli, *-**/*-****/**** nömrəli məktubu ilə göndərilmiş sərəncamdan çıxarışa əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli, *** nömrəli sərəncamı ilə aşağıdakı vətəndaşlara bağ-tikinti koopeartivlərinin tərkibində bağ sahəsi ayrılsın: 80. İddiaçı İslam oğ-Göradil BTK № ** bağ № ***e.

16. Məhkəmənin sorğusuna cavab olaraq xxxx ASC-in ##.##.2023-cü il tarixli, 13- **/*-*/**-****/**** nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi 6 kV-luq “Rabitə Nazirliyi” hava xəttinin mühafizə zonasında yerləşir.

17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, 3-21- *- **/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin bağlar təsərrüfatı idarəsin ** nömrəli orderinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarına əsasən Goradil bağlar sahəsindəki *** nömrəli BTK nəzdində 0.12 ha ölçüdə ***e saylı bağ torpaq sahəsi İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs ayrılmışdır.

18. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, 3-21- *- **/*-*****/**** nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki sahəsi 1232.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır.

19. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, 3-21-3-30/2- *****/**** nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki sahəsi 1232.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin sözügedən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir: -Həmin məktuba əlavə edilmiş ərazinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən torpaq sahəsinin qonşuğlunda 857M, 826Ə, 826Y, ***b nömrəli bağ torpaq sahələri yerləşir.

20. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, 3-21- *- **/*-*****/**** nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan ***Y saylı bağ torpaq sahəsinə İsmayılov Telman Elman oğlunun mülkiyyət hüququ ##.##.2017-ci il tarixində, 1117022657 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bağlar Təsərrüfatı İdarəsi ilə İsmayılov Telman Elman oğlu arasında bağlanmış ## #### 2006-cı il tarixli ***** saylı müqaviləyə əsasən Bakı ŞİH-nin ##.##.2006-cı il tarixli *** saylı sərəncamına əsasən Binəqədi rayonu, Göradil ərazisində 0.12 ha ***y nömrəli bağ sahəsi İsmayılov Telman Elman oğlunun icarəsinə verilmişdir. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan ***ə saylı torpaq sahəsinə tam xüsusi mülkiyyət hüququ X4 adına ##.##.2013-cü il tarixində, 1113085880 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Bağlar Təsərrüfatı İdarəsi ilə X4 arasında bağlanmış ## #### 2006-cı il tarixli ***** saylı müqaviləyə əsasən Bakı ŞİH-nin ##.##.2006-cı il tarixli *** saylı sərəncamına əsasən Binəqədi rayonu, Göradil ərazisində 0.12 ha ***ə nömrəli bağ sahəsi X4 icarəsinə verilmişdir. -Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli, RX seriyalı çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən, yaşayış məntəqələrinin torpaq sahələri kateqoriyasına aid olan ***L/***M saylı, 012 hektar torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Məmmədov Məhəmməd İsrafil oğlunun ##.##.2015-ci il tarixində, 1115078084 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin bağlar təsərrüfatı idarəsin ** nömrəli orderində göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin ##.##.1994cü il tarixli, *** nömrəli qərarına əsasən Goradil bağlar sahəsindəki ** nömrəli BTK nəzdində 0.12 ha ölçüdə ***L/***M saylı bağ torpaq sahəsi Məmmədov Məhəmməd İsrafil oğluna ayrılmışdır.

21. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktub ilə bildirilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Sənəd üzrə sahəsi 1200.0 kv.m, faktiki sahəsi 1232.0 kv.m təşkil edir. Sahə üzərində həyət tikilisi var. Qeyd olunanlarla yanaşı, torpaq(bağ) sahəsinin yol tərəfinin bir hissəsindən hasarın üstündən bir hissədən isə hasardan 0.80-sm aralı 6 kVluq elektrik xətti keçir. Həmçinin sözügedən torpaq(bağ) sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır. Koordinatlarla verilmiş sahə hər hansı özəl sahə ilə üst-üstə düşmür. Bundan əlavə torpaq sahəsinə dair ortofoto görüntüsü məhkəməyə təqdim olunmuşdur.

22. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı İslam oğlunun adına ** nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində ***e saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına *** nömrəli BTK nəzdində Göradil qəsəbəsində yerləşən ***e saylı bağ sahəsinə dair ** nömrəli orderin, eləcə də həmin orderin verilməsinə əsas olmuş Bakı şəhər İcraiyyə Komitəsinin ##.##.1991-ci il tarixli **/*** nömrəli qərardan çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

23. Apellyasiya baxışı zamanı sorğuya cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, ***e saylı bağ sahəsi kimi göstərilən torpaq sahəsi sənəd üzrə 1200.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 1232.0 kv.m təşkil edir. Torpaq sahəsində həyət tikilisi mövcuddur. Bağ sahəsinin yol tərəfinin bir hissəsindən hasarın üzərindən və bir hissədən hasardan 0.8 m aralı məsafədən yüksək gərginlikli 6 kVtlıq elektrik xətti keçir. Bağ sahəsinin nömrəsi (naturada yerləşməsi) bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə 3-cü şəxsin nümayəndəsi ilə telefon əlaqəsi saxlanıldı. Lakin 3-cü şəxs bağ sahəsinin yerini tanımır (onada eyni ***e saylı bağ sahəsi ayrılıb). İddiaçının nümayəndəsinin bildirdiyinə əsasən sözügedən sahə atasına ayrılıb, əvvəldən onların istifadəsindədir, sahədə hasarlama işləri və həyət tikilisi özləri tərəfindən inşa edilib. Sahəyə bitişik cənub hissədəki sahə qohumlarına aiddir (arada qapı boşluğu var). Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmamışdır. Göstərilən sahə hər hansı özəl sahə ilə üst-üstə düşmür.

24. İş materiallarına əlavə edilmiş kommunal xidmətlərə dair müqavilələr və qəbzlərdən müəyyən olunur ki, ödənişlər İddiaçı İslam oğlu tərəfindən edilmiş və onun adına qeydiyyata alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

25. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

29. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir.

30. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli, *** nömrəli sərəncamı ilə İddiaçı İslam oğluna Binəqədi rayonu, Göradil ərazisində 89 BTK tərkibində 0.12 ha ölçüdə ***e nömrəli bağ torpaq sahəsi ayrılmış, bu barədə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərin Tikintisi Üzrə Baş İstehsalat İdarəsinin bağlar təsərrüfatı idarəsi tərəfindən ** nömrəli order verilmişdir.

31. Beləliklə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının ##.##.1994-cü il tarixli, *** nömrəli sərəncamı əsasında verilmiş adıçəkilən bağlar təsərrüfatı idarəsinin ** nömrəli orderi Bakı şəhəri, Göradil ərazisində sahəsi 0,12 ha olan 1857e №li saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir.

32. Cavabdehin mübahsəli torpaq sahəsi ilə bağlı imtina və etirazının dəlilləri aşağıdakılardan ibarət olmuşdur: -elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. -torpaq sahəsinin 245 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. -iddiaçı tərəfindən təqdim edilən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. -İdarənin arxivində *** №-li bağ-tikinti kooperativin nəzdində ***e nömrəli bağa dair Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş orderin nüsxəsi mövcuddur.

33. Məhkəmə kollegiyası ilk öncə cavabdehin etirazında qeyd etdiyi eyni nömrəli bağ sahəsinə dair order nüsxəsinin idarənin arxivində olması ilə bağlı bildirir ki, qeyd edilən digər şəxsin adına orderin olması və yaxud iddiaçının təqdim etdiyi orderin bir nüsxəsinin idarənin arxivində aşkar edilməməsi hüququn qeydiyyatından imtinaya əsas vermir.

34. Belə ki, əvvəla istinad edilən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına olan ** nömrəli orderlə Göradil ərazisində iddiaçı ilə eyni nömrəli bağ sahəsi ayrılsa da həmin bağ sahəsi eyni BTK tərkibində və eyni qərarla ayrılmamışdır. Belə ki, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin ##.##.1991-ci il tarixli, **/*** nömrəli qərarı ilə 194 nömərli BTK tərkibində ayrılsa da, iddiaçıya ** nömrəli BTK tərkibində və Bakı ŞİH-nin ##.##.1994-cü il tarixli *** nömrəli qərarı ilə bağ sahəsi ayrılmışdır.

35. Başqa sözlə, qeyd edilən bağ sahələri eyni nömrə altında olsalar da iki müxtəlif hüquqmüəyyənedici sənədlə ayrılmış və iki müxtəlif bağ tikinti kooperativi nəzdində iki fərqli bağ torpaq sahələrinə aiddir və həmin bağ sahələrinin naturada üst-üstə düşməsi barədə sübut məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir.

36. İddiaçı tərəfindən təqdim edilən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi iddiaçının məsuliyyət dairəsinə aid olan məsələ deyildir.

37. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

38. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

39. İddiaçı sözügedən ** nömrəli orderin əslini məhkəməyə təqdim etmiş, həmin orderin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədi olan Bakı ŞİH-nin ##.##.1994-cü il tarixli *** nömrəli qərarı isə Bakı şəhər İcra Hakimiyyətinin arxivində mövcuddur.

40. Cavabdehin ##.##.2023-cü il tarixli sorğuya cavab məktubu ilə təqdim edilmiş ** nömrəli BTK üzvlərinin siyahısı və BTK-ya aid bölgü sxemdə 857 e nömrəli bağ sahəsinin olmaması da mümkündür. Belə ki, ** nömrəli BTK ##.##.1989-cu ildə yaradılmış və üzvlərin siyahısı eləcə də bağların bölgüsü üzvlərin siyahısı ilə birgə təsdiq edilmiş, iddiaçıya isə bağ sahəsi Bakı İH-nin ##.##.1994-cü il tarixli qərarı ilə ayrıldığından ***e nömrəli bağ sahəsinin ondan öncə tərtib edilmiş BTK-ya aid bağlar sahəsinin sxematik xəritəsində olmaması həmin bağ sahəsinin mövcudluğunu şübhə altına almır.

41. İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir.

42. Cavabdeh elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyinə istinad etsə də bu uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamışdır.

43. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Göradil ərazisində 857 nömrəsi ilə başlayan bağ sahələrinin olduğu sxematik xəritədən çıxarış təqdim edilmiş və həmin xəritədə ***e nömrəli bağ sahəsinin olduğu və həmin bağ sahəsinin sırası ilə eyni sırada 857o, 857p, 857ə, 877ş və digər bağ sahələrinin olduğu görünür. Məhkəmə sorğu ilə iddiaçının naturada iddia etdiyi bağ sahəsi ilə 857 nömrəsi ilə başlayan bağ sahələrinin müqayisəli ortofotogörüntüsünü tələb etmiş və ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli məktubları ilə təqdim edilən görüntülərdə iddiaçının naturada 857e bağ sahəsi kimi iddia etdiyi bağ sahəsinin sxematik xəritədəki sırasına (istiqaməti) uyğun olaraq paralel sırasında 857o, 857ş, 857ə və 857 b nömrəli bağ sahələrinin yerləşdiyi müəyyən olunur.

44. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, təqdim olunan ərazinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin qonşuğlunda 857M, 826Ə, 826Y, ***b nömrəli bağ torpaq sahələrinin yerləşdiyi və həmin bağ sahələrinə dair tələb olunan hüquqmüəyyənedici sənədlər arasında iddiaçıyla qonşuluqda yerləşən Məmmədov Məhəmməd İsrafil oğlunun adına olan ***M/***l nömrəli bağ sahəsinin iddiaçıyla eyni BTK- ** nömrəli BTK tərkibində yerləşdiyi və həmin BTK-ya aid ** nömrəli order əsasında M.Məmmədovun adına rəsmiləşdiyi müəyyən olunmuşdur.

45. Belə olan halda cavabdehin bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və bu əsasdan qeydiyyatın aparılmasından imtina dəlili iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır.

46. Hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

47. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin ## ####### 2021-ci il tarixli F*** nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir.

48. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır.

49. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək bilavasitə cavabdehin vəzifəsidir.

50. İddia olunan torpaq sahəsinin 245 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kV-luq) mühafizə zonasında yerləşməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir.

51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın: -1-ci bəndinə əsasən elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur. hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; kabel elektrik ötürücü xətti — bir-birindən və yerdən xüsusi dielektrik materialla izolə olunan alüminium və qurğuşunla kip örtülmüş bir və ya bir neçə cərəyan keçirici naqillərdən ibarət olan elektrik qurğusudur; mühafizə zonası — elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. -4-cü bəndinə əsasən elektrik şəbəkələrinin layihələşdirilməsi, tikintisi və istismarına torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrılır. -5-ci bəndinə görə elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində: xətlərin gərginliyi 1-20 kvt arası olduqda məsafə 10 m-dir. -6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. -12-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr (bundan sonra — müəssisə) həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin mülkiyyətçiləri və yaxud istismarçıları tərəfindən bu Qaydalarda nəzərdə tutulmuş elektrik şəbəkələrinin mühafizə zonalarında işlərin görülməsi üçün ərizəçiyə razılıq verilmədikdə, ərizəçi qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət verə bilər. -18-ci bəndinə görə elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri,yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır.

52. Göründüyü kimi qanunvericilik elektrik şəbəkəsinin mühafizə zonasında yerləşən torpaq sahələrinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qadağanedici norma nəzərdə tutmamışdır. Qanun yalnız elektrik şəbəkələrinin mühafizə zonalarında yerləşən torpaq sahəsində binaların və qurğuların tikintisi, quraşdırılması zamanı həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığının alınmasını məcburi norma kimi nəzərdə tutur.

53. Hazırkı iş üzrə müəyyən olunur ki, sözügedən ***e nömrəli bağ torpaq sahəsi 6 kVluq “Rabitə Nazirliyi” hava xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsi hasarlanmış, üzərində fərdi yaşayış evi yoxdur. Eləcə də həmin ərazidə yüksək gərginlikli elektrik xəttinin mülkiyyətçisi olan “xxxx” ASC iddiaçıya aid boş torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına maneçilik törətməsi və bu əsasdan qeydiyyata alınmasına etiraz etdiklərini bildirməmişdir.

54. Beləliklə, iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hüquqi əsas mövcud deyildir.

55. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

56. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

57. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

58. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

59. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar