Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-4281/2025 20.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 5085/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi Azərbaycann Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5085/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı X19 əmək kitabçasında (İT-İ № 0152680) üzrə “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1986-cı il tarixdən hal-hazıradək işlədiyi iş stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-433/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5085/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2025-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə məhkəmə icraatının təzələnməsi barədə qərar qəbul edilməsini və ərizəçi DSMF-nin Xəzər rayon şöbəsinin əsl ərizəçi olan DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə həbs edilmiş və sonuncu iş yeri olan Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin sabiq əməkdaşı X23 ofisindən və mənzilindən əməliyyat-axtarış tədbirləri zamanı xeyli vətəndaşa aid sənədlər maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə edilmişdir. Eyni zamanda, Vüsal Əliyevə məxsus maddi sübut kimi tanınaraq götürülmüş kompüterdə elektron fayllarda İddiaçı adından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə yazılmış iddia ərizəsi aşkar edilmişdir. Bunlarla yanaşı, rəsmi mənbələrdə vətəndaşın Vüsal Əliyevə, Bəhruz Qəribova, Eyvaz Əhmədova etibarnamələr verdiyi aşkar olunmuşdur. Bu xüsusda vətəndaşla Vüsal Əliyev və digər şəxslər arasında sövdələşmənin olduğuna və pensiya təyinatına şübhələr yaranmışdır. İddiaçı pensiya işinə tikilmiş sənədlərinin araşdırılması ilə ehtimal olunur ki, ona ötən dövrdən, yəni 50 yaşından (2004-2005-ci illərin orta aylıq əməkhaqqısı əsasında) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması (təyin edilməsi) və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və sözügedən vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmışdır. Belə ki, əvvəlcə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı Masallı rayonunun Həsənli kəndindən “Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozu” ünvanına dəyişdirilmişdir. “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatlara əsasən aşkar edilmişdir ki, İddiaçı 2017-ci ilin sentyabr ayınadək Masallı rayonu, Həsənli kəndində, həmin tarixdən 2022-ci ilin may ayınadək Hövsan Südçülük sovxozunda qeydiyyatda olmuş, sonuncu tarixdən hazıradək özünün əvvəlki ünvanında -Masallı rayonunda qeydiyyatdadır. Həmçinin, ehtimal edilir ki, 2 instansiya məhkəməsinin qərarları əsasında pensiya təyinatından, hesablama nəticəsində külli miqdarda yaranmış məbləğ fərqinin plastik karta köçürülməsindən vətəndaş məlumatlı olmuş, yüksək məbləğdə pensiya təyinatı müqabilində İddiaçı özünün pensiya plastik kartını müəyyən müddətdə bu işdə maraqlı olmuş şəxslərə vermiş və həmin plastik karta köçürülmüş külli miqdarda pul vəsaiti sonuncular tərəfindən mənimsənilmişdir. Yuxarıda qeyd edilənlər, habelə aşağıda aşkar edilmiş hallar eyni ilə, o cümlədən (ərizəsinin, şöbənin qərarının, DİN arayışının, məhkəmə qərarlarının və digər sənədlərin eyni tarixli olması) Masallı rayonunda yaşayan X6 münasibətdə də baş vermişdir. Qeyd edilənlərdən əlavə, pensiya işinə tikilmiş “pensiya təyin edilməsi üçün ərizə”nin də (1 nömrəli əlavə) saxtalaşdırıldığı ehtimal olunur. Belə ki, guya həmin ərizə xx.xx.2017-ci il tarixdə vətəndaşın adından doldurulmuş və eyni tarixdə dərkənar qoyulmuş, lakin vətəndaş tərəfindən imza edilməmişdir. Ərizənin doldurulma tarixi “xx.xx.2017-ci il” qeyd edilsə də, bu tarixdən 3 ay sonra xx.xx.2017-ci ildə İddiaçı verilmiş və nömrəsi “AZE ********” olan şəxsiyyət vəsiqəsinin məlumatları, habelə ünvanı “Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu” yazılmış, əlavə olaraq həmin ərizənin ardınca müvafiq dövrdə qüvvədə olan qaydalara zidd olaraq şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmamış surəti tikilmişdir. Bununla da təsdiq edilir ki, Fondun keçmiş Bakı şəhəri Xəzər rayon şöbəsi (bundan sonra - şöbə) tərəfindən pensiya təyinatı zamanı saxtalaşdırılmış şəxsiyyət vəsiqəsinin surəti və ərizəsi əsas götürülmüş, təyinat aparıldıqdan sonra həmin saxta sənədlər pensiya işindən çıxarılaraq məhv edilmiş və yuxanda qeyd edilən sənədlərlə əvəz edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, bundan əvvəlki araşdırmalar zamanı, habelə aşağıda araşdırılması aparılmış pensiya işi üzrə eyni əməllər (hərəkətlər) 6 şəxs - X9, X3, X10, X4, X20 və X6 pensiya təyin edilməsi məqsədilə vaxtilə bu ünvandan istifadə edildiyi aşkar edilmişdir. Belə ki, -X7 pensiya işi barəsində toplanmış müvafiq materiallar Nazirliyin xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubu ilə Baş Prokurorluğa göndərilmiş, cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluqdan Nazirliyə xx.xx.2021-ci il tarixli 02/2- 293mat-20/185 nömrəli məktub daxil olmuş, -X2 pensiya işi barəsində toplanmış müvafiq materiallar Nazirliyin xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubu ilə Baş Prokurorluğa göndərilmiş, cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluqdan Nazirliyə xx.xx.2021 -ci il tarixli 02/2-227mat-21/4034 nömrəli məktub daxil olmuş, -X8 (xx.xx.2021ci il tarixdə ölmüşdür) pensiya işi barəsində toplanmış müvafiq materiallar Nazirliyin xx.xx.2021-ci il tarixli **********1 nömrəli məktubu ilə Baş Prokurorluğa göndərilmiş, cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluqdan Nazirliyə xx.xx.2021-ci il tarixli 02/2-65mat-21/1411 nömrəli məktub daxil olmuş, X18 və X13 pensiya işləri barəsində toplanmış müvafiq materiallar Nazirliyin xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktubu ilə Baş Prokurorluğa göndərilmiş, cinayət işinin başlanması ilə bağlı Baş İdarədən Nazirliyə 09.01,2022-ci il tarixli 02/2-244mat-21/249 nömrəli məktub daxil olmuş, X14 (aşağıda bu şəxsin pensiya işi barədə məlumat verilmişdir). Bunlardan əlavə, Xəzər RPİ QŞVŞ-nin xx.xx.2017-ci il tarixli 1594 №-li arayışı ilə şəxsiyyət vəsiqəsinin nömrəsi “********” qeyd olunmaqla İddiaçı xx.xx.2017-ci il tarixdən Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda qeydiyyatda olması təsdiq edilmiş, həmin arayış pensiya işinə tikilmişdir. Bununla belə, 2017-ci ildə İddiaçı xx.xx.2008- ci ildən 50 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya almalı olduğu yadına düşmüş və bu niyyətlə ünvanını Bakı şəhərinə dəyişdirmiş, daha sonra İddiaçı adından doldurulmuş xx.xx.2017-ci il tarixli ərizəyə şöbə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 31-ci maddəsinə əsasən 10 gün ərzində pensiya təyinatı aparılmalı və ya pensiya təyin olunmasından imtina edilməsi barədə 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə sənədləri və müvafiq qərarı ərizəçiyə göndərməli olduğu halda heç bir sənədləşmə işləri aparılmamışdır. Lakin xx.xx.2017-ci il tarixədək heç bir təyinat aparılmadığı halda şöbə tərəfindən Qanunun müvafiq tələbləri pozulmaqla və məhkəməyə təqdim edilməsi üçün vətəndaşın xeyrinə olmaqla qeyri- müəyyən olan “Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu” adlı yeni ünvanına xx.xx.2017-ci il tarixli 11/03-802 №-li məktub göndərilmiş, məktubda pensiya hüququnun xx.xx.2015-ci il tarixdə yarandığı və bu səbəbdən 50 yaşından həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən pensiyanın əməkhaqqı əsasında hesablanmasının mümkün olmadığı bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi də məhkəmə baxışında bilavasitə bu məktubda qeyd edilənləri əsas götürmüşdür. Məktubun bir nüsxəsi pensiya işinə tikilmişdir. Beləliklə, pensiya işinə tikilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli (iş № 2-1(82)-5085/2017) qəbul etdiyi (hakim-sədr - X21) qərarında qeyd olunanlardan məlum olmuşdur ki, İddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun “Neftqaztikinti” Trestinin idarələrində xx.xx.1986-cı il tarixdən hal-hazıradək işlədiyi dövrün iş stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbini tam təmin etmişdir. Şöbə, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (sədr-hakim- X15, hakimlər X16 və X11) xx.xx.2018-ci il tarixli 2-1 (103)-433/2018 №-li qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-5085/2017 №-li qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən kassasiya şikayəti verilməmişdir. Məhkəmə qərarında şöbənin nümayəndəsinin iştirak edibetməməsi barədə məlumat öz əksini tapmamışdır. Araşdırma zamanı vətəndaşın iş stajı mövcud sənədlərə əsasən araşdırılmış, İT-İ seriyalı ******* №-li, doldurulduğu tarix “20 aprel 1977” qeyd olunmuş əmək kitabçasının surətində qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1976-xx.xx.1977-ci il dövr ərzində “Azneftkimyaquraşdırma” Trestinin Sumqayıt Quraşdırma Məhsulları zavodunun qazanxana-qaynaq sexində çilingər- quraşdırıcı, xx.xx.1979-xx.xx.1982-ci il dövr ərzində Bakı Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsində polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı (1979-1980, 1981-1982), krançı (1980-1981), xx.xx.1982- xx.xx.1983-cü il dövr ərzində İxtisaslaşdırılmış “Azərbkəndtikintimexanikləşdirmə” Trestinin 3 №-li Mexanizasiya İdarəsində krançı, xx.xx.1984-xx.xx.1986-cı il dövr ərzində İxtisaslaşdırılmış “Azərbkəndtikintimexanikləşdirmə” Trestinin 3 №-li Mexanizasiya İdarəsində krançının köməkçisi, xx.xx.1986-xx.xx.1990-cı il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin Mexanikləşdirmə İdarəsində kran maşinisti (1986-1988), ekskavator maşinisti (1988- 1990), xx.xx.1990-xx.xx.1990-cı il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin Tikinti Mexanikləşdirmə İdarəsində (Neft Daşları sahəsi üzrə) ekskavator kran maşinisti, xx.xx.1990-xx.xx.1994-cü il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 3 №- li Tikinti Quraşdırma İdarəsində ekskavator kran maşinisti, xx.xx.1994-xx.xx.1995-ci il dövr ərzində 1 №-li İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində ekskavator kran maşinisti, xx.xx.1997-xx.xx.2001-ci il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 3 №-li Tikinti Quraşdırma İdarəsində ekskavator kran maşinisti, xx.xx.2001-xx.xx.2007-ci il dövr ərzində “Azərdənizneftinşaat” Trestinin 3 №- li İxtisaslaşdırılmış Tikinti Quraşdırma və Təmir Filialında (2007-ci ildə “Neftqaztikinti” Trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır) ekskavator kran maşinisti, xx.xx.2007-xx.xx.2014-cü il dövr ərzində “Neftqaztikinti” Trestinin Xüsusi Texnika İdarəsində kran maşinisti, xx.xx.2014-xx.xx.2021-ci il dövr ərzində ARDNŞ Nəqliyyat İdarəsinin Texnoloji Nəqliyyat Departamentinin 2 saylı A və XTİ-nin 1 saylı Xüsusi Texnika Dəstəsində kran maşinisti (hazırki adı SOCAR 1 saylı Nəqliyyat İdarəsi adlandırılmışdır). Pensiya işinə tikilmiş hərbi biletin notarial qaydada təsdiq olunmuş surətində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1977-xx.xx.1979-cu il dövr ərzində hərbi xidmətdə olmuşdur. İddiaçı işlədiyi peşələrin araşdırılması nəticəsində qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı müəyyən edilmiş, lakin buna baxmayaraq xeyrinə məhkəmə qərarları alınaraq ona 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qəbul edilmiş məhkəmə qərarlarında İddiaçı ******* №-li əmək kitabçası üzrə “Neftqaztikinti” Trestinin idarələrində xx.xx.1986-cı il tarixdən həmin dövrədək işləmiş olduğu peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №- li Siyahısı”nın (bundan sonra - 1 №-li Siyahı) X “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1.Qazma 1100000a - a) fəhlələr 1100000a11297 kodu ilə müəyyən olunmuş “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları”, 1100000a-11587 kodu ilə müəyyən olunmuş “qüllə quraşdırıcıları”, 1100000a11588 kodu ilə müəyyən olunmuş “qüllə quraşdırıcılarıqaynaqçıları”, 1100000a-14019 kodu ilə müəyyən olunmuş “quyuları yoxlama üzrə qaldırıcıların maşinistləri” peşələrinə uyğun hesab edilərək əsaslandırma aparılmışdır. Əmək kitabçasındakı qeydlərlə təsdiq edilir ki, vətəndaş bilavasitə neftin qazılması və hasilatı işlərində deyil, həmin sahə ilə əlaqədar olan tikinti, quraşdırma, inşaat və nəqliyyat sahələrində kran (ekskavator) maşinisti peşəsində işləmişdir. Şöbə və məhkəmələr tərəfindən isə İddiaçı işlədiyi və güzəştli hesab etdikləri istehsalat sahəsinin və peşəsinin qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Güzəştli siyahı), habelə hazırda qüvvədə olmayan Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və ya 2 №-li Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə uyğunluğunu təsdiq edən rəsmi (güzəştli) arayış tələb etmədən və ya alınmadan, eyni zamanda araşdırma aparılmadan qüvvədə olan normativ hüquqi aktların tələblərinə zidd olaraq ümumi mülahizələr əsasında müvafiq qərar qəbul edilmiş və yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Xüsusilə qeyd edilməlidir ki, 2018-ci ilədək İddiaçı müvafiq növə görə əmək pensiyası təyin olunmadığı halda pensiyanın yenidən hesablanması barədə iddianın qaldırılması, iddianın icraata qəbul edilərək məzmununa uyğun vətəndaşın xeyrinə qərarın qəbul edilməsi ilə məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən yüksək məbləğdə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli (iş № 2-1(82)- 5085/2017) qərarının sonuncu abzasında və nəticə hissəsində iddiaçı (.Səmədovun adı qeyd edilməmiş, əvvəllər xeyrinə qəbul edilmiş X25 adlı şəxsin adı nəzərdən yayınaraq qərarın mətnində saxlanmışdır. Nəticə hissəsindəki yanlışlıq həmin məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə aradan qaldırılsa da qərarın sonuncu abzasındakı səhvə düzəliş verilməmişdir. Analoji vəziyyət pensiya işi araşdırılmış X6 münasibətdə də təkrarlanmışdır. Məlumat üçün bildiririk ki, X22 təyin edilmiş pensiya işinin qanunauyğunluğunun araşdırılmasının nəticələri üzrə toplanmış müvafiq materiallar Nazirliyin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, Baş Prokurorluqdan Nazirliyə daxil olmuş xx.xx.2021-ci il tarixli 02/2-347mat-20/704 nömrəli məktubda aparılmış araşdırma nəticəsində fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ********* nömrəli cinayət işinin başlanaraq ibtidai istintaqının aparılması üçün Baş İdarənin İstintaq idarəsinə həvalə edildiyi bildirilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin şöbəyə göndərdiyi xx.xx.2018-ci il tarixli məktubunda (qərarların icra edilməsi barədə) da yanlışlığa yol verilmiş, məktubun yuxarı hissəsində (“Məlumat üçün”) vətəndaşın adı səhvən “X5” qeyd edilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi və ya yenidən hesablanması barədə məhkəmə qərarlarının rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 9 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Xüsusilə qeyd edilməlidir ki, İddiaçı işlədiyi Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin tikinti, quraşdırma, inşaat və nəqliyyat idarələrində əvvəllər işləmiş digər vətəndaşlara təyin edilmiş pensiya işlərinin araşdırılması nəticəsində analoji neqativ hərəkətlərə yol verildiyi müəyyən edilmiş, aşkar olunmuş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğunu nəzərə alaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, daxil olmuş materiallar əsasında faktlara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq istintaq aparılmışdır. Qeyd edilənlərlə yanaşı, cavabdeh şöbə tərəfindən də vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən güzəştli arayışın alınması təmin və tələb edilməmişdir. Vətəndaşın əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti dövrü üzrə hazırda müvafiq idarələrin fəaliyyətdə olmasına və ya sənədlərinin arxivləşdirilməsinə baxmayaraq şöbə tərəfindən vətəndaşın iş stajlarının düzgünlüyünün yerində ilkin sənədlərlə qarşılıqlı yoxlanılması təmin edilməmiş və əlavə təsdiqedici sənədlər alınmamışdır. Həmçinin, İddiaçı pensiyasının hesablanması zamanı əsas götürülmüş əməkhaqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə, həm də məhkəmə tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qərarları istisna olunmaqla, həmçinin hüququ olmadığı halda şöbə tərəfindən vətəndaşa təyin edilmiş əmək pensiyasının qanunazidd olması nəzərə alınmaqla qüvvədə olan qanunvericiliklə İddiaçı 65 yaşından xx.xx.2023-cü il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası almaq hüququnun olduğu müəyyən edilmişdir. Lakin iddia tələbi məhkəmədə vətəndaşın xeyrinə təmin edildikdən sonra məhkəmə qərarları və digər sənədlər, o cümlədən “Neftqaztikinti” Trestinin möhürü ilə təsdiq edilmiş xx.xx.2017-ci il tarixli SOCAR**********30020123X00058 №-li 2004- 2005-ci illər üzrə arxiv (əməkhaqqı) arayışı əsas götürülməklə şöbənin Pensiya təyin edən komissiyasının müdiri - şöbə müdiri, üzvləri - Pensiya sektorunun müdiri və Maliyyə- uçot sektorunun müdiri-baş mühasibi imza etməklə xx.xx.2018-ci il tarixli 566 №-li qərarı ilə İddiaçı xx.xx.2008-ci ildən 50 yaşından 482,89 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən hesablanmış pensiyanın aylıq məbləği baza hissəsinin artımlarına uyğun artırılmaqla, müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə və ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməklə xx.xx.2008-ci il tarixdən 497,89 manat, xx.xx.2009- cu il tarixdən 585,85 manat, xx.xx.2010-cu il tarixdən 593,51 manat, xx.xx.2010-cu il tarixdən 603,51 manat, xx.xx.2011-ci il tarixdən 633,07 manat, 01.01,2012-ci il tarixdən 676,37 manat, xx.xx.2013-cü il tarixdən 682,88 manat, xx.xx.2013-cü il tarixdən 697,88 manat, 01.01,2014-cü il tarixdən 712,23 manat, xx.xx.2015-ci il tarixdən 720,80 manat, 01.01,2016-cı il tarixdən 745,63 manat, xx.xx.2016- cı il tarixdən 755,63 manat, xx.xx.2017-ci il tarixdən 835,69 manat və xx.xx.2018-ci il tarixdən 877,05 manat müəyyən edilmişdir. Nazirliyin əvvəlki pensiya və hazırki PAS proqramlarında mövcud olan məlumatlardan müəyyən olunmuşdur ki, məhkəmə qərarları nəzərə alınmaqla İddiaçı ötən dövrlər üçün cəmi 86730,0 manat fərq məbləği hesablanaraq ödənilmişdir. Həmin məbləğin 6122,95 manatı 2018-ci ilin fevral, 11000,0 manatı mart, 9000,0 manatı aprel aylarında (cəmi 26122,95 manat), qalan 59607,05 manat vəsait isə xx.xx.2018-xx.xx.2023-cü il dövr, cəmi 61 ay ərzində müxtəlif miqdarlarda aylıq pensiyanın üzərinə əlavə olunmaqla vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. Qeyd olunmalıdır ki, məhkəmə qərarlarına əsasən hesablanma aparıldıqdan sonra vətəndaşın adından doldurulmuş və hansısa səbəblərdən imza edilməmiş xx.xx.2019-cu il tarixli ərizə şöbədə qeydiyyata alınmaqla xx.xx.2010- xx.xx.2018-ci il dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında şöbənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə xx.xx.2019-cu il tarixdən pensiyasının məbləği yenidən hesablanaraq 1172,78 manata çatdırılmışdır. Lakin pensiya ödənişi sonuncu hesablanmış məbləğlə deyil, uçot vərəqinə yazılmış 1207,96 manatla xx.xx.2019-cu il tarixdən həyata keçirilmiş və həmin aylıq məbləğin düzgünlüyünü təsdiq edən şöbənin hər hansı qərar və ya sərəncamı aşkar olunmamışdır. Eyni zamanda, xx.xx.2019-cu il tarixdən 1207,96 manata çatdırılmış pensiyanın aylıq məbləği müvafiq illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə və ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun avtomatlaşdırılmış qaydada indeksləşdirilməklə, habelə, xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün fərdi hesabında qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablanmaqla xx.xx.2020-ci il tarixdən 1408,49 manata, xx.xx.2021-ci il tarixdən 1569,06 manata, xx.xx.2021-ci il tarixdən 1804,05 manata, xx.xx.2022-ci il tarixdən 1865,39 manata, xx.xx.2023-cü il tarixdən 2158,71 manata və xx.xx.2024-cü il tarixdən 2400,48 manata çatdırılmış və sonuncu qeyd edilən məbləğlə hazırda ödənişi aparılır. Ödənişin başlanıldığı xx.xx.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək İddiaçı plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 186.746,61 manat təşkil etmişdir. Ehtimal olunur ki, pensiya təyin edilməsindən, ötən dövrlərə görə hesablanmış fərq məbləğinin birdəfəlik pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmuş, pensiya alınması üçün istifadə olunan pensiya plastik kartı müəyyən müddət ərzində (.Səmədovun özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Qeyd olunduğu kimi, məhkəmə qərarları istisna olunmaqla araşdırma nəticəsində qanunvericiliklə (.Səmədovun xx.xx.2023-cü il tarixdən 65 yaşından ümumi əsaslarla yaşa görə əmək pensiyası almaq hüququnun olduğu müəyyən edilmişdir. Əmək pensiyası hüququnun və məbləğinin müəyyən edilməsi üçün pensiya işinə tikilmiş sənədlərin surətlərində aşkarlanmış əmək fəaliyyətinin araşdırılması nəticəsində (.Səmədovun faktiki ümumi sığorta stajı xx.xx.2006-cı il tarixədək 25 il 5 ay təşkil etdiyi məlum olmuş, Güzəştli siyahı üzrə tələb olunan xüsusi iş stajına (12 il 6 ay) malik olmamışdır. Qeyd olunmalıdır ki, vətəndaşın pensiyasının 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablanması qüvvədə olan qanunvericiliyə ziddir. Vətəndaşın mövcud sosial sığorta stajı və fərdi hesabında qeydə alınmış pensiya kapitalı, habelə müvafiq dövr üzrə indeksləşdirmə nəzərə alınmaqla yaşa görə əmək pensiyasının aylıq məbləği xx.xx.2023- cü il tarixdən 715,86 manat, xx.xx.2024-cü ildən isə 796,04 manat təşkil etməlidir. Qeyd olunan hesablamalar və dəqiqləşdirmələr nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi ödənilməli pensiya məbləği 17094,58 manat təşkil etmişdir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixi vəziyyətinə vətəndaşın pensiyasının aylıq məbləğinin 796,04 manata qarşı 2400,48 (1604,44 manat artıq fərqlə) manatla təyin olunmasına və ödənilməsinə nail olunmuşdur. Beləliklə, xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda məhkəmə qərarları əsas götürülməklə Fondun keçmiş Bakı şəhəri Xəzər rayon şöbəsinin müvafiq qərarı ilə İddiaçı 50 yaşından həmin növə görə əmək pensiyası təyinatına nail olunması və xx.xx.2025-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 168.855,99 manat (186746,61 - 17890,62) müəyyən edilmişdir. Belə ki, DSMF X30 İdarə Heyətinin xx.xx.2020 tarixli, **********1 №li qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə X12 təsdiq edilmiş və həmin Əsasnamənin 1.1. maddəsinə əsasən Filial “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumdur. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5085/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ərizənin mümkünlüyünə qiymət verilməlidir. İş materiallarından görünür ki, iddiaçıya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-5085/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra DSMF Xəzər rayon Şöbəsinin 566 nömrəli 2602.2018-ci il tarixli qərarı ilə iddiaçıya pensiya hüququnun yarandığı tarixdən pensiya təyin edilərək ödənilmişdir. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 7 ildən çox müddət keçdikdən sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla vermişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-5085/2017 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.